Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4250/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması, həmçinin nümayəndə və ya vəkil tərəfindən şikayətin imzalanmasına səlahiyyətin olunmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1524/2024 nömrəli, 1 oktyabr 2024- cü il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Vəkil) tərəfindən birgə verilmiş kassasiya şikayətinin mümkünlüyünü 5 dekabr 2024-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ASC-nin (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3 və X2 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2010 -cu il tarixli 029QRUP102880005 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə 3.255,77 ABŞ dolları kredit borcu, 456,67 ABŞ dolları faiz borcu, 246,60 ABŞ dolları peniya olmaqla cəmi 3.959,04 ABŞ dolları və dövlət rüsumuna görə ödənilmiş 20 manat pulun tutulması, tutmanın xx.xx.2010-cu il tarixli 029 DİGAR 13932301 saylı girov müqaviləsinin 2.2.1-ci bəndində sadalanan cavabdehlərə məxsus olan əmlaka yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:
2. Astara Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(018)410/2012 nömrəli, 20 iyun 2012-ci il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniş v axtı məzənnədə milli valyuta ilə 3.255,77 ABŞ dolları kredit borcu, 456,67 ABŞ dolları faiz borcu, 246,60 ABŞ dolları peniya və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi qət edilmişdir.
3. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
4. Astara Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdehlərin apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyinə görə geri qaytarılmışdır.
5. Həmin qərardaddan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 şikayət verərək, apellyasiya şikayətinin göndərilməsini xahiş etmişlər.
6. Astar a Rayon Məhkəməsinin 5 avqust 2024-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1524/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərardadı ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tale Kərimov) birinci instansiya məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması ü çün Astara Rayon Məhkəməsinə göndərilmişdir.
8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmaları barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmişlər.
9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1524/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmaları qərara alınmışdır.
10. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Vəkil) apellyasiya məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərardadından birgə kassasiya şikayəti versələr də, apellyasiya instansiya məhkəməsinin 2(106)-1524/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli q ərardadının ləğv edilməsini, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
11. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
12. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya ba xışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
13. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
14. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
15. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya ş ikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
16. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
17. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh3 (Vəkil) tərəfindən verilmiş kassasi ya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, Cavabdeh2 kassasiya şikayətinin nəticəsində isə hansı qərardaddan kassasiya şikayətinin verilməsi dəqiqləşdirilməlidir.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün k assasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
20. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 münasibətdə bu tələblərə əməl etməmişdir.
21. Belə ki, kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti cavabdehlərin vəkili olan Vəkil tərəfindən 24 noyabr 2024-cü il tarixdə elektron qaydada imzalanmışdır. Lakin, Cavabdeh3 münasibətdə Vəkil həmin tarixdə kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamış, qeyd olunan tarixə aid etibarnamə işə əlavə edilməmişdir.
22. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş və kil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
23. Bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti Cavabdeh3 münasibətdə geri qaytarılmalı idi. Çünki Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
24. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən şəxsin kassasiya şikayəti vermək hüququna malik olması, şikayətin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmaması, nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməməsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Bur aya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
26. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
28. Həmçinin, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi digər Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1524/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qərardadından Cavabdeh3 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti Cavabdeh3 aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.