Məhkəmə qərarları › İş №2(102)-4267/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4267/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4267/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı borcun qaytarılması barədə ilk, İddiaçı Cavabdeh İddiaçı qarşı icra qeydinin ləğvi barədə qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğvi, sübutun əslinin təqdim edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “icra qeydinin ləğv olunması” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın xx.xx.2023-cü il tarixli 2(103)-3885/2023 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Borc verən” İddiaçı (bundan sonra “iddiaçı”) ilə “Borc alan” Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış və Bakı şəhərindəki 6 saylı notariat ofisində notarial qaydada rəsmiləşdirilmiş 22 iyul 2021-ci il tarixli kredit müqaviləsinə görə cavabdeh iki ay müddətinə qaytarmaq şərti ilə iddiaçıdan 15000 manat borc pul almışdır. 2. "xxxx" MMC ilə (prezident İddiaçı şəxsində) cavabdeh arasında 26 mart 2020-ci bağlanmış “Nəqliyyat vasitəsinin icarə müqaviləsin”ə əsasən cavabdeh həmin müəssisədən “Hyundai Sonata” markalı, ** XS ** * dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür.

3. Cavabdehin imzaladığı tarixsiz qəbzdə qeyd olunub ki, “Mən Cavabdeh həmin qəbzi ondan ötəri verirəm ki, mənim "xxxx" MMC-yə “Hyundai Sonata” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsinə görə 8400 manat borcum yaranmışdır.”

4. Tərəflər arasında bağlanmış 22 iyul 2021-ci il tarixli Kredit müqaviləsi (15000 manatla bağlı) üzrə 6 saylı Notariat Ofisi 17 dekabr 2021-ci il tarixli icra qeydi vermişdir.

5. İddiaçı tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunmuşdur: “Yazıb Sizə bildirirəm ki, xx.xx.2021 ci il tarixli 13612 nömrəli icra qeydinə əsasən borcludan 15000 manat pul vəsaiti alınaraq mənim xeyrimə ödənilməlidir. Məlumat üçün bildirirəm ki, borclunun hal-hazırda borcu 15000 manat təşkil edir. Sözügedən icra qeydini “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsi ilə dayandırılmasını xahiş edir”.

6. Xətai rayon İcra şöbəsinin icra məmurunun “İcra sənədi üzrə icraatın dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərarına görə Bakı şəhəri, 6 saylı notariat ofisinin 13612 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası tələbkarın iddiaçı ərizəsinə əsasən dayandırılmışdır. 7. "xxxx" MMC ilə (prezident İddiaçı şəxsində) ilk iddia üzrə cavabdeh arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktının kserosurətinə görə Cavabdeh icarəyə götürdüyi avtomobillə əlaqədar yaranmış 8400 manat icarə haqqını və 6 saylı Notariat Ofisində bağlanmış 22 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc aldığı 15000 manatı tam olaraq qaytar mışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15000 manat borcun və dövlət rüsumunun əvəzi olaraq 135 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi xeyli müddətdir ki, tanıyır, onunla yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin yay aylarında cavabdeh iş qurmaq adı ilə iddiaçıdan 15000 manat borc pul almış, cəmi 2 aya borcu qaytaracağını bildirmişdir. İddiaçı cavabdehin səmimiliyinə inanaraq, eləcə də aralarında yaxşı münasibət olduğunu nəzərə alaraq cavabdehə etibar etmiş və 15000 manat borc vermişdir. Bu barədə cavabdehlə 22 iyul 2021-ci il tarixli kredit müqavil əsi bağlamışdır. Həmin vaxt maddi vəziyyəti yaxşı normal olduğuna görə, eləcə də cavabdehlə olan səmimi münasibətinə görə iddiaçı borcu cavabdehə faizsiz vermişdir.

10. Aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borc 2021-ci ilin sentyabr ayının 22-də qaytarılmalı olsa da, cavabdeh qeyd olunan vaxtda borcu qaytarmamışdır. Borcun qaytarılmasını tələb etdikdə, cavabdeh hər dəfə tez bir zamanda qaytaracağını bildirsə də, borcu qaytarmamış, daha sonra isə iddiaçının telefon zənglərinə, ümumiyyətlə, cavab verməmişdir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442 və 739.1-ci maddələrinə istinad etmişdir.

12. İddiaçının ərizəsi əsasında birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanması barədə 28 oktyabr 2022-ci il tarixli qərardad qəbul etmişdir.

13. Cavabdeh icra qeydinin ləğv edilməsi barədə qarşılıqlı iddia və ilk iddia ərizəsinə etiraz vermiş və iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanması barədə 28 oktyabr 2022-ci il tarixli qərardadı 08 dekabr 2022-ci il tarixli qərardadla ləğv etmiş, 17 mart 2023-cü il tarixdə qarşılıqlı iddianı icraata qəbul etmişdir.

15. Qarşılıqlı iddia (iddiaya etiraz) onunla əsaslandırılmışdır ki, “Baku Transport MMC”-nin prezidenti olan iddiaçını cavabdeh maşın kirayəsi ilə məşğul olan bir şəxs kimi tanıyır. Cavabdeh 2020-ci ildə iddiaçıdan “Hyundai Sonata” markalı maşını kirayə müqaviləsi ilə götürmüşdür. Həmin vaxtlar maşın kirayə haqqını nağd pul və çeklər vasitəsilə davamlı surətdə ödəmişdir. Müəyyən səbəblərə görə ödənilməyən vaxtlar da olmuşdur. Həmin vaxtlarda iddiaçı öz şərikləri ilə münaqişə yarandığını bəhanə edib, cavabdehən qəbz yazıb verməyi və müəyyən digər şərtləri demiş, cavabdeh də bunların hamısını yerinə yetirmişdir.

16. Bir müddətdən sonra hamı üçün məlum olan dünya miqyaslı pandemiya olmuş, həmin ərəfədə bütün gediş-gəliş dayandığı kimi həmin maşını da istifadə etmək mümkün olmamışdır. Bu müddətdə iddiaçı pandemiyanı nəzərə almadan öz istədiyi məbləği istədiyi günlərə vurub, istifadə olunmayan həmin günləri nəzərə almadan bu məbləğləri almışdır.

17. Daha sonra 22 iyul 2021-ci il tarixində iddiaçı cavabdehə zəng edib notariat ofisində olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Cavabdeh notariat ofisinə gəlmiş, görüşəndə iddiaçı ona t əlaşla bildirmişdir ki, “iş şəriklərimlə aramızda pul münaqişəsi yaranıb. Mən onları sakitləşdirmək üçün demişəm ki, Elnurun mənə verəcəyi var. O, bəhanəni kəsmək üçün burada müqavilə yazdırmışam, ona imza at, mən də onlara göstərim və 2 aydan sonra bundan əvvəlki qəbzlər kimi bunu da cırıb atacağam” deyərək bu işdə ona kömək etməyi cavabdehdən xahiş etmişdir. Cavabdeh iddiaçıya inandığı üçün, tərəddüd etmədən göstərdiyi yerə imza atıb, heç bir sənəd almadan, başqa işləri olduğu üçün tez də çıxıb getmişdir.

18. Bundan sonra iddiaçının şərikləri və özü cavabdehə tez-tez zəng edib narahatlıq yaratmılşar. 20 sentyabr 2021-ci il tarixində cavabdeh bezmiş halda müəyyən yerlərdən çətinliklə əldə edib, 15000 manat iddiaçıya vermək üçün iddiaçının ofisinə gəlmiş, iddiaçıya borc sənədini sənədi ləğ v etdirməyi və pulu verməsini demişdir. İddiaçı demişdir ki, “Mən burada öz imzam, möhürümlə təsdiq edərək, akt yazıb qanuni sənədləşmə ilə pulu səndən alaram və notariatın sənədini də sənin yanında cırıb atıram.” Cavabdeh iddiaçının dediyi kimi etmiş, həmin pulu iddiaçıya vermişdir. İddiaçı yazdığı aktın bir surətini cavabdehə təqdim etmişdir.

19. Bundan bir neçə müddət sonra cavabdehə Nizami Rayon İcra şöbəsinin məmuru zəng edib, iddiaçının ondan şikayət etdiyini, həmin notariat sənədini də bəhanə edib, ondan yalandan təkrar pul tələb etdiyini bildirmişdir. Cavabdeh iddiaçı ilə əlaqə saxlayıb, bu nə hərəkətdir etdiyini deyəndə iddiaçı ona bildirmişdir ki, “Bunu mənim şəriklərim edib. Sən narahat olma, mən özüm bunu yoluna qoyacağam.” İddiaçı bu barədə heç kimə heç bir söz deməməyi cavabd ehə bərk-bərk tapşırmışdır.

20. Bir müddətdən sonra da həmin şikayət işinin Xətai Rayon İcra şöbəsinə yönəldiyini cavabdehə bildirmişlər. Həmin vaxt cavabdeh iddiaçı ilə əlaqə saxlayanda iddiaçı həmin sözü təkrarlayaraq, “Narahat olma. Bizim bunlarla münaqişəmiz bitən kimi bu işi həll edəcəm” demişdir.

21. Cavabdeh hüquqşünas olduğu üçün bu işləri yaxşı bilir. Dövlətin tətbiq etdiyi qanuna görə borc pul alan adama verilən pul notariatda nağd yolla yox, bank vasitəsilə depozit yolu ilə bir neçə gün bankda qalandan sonra ödənilir. Lakin onların bu saxta əməliyyatda cavabdeh nə iddiaçıdan, nə notariatdan, nə də bankdan pul almayıb. Onların borc pul adlandırdıqları yalnız müəyyən miqdarda maşın kirayəsi olubdur ki, cavabdeh də onların yalandan dedikləri ən yüksək məbləği tam ödəyib. Həmin vaxt dan çox keçdiyi üçün tapdığı, müəyyən kirayə haqqı verdiyi pul ödənişi qəbzlərinin bir neçəsini sübut üçün və cavabdehin öz möhürü və imzası ilə təsdiq edərək yazdığı akt və digər sənədləri bu işdə nağd pul borcu olmadığını sübut kimi qoşma ilə ərizəyə əlavə edir.

22. Əvvəldən cavabdeh də iddiaçıdan rəsmi qaydada şikayət edə bilərdi. Ancaq iddiaçı ilə dost olmasa da, çox yaxın yoldaşlıq edib dəfələrlə çörək kəsdiyi üçün, ona inanıb. Lakin iddiaçı dəfələrlə uzun müddətdən sonra bu iş tam yadından çıxdığı bir vaxt, Nizami rayon İcra şöbəsinə şikayət edib, bundan sonra Xətai rayon İcra şöbəsinə şikayət edib, bir müddətdən sonra ərizə verib həmin işin dayandırılmasını tələb edib, bundan sonra Nizami rayon Məhkəməsinə müraciət edib və daha sonra işin baxılmamış saxlanılması üçün ərizə verib.

23. Cavabdeh icra qeydinin verilməsinə səbəb olan Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X2 təsdiq etdiyi 22 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini tam olaraq icra edib və iddiaçıya kredit müqaviləsində nəzərdə tutulan 15000 manat pulu 20 sentyabr 2021-ci ildə təhvil verib. Bu barədə həmin tarixdə akt tərtib olunub, həmin aktın “pulu verən” qrafasında cavabdeh, “pulu alan” qrafasında iddiaçı imza edib. Bundan başqa, həmin akt iddiaçının “prezident” olduğu "xxxx" MMC-nin dairəvi möhürü ilə möhürlənib.

24. Buna görə də iddiaçının borc tələbi rədd, qarşılıqlı iddia təmin olunmalı, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X2 təsdiq etdiyi 17 dekabr 2021-ci il tarixli icra qeydi ləğv olunmalı, ödənilmiş 135 manat dövlət rüsumu iddiaçıdan ca vabdehin xeyrinə tutulmalıdır.

25. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-147/2023 saylı, 17 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası üzrə işin icraatına xitam verilmişdir.

26. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-147/2023 saylı, xx.xx.2023ci il tarixli nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin olunmuş, 6 saylı Notariat Ofisindən verilmiş 17 dekabr 2021-ci il tarixli 13612 nömrəli icra qeydi ləğv edilmişdir. (hakim Fikrət Mirzəyev)

27. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan 22 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə iki ay müddətinə qaytarmaq şərti ilə 15000 manat borc pul almışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuş və borcalan müqavilə öhdəliklərinə əməl etmədiyi üçün 6 saylı Notariat Ofisindən 17 dekabr 2021-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydi Xətai rayonu İcra Şöbəsində icra edilərkən tələbkarın (iddiaçının) ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə icra sənədinin icrası dayandırılmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan 20 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktının məzmununa əsasən cavabdeh 15000 manat kredit borcunu iddiaçıya tam olaraq qaytarmışdır.

28. Birinci instansiya məhkəməsi “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə istinadən cavabdeh tərəfindən icra sənədinin tam olaraq icra edildiyini nəzərə alaraq hesab etmişdir ki, 6 saylı Notariat Ofisindən verilmiş 17 dekabr 2021-ci il tarixli 13612 nömrəli icra qeydi ləğv olunmalıdır.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 448.1-ci və “İcra haqqında” Qanunun 20.1.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

30. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı notariusa müraciət etmiş və notarius tərəfindən icra qeydi verilmişdir. Cavabdeh məhkəməyə mənşəyi bəlli olmayan kserosurət təqdim edərək guya borcunu tam ödəməsi ilə bağlı AKT tərtib edildiyini bildirmiş, məhkəmə isə həmin kserosurəti sübut kimi qəbul edərək ona istinad etmiş və icra qeydini ləğv etmişdir; - həmin aktdan iddiaçının məlumatı olmamış, aktda iddiaçının adının qarşısında çəkilmiş imza i ddiaçıya məxsus deyildir. Cavabdeh borcunu qaytarmamışdır.

32. İddiaçı apellyasiya baxışında apellyasiya şikayətini müdafiə edərək, həmçinin bunları göstərmişdir: - Cavabdeh iddiaçıya məxsus "xxxx" MMC-dən icarəyə avtomobil götürmüşdür. xx.xx.2020-ci il tarixli icarə müqaviləsində 1 gün üçün icarə haqqı 1200 manat qeyd olunsa da, əslində, həmin məbləğ 1 ay üçün nəzərdə tutulmuş icarə haqqı olmuş, müqavilədə mexaniki səhvliyə yol verilmişdir. Cavabdeh icarə haqqını vaxtında və tam ödəmədiyinə görə 15000 manat borcu yaranmış və həmin borcu da xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə rəsmiləşdirmişlər. Cavabdeh göstərilən məbləğdə borcunu xx.xx.2021-ci ilədək qaytarmağı öhdəsinə götürsə də, vədinə əməl etməmiş, buna görə də iddiaçı icra qeydi almışdır. Lakin icra qeydi əsasında icraat çərçivəsində borclunun inzibati və cinayət məsuliyyətinə cəlb olunması mümkün olmadığından iddiaçı ərizə verərək icra icraatını dayandırmış və hazırki iddianı qaldırmışdır. Lakin iddiaçıya izah olunmuşdur ki, icra qeydi də icra sənədi olduğunudan onun hazırki tələbinə məhkəmədə baxıla bilməz, buna görə də ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiası baxılmamış saxlanılmışdır. Lakin cavabdeh həmin qərardaddan şikayət, eyni zamanda qarşılıqlı iddia vermiş, məhkəmə də işə iddiaçının məlumatı olmadan baxmışdır; - cavabdeh məhkəməyə borcun qaytarılması barədə saxta aktın kserosurətini təqdim etmiş, məhkəmə də həmin akta əsaslanaraq qarşılıqlı iddianı təmin etmişdir. Halbuki iddiaçının həmin aktdan məlumatı yoxdur, həqiqətən də belə bir akt varsa, cavabdeh onu məhk əməyə təqdim edə bilər. Eləcə də cavabdeh telefonla ona zəng vuraraq borcu olmasını etiraf etmiş, onu danışığa dəvət etmişdir.

33. İddiaçı apellyasiya baxışında Aktdakı imzanın iddiaçıya məxsus olubolmamasının müəyyən edilməsi məqsədilə xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi əsli təqdim edilməməsi əsası ilə ekspertiza barədə vəsatəti təmin etməmişdir.

35. Apellyasiya baxışında iddiaçı tərəfindən təqdim edilən səs yazısı dinlənilmiş, cavabdehin nümayəndəsi (atası) səs yazısındakı səsin həqiqətən də oğlunun (cavabdehin) səsi olmasını təsdiq etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi Aktdakı imzanın iddiaçıya məxsus olubolmamasının müəyyən edilməsi məqsədilə xətşünaslıq ekspertizası təyin edilməsi barədə cavabdehin nümayəndəsinin vəsatətini də eyni əsasla təmin etməmişdir. (bax: 34-cü bən)

37. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3885/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-147/2023 nömrəli iş üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh İddiaçı qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

38. Apellyasiya instansiya məhkəməsi ilk olaraq qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “borc tələbinə dair” iddia ərizəsi baxı lmamış saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi və ilkin iddia ərizəsinə etiraz təqdim etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə sonuncunun ərizəsi təmin edilmiş və xx.xx.2022-ci il tarixli qərardad ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 17 mart 2023-cü il tarixli iclas protokolundan görünür ki, qarşılıqlı iddia ərizəsinin həmin məhkəmə iclasında icraata götürülməsi qərara alınmış və eyni tarixli məhkəmə iclasında da iş üzrə qətnamə qəbul edilmişdir. Göründüyü kimi, sonuncu məhkəmə iclasında qarşılıqlı iddia icraata qəbul edilmiş, bundan əlavə qarşılıqlı iddianın surətini digər tərəfə təqdim etməklə, qarşılıqlı iddiaya münasibət bildirmək üçün vaxt verilməli olduğu halda, qarşılıqlı iddianın icraata qəbul edildiyi məhkəmə icl asında iş üzrə qətnamə qəbul edilmişdir.

39. Apellyasiya instansiya məhkəməsi iddia tələbinə münasibətdə isə göstərmişdir ki, tərəflər arasında bağlanmış 22 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan iki ay müddətinə qaytarmaq şərti ilə 15000 manat borc almışdır. Həmin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyi üçün 17 dekabr 2021ci il tarixli icra qeydi verilmişdir. Cavabdeh kredit müqaviləsinin etibarlılıq şərtlərini mübahisələndirməmişdir. Onun yeganə əsası ondan ibarətdir ki, iddiaçıdan aldığı 15000 manat məbləğində borcu 20 sentyabr 2021-ci il tarixli aktla qaytarmışdır, yəni öhdəliyini icra etmişdir, buna görə də icra qeydi verilə bilməzdi, icra qeydi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi isə 20 sentyabr 2021-ci il tarixli aktı mötəbər sübut qismində qiymətləndirərək, “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsini (icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir) rəhbər tutub hesab etmişdir ki, cavabdeh tərəfindən icra sənədi tam icra olunduğuna görə 17 dekabr 2021-ci il tarixli icra qeydi ləğv olunmalıdır.

40. Göründüyü kimi, cavabdeh borcu tam olaraq ödədiyini iddia edərək icra qeydinin ləğv edilməsini tələb edir, yəni bildirir ki, icra qeydi verilərkən artıq öhdəlik tam icra edilmişdir. Cavabdeh tələbinin əsası kimi isə 20 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktına istinad edir. Lakin cavabdeh istinad etdiyi aktın əslini və ya lazimı qaydada təsdiq edilmiş surətini nə birinci instansiya məhkəməsində təqdim etməmiş, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Qanunvericiliy in tələbinə əsasən isə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

41. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin sübut kimi təqdim etdiyi akt kserosurət olmaqla mötəbər hesab edilmir. İddiaçı isə həmin aktdan məlumatlı olmadığını, aktdakı imzanın ona məxsus olmadığını bildirmişdir.

42. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin nümayəndəsi israrla məhkəmə-xətşünaslıq ekspertizanın keçirilməsini tələb etsə də, aktın əslini təqdim etmədiyi üçün ekspertiza təyin edilməsi mümkün olmamışdır. Bu baxımdan, icra qeydinin artıq icra olunmuş öhdəlik üzrə verilməsi barədə cavabdehin dəlilləri təsdiq olunmur, buna görə də iddiası təmin oluna bilməz.

43. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsi 14.2., 77.1 və 89.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

45. Kassasiya şikayətində işin faktiki halları sadalanmış və əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi aktın əslinin məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, qeyd olunan sənəd sübut kimi qiymətləndirilə bilməz. Halbuki, rayon məhkəməsində işə baxılarkən sədrlik edən hakim ilk iddia üzrə iddiaçının vəkilindən tələb etmişdir ki, iddiaçı məhkəmə iclasına gəlib izahat verməli və onda olan yuxarıda adı çəkilən aktın əslini məhkəməyə təqdim etməlidir. Lakin vəkil nəinki iddiaçının məhkəmədə iştirakını təmin etmiş, özü də sonrakı iclaslara gəlməmişdir. Belə olan halda cavabdeh iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. Lakin sənədin əslinin olmaması və iddiaçının iclasda iştirak etməməsi səbəbindən həmin vəsatət təmin olunmamışdır. Lakin iddiaçı Bakı Apellyasiya Məhkəməsinin iclaslarında iştirak etmişdir və cavabdehin nümayəndəsi onun imza nümunələrinin götürülərək iş üzrə xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin tam, obyektiv və hərtərəfli araşdırmasında maraqlı olmamış, səthi və əsaslandırılmamış qətnamə qəbul etmişdir. Bu zaman nəzərə alınmamışdır ki, apellyasiya instansiyası mə hkəməsi işə mahiyyəti üzrə baxan məhkəmədir və lazım gələrsə, aşağı instansiya məhkəməsində araşdırılması mümkün olmayan sübutları mütləq araşdırıb ona hüquqi qiymət verməlidir. Yalnız bu hal qətnamənin ləğv olunması və yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması üçün kıfayətdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.3 Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkə məsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi və apellyasiya şikayəti üzrə üzgün nəticəyə gəlib.

52. Qarşılıqlı iddia tələbi icra qeydinin ləğvi barədədir.

53. Cavabdeh qarşılıqlı iddiasının əsası kimi iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyini icra edərək həmin müqavilə üzrə 15000 manat borcunu ödəməsinə və bunun təsdiqi kimi iddiaçının imzası olan Akta istinad etmişdir.

54. Apellyasiya instansiyası m əhkəməsi cavabdehin aktın əslini və ya lazimı qaydada təsdiq edilmiş surətini nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməməsinə istinad edərək, həmin aktı sübut kimi qəbul etməmişdir.

55. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələbləri baxımından, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, həmin normanının tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

56. Cavabdehin öhdəliyin icrası barədə istinad etdiyi Akt yazılı sübut olduğu üçün, həmin Aktın əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi vəzifəsi də cavabdehin üzərinə düşmüşdür. Lakin işdən görünür ki, cavabdeh həmin sübutun nə əslini, nə də lazımi qaydada təsdiq olunmuş surətini işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim edə bilməmişdir.

57. Başqa sözlə, cavabdeh qarşılıqlı iddiasında istinad etdiyi halları, yəni kredit müqaviləsi üzrə öhdəliyini icra etməsini sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin sübuta yetirilməsi cavabdehin üzərinə düşsə də, o, öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

59. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 4041-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır.

60. Məhkəm ə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

61. Məhkəmə kollegiyası xətşünaslıq ekspertizasının təyin edilməli olduğu halda, təyin edilməməsi barədə kassasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlilinə qiymət vermiş, aktın əslinin təqdim edilmədiyi əsası ilə ekspertiza təyin edilməsinin mümkün olmamasını bildirmişdir. (bax:42-ci bənd). Məhkəmə kollegiyası bu dəlillə bağlı apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır və bu səbəb dən əlavə şərhə zərurət görmür.

62. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3885/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar