Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4258/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə iddiaçının cavabdehə verdiyi 2.500 manat borcun qaytarılması tələbi ilə b ağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.500 manat pulun, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh 2014-cü ilin sentyabr ayında ona müraciət edərək uşağının müalicəsi üçün təcili pula ehtiyacı olduğunu qeyd etmiş, ondan borc pul istəmiş və 1 ay müddətinə borcu qaytaracağına söz vermişdir. O, pulu olmadığını bildirmiş, cavabdeh israr etdiyindən ona yazığı gəlmiş və "xxxx" ASC-nin Şəki filialından 2500 manat kredit götürmüş və ailə üzvlərinin yanında Cavabdeh nağd şəkildə 2500 manat pulun hamısını borc vermişdir. Lakin Cavabdeh həm in borcu ona vaxtında qaytarmamış, məcbur qalıb "xxxx" ASCyə borcu özü hissə-hissə ödəmişdir. Halhazırda Cavabdeh ona 2500 manat borcu vardır. Sonuncu 6 ildir ki, borcla əlaqədar ona heç bir ödəniş etməmişdir. Bu səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Şəki rayon prokurorluğuna müraciət etmiş, lakin tələb mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.
5. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 22 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddia çı "xxxx" ASC-nin Şəki filialından 2500 manat kredit götürməsi və öhdəliyi özü icra etməsi iş materialları ilə sübuta yetirilir. Cavabdeh özü də iddiaçıya həmin miqdarda borcunun olmasını etiraf etmiş, məhkəmə iclaslarında iştirak etməyərək 189-19159M-3120 nömrəli material üzrə telefon vasitəsilə Şəki ŞRPŞ-yə şifahi verdiyi ifadəsini mübahisələndirməmiş, tərəfindən borcunun olmadığı ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) 10 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edi lməmiş, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X 2014-cü ildə "xxxx" ASC-dən aldığı 2500 manat kredit alaraq cavabdehə vermiş və cavabdeh ödənişləri hər ay 138 manat olmaqla 10 ay ərzində həyata keçirmişdir. 2015-ci ilədək ödənişlərlə bağlı hər hansı problem olmamışdır. Lakin 2015-ci ildə ölkədə baş verən devalvasiya ilə əlaqədar cavabdehin maddi vəziyyəti pisləşmiş və kredit ödənişlərinin həyata keçirilməsində çətinliklər yaranmışdır. Ancaq sonradan bütün borcu tam şəkildə ödəmiş və həmin vaxtdan bəri aralarında heç bir narazılıq yaranmamışdır. İddia tələbi təmin edilərkən heç bir sübuta istinad olunmamış, iddiaçının tələbini əsaslandıran heç bir mötəbər sübut olmadığı halda Polis orqanın tərəfindən iş materiallarına ək və edilən "telefon danışığı əsasında etirafedici izahat" əsasında qətnamə qəbul edilmişdir. Belə ki, söhbət iddiaçının adına alınan kreditdən gedirsə həmin faktın təsdiq olunması üçün "xxxx" ASC-yə sorğu verilməli və iddiaçının borcu olub-olmaması dəqiqləşdirilməli idi. Apellyasiya instansiyası məhkəməsi Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Əşrəf Rüstəmzadə tərəfindən tərtib edilmiş "Telefon danışığı ilə əlaqədar arayış"ın təsdiq edilmiş surətinə istinad edərək Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək telefon əlaqəsi yaratmasını, həmin nömrəyə gələn zəngə cavab verən şəxs həqiqətən də Cavabdeh olduğunu qeyd edərək Şəki rayonu Cəfərabad kənd sakini İddiaçı borcu olduğunu etiraf etməsini və maddi durumunun aşağı olduğu üçün bu günə qədər İddiaçı olan borcunu qaytara bilmədiyini, lakin yaxın aylarda sözügedən borcu qaytaracağına söz verdiyini bildirmiş, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhərində yaşadığını və işlədiyini, işlərinin çox olduğunu və karantin rejimi ilə əlaqədar və digər bəhanələrlə araşdırma müddətində Şəki ŞRPŞ-nə gələrək izahat verməkdən imtina etdiyini cava bdehin etirafı kimi qəbul etmişdir. Həmçinin Cavabdeh apellyasiya şikayətində öz mövqeyini bildirsə də, məhkəmə iclasında ondan yazılı izahat alınaraq borcun etiraf etməsi kimi qiymətləndirilməsi işin qərəzli araşdırılmasını düşünməyə kifayət qədər əsas verir. Hüquqlarını kifayət qədər bilməyən orta təhsilli şəxsin məhkəmə iclasında özünün apellyasiya şikayətinin əksinə yönələn ifadə verməsi mümkün deyildi. Belə ki, 2500 manatın cavabdeh tərəfindən borc kimi deyil, iddiaçının əvəzinə ödəmək şərti ilə almması işin mübahisələnməyən halıdır. Lakin cavabdeh tərəfindən kifayət qədər ödənişlər olunması halına qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə icl asının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
16. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
20. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi tərəfindən tərtib edilmiş “Telefon danışığı ilə əlaqədar arayış”ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kənd sakini İddiaçı Şəki rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılıb nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi məzmunlu Şəki rayon prokurorluğunun 30 iyul 2020-ci il tarixli, 250ş01- 20 nömrəli məktubu Şəki ŞRPŞ-nin dəftərxanasında 189-19159M-3120 nömrə ilə qeydə alınaraq icrası ona həvalə edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək telefon əlaqəsi yaratmışdır. Həmin nömrəyə gələn zəngə cavab verən şəxs həqiqətən də Cavabdeh olduğunu qeyd edərək Şəki rayonu Cəfərabad kənd sakini İddiaçı borcu olduğunu etiraf etmiş və maddi durumu aşağı olduğu üçün bu günə qədər İddiaçı olan borcunu qaytara bilmədiyini, lakin yaxın aylarda sözügedən borcu qaytaracağına söz verdiyini bildirmiş, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhərində yaşadığını və işlədiyini, işlərinin çox olduğunu və karantin rejimi ilə əlaqədar və digər bəhanələrlə araşdırma müddətində Şəki ŞRPŞnə gələrək izahat verməkdən imtina etmişdir.
21. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi tərəfindən tərtib edilmiş “İddiaçı Şəki rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılıb nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi məzmunlu Şəki rayon prokurorluğunun 30 iyul 2020-ci il tarixli, 250ş-01-20 nömrəli məktubu əsasında toplanmış 189-19159M-3120 nömrəli materiala dair arayış”ın təsdiq edilmiş surətindən görünür ki, 2500 manatlıq borc məsələsi mülki xarakterli olmaqla, polis orq anlarının səlahiyyətinə aid olmadığında İddiaçı mülki qaydada Şəki Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur.
22. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 10 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həmin tarixdə 2500 manat miqdarında istehlak krediti götürmüşdür.
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
24. Birinci instansiya məhkəməsi Cavabdeh 189-19159M-3120 nömrəli material üzrə telefon vasitəsilə Şəki ŞRPŞ-yə şifahi verdiyi ifadəsinə hüquqi qiymət verərək, onu borcun etirafı kimi qəbul etmişdir. Həmin məhkəmə qeyd etmişdir ki, İddiaçı "xxxx" ASC-nin Şəki filialından 2500 manat kredit götürmə si və öhdəliyi özü icra etməsi iş materialları ilə sübuta yetirilir. Cavabdeh özü də iddiaçıya həmin miqdarda borcunun olmasını etiraf etmiş, məhkəmə iclaslarında iştirak etməyərək 189-19159M-3120 nömrəli material üzrə telefon vasitəsilə Şəki ŞRPŞ-yə şifahi verdiyi ifadəsini mübahisələndirməmiş, tərəfindən borcunun olmadığı ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
25. Apellyasiya məhkəməsi də vurğulamışdır ki, Cavabdeh borclu olduğu 2500 manat pulun hər hansı bir hissəsini iddiaçıya qaytardığını təsdiq edən heç bir sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu e tmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
26. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
27. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
28. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.