Məhkəmə qərarları › İş №2(102)-4253/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4253/2020

02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4253/2020 02.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)755/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.K.Kərimova, iş № 2(051)-219/2019) İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh 3290 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Ş.Hüseynov, M.M.Hüseynov və G.Q.Abbasov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxx 2018-ci il tarixdə İddiaçı özünə məxsus “X5” markalı avtomobili idarə edərkən Cavabdeh idarə etdiyi avtomobillə toqquşmuş, sonuncunun təqsiri üzündən baş vermiş qəza nəticəsində ona məxsus avtomobil əzilməklə ona maddi ziyan dəymişdir. Mingəçevir Şəhər Məhkəməsi hakiminin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 10 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. 2018-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilinin əzilməsi ilə əlaq ədar ona 8290 manat məbləğində ziyan dəyməsini, həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən ödənilsə də qalan məbləğin cavabdeh tərəfindən ona ödənilməməsini əsas göstərməklə cavabdehdən onun xeyrinə 3290 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyy ən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş üzrə mübahisəsiz müəyyən olunmuşdur ki, tərəflərə məxsus avtomobillərin toqquşması cavabdehin təqsiri üzündən baş vermiş və iddiaçıya məxsus avtomobilin zədələnməsi n əticəsində ona maddi ziyan dəymişdir. Dəymiş ziyanın məbləği işdən göründüyü kimi, ilk dəfə “xxxx” TX MMC tərəfindən tərtib olunmuş smeta əsasında müəyyən olunmuşdur. Həmin smetaya görə iddiaçıya məxsus avtomobilin təmiri ilə əlaqədar dəyişilməli hissələrin qiyməti 6320 manat, təmir işlərinin qiyməti isə 1970 manat (6920+1970=8290 manat) təşkil edir. Ziyanın məbləği ilə əlaqədar tərəflər arasında fikir ayrılıqları yarandığından işə baxan məhkəmə instansiyaları tərəfindən üç dəfə ekspertiza təyin olunmuş və həmin ekspertizalarla əlaqədar verilmiş rəylərdə ziyanın məbləği biri – birindən fərqli olmuşdur. Göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsi ekspertiza rəylərini ayrı-ayrılqda qiymətləndirməklə hesab etmişdir ki, “xxxx” TX MMC-nin tərtib etdiyi smeta real bazar qiyməti əs asında və düzgün olaraq ehtiyat hissələrinin köhnəlmə faizi nəzərə alınmadan verildiyindən dəymiş ziyanın real məbləğinə daha uyğundur. Bununla əlaqədar məhkəmə kollegiyası həmin hesabatı daha inandırıcı və əsaslandırılmış sənəd hesab edərək ziyanın həqiqi məbləğini müəyyən edən sübut kimi qəbul etmiş və hesab etmişdir ki, iddiaçıya avtomobilinin zədələnməsi nəticəsində 8290 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksə k təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ziyanın məhkəmə kollegiyasının müəyyən etdiyi məbləğdə və cavabdehdən tutulması işdə olan sübutlara və qanunun tələblərinə uyğun olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar