Məhkəmə qərarları › İş №2(102)-4254/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4254/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4254/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ iş № 2(102)-4254/2022 Açar sözlər: maddi və mənəvi ziyan, Bakı şəhəri 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1970/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı "xxxx" MTK-nın təsisçisi və sədri, cavabdeh isə “İntroduktion of X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. 2. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 2013-2014-cü ildən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində və Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci km-də hündürmərtəbəli yaşayış binalarının tikintisinə başlanılmışdır. 3. "xxxx" Mənzil Tikinti Kooperativi ilə “İntroduktion of X12” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3 saylı müqaviləyə əsasən həmin müqavilə ilə MMC üzərinə öhdəlik götürmüşdür ki, o, MTK-nın inşa etdiyi yaşayış binalarını qaz sayğacları ilə təmin etmək məqsədi ilə "xxxx" İstehsalat Birliyindən 6 00 ədəd qaz sayğacı almalı, MTK isə üzərinə öhdəlik götürmüşdür ki, o, alınacaq qaz sayğaclarının dəyərini MMC-yə ödəyəcək. Qeyd edilən müqaviləni MMC-nin adından direktor (cavabdeh) Cavabdeh, MTK-nın adından isə sədr (iddiaçı) İddiaçı imzalamışlar. 4. xx.xx.2020-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarın surətinə əsasən, təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2020-ci il tarixdə CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır. İttiham üzrə epizodlarda biri Cavabdeh "xxxx" MTK-nın mənzillərinə su sayğaclarının quraşdırılması ilə əlaqədar həmin MTK-nın 15.000 manat məbləğində nəğd pulunun dələduzluq yolu ilə ələ keçirməsi barədədir və Cavabdeh tərəfindən "xxxx" MTK-nın direktoru olan zərərçəkmiş şəxs İddiaçı 15.000 manat məbl əğində pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı - Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37.370 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın, vəkillərə ödənilmiş 212 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən "xxxx" MTK-nı ailə üzvləri ilə birgə təsis etmişdir. 2013-2014-cü ildən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində və Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci km-də hündürmərtəbəli yaşayış binaları nın tikintisinə başlanılmışdır. 2019-cu ilin yanvar ayında özünü “İntroduktion of X12” şirkətinin baş direktoru kimi təqdim edən Cavabdeh "xxxx" MTK-nın ofisinə gələrək rəhbəri olduğu şirkətin qaz çəkilişi üçün texniki şərtin, layihənin, qaz sayğaclarının alınması və quraşdırılması işi ilə məşğul olduğunu bildirmişdir. Cavabdehlə 16 mərtəbəli binanın texniki şərtinin alınması üçün 10.000 manat, layihəsi üçün 9.000 manat, hər bir mənzilə quraşdırılacaq sayğaca görə 245 manat olmaqla, ümumilikdə 120 mənzilə 29.400 manat, əlavə hər mənzilə quraşdırılan datçik, detektor, vintel və digər işlərə görə hər bir mənzil üçün 35 manat olmaqla, 120 mənzilə görə ümumilikdə 4200 manat,qaz paylayıcısı qurğusuna görə 2500 manat, digər 7 sayda 12 mərtəbəli binalar üçün texniki şərt alınmış, hər binanın layi həsi üçün 9000 manat, hər bir mənzilə quraşdırılan sayğaca görə 245 manat olmaqla, ümumilikdə 88 mənzilə 21,560 manat, əlavə hər mənzilə quraşdırılan datçik, detektor, vintel və digər işlərə görə hər bir mənzil üçün 35 manat olmaqla 88 mənzilə görə ümumilikdə 3080 manat, qaz paylayıcı qurğusuna görə 2500 manat müqabilində razılaşmışdırlar. Bundan əlavə iddiaçı cavabdehə hər bir su sayğacına görə 50 manat olmaqla 300 ədəd su sayğaclarının alınması üçün 15.000 manat məbləğində pul vermişdir. Beləliklə də, ümumilikdə iddiaçı cavabdehə 91.390 manat nəğd pul ödəmişdir. Cavabdeh məxaric orederlərinə əsasən aldığı 91.390 manat pulu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh aldığı puldan 39.020 manat müqabilində MTK-nın Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən ke çən 15-ci km-də yerləşən 16 mərtəbəli binanın layihəsini hazırlamış, qaz xətlərini çəkmiş və texniki şərtini almış, lakin aldığı pulun qalan hissəsində yəni, 52.370 manat hissəsində isə Xırdalan şəhəri M.Hüseynzadə küçəsində və Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci km-də yerləşən hündürmərtəbəli yaşayış binalarında vəd verərək görəcəyi işlərin heç birini yerinə yetirməmişdir. Qeyd olunan işlərin başa çatdırılması Cavabdeh tələb edildikdə, sonuncu qaçıb gizlənmiş və yayınmışdır. Bundan başqa toplanmış materiallar üzrə faktla bağlı, CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq müddəti ərzində yalnız su sayğaclarının alınması üçün iddiaçıya dəymiş 15.000 manat məbləğində ziyanı Cavabdeh ödədiyindən həmin hissədə iddia təl əbinin həcmini azaldaraq sonuncunun cinayətkar əməli nəticəsində iddiaçıya 37.370 manat məbləğində maddi, 10.000 manat məbləğində mənəvi ziyan dəymişdir.

7. Bakı şəhər Səbail rayon məhkəməsinin (hakim X6) 2(009)-402/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh "xxxx" MTK-nın sədri İddiaçı xeyrinə vurulmuş ziyanın əvəzi kimi 37.370 manat, hüquqi xidmət üçün ödənilmiş 212 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi, ümumilikdə isə 37,597 manat məbləğində pul tutulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən imzalanmış qəbzlərin surətindən görünür ki, müxtəlif vaxtlarda müəyyən işlərin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən cavabdehə ümumilikdə 91.390 manat pul vəsaiti ödənilmişdir. Həmin məb ləğdən 39.020 manat müqabilində yerinə yetirilməli olduğu işlər cavabdeh tərəfindən yerinə yetirilmiş, o cümlədən 15.000 manat pul vəsaiti istintaq dövründə iddiaçının özünün bildirdiyinə, habelə iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında qərar”da qeyd olunduğuna görə iddiaçıya geri qaytarılmışdır. Lakin cavabdehə ödənilmiş ümumi məbləğdən qalan hissə yəni 37.370 manat pul vəsaiti müqabilində cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa 37.370 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını təsdiq edə biləcək hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən 37.370 manat məbləğində pulun iddiaçıdan alınması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan və həmi n pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim olunmadığından, cavabdehdən iddiaçının xeyrinə 37.370 manat məbləğində pul tutulmalıdır.

10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2021ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Ape llyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsi işin faktiki hallarına araşdırmamışdır. Belə ki, iddiaçının rəhbərlik etdiyi "xxxx" MTK ilə cavabdehin rəhbərlik etdiyi Şirkət arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin icrası üçün maddi və texniki imkanları var, müqavilələr üzrə öhdəliklərin icra olunmasına iddiaçı tərəfindən şərait yaradılarsa, icra etməyə hazırdır. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən gecikmələr yarandığına görə iddiaçı ilə mübahisə yaranmışdır. Bundan başqa işə baxmış məhkəmə nəzərə almamışdır ki, mövcud mülki mübahisə iki hüquqi şəxs arasında yaranmış kommersiya mübahisəsidir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X3 və X7) 2(103)-1970/2022 saylı xx.xx.2022-ci il tarixli q ətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası təmin edilməmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş ********* saylı cinayət işi üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Cavabdeh tərəfindən "xxxx" MTK-nın direktoru olan zərərçəkmiş şəxs (hazırki iş üzrə iddiaçı) İddiaçı 15.000 manat məblə ğində pul ödənilmişdir. Qeyd olunan xüsusat Cavabdeh həmin MTK-nın mənzillərinə su sayğaclarının quraşdırılması ilə əlaqədar həmin MTK-nın 15.000 manat məbləğində nağd pulunun dələduzluq yolu ilə ələ keçirməsini bir daha təsdiq edir.

15. Kollegiya daha sonra qeyd etmişdir ki, İddiaçı, sədr olduğu MTK-nın adından çıxış edərək MTK-nın inşa etdiyi yaşayış binalarının təbii qazla təmin edilməsi üçün müvafiq işlərin (texniki şərtin alınması, qaz xətlərinin çəkilməsi və sair) görülməsini sifariş etmişdir. Belə olan halda qəbul edilməlidir ki, həmin işlərin görülməməsi ilə bağlı yaranmış hər hansı bir zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ İddiaçı deyil MTK-ya məxsusdur. Lakin iddia ərizəsindən görünür ki, İddiaçı, cavabdehdən tutulmalı olan pul məbləğlərinin onun özünə ödənilməsi barəd ə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası sonda qeyd etmişdir ki, MPM-nin tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir (maddə 48.). Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslər in mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər (maddə 59.1.). Qeyd edilən prosessual hüquq normalarının tələbləri nəzərə alındıqda müəyyən edilir ki, İddiaçı, MTKnın hüquqlarının pozulması baxımından hazırki işin başlanmasına əsas olmuş “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddianı öz maraqları naminə irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.

17. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Prosessual Məcəllənin 4.1, 48, 59.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkəmə qətnamə çıxararkən işə mahiyyəti üzrə baxaraq hüquqi qiymət verməsi qanunauyğun olduğu halda etməmiş, yalnız prosessual əsaslarla kifayətlənərək maddi hüquq normalarının tətbiqi əsaslarını pozmaqla tətbiq etməmişdir.

20. Kassator daha sonra bildirmişdir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müddətinin ötürülüb-ötürülməməsi məsələsinin də məhkəmə tərəfindən araşdırılmalı idi. Belə ki, guya məhkəmə qətnaməsindən xəbəri olmayan Cavabdeh xx.xx.2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinə müraciət edərək sözügedən qətnaməni istəyib, məhkə mə qətnaməsini xx.xx.2021-ci il tarixdə qəbzə imza etməklə almış, xx.xx.2021-ci il tarixdə isə apellyasiya şikayəti vermişdir.

21. Kassator qeyd etmişdir ki, Cavabdeh Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli Qərarında və xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərdə tərtib edilmiş ittiham aktında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərdən biri İddiaçı olmuşdur. Hal-hazırda zərərçəkmiş şəxs İddiaçı münasibətdə 15000 (on beş min) manat, digər zərəçəkmiş şəxslərə münasibətdə külli miqadarda dələduzluq hərəkətlərinə görə Cavabdeh Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyinə görə təqsirləndirilməklə barəsində Sumqayıt A ğ ı r Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam edir. Habelə, apellyasiya məhkəməsinin istinad etdiyi "xxxx" MTK ilə “İntroduction of X12” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli bir səhifəlik müqaviləyə diqqət yetirsək, 1-ci bəndinə əsasən Müqavilənin məzmununu "xxxx" MTK tərəfindən"xxxx" İB-dən alınacaq 600 (altı yüz) ədəd qaz sayğacının pulunu “İntroduktion of X12” MMC tərəfindən ödənilməsi təşkil edir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən “İntroduction of X12” MMC"xxxx" İB-dən "xxxx" MTK üçün alınacaq 600 (altı yüz) ədəd qaz sayğacının pulunun köçürmə yolu ilə hissə-hissə ödəməyi öhdəsinə götürür, "xxxx" MTK “İntroduction of X12” MMC tərəfin dən 600(altı yüz) ədəd qaz sayğacı üçün ödənilmiş pulun onun hesabına ödənilməsini öhdəsinə götürür. Göründüyü kimi, Bu Müqavilə daha çox Tapşırıq (Brokerlik) Müqaviləsinə bənzəməklə yalnız "xxxx" İB-dən alınacaq 600 (altı yüz) ədəd qaz sayğacının pulunu “İntroduction ofX12” MMC tərəfindən ödənilməsini nəzərdə tutur. Nə qədər ödəniş məbləği müqabilində, habelə qaz, su sayqacları, sayqac hissələrinin alınması - hər mənzilə quraşdırılacaq datçik, dedektor, vintel, borular, qaztənzimləyici, qaz paylayıcı qurğular, qaz, su xətlərinin çəkilişini əhatə etməyən hansı müqavilə öhdəliyindən söhbət gedir. Amma Cavabdeh barəsində aparılan istintaq zamanı aldığı pullar barədə imzaladığı qəbzlər, yazdığı iltizamlar onun görəcəyi işlər barəsində nə qədər pul alaraq İddiaçı aldatması sübut olunmuşdur ki, məhz fiziki şəxs olaraq İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Onu da qeyd edim ki, Cavabdeh pulu İddiaçı nəğd şəkildə ödəmişdir (bu fakt qəbzlər, yazılı iltizamlarla sübuta yetirilmişdir), MTK adından Cavabdeh rəhbərlik etdiyi şirkətə və ya hər hansı hesaba pul köçürməmişdir. Həm də, "xxxx"MTK-nın təsisçilərindən biri kimi ona maliyyə yardımı olaraq ehtiyacı olduğu vəsaiti iddiaçı ödəyir.

22. Kassator bundan başqa bildirmişdir ki, bütün məhkəmə proseslərində həm zərərçəkmiş, həm də mülki iddia üzrə İddiaçı, fiziki şəxs olaraq tanınır, borcludan verdiyi vəsaiti tələb edir və məhkəmə müdafiə hüququndan istifadə edir. Bu qədər vaxt keçəndən sonra indi aşkarlanır ki, subyektiv hüquqa malik deyil. Məhkəmə aidiyyatı məsələsinin necə həll olunması məsələsinə qətnamədə toxunulmayıb.

23. Kassator daha sonra qeyd etmişdir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-402/2021 saylı qətnaməsində də qeyd edildiyi kimi, iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar olunmuşdur. Qeyd edim ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan ünvan 1amanı faktiki olaraq onun Səbail rayonu, Salyan şossesi 13, "xxxx" MTK, bina 13, mənzil 18-də yaşamasını sübut edən hər hansı bir sənəd təqdim edilməmişdir. Həmçinin, Cavabdeh Azərbaycan Respublikası CM-nin178.2.2, 178.2.3 və 178.2.4, 178.3.2-ci maddələri ilə təqsirləndiriməsnə dair 19027121 nömrəli cinayət işi üzrə Abşeron rayon prokuroru tərəfindən təsdiq edilmiş hər iki ittiham aktında da təqsirləndirilən şəxs Cavabdeh qeydiyyatda olduğu və yaşadığı ünvanı ünvan 2rğulayıram ki, cavabdeh faktik i olaraq onun Səbail rayonu, Salyan şossesi 13, "xxxx" MTK,bina 13, mənzil 18-də yaşamasını iddia edir, amma tərəfimizdən mülki iş materiallarına baxış keçirilərkən məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(103)- 8178/2021 saylı qərardadını cavabdehin guya faktiki yaşadığı ünvana - Səbail rayonu, ünvan 3 poçt xidmətinin xx.xx.2021-ci il tarixli bildirişinə əsasən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Cavabdeh faktiki Səbail rayonu, ünvan 5 ünvana göndərilən məktub geri qayıdır. Onun dələduzluq əməli vurduğu maddi ziyanlarla bitmir, hətta ünvanlarla bağlı məhkəməni də aldatmağa çalışır. Həmçinin, Cavabdeh rəhbəri olduğu şirkəti idarə edirsə, şirkətə dair əməliyyatların aparılması üçün ASAN imzası da mövcuddur və elektron kabinetdən istifadə ed ir. Elektron kabinetə daxil olan bütün sənədlərdən də məlumatlıdır. Ümumiyyətlə Cavabdeh rəhbəri olduğu şirkətin -“İntroduction of X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********)mövcudluğu araşdırılmalı idi. AzərbaycannRespublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli GəlirlərBaş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsinə etdiyimiz sorğu əsasında verilən cavabda qeyd olunur ki, idarədə olan reyestr məlumatlarına əsasən xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" X5 Cəmiyyətinin (VÖEN: **********)əvvəlki adı “İntroduction of X12” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Demək ki, həmin VÖEN altında hüquqi şəxsin adı dəyişdirilmişdir. Apellyasiya instansiyasıməhkəməsi təkcə iddiaçının subyektiv hüququnun olubolmamasını deyil, cavabdehə mü nasibətdə də prosessual hüquqi araşdırma aparmalı idi, lakin aparmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 48 Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

27. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Apellyasiya məhkəməsi mübahisənin iddiaçının rəhbəri olduğu "xxxx"MTK ilə cavabdehin rəhbəri olduğu -“İntroduction of X12” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidmətərin göstərilməs barədə bağlanmış müqavilədən irəli gəldiyindən iddiaçının öz adından iddia qaldırmaq hüququ yoxdur.

39. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrini n müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.

40. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyün ü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə iki hüquqi şəxs ara sında bağlanmış müqavilədən irəli gəlir. Həmin müqavilənin predmetini "xxxx" İB-dən "xxxx" MTK üçün 600 (altı yüz) ədəd qaz sayğacının alınması təşkil etsə də, iddiaçının izahatından görünür ki, cavabdehin rəhbəri olduğu Şirkətlə qaz çəkilişi üçün texniki şərtin, layihənin, qaz sayğaclarının alınması və quraşdırılması xidmətlərinin göstərilməi də razılaşdırımış və buna görə ödəniş edilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, həm müqavilə həm də müqavilədə nəzərdə tutulmayan xidmətlərin göstərilməsi ilə bağlı mübahisə iki kommersiya hüquqi şəxs arasında yaranmış mübahisədir, iddiaçının öz adından cavabdehə qarşı iddiası kimi yox, hüquqi şəxs adından müqavilənin digər tərəfi olan hüquqi şəxsə qarşı qaldırılmaqla, kommersiya məhkəməsində baxılmalı olan mübahisədir.

43. Məhk əmə kollegiyası cinayət işində iddiaçının zərəçəkmiş şəxs hesab olunması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd edir ki, cinayət işində yalnız su sayğacının quraşdırılmasına görə iddiaçıya 15000 manat cavabdeh tərəfindən ziyan vurulması faktı araşdırılır, həmin məbləğ də iddia tələbinə daxil deyildir.

44. Həmçinin cavabdehin apellyasiya şikayətinin vaxtında verilməməsi barədə iddiaçının dəlilləri əsassızdır, belə ki, apellyasiya şikayətinin mümkünlüyü apellyasiya məhkəməsi tərəfindən yoxlanılmışdır, qətnamə xx.xx.2021-ci il tarixdə alınmış və xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti rabitə orqanına təhvil verilməklə, müddət buraxılmamışdır.

45. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanıl malıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1970/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar