Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4256/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: müddət ötürülməklə verilmiş kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim) Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2023-cü il tarixli 2(103)-5002/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavavdehdən 8550 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında bağlanmış müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-579/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) ilkin iddia təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 8550 manat məbləğində borcun tutulması, qarşılıqlı iddianın isə rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-5002/2022 saylı, 22 avqust 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5002/2022 saylı, 8 sentyabr 2022ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin qətnaməsi 30 avqust 2022-ci il tarixdə Cavabdeh vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, həmçinin qətnamənin surəti Cavabdeh ünvanına göndərilmiş, lakin zərf “ü nvanda yaşamır” qeydi ilə geri qaytarılmış və qətnamə qanuni qüvvəsini alaraq 17 noyabr 2022-ci il tarixdə icraya yönəldilmişdir.
8. Məhkəmə kollegiyası işin bu prosessual hallarına əsasən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən həmin qətnamədən kassasiya şikayəti xx.xx.2023-cü il tarixində prosessual müddət ötürülməklə verilmiş, buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təqdim edilməmişdir. Hazırda kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizə verilmədiyindən prosessual müddətlərin müzakirəsi yolverilməzdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.2, 133.1 və 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassa siya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-5002/2022 saylı, 8 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işin sonrakı prosessual hərəkətlərin icra olunması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, bundan əvvəlki icraat zamanı vəkil Nümayəndə2 Cavabdeh yalnız vəkil kimi ixtisaslı hüquqi yardım göstərmiş, etibarnamə əsasında nümayəndə kimi fəaliyyəti olmamışdır. Odur ki, vəkilin tərəf qarşısında olan öhdəlikləri iş üzrə qətnamə çıxarıldığı andan başa çatır. Məhz iş üzrə baxışın yekununda çıxarılan qətnamənin ixtisaslı hüquqi yardım göstərən vəkilin e lektron kabinetinə yükləndiyinə istinad etməklə şəxsin şikayət vermək hüququnun məhdudlaşdırılması düzgün deyil və bu vəziyyət, əsassız yerə vəkilin əlavə öhdəliklə yüklənməsi hesab edilməlidir. Çünki MPM-nin 68-ci maddəsində vəkilin vəzifələri konkret qeyd olunmuş, vəkilin göstərdiyi xidmətin hədləri müəyyən edilmişdir. Məhz həmin normaya əsasən vəkilin tərəf qarşısında baxışdan kənar heç bir öhdəliyi ola bilməz və qanunda qeyd edilməyən öhdəliyin yerinə yetirilməsində vəkili günahlandırmaq yolverilməzdir. Hətta qeyd edilən maddənin üçüncü bəndindən də görünür ki, vəkil yalnız işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. İş materiallarından isə açıq-aydın görünür ki, sözügedən vəkalət y alnız kassasiya şikayəti mərhələsində verilmiş, bu vəkalət əsasısnda kassasiya şikayəti məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiyasında isə göstərilən hüquqi yardım yalnız vəkillik xidməti ilə məhdudlaşmış, şəxs həmin qətnamədən şikayət vermək səlahiyyətini vəkilə etibar etməmişdir.
12. Həmçinin hazırki iş üzrə çıxarılan qərardaddan da görünür ki, mülki iş üzrə Cavabdeh ünvanına göndərilən məhkəmə qətnaməsi zərf “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış və qətnamə qanuni qüvvəsini alaraq xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. Bu hissədən də aydın olur ki, cavabdeh qətnaməni rəsmi olaraq əldə etməmiş və həmin qətnamədən məlumatsız olduğu üçün kassasiya şikayəti verə bilməmişdir. Qanunun tələbinə görə hər hansı prosessual müddətin hesablanması üçün hökmən baş verməli had isə olmalıdır. Hazırki vəziyyətdə bu hadisə şəxsin qətnaməni aldığı gün hesab edilməlidir. İş materiallarından həmçinin o da aydın olur ki, şəxs qeyd edilən qətnaməni yalnız xx.xx.2023-cü il tarixdə almış, həmin tarixdən dərhal (təxminən 5 gün) sonra şikayət hazırlanmaqla vəkalət əsasında məhkəməyə prosessual qanunvericiliyin tələbləri əsasında verilmişdir. Bu hal bir daha təsdiq edir ki, şəxs prosessual müddəti ötürməmiş, zəruri hərəkətlər bu müddətlər gözlənilməklə həyata keçirilmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh şəxsi ötürmədiyi prosessual müddətin bərpasına dair vəsatət verməyə məcbur etmək qanunsuz və əsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.
17. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zə ruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
18. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan k imi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 19. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. Maddə
146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
22. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
23. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...
24. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
25. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
28. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
29. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
30. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qətnamə Cavabdeh qeydiyyatda olduğu ünvana poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmişdir (iş/vər. 104). Lakin h əmin zərf cavavdehin bu ünvanda yaşamadığı barədə qeyd edilməklə geri qaytarılmışdır. Halbuki, cavabdeh həmin ünvanda qeydiyyatdadır, qarşılıqlı iddiasında, habelə nümayəndəyə verdiyi etibarnamədə də yaşadığı yer kimi həmin ünvanı göstərmişdir. Cavabdeh icraat zamanı öz ünvanını dəyişdirmələsi barədə məhkəməyə məlumat verməmişdir.
31. Bu halda MPM-nin 146-cı maddəsinə əsasən qətnamə cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada verilmiş hesab edilir. MPM-nin 405.0.1-ci maddəsinə əsasən Cavabdeh qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı sonrakı gündən başlanmış və 2 ay davam etmişdir. Lakin cavabdeh kassasiya şikayəti müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmişdir.
32. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin irəli sürülməməsi isə, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.
33. Cavabdehə özünə qətnamənin surətinin rəsmi qaydada verilməsi və müddətin ötürülməsi müəyyən edildiyinə görə, cavabdehin vəkilin öhdəliyi ilə bağlı dəlillərinin araşdırılmasına zərurət qalmır. Kassasiya şikayətinin dəlilləri, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin dəyişməsinə əsas vermir.
34. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2023-cü il tarixli 2(103)-5002/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.