Məhkəmə qərarları › İş №2(102)-4252/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4252/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4252/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddiaçı üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh1 qarşı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi, pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)502/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlə t reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərarın təsviri hissəsində göstərilənlərə əsasən 1-NK/2630 nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması və maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cava bdeh1 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 21.60 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılaraq həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, 2021-ci ilin oktyabr ayı üçün əmlakın qanunsuz sahiblikdə olduğu müddətdə vurulmuş zərərin əvəzi olaraq 2000 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi, 01 noyabr 2021ci il tarixindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi tarixinə kimi olan müddətdə hər gün üçün 66,66 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsu si mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Ona məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsi tanımadığı şəxslər tərəfindən zəbt edilmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsində tanımadığı şəxslərin olduğu ona məlum olmuşdur. Qeyri-yaşayış sahəsini tərk etmələri tələb edilsə də, heç bir əsas olmadan həmin sahəni zəbt edən şəxslər bundan imtina ediblər. Sözügedən qeyri- yaşayış sahəsi vaxtilə Vüqar adlı şəxsə icarəyə verilmişdi və hər ay 2000 manat olmaqla icarə haqqı müxtəlif şəxslər vasitəsilə iddiaçıya göndərilirdi. Ona m əlum olmuşdur ki, hazırda qeyri-yaşayış sahəsini zəbt edən şəxslərin Vüqar adlı şəxslə əlaqəsi belə yoxdur və heç bir əsas olmadan qeyri-yaşayış sahəsindən istifadə edirlər. Onun cavabdehlər tərəfindən verilən ödənişi qəbul etməkdən imtina etməsinə və cavabdehlərə qeyri-yaşayış sahəsini tərk etmələrini bildirməsinə baxmayaraq, cavabdehlər qanunsuz əməllərini davam edərək, qeyri-yaşayış sahəsini tərk etməyəcəklərini bildirirlər. Tərəfindən Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edilmiş və həmin qeyri-yaşayış sahəsini zəbt etmiş şəxslərin müəyyən edilərək, onların qanunsuz hərəkətlərinə son qoyulmasına dair müvafiq tədbir görülməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanm asının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarla əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, qeyri-yaşayış sahəsini zəbt etmiş şəxslər Cavabdeh2 və Cavabdeh1dur.

5. Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 20000 manat və 150 manat dövlət rüsumunun, cəmi 20150 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qardaşıdır, göstərilən ünvanla heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də onun cavabdeh kimi qoyulması əsassızdır. İlk iddia tələbi də əsassızdır. Onun istifadəsinə verilən zirzəmi 17 kv.m olub. İcarəyə verilən sahə ist ifadə üçün yarasız olub. Zirzəmidə yerləşən bu sahəyə giriş mövcud olmayıb. Aralarındakı razılaşmaya əsasən zirzəmiyə giriş açaraq ticarət üçün yararlı hala gətirməli idi. Çox çətinliklə də olsa zirzəmiyə giriş açdı və bütün sahəni təmir elədi. Obyekti yararlı hala gətirənə qədər iddiaçı oranı 100 manata belə icarəyə verə bilmirdi. Aparılan tikinti-təmir işlərinə 20.000 manat pul xərcləmişdir. Hüseynbala Əliyev küçəsi ticarət üçün əlverişli yer hesab olunur və burada təmir-tikinti aparmaq çox bahadır. Bahadır həm də ona görə ki, təmir-tikinti apardıqları obyektin hər hansı bir sənədi yox idi. Sahəni yararlı hala salandan sonra iddiaçıya 1500 manatdan başlayaraq, 1.800, 2.000 manat, sonuncu ayları isə 2200 manat icarə haqqı ödəmişdir. Bu günə kimi təqribən 24.000 manat icarə haqqı ödəmişdir. Dəfələrlə xahiş etmişdir ki, icarə müqaviləsi bağlasınlar. Lakin iddiaçı müqavilə bağlamaqdan imtina edib. İcarə müqaviləsi bağlamaq lazım idi ona görə ki, onlardan müxtəlif vəzifəli şəxslər tez-tez sənəd tələb edirdilər.Hər dəfə müxtəlif bəhanələr gətirmək məcburiyyətində qalırdı. Buna baxmayaraq icarə haqqı tez-tez qaldırılırdı. Sonuncu dəfə icarə haqqını ödəmək üçün müqavilə tələb etdiyinə və icarə haqqının qaldırılmasına etiraz etmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, artıq mübahisəli sahəyə mülkiyyət hüququ haqqında çıxarış alınıb.Alınan çıxarış qanunsuz olsada onu mübahisələndirməyi planlaşdırmır bu şərtlə ki, çəkdiyi xərclər ödənilsin və ya xərclədiyi 20000 manatın əvəzi olaraq 15 ay müddətinə icra haqqı alınmasın. Hər iki halda obyekti təhvil verə bilməz. İd dia ərizəsində 2000 manat əldən çıxmış fayda və təhvil verilmə tarixinə kimi hər gün üçün 66,66 manat pul tələb edilməsinin hüquqi əsasları göstərilməyib. Tərəfindən hər hansı bir mülki hüquq pozuntusu törədilməyib.

7. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli qarşılıqlı iddia ərizəsinin birinci səhifəsinin 2-ci abzasında “bu günə kimi 24.000 manat icarə haqqı ödəmişəm” cümləsində 24.000 manat sözünün yazılışında texniki səhvə yol verildiyini bildirmiş, bu səbəbdən də 24.000 manat sözünün 240.000 manat kimi oxunulmasını xahiş etmişdir.

8. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh3 20.000 manat obyektin yara rlı hala salınmasına sərf etdiyi, əmlakdan istifadəyə görə ödədiyi 254.800 manat pulun və 150 manat dövlət rüsumunun, cəmi 274.950 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2022ci il tarixli, 10/3537 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yaşayış evinin zirzəmisində yerləşən qeyri-yaşayış sahəsində yerinə yetrilmiş tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 985,0 manat məbləğində olduğu müəyyən edilmişdir. 10. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 saylı binanın 18 nömrəli mənzilin altında yerləşən zirzəminin həcmi 37.6 m təşkil edir ki, bu qədər torpağın q azılması və daşınması üçün ümumilikdə 9.100,0 (37.6*242) manat vəsait tələb olunur. Həmin obyektin divarlarının bərkidilməsi (betonlanması) üçün 3.045,0 (daxili divarların səthi - 35 m² *87) manat vəsait tələb olunur. Zirzəmidən bayıra giriş-çıxış üçün beton pilləkən tikilməsinə 675,0 (pillə sayı 5*135) manat vəsait tələb olunur. Aparılmış təhlil və hesablamalar nəticəsində yuxarıda sadalanan işlərin görülməsinə ümumilikdə 12.820,0 (on iki min səkkiz yüz iyirmi) manat vəsait tələb olunur.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, o, 7 ilə yaxındır ki, mübahisəli qeyri-yaşayış sahəsində satıcı işləyir. İcarə haqqını Təranə xanım və ya oğlu gəlib götürürdü və ya özü onlar deyən ünvana aparırdı. İcarə haqqının məbləğləri dəyişirdi, yəni məbləğ getdikcə artırdı, icarə haqqı 1200 manat, 1800 manat, 2000 manat, 2300 manat məbləğində müəyyən edilmişdi. Təranə xanım Ayla xanımın anası idi. Təranə xanım deyirdi ki, mağaza onlarındır, sahibidir. Əmək müqaviləsi kiminlə bağlanıb bilmir, ancaq onu işə Cavabdeh2 götürmüşdür.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, o, rəhmətlik qardaşı ilə Cavabdeh2 icarə götürdüyü dükanı təmir etmişdir. Təmir üçün sifarişçi Cavabdeh2 idi. Dükanın genişlənməsi və təmiri üçün müraciət etdi. Dükanı icarəyə götürmüşdü, əslində sahibinin kim olması barədə məlumatı yoxdur. Dükanın qabağını genişlətmək üçün 1 həftə torpaq çıxarmışlar. Təmirdən əvvəl dükan çox kiçik idi. Dükanı sıfırdan təmir etmişlər. Təmir xərcini Aydın ödədi. Təmir etdiklərindən çox vaxt keçdiyinə görə təxmini qiymət 20.000 manat kimi yadında qalıb. Təxmini 20.000 manat təmir üçün pulu qardaşına verib, qardaşı oradan ona düşən payı verib. Təmirə pul almaqları ilə bağlı vergi ödənişinin olub-olmaması barədə məlumatı yoxdur. Belə ki, həmin işlərlə qardaşı məşğul olurdu. Qardaşı isə vəfat etmişdir.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Musayeva) xx.xx.2022-ci il tarixli, 2(006)-596/2022 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsini İddiaçı təhvil vermələri, 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşa yış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi, ilkin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 40 manatın 28 manatı məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın digər hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki,xx.xx.2021-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 və Cavabdeh1 sahibliyində və istifadəsindədir. Belə ki, Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu polis şöbəsində cavabdehlərin verdiyi izahatlarına əsasən, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin on il əvvəl onlar tərəfindən icarəyə götürüldüyü, hər ay buna görə 2.000 manat məbləğində icarə haqqının İddiaçı anası Cavabdeh3 ödənildiyi, lakin aralarında etibarlı icarə müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır; - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdənmüəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir: iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir və onların əşyaya sahiblik hüququ yoxdur. Cavabdehlərin həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifa də etmələri isə əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

16. Məhkəmə yuxarıda şərh edilənləri nəzərə alaraq iddianın “2021-ci ilin oktyabr ayı üçün əmlakın qanunsuz sahiblikdə olduğu müddətdə vurulmuş zərərin əvəzi olaraq 2.000 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkəts izliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi ticarət obyekti kimi Cavabdeh2 və Cavabdeh1 icarəsinə verilmiş və sahəyə mülkiyyət hüququ iddiaçıya keçdiyi vaxtdan halhazıradək onların qanunsuz sahibliyindədir. Yuxarıda qeyd edildiyi kimi cavabdehlərin həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə etmələr i əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Şifahi formada bağlanmış icarə müqaviləsinə əsasən cavabdehlər tərəfindən icarə haqqı olaraq ödənilən məbləğ 2.000 manat təşkil etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən ticarət obyekti kimi faktiki istifadə etməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında hər ay 2.000 manat maddi zərərin dəyməsi halı öz təsdiqini tapmışdır. Ona görə də, iddiaçı həmin məbləğin cavabdehlərdən onların mübahisəli sahədən çıxmalı olduqları barədə məlumatı əldə etdikləri andan (2021-ci ilin oktyabr ayından) həmin sahənin iddiaçıya tam təhvil verilənəd ək tutulmasını tələb etməkdə haqlıdır.

17. Məhkəmə iddianın “01 noyabr 2021-ci il tarixindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.60 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi tarixinə kimi olan müddətdə hər gün üçün 66,66 manat pul məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı müzakirə edilən tələbin qanuni əsası kimi hər hansı qanun normasına istinad etməmiş və beləliklə də məhkəmə tərəfindən faktiki halların iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmamasının hüquqi cəhətdən dəyərləndirilməsi mümkün olmamışdır.

18. Məhkəmə Cavabdeh3 münasibətə qarşılıqlı iddianın hüquqi dəyərləndirilməsinin Mülki Məcəllənin 21.2, 448.1 və 448.2-ci maddələri ilə b ağlı müddəalarının tələbləri daxilində aparılmalı olduğunu qeyd edir və yuxarıda göstərilənlərə əsasən hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını müəyyən edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdehlər ilə Cavabdeh3 arasında şifahi formada icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İcarə müqaviləsi şifahi formada bağlandığından müqavilənin hansı müddətə bağlandığını, xəbərdarlıq müddətinin nə qədər təşkil etdiyini, icarə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrinin nədən ibarət olduğunu, icarəyə verilmiş əmlakın saxlanması və ya bərpası üçün icarəçinin çəkdiyi zəruri xərclərin əvəzin in qaytarılmalı olub-olmamasını və s. kimi şərtlərin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır.

19. Məhkəmə həmçinin qeyd etməyi zəruri saymışdır ki, icarə müqaviləsinin şərtlərinin nədən ibarət olduğunu təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verilməsinə də zərurət aradan qalxır. Çünki mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının sağlamlığına zərərin dəyməsinə dair irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır.

20. Qeyd edilməlidir ki, qarşılıql ı iddia cavabdeh İddiaçı münasibətdə də rədd edilməlidir. Hazırki iddianın qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı ilə cavabdeh İddiaçı arasında hər hansı müqavilə bağlanmamış, ilkin iddia üzrə cavabdeh iddiaçı ilə müvafiq müqaviləni bağlama q niyyətində olmamışdır. Lakin qaytarılması tələb edilən pul vəsaiti mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən kommersiya obyekti kimi istifadə etməsi müqabilində könüllü qaydada verilmiş, İddiaçı həmin zaman qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmamış, sahənin istifadəsi ilə bağlı bir sıra işlər (təmir-bərpa işləri və s.) bir neçə il ərzində qarşılıqlı iddiaçı tərəfindən həyata keçirilsə də, bu işlərin görülməsi bir qayda olaraq onun mənafeyinə uyğun olmuş və o özü göstərilən xidmətlərdən yararlanmışdır. Belə olan halda İddiaçı əldə etdiklərini qaytarmaq üzrə hər hansı vəzifəni daşımır.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 157, 21, 1096, 1097, 442, 443.1, 445.2.1, 445.2.2, 448.1, 448.2, 1091, 1092.1-ci m addələrinə, Mülki Prosessual Məcəllənin 119-cu maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

23. Qətnamədən ilkin iddia üzrə cavabdehlər apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddianın qismən təmin olunması hissəsində Mülki Prosessual Məcəllənin 218.1 və 220.4-cü maddələrinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. İlkin iddiaya hüquqi qiymət verərkən işin faktiki halları nəzərə alınmamışdır. İlkin iddianın təmin olunması üçün iddiaçı istinad etdiyi halları sübut etməli, qarşılıqlı iddianın təmin olunmaması üçün isə irəli sürülən müddəaları təkzib etməli idi. İ ddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməyib və təbidir ki, istinad etdiyi halları sübut edə bilmədiyi kimi qarşılıqlı iddianı da təkzib edə bilməyib. Nağıyevlər obyekti tərk ediblər və hazırda obyektdən istifadə etmirlər. Məhkəmə mübahisəsinin davam etdiyi dövrdə, Nağıyev iddiaçıya xx.xx.2022-ci ildə icarə müqaviləsi bağlanması barədə təklif verilib və təklif qəbul olunmayıb. Təklifə cavab alındığı 28 mart 2022-ci ildən sonra Nağıyevlər obyektdən istifadəni dayandırıblar və oranı tərk ediblər. Məhkəmə çıxışında məhkəmənin diqqətini bu hala cəlb etsə də məhkəmə bu məsələni müzakirə etməyib və ona qiymət verməyib. 5 aydan artıqdır ki, Nağıyevlər obyekti tərk ediblər. Obyekt iddiaçı tərəfindən rəsmi qaydada onlara təhvil verilməyib və Nağıyevlərin obyekti təhvil vermələrinə dair öhdəl ikləri olmayıb. İddiaçı 2021-ci ildə obyektə mülkiyyət hüququ əldə edib. Nağıyevlər icarə müqaviləsi bağlamağa dair təklif verirlər, iddiaçı qəbul etmir və Nağıyevlər obyekti tərk edirlər. Mübahisəyə obyektiv hüquqi qiymət verilməsi üçün Nağıyevlərin hansı mülki hüquq pozuntusuna yol verdiyinə aydınlıq gətirilməli idi. Nağıyevlər hər hansı bir mülki hüquq pozuntusu törətməyib və iddiaçıya zərər vurmayıblar. İddiaçı obyekti başqasına təhvil verib oradan ayda 2000 manat gəlir götürəcəyinə dair məhkəməyə sübut təqdim etməyib. Belə vəziyyətdə Nağıyevlərin iddiaçıya hər ay 2000 manat zərər vurması qənaətinə gəlinməsi tamamilə əsassızdır.

25. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, mübahisəli sahədə yerləşən dükan açılaraq baxış keçirilən zaman həmin dükanın boş vəziyyətdə olduğu müəyyən edilmişdir. Dükanın açarı tələbkar tərəfindən dəyişdirilmişdir.

26. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/3537 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yaşayış evinin zirzəmisində yerləşən qeyri-yaşayış sahəsində yerinə yetrilmiş tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 985,0 manat məbləğində olduğu müəyyən edilmişdir.

27. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 saylı binanın 18-ci mənzilinin altında yerləşən zirzəminin istismara yararlı hala salınması üçün aparılmış tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 911,0 manat məbləğində olduğu müəyyən olunur

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-502/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (E.Mehdiyev (sədrliyi və məruzəsi ilə), hakimlər E.Rəhimov və F.Əyyubovdan ibarət tərkibdə) ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-596/2022 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilmiş “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zər ərin müştərək qaydada ödənilməsi” hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv olunması, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İlkin iddia tələbi “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi” hissəsində təmin olunmamış, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyriyaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 (doqquz yüz on bir) manat məbləğində pul və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 (doqquz yüz səksən beş) manat xərc, ümumilikdə 1896 (bir min səkkiz yüz doxsan altı) manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddaçı Cavabdeh2 ödənilməsi, qarşılqlı iddianın qalan hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsi “ilkin iddianın Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsinə dair” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, Mülki Məcəllənin 157.1, 157.2 və 157.4-cü maddələrində mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqa mətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir.

30. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin həmin hissədə təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir: iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir və onların əşyaya sahiblik hüququ yoxdur. Cavabdehlərin həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə etmələri isə əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaratmışdır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

31. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə hesab etmiş dir ki, qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin oradan çıxmamaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia bu hissədə təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxmaqla həmin qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməlidirlər.

32. Məhkəmə kollegiyası ilkin iddianın “2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsinin təmin olunması” hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, ilkin iddia üzrə cavabdehlərin təmsilçisi ilk in iddiaçı ilə cavabdehlər arasında icarə müqaviləsinin mövcud olmadığını, iddiaçının cavabdehlərlə icarə münasibəti yaranmasından imtina etdikdən sonra onların həmin sahədən çıxdıqlarını bildirmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçı ilə həmin qeyri-yaşayış sahəsinə dair icarə münasibətləri mövcud olmadığı və həmin qeyri-aşayış sahəsini tərk etdikləri üçün ilkin iddia tələbi həmin hissədə təmin edilə bilməz.

33. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə toplanmış sübutlarla, o cümlədən şahidlər X1, X2 ifadələri, ekspertiza rəyləri ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin yararlı hala gətirilməsi, orada təmir-tikinti işlərini aparması öz təsdiqini tapmışdır.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıq lı iddia ərizəsi qismən təmin olunmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pul və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 manat xərc, ümumilikdə 1896 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq ona ödənilməli, qarşılıqlı idda qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir.

35. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 157.2, 157.4, MPM-nin 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İlk iddia üzrə İddiaçı kassas iya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ilk iddia tələbinin təmin edilməmiş və qarşılıqlı iddia tələbinin təmin edilmiş hissələrində ləğv edilərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işin məhkəmə tərəfindən araşdırılmış və hüquqi qiymət verilmiş halları ondan ibarətdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və həmin əmlaka faktiki sahiblikdən məhrum olmuşdur, qeyriyaşayış sahəsi cavabdehlərin faktiki sahibliyindədir və onların həmin əşyaya sahiblik hüququ yoxdur və cavabdehlər həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə etmişlər və bu da iddiaçının mülkiyyət hüquqlarından sərbəst surət də istifadə etməsinə məhdudiyyətlər yaratmışdır. Lakin apellyasiya instansiya məhkəməsi ilkin iddia tələbinin “ilkin iddianın 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsinin təmin olunması” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, ilkin iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddianın bir hissəsini təmin edib digər hissəsini təmin etməməklə, nəzərə almamışdır ki, ilkin iddia tələbinin bir hissəsi digər hissəsinin nəticəsi kimi çıxış edir, yəni cavabdehlərin qeyri-yaşayış sahəsinə qanunsuz sa hibliyi nəticəsində iddiaçı öz əmlakından məhrum olmuş və elə məhz bunun nəticəsində də iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə cavabdehlərin iddiaçını öz əmlakından məhrum edən qanunsuz hərəkətlərini tanımış, lakin “cavabdehlərin iddiaçı ilə həmin qeyri-yaşayış sahəsinə dair icarə münasibətləri mövcud olmadığı və həmin qeyri-yaşayış sahəsini tərk etdikləri üçün ilkin iddia tələbi həmin hissədə təmin edilə bilməz.” qənaətinə gəlmişdir. Bununla da cavabdehləri maddi ziyanın ödənilməsindən yayındırmışdır. Halbuki sübut etməyə ehtiyac yoxdur ki, cavabdehlərin məhkəmənin də müəyyən etdiyi qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İddiaçının hüququ pozulmasaydı, o, 2021-ci ilin oktyabr ayından etibarən hər ay üçün qeyri-yaşayış sahəsinin istifadəyə verilməsindən 2.000 AZN (iki min manat) gəlir edəcəkdi. Cavabdehlərlə iddiaçı arasında icarə münasibətlərinin mövcud olmamasına və qeyri-yaşayış sahəsini tərk etmələrinə gəldikdə isə, qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış iclasında iş üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, cavabdehlər həmin qeyri-yaşayış sahəsini tərk etdikdən sonra, yəni 2022-ci ilin mart ayında həmin sahədə çalışan işçilər qeyri-yaşayış sahəsinə sahiblik edirlər. Halbuki, iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində icraatda olduğu müddət ərzində (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) cavabdehlər tərəfindən məhkəməyə qeyri-yaşayış sahəsinin başqa şəxslərin istifadəsində olması ilə bağlı hər hansı məlumat verilməmişdir. Bu hald a sual olunur cavabdehlər qeyri-yaşayış sahəsinin açarını sözügedən başqa şəxslərə təhvil verməmişdilərsə, həmin şəxslər qeyri-yaşayış sahəsindən necə istifadə edə bilərdilər? Qeyri-yaşayış sahəsinin cavabdehlərin və ya digər şəxslərin qanunsuz sahibliyində olması iddiaçıya maddi ziyan vurulmasını istisna etmir. Fərz etsək ki, qeyri-yaşayış sahəsi cavabdehlərdən əlavə başqa şəxslərin də qanunsuz istifadəsində olmuşdur, bu halda yenə məsuliyyəti cavabdehlər daşıyır, çünki həmin şəxslər qeyri-yaşayış sahəsindən məhz cavabdehlər tərəfindən qeyri-yaşayış sahəsinin açarının həmin şəxslərə təhvil verilməsi nəticəsində istifadə edə bilərdilər. Həmçinin iş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqı nda qərarından görünür ki, qeyri-yaşayış sahəsini zəbt etmiş şəxslər Cavabdeh2 və Cavabdeh1dur. Qərarda cavabdehlərin vermiş olduğu izahatlarla da təsdiq olunur ki, qeyri-yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindədir.

38. Kassator bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdehlər arasında qeyri-yaşayış sahəsinə dair icarə münasibətlərinin mövcud olmadığını qəbul etsə də, cavabdehlərin qarşılıqlı iddia tələbini qismən təmin edərək, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinin yararlı hala gətirilməsini və orada təmir-tikinti işlərini aparmasını şahid ifadələri ilə, ekspert rəyləri ilə təsdiq edilmiş fakt kimi qəbul etmişdir. Halbuki, ekspert rəyi ilə təmir-tikinti işlərinin kim tərəfindən həyata keçirilməsinin müəyyən edilməsi qeyri-mümkündür. İş mater iallarında cavabdehlər tərəfindən qeyri-yaşayış sahəsinə hər hansı xərc çəkilməsi ilə bağlı sübut mövcud deyildir. Fərz etsək ki, cavabdehlər həmin qeyri-yaşayış sahəsinə xərc çəkərək orada təmir-tikinti işləri aparmışlar, bu halda nəzərə alınmalı idi ki, cavabdehlərlə iddiaçı arasında icarə münasibətləri və icarə müqaviləsi olmamışdır, cavabdehlər qeyri-yaşayış sahəsinə qanunsuz sahiblik etmişlər və orada hər hansı təmir-tikinti işlərinin aparılması iddiaçı ilə razılaşdırılmamışdır. Sübut etməyə ehtiyac yoxdur ki, tərəflər arasında icarə müqaviləsi olduğu təqdirdə belə, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən tərəfl ər arasında icarə münasibətlərinin olmaması, cavabdehlərin əmlaka qanunsuz sahiblik edən vicdansız sahib olması qənaətinə gəlir, digər tərəfdən isə cavabdehləri icarəçi (vicdanlı sahib) kimi qəbul edərək onların iddiaçının razılığı olmadan qeyri-yaşayış sahəsinə çəkdikləri xərclərin iddiaçıdan tutulmalı olması qənaətinə gəlmişdir. Mülki Məcəllənin istinad edilən maddəsindən də göründüyü kimi, mülkiyyətindən məhrum edilmiş iddiaçı əmlakından qanunsuz istifadə etmiş cavabdehlərdən nəinki öz əmlakının qaytarılmasını tələb edə bilər, hətta cavabdehlər əmlakın onlarda olması ilə bağlı iddiaçıya dəymiş bütün zərərin əvəzini ödəməlidirlər.Apellyasiya instansiyası məhkəməsi isə cavabdehlərdən iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi deyil, cavabdehlərin onlar tərəfindən həyata keçirilməsini iddia etdikləri təmir-tikinti işlərinə çəkdikləri xərcin iddiaçıdan tutulmalı olması qənaətinə gəlməklə düzgün nəticəyə gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.

41. İlk iddia üzrə iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

42. Maddə 13.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

43. Maddə

29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

44. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna mali k olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

45. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

46. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

47. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

48. Maddə 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

49. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

50. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağ ı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

51. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bun dan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

52. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

53. Maddə 157.7.Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələ b edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın rədd olunmuş (2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsinin təmin olunması”) və qarşılıqlı iddianın təmin olunan (iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 (doqquz yüz on bir) manat məbləğində pul və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 (doqquz yüz səksən beş) manat xərc, ümumilikdə 1896 (bir min səkkiz yüz doxsan altı) manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddaçı Cavabdeh2 ödənilməsi hissəsində apell yasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının tələbləri pozulmuş, səhv tətbiq olunması halları müəyyən edilmişdir.

62. İlk iddiaçının tələbindən aydın görünür ki, o, 2021-ci ilin oktyabr ayından mülkiyyətində olan qeyri–yaşayış sahəsindən cavabdehlərin çıxmasını tələb etmiş, bu xəbərdarlığı cavabdehə çatdırmış, lakin cavabdehlər iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsindən tələb olunan müddətdə çıxmamış və hər hansı qanuni əsas olmadan qeyri-yaşayış sahəsinə sahibliyi davam etdirmişlər.

63. Məhz bu fakta istinad edən iddiaçı cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxmalarını və onlarda qalmış müddət üçün sahibliyin qanunsuz olduğuna istinad edərək zərər tələb etmişdir.

64. Birinci instansiya məhkəməsi sahibliyin qanunsuz olmasını müəyyən edərək qeyri- yaşayış sahəsinin boşaldılmalı olmasına dair iddia ilə razılaşmış, həmin hissədə iddianı təmin etmiş, eyni zamanda qeyd etmişdir ki, cavabdehlərin həmin sahədən ticarət fəaliyyəti ilə məşğul olmaqla istifadə etmələri əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Şifahi formada bağlanmış icarə müqaviləsinə əsasən cavabdehlər tərəfindən icarə haqqı olaraq ödənilən məbləğ 2.000 manat təşkil etmişdir. Bu baxımdan Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən ticarət obyekti kimi faktiki istifadə etməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında hər ay 2.000 manat maddi zərərin dəyməsi halı öz təsdiqini tapması müəyyən edilmişdir. Ona görə də, iddiaçı həmin məbləğin cavabdehlərdən onların mübahisəli sahədən çıxmalı olduqları barədə məlumatı əldə etdikləri andan (2021-ci ilin oktyabr ayından) həmin sahənin iddiaçıya tam təhvil verilənədək tutulmasını tələb etməkdə haqlı olması nəticəsinə gəlmişdir.

65. Apellyasiya instansiya məhkəməsi təmin olunmuş həmin hissədə qətnaməni ləğv edərək yeni qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə cavabdehlərin təmsilçisi ilkin iddiaçı ilə cavabdehlər arasında icarə müqaviləsinin mövcud olmadığını, iddiaçının cavabdehlərlə icarə münasibəti yaranmasından imtina etdikdən sonra onların həmin sahədən çıxdıqları nı bildirmişdir. Belə olan halda cavabdehlərin iddiaçı ilə həmin qeyri-yaşayış sahəsinə dair icarə münasibətləri mövcud olmadığı və həmin qeyri-yaşayış sahəsini tərk etdikləri üçün ilkin iddia tələbi həmin hissədə təmin edilə bilməz.

66. Göründüyü kimi, hər iki instansiya məhkəməsi tərəfindən qəbul olunur ki, tərəflər arasında etibarlı icarə münasibətləri olmamış, ilk iddiaçı da məhz icarə müqaviləsi üzrə ödənilməli olan məbləği deyil, mülkiyyətində olan sahənin qanunsuz əsaslarla cavabdeh tərəfindən sahiblik edildiyinə əsaslanmaqla və edilmiş xəbərdarlığa baxmayaraq geri verilmədiyinə istinad edərək qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müddət üçün əldən çıxmış fayda tələb olunur.

67. Hər iki tərəf qəbul edir ki, onlar arasında əldə olunmuş razılaşmaya əsasən hər ay ilk iddiaçıya 2.000 manat məbləğində pul ödənilmişdir.

68. Qeyd edilməlidir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (§ 47)

69. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bil məli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.

70. Belə olan halda apellyasiya instansiya məhkəməsi qeyri-yaşayış sahəsinə ilk iddiaçının iddia etdiyi müddətdə cavabdehin sahibliyinin qanuni olub-olmamasını, həmin müddət üçün iddiaçı qarşısında hər hansı əsaslarla öhdəliyin yaranmasını, bunun pozulub pozulmamasını, hansı vaxtdan etibarən əmlakın mülkiyyətçiyə qaytarılması, onda qalan müddət üçün ilk iddiaçıya zərərin vurulmasını və ödənilib-ödənilmədiyini müəyyən etməli olduğu halda, bunlarla bağlı araşdırma aparmamış və yalnız etibarlı icarə münasibətlərinin olmaması və artıq qeyri-yaşayış sahəsinin mülkiyyətçiyə qaytarılmasına istinad edərək iddianın həmin hissədə rədd olunması ilə bağlı əsassız olan nəticəyə gəlmişdir.

71. Apellyasiya instansiya məhkəməsi nəzərə almalı idi ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, tələbin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.

72. Bu baxımdan isə apellyasiya instansiya məhkəməsi ilkin olaraq müqavilədən irəli gələn öhədliklərin və ya münasibətlərin mövcud olmamasına qiymət verdikdən sonra qanundan irəli gələn münasibətləri yoxlayaraq iddianın mübahisələndirilən həmin hissəsinə Mülki Məcəllənin 21, 157-ci maddələrinin və digər qanuni əsasların tətbiqinin mümkünlyünü müzakirə etməli idi, lakin belə qiymətləndirmənin aparılmaması aşkardır.

73. İlk iddiaçının məhkəmə icraatlarında bildirdiyi faktiki halların həmin əsaslardan hansına uyğun gəldiyini işə mahiyyəti üzrə baxan məhkəmə yoxlamalı, onlar içərsində mübahisələndirilən hallar üzrə sübutetmə yükünü müəyyən etməli, sonra isə tərəflərin təqdim etdiyi sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Nəzərə alınmalıdır ki, göstərilən əsaslardan hansınasa istinad edən şəxs öz iddiasını sübuta yetirməyə borcludur.

74. Qarşılıqlı iddianın təmin olunan hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin hissədə iddia birinci instansiya məhkəməsi tərəfindən sübütların mövcud olmamasına istinad edilərək rədd olunmuşdur.

75. Apellyasiya icraatı zamanı məhkəmə qarşılıqlı iddianın mübahisələndirilən həmin hissəsi üzrə iki dəfə ekspertiza təyin etmiş, ekspertlər qarşısında «… zirzəminin istismara yararlı hala salınması üçün xərc nə qədər müəyyən edilir» məzmununda sual qoyulmuşdur. Ekspert tədqiqatının nəticəsi olaraq 19 yanvar 2023-cü il tarixə verilmiş rəydə tikinti təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 985,0 manat məbləğində, 24 may 2023-cü il tarixli rəydə isə tikinti təmir iş lərinin bazar dəyərinin 911,0 manat olduğu müəyyən edilmişdir. Hər iki rəy üzrə tədqiqat eyni işlər üzrə aparılmış, lakin 2-ci rəydə birinci rəydən daha aşağı məbləğ müəyyən olunmuşdur. Ekspert ilkin ekspertiza ilə sonuncu ekspertiza arasında yaranmış qiymət fərqinin səbəbini, ilkin ekspertiza zamanı müəyyən edilmiş təmir işlərinin hal hazırda dəyişməsi ilə izah etmişdir.

76. Baxılan iş üzrə qarşılıqlı iddianı qismən təmin edən apellyasiya instansiya məhkəməsi isə mübahisəli ünvan üzrə ekspert qarşısında aydınlaşdırılması zəruri hesab edilən sualın eyni məzmunlu olması, tədqiqatın eyni işlər üzrə aparılmasını nəzərə almadan hər iki rəydə göstərilən məbləğlərin toplanmış nəticəsi üzrə iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir.

77. Apellyasiya instaniyası məhkəməsinin qətnaətinə görə hər bir rəydə müəyyən olunmuş məbləğlər ayrı-ayrı işlərin görülməsi ilə bağlı olmuş, lakin bu nəticəyə hansı araşdırılmış hallar və ya sübutlar əsasında gəlməsi ilə bağlı mövqeyini aydınlaşdırmamışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır.

78. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən hər iki hissə üzrə mübahisə həll edilərkən işin müəyyən olunmuş faktiki halları ilə sadalanan maddi və proessual hüquq normalarının şərtləri arasındakı uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamışdır.

79. Bu hallar isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin işin hallarına, tərəflə rin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

80. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

81. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «ilk iddianın rədd edilmiş - 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2.000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi və qarşılıqlı iddia təmin olunan iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşay ış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pulun və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi hissələrində» ləğv edilməli, iddia tələblərinin həmin hissələrdə yuxarıda göstərilən hüquq normaları əsasında yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməli, məhkəmə aktı qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

82. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-502/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi «ilk iddianın rədd edilmiş - 2021-ci ilin oktyabr ayından başlayaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılana qədər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər ay 2.000 manat olmaqla İddiaçı vurulmuş zərərin müştərək qaydada ödənilməsi və qarşılıqlı iddia təmin olunan - iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin istismara yararlı vəziyyətə gətirilməsi üçün sərf etdiyi 911 manat məbləğində pul və həmin sahədə yerinə yetirilmiş tikinti-təmir işləri üçün çəkdiyi 985 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi hissələrində» ləğv olunsun və həmin hissələrdə yenidən baxılması üçün geri qaytarılsın. Qətnamə qalan mübahisələndirilən his sədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar