Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4262/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiаçı İddiaçı cаvаbdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlakdan qanunsuz istifadə nəticəsində vurulmuş maddi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Vəkil1, nümayəndəsi X1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-693/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnam əsindən iddia və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları JN-362 KOD 90400038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə Qədirov İsrayıl İsmayıl oğluna, X7 və İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.41 hektar torpaq sahəsi verilmişdir. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Ucar rayonu Qazyan kəndində yerləşən 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, Qədirov İsrayıl İsmayıl oğlunun və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində 06 mart 2019-cu ildə qeydiyyata alınmışdır. Ucar Rayon Qeydiyyat Şöbəsinin 29 iyun 2020-ci il tarixli arayışlarından görünür ki, X9 06 dekabr 2002-ci ildə, Qədirov İsrayıl İsmayıl oğlu isə 02 yanvar 2005-ci ildə Ucar rayonu Qazyan kəndində ölmüşlər. JN-328 KOD 90400038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə X10, X3, X4 və Cavabdeh kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.01 hektar torpaq sahəsi verilmişdir. Az-İ seriyalı 852620 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, cavabdehin atası X13 28 aprel 2017-ci ildə ölmüşdür. Ucar Rayon Məhkəməsinin 19 de kabr 2019-cu il tarixli 2(063)-756/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi barədə iddiası təmin edilmiş, Cavabdeh Ucar rayonu Qazyan kəndində yerləşən və RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və qeyrilərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan 0,41 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. 08 yanvar 2020-ci il tarixdə Ucar rayonu Qazyan kəndində Qazyan bələdiyyəsinin sədri Əlisəməd Əliyevin, Qazyan kənd sakini Cavabdeh və Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun iştirakları ilə tərtib edilmiş Aktın surətindən görünür ki, Ucar rayonu Qazyan kənd sakini Cavabdeh 25 oktyabr 2019-cu il tarixli müraciət inə əsasən ona məxsus olan JN-0328 nömrəli dövlət aktında göstərilən 1.01 ha pay torpağının döngə nöqtələri tanıdılaraq təhvil verilmiş və heç bir mübahisəli hal qeydə alınmamışdır. X16 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahsoltan İbrahimov tərəfindən verilmiş 30 iyun 2020-ci tarixli 66 nömrəli Arayışda göstərilmişdir ki, 1 hektar yonca sahəsində intensiv üsulla əkin aparıldığı təqdirdə, 500 ədəd yonca kipi götürmək olar. Belə olan halda isə 0.41 hektar yonca sahəsindən 200 ədəd kip götürmək olar. Bu günki bazar qiymətinə nəzər salındıqda 1 ədəd kipin qiyməti 4-4.5 manat arası dəyişir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiаçı İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cаvаbdeh Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qаrşı i ddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək vurulmuş zərərin dəyəri olan 9000 (doqquz min) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 15 ildir ki, ona məxsus həmin 0,41 ha torpaq səhəsində yonca otu əkib gəlir əldə etmişdir. Hər il dörd dəfə yonca otu biçilib, ümumilikdə hər il üçün 200 kip yonca otu götürmüşdür, bu isə 15 il ərzində 3000 kip yonca otu edir. Bir kip yonca otunun satış qiyməti 3 manat, 15 il ərzində isə bu məbləğ 9000 manat təşkil edir. Cavabdeh ona və valideynlərinə məxsus 0.41 ha torpaq sahəsini zəbt edib yonca otu əkməklə 9000 manat gəlir əldə etmiş, o, cavabdehin qanunazidd hərəkəti nəticəsində həmin məbləğdə pulu qazanmaqdan məhrum olmuşdur. Cavabdeh məh kəmə iclasında iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, məhkəmənin qətnaməsi ilə onun iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılmağı qət edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda əmisi E.Əliyevə də məxsus torpaq sahəsi vardır. 2018-ci ildən həmin torpaq sahəsindən istifadə edir. 2018-ci ilə qədər kimin istifadə etməsini bilmir, ola bilər ki, əmisi özü istifadə etmişdir. İddiaçının ona qarşı əvvəlki iddiasına 2019-cu ildə məhkəmədə baxılarkən ona məlum olmuşdur ki, əmisinə məxsus torpaq sahəsinin qonşuluğunda iddiaçının və mərhum valideynlərinin torpaq sahəsi olmuşdur. İddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi məlum olandan sonra iddiaçıya 2019-cu ilin təxminən noyabr ayında mübahisəni barışıq yolu ilə həll etməyi təklif etmiş, əvvəlcə razılığa gəlsələr də sonra barışıqları alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı onun əridir, iddiaçıya və onun mərhum valideynlərinə məxsus 0,41 ha torpaq sahəsi Ucar rayonu, Qazyan kəndində yerləşir. Həmin torpaq sahəsindən əri uzun müddətdir ki, istifadə etmir, 9 ildir ki, cavabdeh və ailə üzvləri istifadə etmişlər. Sonradan iddiaçı həmin torpaq sahəsinə dair çıxarış alması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinə müraciət etmiş və mülkiyyət sənədi verilmişdir. Bundan sonra, cavabdeh torpaq sahəsini boşaltmadığından iddiaçı bu barədə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Buna baxmayaraq cavabdeh yenə də iddiaçıya məxsus torpaq sahəsindən ist ifadə etmiş və gəlir əldə etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh onun qardaşı Elşad Abdullayevlə əlaqə saxlamış, mübahisənin aralarında həll olunmasını təklif etmiş və iddiaçı isə etiraz etməmişdir. Amma cavabdeh bundan sonra gəlməmiş, heç bir təklif verməmişdir. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 14 avqust 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinə görə 9000 (doqquz min) manat məbləğində pul” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh zərərə görə 5400 (beş min dörd yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 18 (on səkkiz) manat, cəmi 5418 (beş min dörd yüz on səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin e dilməmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, Ucar rayonu Qazyan kəndində yerləşən 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə ümumi birgə qaydada İddiaçı və sonuncunun valideynləri Qədirov İsrayıl İsmayıl oğlunun və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 06 mart 2019-cu ildə qeydiyyata alınmış, iddiaçı cavabdehə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Ucar rayonu, Qazyan kəndində yerləşən RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və qeyrilərinə ümumi birgə qaydada məxsus olan 0,41 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh də məhkəmə iclasında həmin torpaq sahəsindən 2018-ci ildən istifadə etdiyini göstərmişdir. Bununla da məhkəmə iclasında torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurması müəyyən olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən 15 il istifadə edildiyini göstərsə də şahidin ifadəsində qeyd edilən torpaq sahəsinin cavabdeh tərəfindən 9 il istifadə edildiyi göstərilmişdir, buna görə iddia qismən təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında torpaq sahəsindən 2018-ci ildən istifadə etdiyini bildirsə də öz etirazının əsası kimi istinad etdiyi hal ları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir, buna görə də onun etirazını məhkəmə əsassız hesab edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi kimi məhkəmə iclasında da 1 ədəd yonca kipinin 3 manat hesablanmasını tələb etmişdir. Mütəxəssis rəyində göstərilmişdir ki, bazar qiymətinə görə 1 ədəd kipin qiyməti 4-4.5 manat arasında dəyişir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.5, 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddia qismən təmin edilməklə cavabdehdən zərərə görə 5400 manat və ödənilmiş dövlət rüsumuna görə 18 manat, cəmi 5418 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi idd iaçıya aid edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya məhkəməsində Cavabdeh izahat verərək bildirmişdir ki, o, uşaq olanda böyükləri ona bildirmişlər ki, həmin torpaq sahəsi (iddiaçiya məxsus olan) onlarındır. Əvvəllər həmin torpaq sahəsindən əmisi istifadə edib. Torpaq şöbəsinin mütəxəssisi həmin torpaq sahələrini ölçüb verəndə onlara demişdir ki, hazırkı mübahisəli torpaq sahəsi onlarındır. İddiaçının atası 2005-ci ildə vəfat edib. Onun atası isə 2017-ci ilin aprel ayında vəfat edib. Atası həmin torpaq sahəsini daimi istifadə etməyib. Atası öləndən sonra isə həmin torpaq sahəsindən şəxsən özü istifadə edib. Həmin torpaq sahəsini öz ailəsinin torpağı hesab etdiyi üçün əkib becərmişdir. Həmin torpaq sahəsinin başqasına məxsus olmasını hazırkı mülki iş üzrə qətnamə qəbul edilənə kimi bilməyibdir. Ucar Rayon Məhkəməsinin hazırda mübahisələndirdiyi 14 avqust 2020-cu il tarixli qətnaməsi çıxarılandan sonra torpaq sahəsini iddiaçıya qaytarmışdır. Artıq həmin torpaq sahəsindən istifadə etmir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Elçin Hüseynov) 2(107)-693/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, vurulmuş zərərə görə Cavabdeh alınıb İddiaçı verilməli olan pulun məbləği azaldılaraq 2400 (iki min dörd yüz) manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, iddiaçı bildirir ki, torpaq sahəsindən 9 ildir ki, cavabdeh istifadə edir. Lakin həmin torpaq sahəsindən cavabdehin 9 il istifadə etməsi işin gerçək halları ilə təsdiq edilmir. Qeyd olunduğu kimi, iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında izahatlarında həmin torpaq sahəsini 2017-ci ilə kimi cavabdehin atasının istifadə etməsini, cavabdehin atası X8 28 aprel 2017ci ildə ölümündən sonra isə həmin torpaq sahəsini cavabdehin istifadə etməsini etiraf etdilər. İddiaçı həmin torpaq sahəsindən əvvəllər istifadə etdiyi üçün cavabdehin atası X10 hər hansı qaydada etiraz etməsi barədə sübut təqdim edə bilmədi. Eyni zamanda həm iddiaçının bildirdikləri, həm də cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, Cavabdeh sözügedən torpaq sahəsini Ucar Rayon Məhkəməsinin hazırda mübahisələndirilən 14 avqust 2020-cu il tarixli qətnaməsi çıxarılandan sonra iddiaçıya qaytarmış, bundan sonra həmin torpaq sahəsindən istifadə etməmişdir. Belə olan halda, sözügedən torpaq sahəsindən cavabdeh tərəfindən 2017-ci il aprel ayında cavabdehin atası X13 vəfat etdikdən sonra və 2018, 2019 və 2020-ci illərdə qanunsuz olaraq istifadə etməsi sübut olunur. İddia tələbi hə min hissədə əsaslıdır. Respublikanın aran bölgəsində yonca bitkisinin becərilməsi və biçilib götürülməsi aprel ayından başlayaraq sentyabr ayının əvvəlində sona çatır. Tərəflər cavabdehin zəbt etdiyi torpaq sahəsində yonca əkib-becərdiyini bildirdilər. Deməli, bununla da cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən 2017-ci il aprel ayından (cavabdehin atasının öldüyü vaxt) 2020-ci ilin avqust ayının sonuna kimi (Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-cu il tarixli qətnaməsi çıxarılandan sonra) qanunsuz olaraq istifadə etməsi və oradan qazanc götürməsi sübut olunur. Cavabdeh iddiaçının torpaq sahəsini qanunsuz olaraq 2017, 2018, 2019 və 2020-ci illərdə istifadə etmiş və həmin torpaq sahəsində yonca əkib becərərək hər il oradan 200 kip yonca kipi götürərək gəlir əldə etmişdir. Kollegiya hesab etmişdir ki, cavabdeh iddiaçının torpaq sahəsindən 4 il istifadə etdiyinə görə hər il üçün 200 yonca kipi (200 yonca kipi x 3 manat =600 manat x 4 il = 2400 manat) əldə edərək 4 ilə özü üçün 2400 manat qazanc əldə etmiş, bununla da iddiaçıya həmin məbləğdə zərər vurmuşdur. Ona görə də cavabdehdən alınıb iddiaçıya verilməli olan vurulmuş zərərin miqdarı 2400 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 21, 157.5, 1096, 1097-ci maddələrinə istinad etmişdir. İddiaçı kassasiya şikayəti verərək Ucar Rayon Məhkəməsinin 14 avqust 2020-cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsini “vurulmuş zərərə görə cavabdehdən alınıb iddiaçıya verilməli olan məbləğin azaldılaraq, 2400 (iki min dörd yüz) manat məbləğində müəyyən edilməsi” hissəsində ləğv edilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cаvаbdeh Cavabdeh kassasiya şikayəti verərək Ucar Rayon Məhkəməsinin 14 avqust 2020cu il tarixli 2(063)-371/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasından belə məlum olur ki, məhkəmə cavabdehin atasının vərəsəsi olmasını qəbul edir. Bu həm də onunla təsdiq edilir ki, qətnamədə iddiaçı ilə bağlı qeyd edilmişdir ki, iddiaçının atası 2005-ci ildə vəfat etmiş, onun ölümündən sonra ata evindən vərəsə kimi iddiaçı istifadə etmişdir. Burdan da be lə çıxır ki, cavabdeh də atasının ölümündən sonra ata evindən vərəsə kimi istifadə etdiyindən cavabdeh atasının vərəsəsi kimi qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi vurulmuş ziyanla bağlı müddəalara istinad etmədən də mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəalarını əsas götürməklə apellyasiya şikayətini təmin etməməli idi. Cаvаbdeh Cavabdeh kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı Azərbaycan Respublikası MPM-nin 88, 217-ci maddələrinə münasibətdə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin atası İldırım Əliyevin ölüm faktı 2000-ci ildən faktiki ailənin (İldırım Əliyevin) sahibliyində olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya qaytarılmasına əsas ola bilməz. Belə ki, cavabd ehin atası İldırım Əliyevin iddiaçının atası İsrayıl Qədirov ilə hansı müddətə və hansı şərtlə şifahi razılaşma əldə etdiklərindən xəbərsiz olmuşdur. İş materiallarında cavabdehin torpaqdan istifadə zamanı vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Cavabdeh 2000-ci ildən həmin torpaq sahəsinin öz ailəsinin istifadəsində görmüş, atasının ölümündən sonra da adi qaydada istifadəyə davam etmişdir. Cavabdeh yuxarıda qeyd olunan şifahi razılaşmanın tərəfi olmamış, atasının ölümündən sonra istifadəsində olan torpağa üçüncü şəxsin mümkün iddialarından xəbərsiz olmuşdur. Ona görə də Ucar Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən və icraya yönəldikdən sonra istifadəyə son qoymuşdur. Qətnamədə cavabdeh tərəfindən torpaq sahəsinin 28 a prel 2017-ci ildən (X8 ölümündən) 14 avqust 2020-cu il tarixə kimi (Ucar Rayon Məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsi çıxarılandan sonra) istifadə edildiyi göstərilmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin iddiaçının torpaq sahəsini qanunsuz olaraq 4 il İstifadə etdiyini göstərərək 2400 manat qazanc əldə edildiyini göstərilmişdir. Məhkəmənin hesablamasını əsas götürülsə belə bu müddət 4 il deyil, 3 il 4 ay müddətini əhatə edir ki, bu da cavabdehin ehtimal olunan əldə etdiyi qazancın düzgün hesablanmamasını göstərir. Məhkəmənin gəldiyi nəticənin əsassızlığı həmçinin ondan ibarətdir ki, mütəxəssis rəyi olmadan məhkəmə öz mülahizəsi ilə cavabdehin əldə etdiyi qazancı hesablamışdır. İlk növbədə, cavabdehin mübahisələndirilən 0.41 hektar sahədə intensiv üsulla əkin aparması, 200 əd əd kip götürməsi və hər kipi 3 manata satması reallığı əks etdirmir, eyni zamanda məhkəmə xərcləri (toxum alınması, gübrələnmə, suvarma, təmizləmə, çalınma, bağlanma, yığılma, daşınma və s.) nəzərə almadan kipin satış qiymətinin qazanc kimi qəbul etməklə düzgün qərara gəlməmişdir. Rəy verilməsi üçün zəruri olan tədqiqat obyektini görmədən mütəxəssis tərəfindən becəriləcək məhsulun miqdarı və satış qiymətinin müəyyən edilməsi tamamilə əsassızdır. Belə olan intensiv üsulla əkin aparıldığı təqdirdə 0.41 hektar yonca sahəsindən 200 ədəd kip götürməyin mümkünlüyü barədə X16 İnkişaf Mərkəzinin 30 iyun 2020-ci tarixli 66 nömrəli arayışı mötəbər sübut sayıla bilməz. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri v ə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil1 və nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı v ə yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3- cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilmə sini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətləri əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin maddi hüquq normalarının tələblərinə zidd olduğu üçün iddianın təmin edilmiş hissəsində əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər iki instansiya məhkəməsində cavabdeh istifadəsində olan torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu bilmədiyini, həmin torpaq sahəsinin əmisi və atasının istifadəsində olduğuna görə gözlərinə məxsus olduğunu düşünmüş, yalnız torpaq sahəsinin iddiaçıya məxsus olduğunu müəyyən edən məhkəmə qətnaməsindən sonra bunu bilmiş və Ucar Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən və icraya yönəldikdən sonra torpaq sahəsindən istifadəyə son qoymuşdur. İşdən görünür ki, iddiaçı da torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı 06 mart 2019-cu ildə aldıqdan sonra torpaq sahəsinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, ondan əvvəl iddiaçıya və ya onun mərhum atasına torpaq sahəsinin qaytarılmasını tələb etməsi, torpaq sahəsinin ona məxsus olmasını bildirməsi, cavabdehin məhz vicdansız sahib olması barədə məhkəmələr tərəfindən heç bir hal müəyyən edilməmişdir. Apellyasiya məhkəmə özü müəyyən etmişdir ki, Cavabdeh sözügedən torpaq sahəsini Ucar Rayon Məhkəməsinin hazırda mübahisələndirilən 14 avqust 2020-cu il tarixli qətnaməsi çıxarılandan sonra iddiaçıya qaytarmış, bundan sonra həmin torpaq sahəsindən istifadə etməmişdir. Belə olan halda, sözügedən torpaq sahəsindən cavabdeh tərəfindən 2017-ci il aprel ayında cavabdehin atası X13 vəfat etdikdən sonra və 2018, 2019 və 2020-ci illərdə qanunsuz olaraq istifadə etməsi nəticəsinə gələrkən məhkəmə cavabdehə münasibətdə Mülki Məcəllənin 157.5-ci maddəsini düzgün tətbiq etməmiş, bu zaman cavabdehin torpaq sahəsini istifadə və sahibliyinin əsassız olmasını bildiyi vaxtı, onun vicdanlı yoxsa vicdansız sahib olduğunu müəyyən etməmiş, cavabdehin mübahisəli sahəyə istifadə və sahibliyinin əsassız olmasını bildiyi vaxtdan və məhkəmə qətnaməsindən sonra həmin sahədən istifadə etmədiyi təqdirdə ondan qətnamədən əvvəlki dövrə götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsi barədə gəldiyi qənaəti maddi hüquq normasının dispozisiya şərtləri baxımından əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 2017-ci ildən həmin torpaq sahəsindən istifadə etdiyinə əsaslanmaqla həmin vaxtdan başlayaraq bütün dövr üzrə əldə edilmiş gəliri ondan tutmaqla Mülki Məcəllənin 157.5-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinin məzmununa əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüq uqu və s.) irəli gəlir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlə nərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi iddianın təmin edilmiş hissəsində qeyd edilən tələblərə cavab vermir. Ona görə də qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. İddiaçının kassasiy a şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçı torpaq sahəsinin cavabdehin istifadəsində 15 il və ya 9 il olmasını, bu müddət ərzində cavabdehə və ya onun mərhum atasına hər hansı etiraz bildirməsinə, həmin şəxslərin istifadələrində olan torpaq sahəsinin iddiaçıya məxsusluğunu bilmələrinə dair hər hansı mötəbər sübut təqdim etməmiş, mülkiyyətində olan torpaq sahəsinin boşaldılması üçün niyə 15 il sonra iddia verdiyini əsaslandırmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qətnamə iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiаçı İddiaçı kassasi ya şikayəti təmin edilməsin. Cаvаbdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-693/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.