Məhkəmə qərarları › İş №2(102)-4269/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4269/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4269/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4269/2023 (Açar sözlər: borcun qaytarılması tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4308/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavabdeh tərəfindən imza edilmiş xx.xx.2019-cu il tarixli qəbzdə göstərilmişdir ki, adı çəkilən şəxslər maşının (“Mersedes ML”) alğı-satqısı üçün 22.000 manat məbləğində razılaşmış, Cavabdeh razılaşdırılmış 22.000 manat məbləğdən 9.000 manatı ilkin olaraq vermiş, qalan 13.000 manat məbləğ üzrə hər ay 3.000 manat ödəyəcəyi, 4 ay müddətində borcunu bağlayacağı barədə tərəflər arasında razılıq əldə olunmuşdur.

2. İddiaçılə Cavabdeh arasında 2019-cu ilin sentyabr ayında “maşın alğı-satqısı ilə bağlı borc müqaviləsi” adlandırılan müqavilə bağlanmış, müqavilədə göstərilmişdir ki, Cavabdeh İddiaçıla “Mercedes-Benz ML350” markalı avtomobilin alğı-satqısı üçün 22.000 manata razılaşır, ilkin ödəniş olaraq 9.000 manat verir, qalan hissəni (13.000 manat) 4 ay müddətində tam şəkildə ödəyəcək.

3. Həmin müqavilənin üzərində aparılan və müqavilə tərəflərinin imzaları ilə təsdiqlənən qeydlərə görə, Cavabdeh sentyabr ayında 9.000 manat, oktyabr ayında 3.000 manat, noyabr ayında 3.000 manat, dekabr ayında 3.000 manat, yanvar ayında 4.000 manat olmaqla, ümumilikdə 22.000 manatı İddiaçı ödəmişdir.

4. İddiaçı tərəfindən ban nömrəsi 4JGBB86E86A055248, buraxılış ili 2006 olan “Mercedes-Benz ML350” minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh xx.xx.2019-cu il tarixdə 4 ay müddətli etibarnamə verilmişdir.

5. İddiaçılə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 3M-3777 nömrə il ə qeydə alınmış kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 4.518 ABŞ dolları (manatla 7.680 manat) borc vermiş, Cavabdeh isə borcu xx.xx.2020-ci il tarixinədək notariusun depozit hesabı vasitəsilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

6. Ban nömrəsi 4JGBB86E86A055248, buraxılış ili 2006 olan “Mercedes-Benz ML350” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (əvvəlki qeydiyyat nömrəsi **-XV-***) xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.

7. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh bildiriş göndərmiş, bildirişdə xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.518 ABŞ dolları (7.680 manat) borcun tam olaraq 20 gün ərzində geri qaytarılması xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş mə hkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4.518 ABŞ dolları pul vəsaitinin qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə, eləcə də 96,80 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehə 4.518 ABŞ dolları (7.680 manat) məbləğində pul borc vermiş, bununla bağlı onunla cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat ofisində 3M-3777 reyestr nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, müqavilənin 2-ci bəndinə əsasən cavabdeh xx.xx.2020-ci il tarixədək notariusun depozit hesabı vasitəsilə borcunu qaytarm ağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə göstərilən müddətin keçməsinə baxmayaraq, borc götürdüyü pul vəsaitini bu günə qədər qaytarmamışdır. Mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı xx.xx.2022-ci il tarixli bildirişlə cavabdehə müraciət edərək, xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4.518 ABŞ dolları (7.680 manat) məbləğində borcun 20 gün müddətində geri qaytarılmasını xahiş etmiş, cavabdeh bildirişi xx.xx.2022-ci il tarixdə alsa da, borcunu qaytarmamışdır.

10. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirmiş, cavabdehdən 4.518 ABŞ dolları pul vəsaitinin (qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə), hüquqi xidmət üçün ödənilmiş 210 manatın və ödənilmiş 98,80 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasın ı xahiş etmişdir.

11. İddia ərizəsinə qarşı cavabdeh etiraz bildirərək göstərmişdir ki, tərəflər arasında iddiaçıya məxsus “Mercedes-Benz ML350” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısına dair 19 sentyabr 2019-cu il tarixdə müqavilə bağlanmış, avtomobilin qiyməti 22.000 manata razılaşdırılmış, cavabdeh 9.000 manat ödəniş etmiş, 13.000 manat qalıq borcu isə 4 ay ərzində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə nəqliyyat vasitəsinin idarə olunması üçün etibarnamə vermiş, razılaşma belə olmuşdur ki, qalıq borc ödənildikdən sonra nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyata alınacaqdır. 2019-cu ilin dekabr ayında iddiaçı cavabdehə bildirmişdir ki, özünə yeni nəqliyyat vasitəsi alıb və **-XV-*** dövlət qeydiyyat nişanını özünə aldığı ma şına qeydiyyata aldırmaq niyyətindədir. Buna görə həmin vaxt qalıq borc olan 7.000 manatı ödəsin. Lakin cavabdehin həmin pulu ödəməyə imkanı olmamışdır. Buna görə də 11 dekabr 2019-cu ildə iddiaçının təklifi ilə 7.000 manat borcun qalması ilə bağlı kredit müqaviləsi bağlanmışdır. İddiaçı bildirmişdir ki, əlavə olaraq 600-700 manat müqavilənin bağlanmasına və nəqliyyat vasitəsinin qeydiyyata alınmasına xərci çıxacaq, bu səbəblə həmin məbləği qalıq borc olan 7.000 manatın üzərinə gəlib müqaviləni 7.680 manat məbləği ilə rəsmiləşdirmişlər. Bu məbləğ iddiaçı tərəfindən notariusun depozit hesabına qoyulmuş, cavabdeh tərəfindən çıxarılaraq həmin an iddiaçıya qaytarılmış, bundan sonra avtomobil cavabdehin adına rəsmiləşdirilmişdir. Yəni xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin mahiyyəti avto mobilə görə qalan borc məbləğinin sənədləşdirilməsindən ibarətdir. Cavabdeh tərəfindən 3.000 manat dekabr ayında, 4.000 manat isə 2020-ci ilin yanvar ayında, yəni 4 ay müddətinə hər iki tərəfin imzası ilə təsdiqlənməklə iddiaçıya ödənilmiş, qalıq 780 manatı isə iddiaçı özü müqavilədə üzərindən xətt çəkərək həmin məbləğdən keçdiyini bildirmişdir. Lakin daha sonra iddiaçı içkili vəziyyətdə cavabdehə zəng edərək ondan 780 manatı tələb etmiş, cavabdeh isə borcunun olmadığını və iddiaçının ona 780 manatı keçdiyini bildirmişdir. Göründüyü kimi iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1138/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 400 (dörd yüz) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manatın və dövlət rüsumunun əvəzi qismində 30 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında “Mercedes-Benz ML350” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 22.000 manata nisyə alğı-satqısına dair müqavilə bağlanmış, müqavilə üzrə cavabdeh ilkin olaraq 9.000 manat ödəniş etmiş, qalan 13.000 manat məbləği 4 ay müddət ində ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Həmin tarixdə iddiaçı tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin idarə edilməsinə dair cavabdehə etibarnamə verilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə 4.518 ABŞ dolları (7.680 manat) məbləğində pulun verilməsi barədə kredit müqaviləsi bağlanılmış və borcalan xx.xx.2020-ci il tarixədək krediti qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin bağlandığı tarix ilə “Mercedes-Benz ML350” minik markalı nəqliyyat vasitəsinin borclu Cavabdeh adına qeydiyyata alınma tarixi eynilik təşkil edir. Bu isə öz növbəsinə tərəflər arasında bağlanmış kredit müqaviləsinin faktiki olaraq alğı-satqı müqaviləsinə əsaslandığını deməyə imkan verir. Tərəflər arasında Borc müqaviləsi - maşın alğı-satqısı barədə müqavilədə göstərilən qrafik üzrə cav abdeh tərəfindən sentyabr, oktyabr, noyabr, dekabr və yanvar ayları üçün ödənişlərin edilməsi və iddiaçı tərəfindən həmin ödənişlərin qəbul edilməsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 7.000 manat məbləğində ödəniş edilməsi (4.118 ABŞ dolları) işdə olan sübutlarla təsdiqini tapmışdır. Belə ki, iddiaçı dekabr və yanvar aylarında avtomobilin alğı-satqısı ilə bağlı borc puldan 7.000 manat hissəni (3.000+4.000 AZN) almasını imzası ilə təsdiq etmişdir. Cavabdeh iddiaçının borc puldan 680 manat məbləğində hissəni ona güzəşt edərək keçdiyini bildirsə də, bunu sübuta yetirə bilməmişdir və hal-hazırda iddiaçı həmin məbləğdə pulu cavabdehdən tələb edir. Belə olan halda iddiaçının pul tələbi 400 ABŞ do lları (680 manat) hissəsində əsaslı hesab edilməlidir.

14. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 7.000 manat məbləğində ödəniş edilməsi (4.118 ABŞ dolları) işdə olan sübutlarla təsdiqini tapmışdır. Belə ki, iddiaçı dekabr və yanvar aylarında avtomobilin alğı-satqısı ilə bağlı borc puldan 7.000 manat hissəni (3.000+4.000 AZN) almasını imzası ilə təsdiq etmişdir. Cavabdeh iddiaçının borc puldan 680 manat məbləğində hissəni ona güzəşt edərək keçdiyini bildirsə də, bunu sübuta yetirə bilməmiş və hal-hazırda iddiaçı həmin məbləğdə pulu cavabdehdən tələb edir. Belə olan halda iddiaçının pul tələbi 400 ABŞ dolları (680 manat) hissəsində əsaslı hesab edilməlidir.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 425.1, 442, 448.1, 567, 601.1, 601.2, 739.1, 739.2, 740.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın hüquqi əsası kredit müqaviləsi olduğu halda, məhkəmə Mülki Məcəllənin 567-ci maddəsinə (Alğı-satqı müqaviləsi) və 601-ci maddəsinə (Əşyanın hissə-hissə ödənilməsi) istinad etmiş, bununla da, tətbiq edilməli olan normanı tətbiq etməmişdir. Birinci instansi ya məhkəməsi kredit müqaviləsinin mövcud olduğunu və həmin müqavilə üzrə cavabdehin iddiaçının qarşısında öhdəliklərinin yarandığını, həmçinin iddiaçının cavabdehdən vəzifələrinin icrasını tələb etmək hüququnun olduğunu da qəbul edir. Digər sözlərlə məhkəmə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə iddiaçıya pulun ödənilməli olduğunun və iddiaçı da cavabdehə borc verilmiş pulun geri tələb etməkdə haqlı olduğunu qəbul edir. İddiaçı iddia tələbini onunla sübuta yetirir ki, onun tərəfindən təqdim etdiyi notarial qaydada bağlanmış kredit müqaviləsi mövcuddur və bununla bağlı cavabdeh tərəfindən heç bir ödəniş edilməyib. Cavabdehin etirazının əsası kimi, daha öncə tərəflər arasında digər müqavilənin yəni sadə yazılmış nəqliyyat vasitəsinin nisyə alğı-satqı müqaviləsinin mövcud olduğunu qeyd ed ir və həmin müqavilə üzrə ödənilmiş pul vəsaitinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin eyni öhdəliklər olduğunu şifahi bildirərək, kredit müqaviləsi üzrə öhdəliklərin icra etdiyini hesab edir. Göründüyü kimi, iddiaçı tərəfindən tələb mötəbər sübutlarla əsaslandırıldığı halda, cavabdeh öz etirazını qeyri-mötəbər sübutla, şifahi olaraq digər müqavilə üzrə ödənişlərin bir-birinə bağlı olduğunu qeyd edərək, icra olunduğunu bildirir. Beləliklə, məhkəmə mülki işə birtərəfli, qeyri-obyektiv və qərəzli baxaraq nəzərə almır ki, tərəflər arasında bir neçə müqavilə bağlanıla bilər və hər müqavilə üzrə öhdəliklər tərəflər arasında başqa razılıq yoxdursa ayrı-ayrılıqda, müstəqil icra olunmalıdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4308/2023 nömrəli, 13 iyul 2023-cü i l tarixli qətnaməsi ilə (Elnur Həsənov (sədrliyi və məruzəsi ilə), hakimlər Sabit Bəhrəmzadə və Xumar Mərdanova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, iddiaçıya məxsus avtomobilin ilkin ödəniş 9.000 manat, qalan 13.000 manatın isə 4 ay ərzində ödəniləcəyi şərti ilə 22.000 manata cavabdehə satılması barədə 2019-cu ilin sentyabr ayında razılığa gəldikləri, “Mercedes-Benz ML350” minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı həmin avtomobilin idarə edilməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə 4 ay müddətli etibarnamə verildiyi, ilkin ödəniş olan 9.000 manatın razılaşma tarixində, 3.000 manatın oktyabr ayında, 3.000 manatın is ə noyabr ayında ödənildiyi işin mübahisələndirilməyən halıdır. İddiaçının istinad etdiyi borc müqaviləsinin bağlandığı gün (xx.xx.2019-cu il tarixdə) həmin avtomobil cavabdehin adına alğı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış, bundan sonra (2019-cu ilin dekabr ayında) 3.000 manat, 2020-ci ilin yanvar ayında isə 4.000 manat iddiaçıya ödənilmişdir.

20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin “tərəflər arasında bağlanmış kredit müqaviləsinin faktiki olaraq alğı-satqı müqaviləsinə əsaslandığı”, habelə “xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 7.000 manat məbləğində ödəniş edilməsi (4.118 ABŞ dolları) işdə olan sübutlarla təsdiqini tapmışdır” qənaəti işin hallarına tam şəkildə uyğundur və apellyasiya şikayəti nin dəlilləri əsassız olmaqla iddiaçının dürüst olmadığının təzahürüdür. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 324, 337, 351, 385, 386.1, 390.1, 390.2, 406.1, 425, 442, 739.1, 739.2, 470.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən iddiaçı (Vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxmayaraq ki, mülki qanunvericilik tərəflər arasında bir neçə müqavilənin bağlanması ilə bağlı məhdudiyyət qoymur, birinci və apelyasiya instansiya məhkəmələri tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi ilə kredit müqaviləsini eyniləşdirir və hesab edirlər ki, kredit müqaviləsi faktiki olaraq alğı-satqı müqaviləsidir. Qeyd olunan müqavilə iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edən cavabdeh tərəfindən verilmişdir. İddianın hüquqi əsası kredit müqaviləsi olduğu halda, məhkəmə Mülki Məcəllənin 567-ci maddəsinə (alğı-satqı müqaviləsi) və 601-ci maddəsinə (əşyanın hisssə-hissə ödənilməsi) maddəsinə istinad etmişdir. Birinci və apellyasiya instansiya məhkəməsi iddianın hüquqi əsasını təşkil edən maddi hüquq normasına istinad etməmişdir və bununla da, qeyd olunan maddi hüquq norması pozulmuşdur. Lakin məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bir müqavilə üzrə öhdəlik icra edildiy i halda, eyni tərəflər arasında digər müqavilə üzrə kreditor borcludan tələb etmək hüququnu itirir. Belə ki, həmin müqavilələr cavabdehin dediyinə görə eyni müqavilədir. Bununla da, birinci instansiya və apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normanı düzgün tətbiq etmir. İddianın mübahisələndirilən halı ondan ibarətdir ki, kredit müqaviləsi icra edilməli olan öhdəlik cavabdeh tərəfindən icra edilmir. İddiaya etiraz olaraq cavabdeh alğı-satqı ilə kredit müqaviləsinin eyni olduğunu bildirərək bir müqavilə üzrə olan öhdəliyini icra etdiyindən digər müqavilənin də öhdəliyinə xitam verilməli olduğunu bildirir. Bununla da, cavabdeh dürüst olmadığını göstərir. Göründüyü kimi, məhkəmə birtərəfli olaraq işə yanaşmış və cavabdehin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası ndan boyun qaçırmaq üçün gətirdiyi bəhanələri əsas götürmüşdür və onları rəsmi sənədlərdən üstün tutmuşdur. Belə ki, məhkəmə avtomobil alğı-satqısından əmələ gələn və cavabdeh tərəfindən icra edilmiş öhdəliklərin kredit müqaviləsi üzrə öhdəliklərə şamil edərək, hesab etmişdir ki, notarial qaydada bağlanmış kredit müqaviləsi faktiki olaraq alğı-satqı müqaviləsidir. İddiaçı cavabdeh ilə onun arasında sadə yazılı formada nəqliyyat vasitəsinin nisyə alğı-satqı müqaviləsinin olduğunu qəbul edir və bildirir ki, həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər tam olaraq icra edilmişdir. Baxmayaraq ki, cavabdeh yazılı qaydada razılaşmış 4 ay müddətində ödənilməli olan 13.000 (on üç min) manatdan əlavə olaraq, müqavilədə qeyd olunmayan 780 manat da borclu olduğunu qeyd edir, lakin iddiaçı bunu təsdiq etmir. Belə ki, cavabdehin 780 manatla bağlı hissədə də qeyd etdikləri kredit müqaviləsində əks olunan pul məbləğinə oxşar vurğulamasıdır, hansı ki öz əksini tapmır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağ lanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

28. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

29. Maddə 337.5. Əqd etibarsı z olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

30. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

31. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

32. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

33. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onl ar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

34. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

35. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. M addə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

38. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

39. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

42. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirak çı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

43. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

44. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

45. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.

2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən ed ilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansi yası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qət naməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ba rədə dəlilləri əsassızdır.

62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessua l hüquqi əsasları düzgün müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4308/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar