Məhkəmə qərarları › İş №2(102)-427/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-427/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-427/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarsız əqd üzrə verilmiş pulun qaytarılması) 01.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1308/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (və ailə üzvləri) ilə Cavabdeh2 (və ailə üzvləri) arasında bağlanmış 03.08.2016-cı il tarixli sadə yazılı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 (və ailə üzvlərinə) məxsus ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, ümumi sahəsi 110 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə İddiaçı (və ailə üzvlərinə) satılmışdır. Müqavilənin məbləği 16.500 manat müəyyən edilmiş, bu məbləğin ilkin ödənişi 11.000 manat müəyyən edilmişdir. 2. 26.09.2019-cu il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh1 İddiaçı 11.000 manat pul borcunu 30.03.2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh 1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borca görə 9.700 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq 485 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 10.215 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 2015-ci ildə İddiaçı 5000 manat borc pul götürmüş və 12 ay müddətində razılaşdıqları faizi, yəni aylıq 750 manat pulu ödəmişdir. Lakin sonradan maddi imkanı olmadığından ödənişi dayandırmış, yaranmış borcun və əlavə 11.000 manat pulun ödənilməsi müqabilində yaşadığı ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, ümumi sahəsi 110 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı təklif etmiş və əlavə 11.000 manat ödəmək şərti ilə 03.08.2016-cı il tar ixdə sadə yazılı alğı-satqı müqaviləsi bağlamaqla sözügedən evi İddiaçı satmışdır. Cavabdeh2 əlavə 11.000 manat pulu aldıqdan sonra ailəsi ilə birlikdə həmin evi boşaldaraq İddiaçı təhvil vermişdir. İddiaçı öz ailəsi ilə birlikdə 03 il, yəni 2019-cu ilin sentyabr ayına kimi həmin evdə yaşamışdır. Sözügedən ev kredit borcuna görə əvvəldən, yəni 16.02.2015-ci il tarixdən Cavabdeh2 tərəfindən "xxxx" QSC-yə girov qoyulduğuna görə alğı-satqını notariat qaydada sənədləşdirə bilməmişlər. Bir müddət sonra Cavabdeh2 banka olan ödənişləri dayandırdığına görə İddiaçı evi öz adına keçirə bilməyəcəyini başa düşüb pulunu geri istəmişdir. Cavabdeh2 kürəkəni Cavabdeh1 evə görə ödənilən pulun geri qaytarılacağına zamin durduğu üçün İddiaçı sözügedən evi boşaldaraq Cavabdeh2 geri qaytarmışdır. Həmin vaxt Ca vabdeh1 iddiaçıya 26.09.2019-cu il tarixdə yazılı iltizam verərək 11.000 manat pulu qaytarmağı öz öhdəsinə götürmüş, yazılı iltizam verildikdən sonra iddiaçıya bir dəfə 500 manat, bir dəfə 800 manat olmaqla, ümumilikdə 1300 manat ödəniş etmişdir. Sonradan cavabdehlər tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 prosesin əvvəlində iddianı qəbul etdiyini bildirsə də sonradan iddianı qəbil etmədiyini bildirərək göstərmişdir ki, 2015ci ildə iddiaçıdan hər ay 100 manata 15 % ödəmək şərti ilə 5000 manat borc pul götürmüş və 12 ay razılaşdıqları faizi, yəni aylıq 750 manat pulu ödəmişdir. Təkcə faiz olaraq iddiaçıya 4000 manat pul ödəmişdir. Həmin pulların bir qismini Zərdab şəhər sakini Səyyad Həsənovun yanında, bir hissəsini Təhmiraz H üseynzadə və bir hissəsini də kürəkəni Cavabdeh1 vasitəsi ilə ödəmişdir. 12 aydan sonra maddi imkanı olmadığı üçün ödənişi dayandırmış və İddiaçı təklif etmişdir ki, evini verib üzülüşsünlər. Beləliklə, əlavə 11.000 manat pul almaq müqabilində yaşadığı ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini aralarında 03.08.2016-cı il tarixdə sadə yazılı alğı-satqı müqaviləsi bağlamaqla İddiaçı satmışdır. 11.000 manat pulu aldıqdan sonra ailəsi ilə birlikdə evi boşaldaraq iddiaçıya təhvil vermişdir. İddiaçı öz ailəsi ilə birlikdə üç il müddətində həmin evdə yaşadıqdan sonra ona yaxınlaşaraq “ev ipotekadadır qaytarıram’’ deyərək pulunu geri istəmişdir. Həmin vaxt kürəkəni Cavabdeh1 iddiaçının hədə-qorxusu, təhdidi altında 26.09.2019-cu il tarixdə yazılı iltizam verərək 11000 manat pulu qa ytarmağı öz öhdəsinə götürmüşdür. Yazılı iltizam verildikdən sonra iddiaçıya bir dəfə 500 manat, bir dəfə də 800 manat olmaqla, ümumilikdə 1300 manat ödəniş etmişdir. Bundan başqa heç bir ödəniş edilməmişdir. 17.02.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçıya 9700 manat pulu ödəməyə razı olduğunu bildirərək, bu barədə məhkəməyə yazılı ərizə versə də, hazırda həmin pulu ödəməkdən imtina edir. Belə ki, 2-ci Qarabağ müharibəsində iştirak edib yaralandığı üçün sinirlərində müəyyən problemlər yaranmışdır. Həmin ərizəni yazarkən əsəbi olmaqla özündə olmamışdır. Onun hazırda iddiaçıya heç bir borcu yoxdur.

6. Birinci instansiya məhkəməsində Cavabdeh1 prosesin əvvəllərində iddianı qəbul etdiyini bildirsə də, sonradan iddianı qəbul etmədiyini bildirərək göstərmişdir ki, iş üzrə digər Ca vabdeh2 onun qayınatasıdır. Qayınatası 2015-ci ildə iddiaçıdan müəyyən faiz müqabilində 5000 manat borc götürmüş və bildiyinə görə borcunu artıqlaması ilə ödəmişdir. Həmin borcla bağlı qayınatası ilə iddiaçı arasında müəyyən problemlər yarandığından qayınatası Cavabdeh2 əlavə 11.000 manat pul ödənilmək şərti ilə yaşadığı Zərdab şəhəri, Şəhriyar küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evini aralarında 03.08.2016-cı il tarixdə bağlanmış sadə yazılı alğı-satqı müqaviləsinə əsasən İddiaçı satmış və evi boşaldaraq iddiaçıya təhvil vermişdir. İddiaçı öz ailəsi ilə birlikdə 03 il həmin evdə yaşadıqdan sonra evi qaytarmaq istədiyini bildirərək, pulunu geri istəmişdir. Həmin vaxt iddiaçı tez-tez onun işlətdiyi mağazaya gələrək pulu ondan istəmişdir. İddiaçının hədə-qorxusu, təhdidi a ltında 26.09.2019-cu il tarixdə yazılı iltizam verərək qayınatasının iddiaçının aldığı 11.000 manat pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. Yazılı iltizam verildikdən sonra iddiaçıya bir dəfə 500 manat, bir dəfə də 800 manat olmaqla, ümumilkdə 1300 manat ödəniş etmişdir. Bundan başqa heç bir ödəniş etməmişdir. Hazırda vaxtı ilə üzərinə götürdüyü öhdəliyindən imtina edir.

7. Zərdab Rayon Məhkəməsinin 02 mart 2021-ci il tаrixli, 2(035)-91/2021 saylı qətnaməsi ilə (hakim T.Qubadov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 evin alğı-satqısına görə verilmiş pula görə 9.700 manatın və dövlət rüsumuna görə 30 manatın, cəmi 9730 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsasl andırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin alğı-satqısına dair 03.08.2016-cı il tarixdə bağlanmış müqavilə notarial qaydada deyil, sadə yazılı formada bağlandığndan qanunvericiliyin tələbinə zidd olmaqla alğı-satqı rejimini müəyyən edən qanunvericilik normaların təsiri altına düşmür.

9. Məhkəmə həmçinin bu qənaətə gəlmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında olan hüquq münasibəti borcun etirafı ilə bağlı olan münasibətdir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbinin aid olduğu hüquq münasibətinə uyğun olaraq məsələnin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik və borcun etiraf edilməsi ilə bağlı normaları tətbiq edilməlidir.

10. Məhkəmə hesab etmişdir ki, iddia iddiaçı tərəfindən əsas məbləğ ə dair hissədə müdafiə edildiyi üçün həmin hissədə təmin edilməli və tutulması qət edilən məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. İddia faizə görə pul tələbinə dair hissədə müdafiə edilmədiyi üçün həmin hissədə iddia təmin edilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1, 431.1, 882.1, 882.2, 882.4, 882.1-882.3, 882.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçının sözləri əsasınd a araşdırma aparmış, məhkəmə ədalət prinsipinə söykənərək cavabdehlərin düşdüyü çətin vəziyyəti nəzərə almamış, ətraflı araşdırmanı təmin etməmişdir. Məhkəmənin gedişatı zamanı cavabdehlər tərəfindən bir çox sübutlar təqdim edilsə də, məhkəmə bunu nəzərə almamışdır. İddiaçı ilk növbədə iddia qaldıraraq Cavabdeh1 qəbz əsasında öhdəlik olaraq götürdüyü 9700 manat pulu tələb etsə də, sonradan həmin pulun Cavabdeh1 heç bir aidiyyatı olmadığını bildirmiş və guya Cavabdeh2 ev alğı-satqısı üçün verilən pulu tələb etdiyini bildirmişdir. Cavabdeh1 iddiaçı qarşısında heç bir öhdəliyi qalmadığı halda ondan pul tutulmasını təmin etməklə məhkəmə əsassız nəticəyə gəlmişdiur.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1308/2021 saylı, 09.08.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsə dli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 9700 manat pulun, eyni zamanda 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin 882.1-ci, 882.2ci, 882.4-cü, 882.1-882.3-cü, 882.5-ci maddələrinə istinad etmişdir. Halbuki hazırkı mülki işə Mülki Məcəllənin 324, 392, 404, 460, 522-ci maddələri tətbiq edilməli idi.

15. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarına əsa sən qeyd etmişdir ki, iddiaçı iki tələblə məhkəməyə müraciət etmişdir; 1.Cavabdehlərdən əsas borca görə 9700 manat pulun ödənilməsi;

2. Gecikdirilmiş vaxt üçün illik beş faizi olaraq 485 manat pulun ödənilməsi.

16. Apellyasiya instansiyası məhkəməsi ikinci tələblə bağlı qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində iddiadan imtina etməsə də, həmin tələbini müdafiə etməmiş, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi əsas borca görə 9700 manat pulun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh2 11.000 manat pulu iddiaçıdan almasını etiraf etmişdir. Eyni zamanda iş materialları ilə təsdiq edilmişdir. Yəni iddia həmin hissədə Cavabdeh2 mün asibətdə əsaslıdır. Çünki Cavabdeh2 11.000 manat pulu iddiaçıdan almış, ancaq vəd etdiyi kimi özünün mülkiyyətində olan evi iddiaçının adına keçirməmişdir. Ona görə də iddiaçı iddia tələbində haqlıdır.

17. Apellyasiya instansiyası məhkəməsi digər cavabdehə münasibətdə iddia tələbinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 münasibətdə də əsaslıdır. Belə ki, iş materiallarının 6-cı səhifəsində olan qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 11.000 manat pul borcunu 30.03.2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 bir dəfə 500 manat, bir dəfə də 800 manat olmaqla ödəniş etməsi barədə həmin iltizamda öz xətti ilə yazılı qeyd aparmışdır. Göründüyü kimi Cavabdeh1 Cavabdeh2 öhdəliyinin özü tərəfindən yerinə yetiriləcəyinə dair öhdəlik götürmüşdür.

18. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 404.1, 324.4, 324.5, 460.1, 522.1 və 522.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, göründüyü kimi qanunvericilikdə qeyd edilən məbləğin Cavabdeh1 tərəfindən ödənilməsinə heç bir maneə yoxdur. Yəni Cavabdeh1 öhdəlik götürmüş, eyni zamanda 1300 manat ödəniş etmişdir. Mülki Məcəllənin 460-cı maddəsinin məzmunundan da göründüyü kimi öhdəliklərin icrası bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Yəni hazırkı halda da, Cavabdeh1 Cavabdeh2 öhdəliyinin icrasının özü tərəfindən icra edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Eyni zamanda Məcəllənin 522-ci maddəsindən də görünür ki, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Cavabdeh2 da borcu etiraf etdiyindən hazırkı halda öhdəliyin hər iki cavabdeh tərəfindən yerinə yetirilməsini tələb etməkdə iddiaçı haqlı olmuşdur. Ona görə də kollegiya qeyd edir ki, iddia qismən təmin edilməli, 9700 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən yazılmış və iş materiallarının 6-cı səhifəsinə olan qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 11000 manat pul borcunu 30.03.2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 bir dəfə 500 manat, bir dəfə də 800 manat olmaqla ödəniş etməsi barədə həmin iltizamda öz xətti ilə yazılı qeyd aparmışdır. Lakin qeyd edilən qəbzin məcburiyyət qarşısında yazıldığna dair hər hansı sübut növü məhkəməyə təqdim edə biməmişdir. Eyni zamanda iş materiallarının 3 2-ci səhifəsində olan ərizədən görünür ki, Cavabdeh2 iddiaçıya olan 9700 manat borcunu ödəməyə hazırdır. Lakin iddiaçı əvvəlki faizləri qaytaracaqsa. Cavabdeh2 iddiaçıya olan 9700 manat borcu etiraf edir, ancaq əvvəlki faizlər hazırkı iddianın predmetina aid deyildir. Ona görə də kollegiya hesab etmişdir ki, şikayətin dəlilləri iddianın rədd edilməsi üçün əsas deyildir.

20. Məhkəmə kollegiyası şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, həmin ifadələr iddiaçı ilə cavabdeh arasında olan əvvəlki borcla bağlı verildiyindən hazırkı işə heç bir aidiyyəti yoxdur. Yəni sübut kimi qiymətləndirilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, digər Cavabdeh1 ilə iddiaçı arasında heç bir yazılı formada zaminlik müqaviləsi bağlanmamışdır. Ona görə də məhkəmə qətnaməsi ilə ondan pul tutulması qanunsuzdur. Cavabdeh2 09.08.2021-ci il tarixə təyin edilmiş məhkəmə prosesini həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında olması ilə əlaqədar olaraq təxirə salınmasını teleqramla və elektron qaydada müraciət edərək, xahiş etsə də, məhkəmə prosesi cavabdehin iştirakı olmadan keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikas ının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibars ızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mən asını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə

471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

572. Satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və y a alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

27. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normasının tətbiqində səhvə yol verilmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin mahiyyəti üzrə həlli üçün müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, Cavabdeh2 2015-ci ildə İddiaçı borc pul götürmüş və maddi imk ansızlığı səbəbindən borcu ödəyə bilməmişdir. Cavabdeh2 borcun müqabilində əlavə 11.000 manat pul verməklə yaşadığı ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, ümumi sahəsi 110 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı təklif etmiş və tərəflər bu şərtlərlə razılığa gələrək 03.08.2016-cı il tarixdə sadə yazılı alğı-satqı müqaviləsi bağlamaqla sözügedən evi İddiaçı satmışdır. Cavabdeh2 əlavə 11.000 manat pulu aldıqdan sonra ailəsi ilə birlikdə həmin evi boşaldaraq İddiaçı təhvil vermişdir. İddiaçı öz ailəsi ilə birlikdə üç il həmin evdə yaşamışdır. Lakin sözügedən ev kredit borcuna görə əvvəldən, yəni 16.02.2015-ci il tarixdən Cavabdeh2 tərəfindən "xxxx" QSC-yə girov qoyulduğuna görə alğı-satqı müqaviləsini notariat qaydada sənədləşdirə bilməmişlər. Cavabdeh2 banka olan ödənişini dayandı rmış və iddiaçı F.Cabbarovdan pulunu geri istəmişdir. Cavabdeh2 kürəkəni Cavabdeh1 evə görə ödənilən pulun geri qaytarılacağına cavabdeh durduğu üçün İddiaçı sözügedən evi boşaldaraq Cavabdeh2 geri qaytarmışdır. Həmin vaxt Cavabdeh1 İddiaçı 26.09.2019-cu il tarixdə yazılı iltizam verərək 11000 manat pulu qaytarmağı öz öhdəsinə götürmüş, yazılı iltizam verildikdən sonra İddiaçı bir dəfə 500 manat, bir dəfə 800 manat olmaqla, ümumilikdə 1300 manat ödəniş etmişdir. Sonradan cavabdehlər tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir.

32. İddiaçının Cavabdeh2 qarşı iddia tələbinə birinci instansiya məhkəməsi borc münasibətləri kimi qiymət vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi maddi hüququn tətbiqində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, hesab etmişd ir ki, iddia tələbinə Mülki Məcəllənin 324, 392, 404, 460, 522-ci maddələri tətbiq edilməlidir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilməməsi barədə düzgün nəticəyə gəlmiş olsa da, Cavabdeh2 qarşı iddianın hüquqi əsasını ümumiyyətlə müəyyən etməmiş, digər cavabdehə qarşı iddianın maddi hüquqi əsasını isə səhv müəyyən etmişdir.

34. Məhkəmə kollegiyası Cavabdeh2 qarşı iddianın maddi hüquqi əsası ilə bağlı qeyd edir ki, ilk baxışda həmin münasibətlər Mülki Məcəllənin 572.1-ci maddəsində müəyyən olunmuş əsaslara söykənir. Həmin normaya görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

35. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan nəticələrin tətbiqinə qədər məhkəmə tərəflərin arasında bağlanmış müqavilənin qanuna uyğunluğunu – etibarlığını yoxlamalıdır. Bu zaman ilk növbədə Mülki Məcəllənin 144.1-ci maddəsində daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməli olması barədə tələbə əməl olunub-olunmaması araşdırılmalıdır.

36. Çünki ümumi tələb ondan ibarətdir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (Mülki Məcəllənin 390.2 və 406.1-ci maddələri).

37. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı ilə Cavabdeh2 və ailə üzvlərinin arasında bağlanmış alğı-satqı müqaviləsi notariat qaydada təsdiqlənməmişdir.

38. Bu hal Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin müqavilənin etibarsızlığına səbəb olur.

39. Məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlı məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında izah verilmişdir. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.

40. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.

41. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir.

42. Buna görə də, müqavilənin etibarsız sayılması barədə tələbin olubolmamasından asılı olmayaraq, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı cavabdehə iradə ifadəsini bildirməsi nəzərə alınmaqla, məhkəmə müqavilənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticəni tətbiq etməyə borclu idi. Həmin normaya görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

43. Digər Cavabdeh1 qarşı iddianın hüquqi əsası kimi apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 460-cı maddəsinə istinad etsə də, öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi həmin normada nəzərdə tutulan məhz hansı üsulun tətbiq olunduğunu müəyyən etməmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 borcu ödəməyi öz öhdəsinə götürməsi barədə yazılı qəbzinə Mülki Məcəllənin 522-ci maddəsinə istinad etməklə öhdəliyin verilməsi kimi qiymət vermişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə öhdəliyin həm Mülki Məcəllənin 460-cı maddəsinə, həm də 522-ci maddəsinə istinadla müəyyən olunması ziddiyyətli mövqedir. Çünki 460-cı maddədə öhdəliklərin icrasının təmin edilməsi üsullarından bəhs edilərək göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

46. Mülki Məcəllənin 522-ci maddəsində isə öhdəliklərin verilməsi əsasları və qaydasından bəhs edilir.

47. Həmçinin Mülki Məcəllənin 522-ci maddəsinə əsasən öhdəliyin verilməsi, əvvəlki borclunun əvəz olunmasına səbəb olur ki, bu halda birgə (solidar) öhdəlik qalmır. Yəni məhkəmə Mülki Məcəllənin 522-ci maddəsinə istinad etdiyi halda pulun həm də digər Cavabdeh2 tutulmasını qət edə bilməzdi.

48. Məhkəmə kollegiyasının qə naətinə görə, Cavabdeh1 borcu ödəmək barədə iş materiallarında olan qəbzi, mahiyyəti etibarilə, həm də görünür qəbz yazılan zaman tərəflərin nəzərdə tutduqları nəticə baxımından, alğı-satqının etibarsızlığı nəticəsində Cavabdeh2 iddiaçıya qaytarmalı olan pulun ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmək barədə öhdəlikdir. Bu cür öhdəlik isə zaminlik adlanır (Mülki Məcəllənin 470.1-ci maddəsi).

49. Buna gödə də Cavabdeh1 qarşı irəli sürülmüş iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 470-ci maddəsi çıxış edir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1308/2021 saylı, 09.08. 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 9700 manat, eyni zamanda 30 manat dövlət rüsumu, cəmi 9730 manat alınaraq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar