Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4251/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Cavabdeh2nə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)298/2021 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28,8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olmaqla, Cavabdeh1 ASC və X6 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli icra sənədi ilə X1 24 oktyabr 2012-ci il tarixdən 24 oktyabr 2016-cı il tarixədək yaranmış 165143 manat məbləğində əsas, 34169,16 manat məbləğində faiz, 24 oktyabr 2016-cı il tarixdən 17 aprel 2017-ci il tarixədək illik 5 faiz dərəcə si ilə hesablanmış 3739 manat faiz borcu olmaqla, cəmi 203051,16 manat pul vəsaitinin Cavabdeh1 ASC-nin xeyrinə tutulması, məhkəmə məsrəfini təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri - 250 manatın X1 tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməsi, tutmanın xxx oğlunun, X2 və İddiaçı mülkiyyətində olan ipotekaya qoyulmuş, müvafiq olaraq Şəki şəhəri, X16 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinə və 0,027 ha torpaq sahəsinə, ünvan 1mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124,4 kv,m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə, eləcə də Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsinə 28,8 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri-yaşayış sahəsinin açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, realizə edilmiş fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri-yaşayış sahəsinin dəyərindən X3 Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə olan borcu və məhkəmə xərcləri ödənildikdən sonra həmin əmlakların hər birinin ayrı-ayrılıqda satışından qalan pul vəsaitləri müvafiq olaraq borclular xxx oğluna, X4 və İddiaçı qaytarılması, ipoteka predmentini təşkil edən Şəki şəhəri, X16 küçəsində mülkiyyətində olan 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99,17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və 0,027 ha torpaq sahəsinin i lkin satış qiymətinin 158000 manat, ünvan 1mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 124,4 kv.m yaşayış, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin və 0,06 ha torpaq səhəsinin ilkin satış qiymətinin 80000 manat, Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28,8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 28000 manat məbləğində müəyyən edilməsi, fərdi yaşayış evlərinin, evlərin yerləşdiyi torpaq sahələrinin, həmçinin qeyri-yaşayış sahəsinin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. Həmin qətnamə üzrə icra sənədi Cavabdeh2nə göndərilmiş, 05 mart 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, "xxxx" MMC tərəfindən Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerl əşən ümumi sahəsi 28,8 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satışının ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilməklə 12 iyun 2019-cu il tarixdə, saat 11:00-da, açıq hərracdan təkrar satışının isə satış qiyməti 23800 manat məbləğində müəyyən edilməklə 25 iyun 2019-cu il tarixdə, saat 11:00-da keçirilməsi ilə bağlı elanlar verilmişdir. "xxxx" MMC tərəfindən 11 mart 2020-ci il tarixli, 226 nömrəli məktubla Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28,8 kv.m olan qeyri-yaşayış sahəsinin hərrac zamanı alıcısı olmadığına görə satılmadığı üçün icra sənədi qanunvericiliyə müvafiq qərar qəbul edilməsi üçün Cavabdeh2nə qaytarılmışdır. Cavabdeh2 icra məmuru Nümayəndə 17 avqust 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2018 -ci il tarixli icra sənədi icrası mümkün olmadığından geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan, Cavabdeh1 ASC-nin xeyrinə yüklü edilən ünvan 28 ünvanında yerləşən, ümumi sahəsi 28,8 kv.m olan qeyri-yaşayış binası üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X3 əsas borc öhdəliklərinin təminatı kimi iddiaçı və Cavabdeh1 ASC arasında b ağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 28 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Borc ödənilmədiyindən əmlak hərraca çıxarılmış, lakin əmlak hərracda satılmamış və tələbkar tərəfindən də alınmamışdır. Şəki Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(075)-1327/2020 nömrəli qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddia təmin edilmiş, Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Şəki şəhəri, X15 prospekti 178 ünvanında yerləşən, ümumi sahəsi 28,8 kv.m olan İddiaçı məxsus qeyri-yaşayış sahəsi üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.4, 43.8-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Res publikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, "xxxx" MMC tərəfindən təkrar hərrac keçirildikdən 30 gün müddətində ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ipoteka predmetini əldə etməmiş, ipoteka qoyan hazırkı iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasiəsi ilə apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(075)-1327/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)-298/2021 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və A.A.Mahmudovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(075)-1327/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsinin də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək göstərmişdir ki, 23 may 2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəlik tam şəkildə yerinə yetirilmədiyindən iddiaçı LPO Cavabdeh1 ASC cavabdehlər xxx qızına, X7, X5 və İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO Cavabdeh1 ASC-nin iddia tələbi qismən təmin edilmiş, qətnamədən narazı qaldığından cavabdeh X8 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılarkən ipoteka predmeti olan əmlakların likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 28 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus, ümumi sahəsi 28,8 kv.m olan Şəki şəhəri, X15 prospekti, 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyərinə uyğun likvid qiyməti 26000 manat müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı mübahisələndirdiyi Şəki şəhəri, X15 prospekti, 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsi digər öhdəliklə yanaşı 23 may 2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə də ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Ləğv prosesində olan Cavabdeh1 ASCnin cavabdehlər xxx qızına, X7, X5 və İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipotek a predmetinə yönəldilməsi tələbinə dair mülki işə baxılıb yekun qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alana qədər, hazırki mülki iş üzrə icraat dayandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmin vəsatətlə bağlı hesab etmişdir ki, qeyd olunan iş üzrə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi hazırki iş üzrə ipotekaya xitam verilməsi ilə əlaqəli və bir-birindən asılı olmadığından hazırki iş üzrə icraat dayandırılmasına əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(075)-13 27/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən hər hansı bildiriş ipoteka saxlayana verilməmiş və nəticədə ipoteka saxlayan hər iki hərracın keçirilməsindən məlumatsız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq t ərəflər vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, k eçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərr ac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbayca n Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən fa ktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, cavabdeh bankın apellyasiya şikayətinin dəlil i ondan ibarət olmuşdur ki, mübahisələndirilən əmlakla bağlı "xxxx" MMC tərəfindən 12 iyun 2019-cu il və 25 iyun 2019-cu il tarixlərdə açıq hərraclar keçirilsə də, ipoteka saxlayana bununla bağlı hər hansı bildiriş verilməmiş, nəticə olaraq ipoteka saxlayan hərraclardan məlumatsız olmuşdur. İş materiallarında "xxxx" MMC tərəfindən keçirilən hərracların vaxtı, yeri və şərtləri barədə sifarişçi icra şöbəsinə, ipoteka saxlayana, ipotekaqoyanlara ünvanlanmış bildirişlərin, habelə İcra şöbəsinə ünvanlanmış hərracın baş tutmaması barədə 07 dekabr 2015-ci il tarixli məlumat məktubunun surətləri əlavə edilsə də, həmin sənədlərin tələbkar banka təqdim olunmasını təsdiq edən müvafiq sübut iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin apellyasiya şikayətinin dəl illəri hərrac təşkilatından poçt xəbərnamələrinin, keçirilmiş hərracların protokollarının surətlərinin alınması, icra işinin öyrənilməsi vasitəsi ilə araşdırıla bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxarkən Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında irəli sürülmüş mövqeyə zidd olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı araşdırma aparmamış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bununla bağlı sübutların təqdim edilməsini tərəflərə təklif etməmiş və faktiki olaraq apellyasiya şikayətinin dəlillərini cavabsız saxlamışdır. Belə olan halda isə hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi və baş tutmamış elan olunması prosedurlarının “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrinə uyğun olub-olmamasını ha zırki vəziyyətdə hüquqi qiymət verilməsi qeyrimümkündür. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuşdur ki, mübahisələndirilən daşınmaz əmlak Cavabdeh1 ASC və X6 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı ilə yanaşı, həmin bankla xxx qızı arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. X13 Vasif qızı kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada icra etmədiyindən kredit verən məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh1 ASC-nin iddia tələbi qismən təmin edilmiş və tutulan borcun o cümlədən hazırki işdə mübahisələndirilən əmlaka yönəldilməsi qət edilmişdir. B una baxmayaraq iddiaçı hazırki iddia ilə Cavabdeh1 ASC-nin xeyrinə yüklü edilən ünvan 28 ünvanında yerləşən, ümumi sahəsi 28,8 kv.m olan qeyri-yaşayış binası üzrə tam ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbini irəli sürmüş, birinci instansiya məhkəməsi isə iddianı tam təmin etmişdir. Məhkəmə iddianı təmin edərkən, əmlakın ümumi olaraq ipotekadan azad edilməsi hazırki mübahisənin predmeti olmayan başqa kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatına təsir göstərə biləcəyini araşdırmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan iş ə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)-298/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4251/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4251/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver