Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4272/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001 )-1719/18 saylı 02 oktyabr 2018ci il tarixli qətnaməsi ilə "İddiaçı"ASC-nin iddia tələbi qismən təmin edilərək, Cavabdeh 12502 A BŞ dolları əsas borc, 3418 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15920 dolları manatın ödəniş gününə olan məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumun tutularaq, "İddiaçı"ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh tutulmalı olan məbləğ ona məxsus olan HYUNDAİ SONATA" markalı, **-XM-*** dövlət nömrə nişanlı (buraxılış ili2010, tip-sedan, rəng-gümüşü metal) avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə edilmiş vəsait hesabına ümumi borc məbləğinin iddiaçı "İddiaçı"ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(103)-758/2019 saylı qətnaməsi ilə (hakimlər T.Səmədov sədrlik edən, məruzəçi İ.Şirinov və E.Kazımov) Cavabdeh apeliyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Ba kı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi faiz borcu məbləğinin tutulması hissəsində qismən ləğv edilmiş, faiz borcu 3043 ABŞ dolları müəyyən edilmiş, Cavabdeh cəmi 15545 dolları manatın ödəniş gününə olan məzənnəsi ilə tutularaq, 'İddiaçı'ASC- nin xeyrinə ödənilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı "kredit borcunun tutulması və ipotekaya qoyulmuş avtomobilə tutma yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "İddiaçı" ASC-nin xeyrinə 12502 ABŞ dolları əsas borc, 3043 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra 5% hesablanmış 375 ABŞ dolları faiz borsu, 3109 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 19029 ABŞ dolları məbləğində pulu n və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh tərəfindən ipotekaya qoyulmuş "HYUNDAİ SONATA" markalı, **-XM- *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, birinci və apellyasiya instansiya məhkəmələri işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, iş üzrə obyektiv araşdırma aparmamışdır. Halbuki qeyd olunan hallar məhkəmə tərəfəindən nəzərə alınmalı və düzgün nəticəyə gəl inməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə iddia tələbində irəli sürülən məbləğin həqiqətən də düzgün hesablanıb-hesablanmadığını araşdırmalı və obyektiv qətnamə qəbul etməli idi. Maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayə tinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə "İddiaçı"ASC-nin arasında bağlanmış 27.03.2013-cü il tarixli kredit müqaviləsinə 36 ay müddətinə illik 19% ödəmək şərtilə 17850 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəliyi təmin etmək üşün Cavabdeh məxsus olan "HYUNDAİ SONATA" markalı, **-XM-*** dövlət nömrə nişanlı minik avtom obili (buraxılış ili-2010, tip-sedan, rəng- gümüşü metal) ipotekaya qoyulmuşdur. Borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh Banka 12502 ABŞ dolları əsas, 3043 ABŞ dolları faiz, 3109 ABŞ dolları, müqavilə Bitdikdən sonra 5% 375 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19029 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.02.2018- ci il tarixli ekspert rəyinə əsasən 03.11.2016-cı il tarixinə (iddia tələbi tarixinə) ödənilməli olan borc məbləği 15920 ABŞ dolları müəyyən edilir, o cümlədən əsas borc üzrə 12502 ABŞ dolları, faiz borcu üzrə isə 3418 ABŞ dolları hesablanmışdır. Bank tərəfindən 27.03.2013cü il tarixli **** saylı kredit müqaviləsi üzrə hesab lanan cərimə borcunun hesablanmasım əks etdirən heabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmmışdır. İddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüş, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdehr üzərinə düşən öhdəlikləri pozaraq tam yerinə yetirməmişlər. Eyni zamanda işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq "İddiaçı" ASC tərəfindən birtərəfli şəkildə təyin olunmuş 3109 ABŞ dolları məbləğində dəbbə pulu hissəsində iddia tələbi əsassız olduğuna görə təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mə hkəmə Ekspertiza Mərkəzinin 19.02.2018-ci il taıixli ekspert rəyinə əsasən bank tərəfindən 27.03.2013-cü il tarixli 0917 saylı kredit müqaviləi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən heabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi iş materialları əsasında kredit müqaviləsi üzrə əsas borcu cavabdehdən tutmaqda haqlı olsa da, kredit müqaviləsi üzrə faizlərin tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə ekspertizası üzrə 8746 nömrəli, 19.02.2018-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh 03.11.201 6-cı il tarixə 3418,0 ABŞ dolları faiz borcu müəyyən edilsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən borcalanın həmin tarixə 3043 ABŞ dolları faiz borcu hesablanmış və həmin məbləğ məhkəmə qaydasında tələb edilmişdir. Lakin birinci instansiya məhkəməsi MPM-nin 218.3-cü maddəsinə zidd olaraq iddia tələbindən kənara çıxmışdır. Belə olan halda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi faiz borcu məbləğinin tutulması hissəsində qismən ləğv edilərək, faiz borcu 3043 ABŞ dolları müəyyən edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən birşəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qa yda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azər baycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu erasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yeri nə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 -ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirilmişsə, ipoteka saxlayan ipoteka ilə yüklii edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.(maddə 319.1). Eyni M əcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanm tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasmda təsdiqlənmiş razılaşması əsasmda yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu ciir razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pıılu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əş yanın saxlanılması və salamatlığı üçün girova saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. «lpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini ə ks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə h əmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4272/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4272/2019
12.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver