Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-426/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 21 yanvar 2019-cu il İş № 2(102)-426/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Hacıyev Sənan Firudin oğlunun və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçı “Ləğv prosesində olan İddiaçı ASC-nin vəkili X1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11966/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.08.2014-cü il tarixli 301 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 1006.90 manat əsas borc, 417.50 manat faiz borcu, 127.55 manat dəbbə pulu, cəmi 1551.95 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 28.08.2018-ci il tarixli 2(004)-5296/18 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində ol an İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddianın rədd edilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi və iş üzrə məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərcinin iddiaçıdan tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 17 oktyabr 2018-ci il tarixli, 2(103)-11966/2018 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 28.08.2018-ci il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qe yri-mümkün hesab edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli 2(103)-11966/2018 nömrəli qərardadından kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilərək iş üzrə apellyasiya şikayətinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən dövlət rüsumları korporativ kart vasitəsi ilə ödənilir. Dövlət rüsumu Azərbaycan Respublikası Vahid Məhkəmə Portalında göstərildiyi kimi “Hökümət ödəniş portalı” vasitəsilə ödənilmişdir. “Dövlət rüsumu haq qında” Qanunun 4.3-cü maddəsinə əsasən, dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə mü vafiq sübut əlavə edildiyi halda, məhkəmə əsassız olaraq, apellyasiya şikayətini geri qaytarmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəki li X3 məhkəmə kollegiyası iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasi ya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməklə, iş baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətini qeyrimümkün hesab etməsini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən Hökumət ödəniş portalından olan çıxarışın həqiqətən də portaldan edilmiş çıxarış olması müəyyən edilmir, Hökumət ödəniş portalından çıxarış edildikdə çıxarışda müvafiq internet saytına istinad edilən qeyd mövcud deyil, həmin sənəd Hökumət ödəniş portalından olan çıxarış deyilsə, onda həmin sənədin üzərində dövlət rüsumunu qəbu l etmiş müvafiq müəssisənin möhürü və ya ştampı olmalıdır. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyrimümkün hesab edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1 və 108.1.4-cü maddələrin görə, apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə görə, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə görə, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. İş materiallarından görünür ki, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli mədaxil qəbzinin Hökumət ödəniş portalından çıxarışı əlavə edilmişdir. Məhkəmə kollegiyası hesa b edir ki, həmin sənədin mötəbərliyi məhkəmədə şübhə yaratdığı halda, onun mötəbərliyinin müvafiq link (https://e-mehkeme.gov.az/Public/SearchPaymentDetails) vasitəsi ilə yoxlanması mümkün olduğu halda, məhkəmə bunu etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş apellyasiya mümkünlüyünün yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC və onun vəkili X3 tərəfindən verilmişkassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11966/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin və iş iş apellyasiya mümkünlüyünün yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-426/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-426/2019
21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver