Məhkəmə qərarları › İş №2(102)-4258/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4258/2020

12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4258/2020 12.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: maddi ziyanın ödənilməsi Açar sözlər: əmlaka vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-134/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh ( bundan sonra – cavabdeh) xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonu XXX kəndi ərazisində idarə etdiyi “VAZ 2106” markalı, **-HF-*** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə edərkən İddiaçı (bundan sonra – iddiaçı) idarə etdiyi və sahibliyində olan “Mercedes Benz” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobili arxadan vurmuş, nəticədə iddiaçının sahibliyində olan avtomobilə maddi ziyan dəymişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibti Xətalər Məcəlləsinin 334.3-cü maddəsinə əsasən yolnəqliyyat hadisəsinin tprədilməsində təqsirli bilinərək, 800 manat inzibati cərimə edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı c avabdehə qarşı iddia ərizəsi, sonradan iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurduğu ziyana görə 2740 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona 5240 manat məbləğində maddi ziyan dəyməsi təsdiq edilmişdir. Dəymiş ziyana görə sığorta şirkətindən 2000 manat pul almışdır. Lakin cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh dəymiş ziyanı ona ödəməmişdir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(046)-1028/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia təmin edilmişdi r. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. İşə apelyasiya qaydasında baxılarkən keçirilmiş məhkəmə - əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29743 saylı rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilən “xxxxx” MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli məlumatlarına əsasən 1997-ci il buraxılışlı, “Mersedes Benz C230” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4640,00 manatdır, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 2640 manat; təmir-bərpa işlərinin qiyməti - 2000 manat. Apelyasiya baxışı zamanı – xx.xx.2020-ci il tarixdə iddiaçı öldüyündən onun atası X3 (bundan sonra – iddiaçının prosessual hüquqi varisi) prosessual hüquqi varisi kimi işə cəlb edilmişdir. Şəki Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-134/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və G.Abbasov) cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən iddiaçının xeyrinə 2740 manat məbləğində pul tutulması tələbi 600 (altı yüz) manata aid hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddiaçının cavabdehə qarşı 2740 manat pul tələbinə dair iddiasının 600 manatına aid hissəsi təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 və 1108.1-ci maddələrini t ətbiq edərək iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulması qənaətinə gəlmiş, bununla belə iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyini sübut kimi qəbul edib iddiaçıya sığorta şirkətindən ödənilmiş məbləği də nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edərkən qətnamənin qismən ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – cavabdehdən iddiaçının xeyrinə 2740 manat məbləğində pul tutulmasının 600 manata aid hissəsində ləğv edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, onların tətbiqində səhvə yol verilmiş, ekspert rəyində usta pulu xərcinin və bəzi xərclərin şişirdilməsi nəzərə alınmamamış, iş üzrə yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar işə baxılmasının təxirə salınmasını xahiş etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məs ələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən həmin məhkəmə aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına v urulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-134/2020 nömrəli iş ü zrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar