Məhkəmə qərarları › İş №2(102)-427/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-427/2019

21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-427/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 21 yanvar 2019-cu il İş № 2(102)-427/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10436/2 018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Namidar Misirzadə) iş üzrə 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 10116,94 ABŞ dolları əsas, 3982,18 ABŞ dolları faiz, 300 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 14399,12 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfındən müəyyən edilmiş manat məzənnəsi ilə və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmiş, Cavabdeh1 Rafıq oğlundan 80 manat ekspertiza xərcinin dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Sənan Hacıyev) 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” ASC (bundan sonra Ləğv prosesində olan "xxxx" ASC) cavabdehlər Cavabdeh1 Rafıq oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək 10116,94 ABŞ dolları məbləğində əsas, 6471,36 ABŞ dolları məbləğində faiz, 2947,48 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 19535,78 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 Rafıq oğluna və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 iyun 2018-ci il tarixli qərardadı ilə mövcud iddia ərizəsi Cavabdeh2 aid hissədə baxılmamış saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya i nstansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh1 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını v ə kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verməmiş, iddiaçı isə qətnaməni yalnız iddia tələbinin faiz və cərimə borcunun təmin edilməyən hissədə mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC ilə cavabdeh X1 arasında 27 iyun 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 29 faiz ödəmək şərti ilə 24 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. 04 may 2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 10116,94 ABŞ dollan məbləğində əsas, 6471,36 ABŞ dolları məbləğində faiz və 2947,48 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 19535,78 ABŞ dolları məbləğində kredit borcu vardır. Qətnamədən şikayət verən bank iddia tələbinin faiz və cərimə borcunun təmin edilməməsi hissəsini mübahisələndirmişdir. Məhkəmə mübahisələndirilən hissə ilə bağlı qeyd etmişdir ki, iddia tələbindən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icrası müddəti 27 iyun 2016-cı il tarixdə bitsə də, iddiaçı 04 may 2017-ci il tarixədək 6471,36 ABŞ dolları faiz borcu hesablamışdı r. İş üzrə tam və obyektiv araşdırma aparılması məqsədi ilə məhkəmə tərəfındən mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2018-ci il tarixli 22821 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 27 iyun 2014-cü il tarixli, 316-14USD saylı kredit müqaviləsi üzrə Cavabdeh1nun 27 iyun 2016-cı il tarixə (müqavilə müddətinin başa çatma vaxtı) Ləğv prosesində olan “xxxx” ASC-yə 3982,18 ABŞ dolları faiz borcu yaranmışdır. Məhkəmə ekspert rəyini əsas götürərək hesab etmişdir ki, tərəflər arasında bğlanmış kredit müqaviləsi üzrə icra müddətinin sonuna yaranmış 3982,15 ABŞ dolları faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Müqavilə şərtləri pozulduğuna görə iddiaçı cavabdehdən 2947,48 ABŞ dolları dəbbə pulunun tutulmasını tələb edir. M əhkəmə işin hallarını, əsas və faiz borcun məbləğinə nisbətdə dəbbə pulu məbləğinin yüksək olduğunu nəzərə alın, Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək dəbbə pulunun 300 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab etmişdir. Həmin maddəyə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, ha belə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apell yasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10436/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsi iddiaçınınkassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild iyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar