Məhkəmə qərarları › İş №2(102)-4245/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4245/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4245/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(107)-586/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili R tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 23.10.2018-ci il tarixli, 2(051)2407/2018 nömrəli qətnam əsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 04.02.2019-cu il tarixli, 2(107)-586/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23.10.2018-ci il tarixli, 2(051)-2407/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək Cavabdeh 1750 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh və vəkili R iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 28.08.20 18-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı nəvəsini işə düzəltmək 2015-ci ildə cavabdehə verdiyi 1000 ABŞ dolları özünün məlumatı və razılığı əsasında cavabdeh X2 vermişdir. İdiaçının ifadəsində də qeyd olunmuşdur ki, pul Pə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Azərbaycan Respublikasının MPM-nin 387-ci maddəsinin tələblərinə riayət etməmiş, Pi cavabdeh kimi işə cəlb etməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu fakta lazımi qaydada hüquqi qiymət verməyərək qanunazidd qətnamə çı xarmışdır. Ona görə də onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(107)-586/2019 saylı qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı nəvəsi Xa iş tapmaq üçün 2015-ci ilin iyul ayında Cavabdeh müraciət etmiş, Cavabdeh da tanışı X1 geniş əlaqələri olduğunu, tanışları vasitəsi ilə kimsəni işə düzəltmək imkanı olmasını, onun nəvəsini də işə düzəldə biləcəyini, ancaq bunun müqabilində müəyyən məbləğdə pul lazım olduğunu bildirmişdir. Aralarında olan razılığa əsasən İddiaçı nəvəsi Xun işə düzəldilməsi məqsədi ilə Pə çatdırmaq üçün Cavabdeh 1000 ABŞ dolları pul vermişdir. Mülki işin materialları ilə Cavabdeh yuxarıda göstərilən məbləğdə pulları alması onun öz izahatları və işin digər halları ilə müəyyən edilmişdir. Bu hal cavabdeh tərəfindən etiraf edildiyindən iddiaçını iddia tələbini sübutetmə yükündən azad edir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları süb ut etmə vəzifəsindən azad edir. Cavabdehin iddiaçıdan aldığı pulları X2 verməsinə gəlincə isə apelyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin həmin şəxsə və ya digər şəxslərə qarşı qanunla müəyyən edilmiş qaydada iddia irəli sürmək hüququ vardır. Azərbaycan Respublikаsı Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə edir və həyаtа keçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci mаddəsinə əsаsən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci mаddəsinə əsаsən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci mаddəsinə əsаsən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci mаddəsinə əsаsən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci mаddəsinə əsаsən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyasının araşdırmaları zamanı İddiaçı iddia tələbində göstərilənlər, apellyasiya şikayətində göstərdikləri və məhkəmə iclasında bildirdikləri tam olaraq bir-birini təsdiqləyir. Ona görə də apelyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh İddiaçı 1750 manat ziyan vurması sübuta yetirilmişdir. Yuxarıda göstərilən maddələrin tələbinə görə cavabdeh iddiaçıya vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri olan hallar bütünlüklə apelyasiya şikayətinin də dəlilləri olmuş, həmin hallara işə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(107)586/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar