Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-426/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” BOKT ASC-nin Cavabdeh qarşı “borc, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin alınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, likvid qiymət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh və vəkili xxxoğlunun iştirakları ilə, Şirvan Ape lyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)507/2020 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxxxxx 2012-ci il tarixdə bağlanmış 230/Ş saylı kredit müqaviləsi ilə “xxxxbank” ASC tərəfindən X2 heyvandarlığın inkişafı məqsədilə 60 ay müddətinə, illik 7% olmaqla 160000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh xx xxxxx 2012-ci il tarixdə bağlanmış 398/BF saylı ipoteka (girov) müqaviləsi ilə mülkiyyətində olan ünvan 1r prospekti 494-cü məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzili “xxxxbank” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilənin 3.1-ci bəndinə görə ipoteka predmetinin qiyməti 176000 manat məbləğində qiymətləndirilmişdir. X4 xx xxxxxx 2014-cü il tarixdə ölmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə “xxxxbank” ASC-nin məcburi ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə məcburi ləğv prosesində olan “xxxxbank” ASC-nin hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilməsi, məcburi ləğv prosesində olan “xxxxbank” ASC-nin öhdəliklərinin və aktivlərinin yenidən təşkil olunan Bank Olmayan Kredit Təşkilatına köçürülməsi nin (ötürülməsinin) bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması, məcburi ləğv prosesində olan “xxxxbank” ASCnin Bank Olmayan Kredit Təşkilatına çevrilməsi ilə əlaqədar qeydiyyat orqanına verilməli olan müvafiq sənədlərin təqdim edilməsinin Bankın səhmdarlarına və ləğvedicisinə həvalə edilməsi qərara alınmışdır “xxxx” BOKT ASC-nin xx xxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən X1 xx xxxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 74124,04 manat əsas borcu, 45206,70 manat faiz borcu, 180585,73 manat dəbbə pulu olmaqla, ümumilikdə 299916,47 manat borcu vardır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyinə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxxx 2012-ci tarixli, 230/Ş saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx xxxxxxx 2017-ci il tarixə X1 “xxxxbank” ASC-yə olan borcu 75845,23 manat məbləğində müəyyən olunur, o cümlədən əsas kredit borcu 74898,59 manat, faiz borcu 946,64 manat. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx xxxxxx 2019-cu il tarixdə aparılmış 5000,0 manat məbləğində ödəniş ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən alınmış “xxxx” MMC-nin Əmlakın qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1r prospekti, 494-cü məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrə li mənzilin hazırki dövrə olan orta bazar dəyəri 308000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 iddiaçıya xx xxxxxxx 2012-cı il tarixli 230/Ş №-li kredit müqaviləsi üzrə 74124,04 manat əsas, 45206,70 manat hesablanmış faiz, 180585,73 manat dəbbə pulu, cəmi 299916,47 manat, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, borcun əvəzinin ilkin satış qiyməti 35000 manat müəyyən edilməklə ünvan 2 X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli Liter A-173,8 kv.m ümumi, 120,4 kv.m yaşayış və 53,4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin v ə fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) 1 mərtəbəli Liter 1 və 2 cəmi - 54,7 kv.m sahəsinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, borcun əvəzinin ilkin satış qiyməti 176000 manat müəyyən edilməklə, ünvan 1r prospekti 494-cü məhəllədə Cavabdeh mülkiyyətində olan 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində 159,2 kv.m ümumi, 101,8 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 62 nömrəli mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ünvan 2 X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli Liter A173,8 kv.m ümumi, 120,4 kv.m yaşayış və 53,4 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evində yaşayan - X5, X6, X7, X3 çıxarılmaları, fərdi yaşayış evinin və onu n tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması, ünvan 1r prospekti 494-cü məhəllədə Cavabdeh mülkiyyətində olan 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində 159,2 kv.m ümumi, 101,8 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 62 nömrəli mənzildə yaşayan - Cavabdeh çıxarılması, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 2018-ci il tarixədək X1 “xxxx” BOKT ASC-yə borcu yaranmış, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda qeydiyyat orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçmə sinə baxmayaraq, cavabdehlər bildirişə münasibətini bildirməmişlər. Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(017)-1396/2018 nömrəli qətnaməsi ilə (hakim E.B.Quliyev) iddia qismən təmin edilmiş, X1 “xxxx” BOKT ASC-yə xx xxxxxxx 2012-ci il tarixli, 230/Ş nömrəli kredit müqaviləsi üzrə 74124,04 manat əsas kredit borcunun, 45206,70 manat faiz borcunun və 800 manat dəbbə pulu borcunun ipoteka predmeti olan ünvan 1r prospekti 494-cü məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzilin ilkin satış qiymətinin 176000 manat müəyyən edilməklə həmin əmlaka yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın açıq hərrac yolu ilə satılması və satışda n əldə olunan puldan X1 “xxxx” BOKT ASC-yə xx xxxxxxx 2012-ci il tarixli, 230/Ş nömrəli kredit müqaviləsi üzrə 74124,04 manat əsas kredit borcunun, 45206,70 manat faiz borcunun və 800 manat dəbbə pulu borcunun, həmçinin 12 manat dövlət rüsumunun əvəzinin “xxxx” BOKT ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh verilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan digər şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış sahəsindən çıxarılmaları və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apelyasiya şikayəti verərək, Ağ cabədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(017)-1396/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-507/2020 nömrəli qətnaməsi ilə (hakim Z.B.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.B.Kərimovdan və N.F.Mirzəyevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(017)-1396/2018 nömrəli qətnaməsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən faiz borcunun məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə dəyişdirilmiş, xx xxxxxxx 2012-ci tarixli 230/Ş saylı kredit müqaviləsinə əsasən tutulmalı olan faiz məbləğinin 946,64 man at məbləğində müəyyən edilməsi, X1 “xxxx” Bank Olmayan Kredit X8 Cəmiyyətinə xx xxxxxxx 2012-ci il tarixli, 230/Ş saylı kredit müqaviləsi borcunun - 74124,04 manat əsas, 946,64 manat hesablanmış faiz borcu, 800 manat dəbbə pulu, cəmi 75870,68 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1r prospekti, 494-cü məhəllədə, 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 15 mərtəbəli binanın 3-cü girişində, 13-cü mərtəbəsində, ümumi sahəsi 159,2 kv.m olan 4 otaqlı, 62 nömrəli mənzilin ilkin satış qiymətinin 308000 manat məbləğində müəyyənləşdirilməsi, qətnamənin Cavabdeh apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mövqeyini iş üzrə alınmış ekspertiza və mütəxəssis rəyləri ilə əsaslandırmışdır. Kasasiy a şikayətlərinin və onlara etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətlərinin dəlilləri İddiaçı “xxxx” BOKT ASC kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-507/2020 nömrəli qətnaməsinin apelyasiya şikayətinin təmin edildiyi hissədə ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə faiz borcunun miqdarını azaldarkən, ekspert rəyinin nəticəvi hissəsinə istinad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, ekspert faiz borcunu müqavilənin müddətinin sonunadək hesablamışdır. Halbuki, müqavilən in müddətinin bitməsi, ondan sonrakı dövr üçün borclunu faiz ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti likvid qiymət qəbul olunmalı olduğu halda, məhkəmə mənzilin orta bazar dəyərini satış qiyməti kimi müəyyən etmişdir. Həmçinin Cavabdeh kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-507/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu X4 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Lakin məhkəmə tərəfindən onun hüquqi varisi müəyyən edilməmişdir. Bundan başqa, qətnamənin nətic ə hissəsində 946,64 manat faiz borcu və 800 manat dəbbə pulu düzgün müəyyənləşdirilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətlərinə hər hansı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddiaçının kasasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və vəkili xxxoğlu kasasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının kasasiya şikayətinin dəlillərinə etiraz edərək, müvafiq olaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Kasasiya baxışının hədləri: Azərbayca n Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Yuxarıd a qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən faiz borcunun azaldılmış hissəsində və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində, cavabdeh tərəfindən tələbin onun əmlakına yönəldilməsi hissəsində, habelə borcun faiz və dəbbə pulunun müəyyən edilmiş hissəsində mübahisələndirilmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissələrdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlay a bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın y önəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğin in ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci m addələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı q iymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi borcun müəyyən edilməsi və borcun ipoteka predmetinə yönəldilməsi hissələrində əsaslı və qanuni olsa da, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmamış və həmin hissədə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Odur ki, qətnamə qeyd olunan hissədə ləğv edilərək, yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, borcalan X4 hazırki iddia məhkəməyə verilməmişdən əvvəl ölmüşdür. Bu səbəb dən iddiaçı tərəfindən qanuna uyğun olaraq borcalan cavabdehlər siyahısına əlavə olunmamış və tələb yalnız ipotekaqoyan Cavabdeh qarşı irəli sürülərək, məhkəmə tərəfindən borcun ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Borclu iş üzrə tərəf olmadığı üçün Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən onun hüquq varisliyinin araşdırılmasına zərurət olmamışdır. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərlil iyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunmuş borcun düzgün müəyyən edilməməsini göstərsə də, bunu əsaslandırmamış və işə mahiyyəti üzrə baxan məhkəmələrə sübutları (ödənilmiş, lakin borcun hesablanmasında nəzərdə tutulmamış maliyyə sənədləri, hesablamanın düzgün aparılmamasına dair mühasibatlıq sənədlərini və s.) təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən səlahiyyətləri çərçivəsində dəbbə pulunu azaltmışlar. Müəyyən edilmiş cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur və onun daha da azaldılması üçün əsaslar mövcud deyildir. İddiaçının kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq müqavilənin şərtlərinə uyğun hesablanan faiz borcunu yalnız müqavilə müddəti üçün müəyyən edərək tutmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsinin həmin mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cu il tarixli qərarına uyğundur. Nəhayət ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağ lı izah olunmalıdır ki, “İpoteka haqqında” Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, apelyasiya instansiyası məhkəməsi “xxxx” MMC-nin Əmlakın qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyini əsas götürərək, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti kimi həmin mənzilin orta bazar dəyəri ilə müəyyən etmişdir. Məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı araşdırma aparılmamış, müvafiq mütəxəssis rəyi alınmamışdır. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən m əhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” BOKT ASC tərəfindən isə verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-507/2020 nömrəli qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin s atış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qətnamə qalan mübahisəli hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-426/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-426/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver