Məhkəmə qərarları › İş №2(102)-4243/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4243/2020

11.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4243/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı vəkili X4, nümayəndəsi X5, «xxxxxxxxxxxxxxxxx» MMC-nin vəkili X11 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxx» MMC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETD İ: İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxx» MMC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva, iş № 2(060)-7764/2019) İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik e dən və məruzəçi), A.Abbasov və G.Tağızadə, iş № 2(105)627/2020) İddiaçı apelyasiya şikayəti təmin olunmamış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7764/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili X12 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. «xxxxxxxxxxxxxxxxx» MMC-nin vəkili X13 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılm ası və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan və qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 saylı, xx xxxxx 2015-ci il tarixli hökmünə görə, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X3 Şirkəti”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxyanğın baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. X10 üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş X8 baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun əməllərinin nəticəsində ehtiyatsızlıqdan “X3 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzinə 3 432 625 manat ziyan dəyməklə yanaşı digər zərərçəkmiş şəxslərə müxtəlif məbləğdə ziyan dəymişdir. Həmin cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarında modelinə, texniki göstəricilərinə görə mövcud olan analoji malların qiymətlərinə əsasən Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X3 Şirkəti”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxyanğın baş verməsi nəticəsində təqdim olunan siyahılara əsasən faktiki ortada olmayan müxtəlif adlı məhv olmuş malların texniki göstəricilərinə uyğun olaraq, istintaq tərəfindən onların mövcudluğu qəbul edildikdə respublika daxili orta bazar pərakəndə satış qiymətləri, nəzəri hesablama yolu ilə şərti olaraq İddiaçı məxsus müxtəlif qiymətlərdə təzə əmlakın dəyəri cəmi 170.000 manat təşkil edir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı X2 cavabdeh MMC-nin işçisi olduğundan və yanğın baş verən zaman MMC-nin işçisi kimi əmək fəaliyyətini davam etdirdiyindən ona vurulan zərərə görə “X3 Şirkəti” MMC-nin məsuliyyət daşıdığına istinad edərək həmin MMC-yə qarşı hazırki iddia ərizəsi ilə məh kəməyə müraciət etmişdir. Apelyasiya məhkəməsinin iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmasına dair qətnamə qəbul edərkən mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə İddiaçı dəymiş 170000 manat məbləğində maddi ziyan mülki hüquq pozuntusu nəticəsində deyil, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində vurulmuş və bununla bağlı o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı mülki iddiası cinayət mühakimə icraatı zamanı baxılmamış saxlandığından o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlı olsa da iddianı “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı qaldırmaqda haqlı olmamışdır. Belə ki, İddiaçı ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddia bilavasitə təqsirləndirilən şəxs X6 qa rşı qaldırılmalı idi. X2 əməlinin təqsirli olmaqla iddiaçıya zərər vurulmasına gətirib çıxardığı isə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)9/2015 saylı, xx xxxxx 2015-ci il tarixli hökmü ilə sübut olunmuşdur. İddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından məhkəmə iddiaçıya vurulmuş ziyanın məbləği ilə bağlı məhkəmə araşdırmasına zərurət görmədiyini qeyd etmişdir. Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya instansiya məhkəməsi iddia tələbini rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan zaman işdə olan sübutları ətraflı araşdırmamış, onlara əlaqəli şəkildə qiymət verməmiş və nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İddiaçı kassasiya şikayətində aşağıdakı dəlillərə istinad etmişdir; «…cinayət işi üzrə birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2014-cü il tarixli 18338 saylı rəyinə əsasən mənə ticarət mərkəzində baş vermiş yanığına görə 170.000 manat maddi zərərin dəyməsi müəyyən edilmişdir. Bu məbləğdə zərərin vurulması məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunmuşdur. X8 da öz şikayətlərində bir qayda olaraq ona təyin edilmiş cəzadan narazı qalmış, vurulan zərəri mübahisələndirməmiş, dolayısı ilə etiraf etmişdir» «… birinci instansiya məhkəməsi kimi apelyasiya instansiya məhkəməsi də öz mövqeyini Mülki Məcəllənin 1099-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. Həmin maddə də qeyd olunur ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törədiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməlidir. Yəni məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X2 törədiyi əməl mülki hüquq pozuntusu deyil, cinayət əməlidir, buna görə də onun əməlinə görə dəymiş zərər üçün cavabdeh məsuliyyət daşıya bilməz, iddiaçı zərərvuran şəxsin birbaşa özünə qarşı iddia qaldırmalıdır. Lakin apelyasiya şikayətində də qeyd edildiyi kimi, məhkəmə kollegiyasının bu mövqeyi ilə razılaşmaq mümkün deyildir. CPM-in 183.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Yəni iddia tələbi yalnız tə qsirləndirilən şəxsə qarşı deyil, onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə də qarşı qaldırıla bilər, yəni təqsirləndirilən şəxsin əməlinə görə dəymiş ziyana görə onun işçisi olduğu hüquqi şəxs məsuliyyət daşıya bilər.» Mülki iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmünün surətindən görünür ki, X1 şəhər 32-ci məhəllədə fəaliyyət göstərən «X3 Şirkəti»xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx«X3 Şirkəti» MMC-nin direktoru X9 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmrlə nəzarətçi-rüsumçu vəzifəsində işləyən zaman üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulan şəxs kimi «Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydaları»nın 6.1, 6.5, «Ticarət və ictimai iaşə müəssisələri, yarmarkaları, baza və anbarları üçün yanğın təhlükəsizliyi qaydaları»nın 3.19.1, 3.19.15, 3.19.18 və «Elektrik enerjisindən istifadə qaydaları»nın 9.3.7-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, «X3 Şirkəti» MMC-nin direktoru X9 tərəfindən verilmiş xx xxxx 2010-cu il tarixli 05 saylı əmrə əsasənxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxyanğın təhlükəsizliyinə cavabdeh şəxs olduğu halda ticarət mərkəzinin cavabdehlik daşıdığı 3-cü mərtəbəsində, ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yanğın təhlükəsizliyinə görə təlimatlandırılmasına və istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqlarının qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməsini təmin etməmiş, eləcə də ticarət obyektlərində elektrik qızdırıcı larından, cihazlardan və elektrik uzadıcılarından istifadə olunmasının qarşısını almamışdır. Bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19.26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində pilləkən qəfəsinə yaxın olan 121 saylı ticarət obyektinin içərisində elektrik şəbəkəyə nəzarətsiz qoşulu qalmış elektrik xəttində (elektrik uzadıcısında) əmələ gəlmiş elektrik təyinatlı qəza halının nəticəsində yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsi nə əsasən işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinin məzmununa əsasən işəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçü n aşağıdakı şərtlər məcmu şəkildə mövcud olmalıdır: mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalıdır; hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. İlkin olaraq işin halları baxımından qeyd olunmalıdır ki, cavabdehlə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş və məhkum olunmuş şəxs arasında əmək münasibətlərinin olmasını araşdırmalı olduqları halda bununla bağlı heç bir araşdırma aparılmamış, apelyasiya şikayətinin dəlilləri aydınlaşdırılmamış və faktiki olaraq formal əsaslardan çıxış edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, cinayət qanunda nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı vurulmuş zərər mülki qanunve riciliyin tələbləri baxımından qanundan irəli gələn öhdəliyin yaranma əsaslardan biridir. Bu halda vurulmuş zərər görə məsuliyyətin müəyyən olunması üçün və zərərvuran müəyyən şəxslə əmək münasibətlərində olmuşdursa və ya xidmət müqaviləsi ilə birgə fəaliyyət göstərilmişdirsə bunların müəyyən olunması vacibdir. Bundan sonra vurulmuş zərər görə kimin məsuliyyət daşmasının müəyyən olunması mümkün ola bilər. Apelyasiya instansiya məhkəməsi faktiki olaraq təqsirin cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə aid olması və zərərə görə məsuliyyət daşımasını müəyyən etsə də və həmin şəxsin maraqlarından kənara çıxan məsələni həll etsə də, onu işə cəlb etməmiş və iddiaya münasibəti aydınlaşdırılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bən dində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Digər tərəfdən qeyd edilməlidir ki, işdə olan qanuni qüvvədə olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X1 şəhər 32-ci məhəllədə fəaliyyət göstərən «X3 Şirkəti»xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx«X3 Şirkəti» MMC-nin direktoru X9 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmrlə nəzarətçi-rüsumçu vəzifəsində işləyən zaman üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulan şəxs kimi … yanğın təhlükəsizliyinə riayət etməmiş, ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yanğın təhlükəsizliyinə görə təlimatlandırılmasına v ə istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqlarının qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməsini təmin etməmiş, eləcə də ticarət obyektlərində elektrik qızdırıcılarından, cihazlardan və elektrik uzadıcılarından istifadə olunmasının qarşısını almamışdır.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılakən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin halları ilə zərərin vurulmasına əsas olan hadisəni törətməkdə təqsirli hesab edilmiş X2 «X3 Şirkəti»xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx«X3 Şirkəti» MMC-nin direktoru X9 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmrlə nəzarətçi-rüsumçu vəzifəsində işlədiyi aşkardır. Bu faktın artıq qanuni qüvvədə olan istinad olunan hökmlə müəyyən olunmasına məhkəmələr diqqət yetirməmişlər. Əgər məhkəmələr hökmlə müəyyən olunmuş bu halları iddianın həll edilməsi üçün kifayət etmədiyi nəticəsinə gəlmişlərsə, formal mülahizələrdən çıxış etməməli və bu faktları niyə qəbul etmədiklərini əsaslandırmaq vəzifələri olmasına baxmayaraq bu vəzifələrini yerinə yetirməmişlər. Qeyd edilməlidir ki, iddiaçıya vurulmuş zərərə görə məsuliyyətin kimə aid olması və zərərin məbləği ilə bağlı sübutlar ətraflı araşdırıldıqdan sonra müəyyən nəticəyə gəlmək mümkündür. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunveri ciliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilmə si isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini və maddi hüquq normalarının tələbini pozmuş və bu pozuntu isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Sum qayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar