Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4251/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)801/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-995/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.A.Quliyev) İddiaçı Cavabdeh qarşı “19.525 ABŞ dolları pul tələ binə dair” ilk iddiası rədd, Cavabdeh oğulunun İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası təmin edilərək, İddiaçı 9.500 manat pulun tutulub Cavabdeh verilməsi qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)251/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, M.A.Əsədli məruzəçi və İ.F.Quliyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4525/2019 saylı qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və S.F.Hacıyev) kasasiya şi kayəti təmin edilərək, iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)2641/2019 saylı qətnaməsi ilə (hakimlər M.R.Hüseynov sədrlik edən və məruzəçi, G.Q.Abbasov və R.R.Rəfiyev) apelyasiya şikayəti qismən təmin edilib, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, ilk iddia qismən təmin edilərək, Cavabdeh ödəniş vaxtı milli manata məzənnədə 4.000 ABŞ dollarının tutulub İddiaçı verilməsi, qalan hissədə ilk iddianın rədd olunması, həmçinin Cavabdeh İddiaçı qarşı “9.500 manat pul tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi qət edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-433/2020 saylı qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və V.Ə.İbayev) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən- Cavabdeh İddiaçı qarşı “9.500 manat pul tələbinə dair” qarşılıqlı iddiasının rədd olunması hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb, qalan hissədə qətnamə kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni Cavabdeh ödəniş vaxtı milli manata məzənnədə 4.000 ABŞ dollarının tutulub İddiaçı verilməsi hissəsində dəyiş dirilmədən saxlanılıb. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)801/2020 saylı qətnaməsi ilə (hakimlər İ.H.Şükürov sədrlik edən və məruzəçi, M.A.Eyvazov və A.A.Mahmudov) apelyasiya şikayəti qismən təmin edilib, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixliqətnaməsiqarşılıqlı iddiaya aid hissədə ləğv edilib, həmin hissədə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddia təmin edilib, İddiaçı 9.500 manat pulun tutulub Cavabdeh verilməsi qət edilib. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı ilk iddia qaldıraraq, Cavabdeh 19.525 ABŞ dollarının tutulub ona ödənilməsi barədə, eləcə də Cavabdeh məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı 9.500 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, pozulmuş hüquqlarının bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili Rasim Vəliyev və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddiaya aid hissədə ləğv edib, həmin hissədə iş üzrə yeni qətnamə çıxarmaqla qarşılıqlı iddianı təmin edərkən, qarşılıqlı iddianın əsaslı olmasına, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 560.1, 1091.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, Mahmud Kərimovxx xxxxxx 2016-cı il tarixdə Göyçay rayon polis şöbəsində verdiyi izahatında göstərib ki, İddiaçı Ruslanın Cavabdeh Mırtı kənd sakinlərinə qaytarmaq üçün verəcəyi 9.500 manat pulu ondan götürüb, lakin nə bizə, nədəki borclu olduqları Mırtı kənd sakinlərinə həmin pulu verməyib. Eləcə də birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Mahmud Kərimov ifadəsində bildirib ki, polis şöbəsində verdiyi ifadəni dəqiq xatırlamır. Cavabdeh İddiaçı Mırtı kənd sakinlərinə qaytarmaq üçün 9.500 manat pul verməsini Cavabdeh özü ona deyib və Mırtı kənd sakinlərinə həmin pul verilməyib. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsinin dəlillərini əsaslı sayıb, İddiaçı etirazı ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı Ruslanın Cavabdeh Mırtı kənd sakinlərinə qaytarmaq üçün verdiyi 9.500 manat pulu ondan götürüb, lakin həmin pulu nə Cavabdeh, nə də Mırtı kənd sakinlərinə verməyib. Bu hal mülki iş materialları, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Mahmud Kərimovun ifadəsi ilə də istisna olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasənmülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməz dir. Həmin Məcəllənin 560.2-ci maddəsində göstərilir ki, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində göstərilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasənvarlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Ape lyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb belə qənaətə gəlmişdir ki, İddiaçı həqiqətən Cavabdeh 9.500 manat pul almasını inkar etmir və bu hal Cavabdeh qarşılıqlı iddia tələbinisübut etmə yükündən azad edir. Belə ki, Cavabdeh qarşılıqlı iddia tələbində göstərmişdir ki, o, Göyçay rayonu, Mırtı kənd sakinlərindən aldığı məhsulların dəyərini ödəmək üçün pulu İddiaçı verib, lakin sonuncu kənd sakinlərinə həmin pulu ödəməyib. Apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb müəyyən etmişdir ki, qarşılıqlı iddianın faktiki əsasını ümumiyyətlə borc münasibətləri təşkil etmir. Qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh borclu olduğu digər şəxslərə ödənilməsi üçün ona verdiyi pulu təyina tı üzrə çatdırmadan mənimsəməklə sonuncunun hesabına əsassız varlanıb. Digər tərfdən İddiaçı9.500 manat pulu Cavabdeh ona olanborcuna görə verdiyiniqeyd edib qarşılıqlı iddiaya etiraz etsədə, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. İşdən görünür ki, İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayətini şikayət xatirinə verib və o, kasasiya şikayətini ümumiyyətlə əsaslandırmayıb və nəyə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmamasını kasasiya şikayətində göstərməyib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayə tinin dəlillərini əsassız hesab edir və apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə g əlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)801/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4251/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4251/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver