Məhkəmə qərarları › İş №2(102)-4273/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4273/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4273/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(104)147/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 29 yanvar 2015-ci il tarixli 026L**********78 nömrəli kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə, 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün 29 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər.

3. Həmçinin kreditin təminatı olaraq 29 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri 12000 ABŞ dolları müəyyən edilmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4. 30 yanvar 2015-ci il tarixli 026R********** nömrəli kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq 1,8333 faiz ödəmək şərti ilə 20000 ABŞ dolları kredit verilmişdir. 5. 29 mart 2015-ci il tarixli 026R**********S nömrəli və 30 mart 2016-cı il tarixli 026R**********SA nömrəli sazişlərlə İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, son nəticədə kreditin son qaytarma tarixi 05 sentyabr 2018-ci il müəyyən edi lmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 026R********** nömrəli kredit razılaşması üzrə 11765,25 ABŞ dolları əsas, 5468,71 ABŞ dolları faiz, 8295,72 ABŞ dolları cərimə olmaqla, cəmi 25529,68 ABŞ dollarının, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tələbin ünvan 1 ünvanında yerləş ən və Cavabdeh1 mülkiyyətində olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun İddiaçı QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit razılaşmasının tələbini pozaraq, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır.

8. Birinci instansiya məhkəmə sində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29 noyabr 2019-cu il tarixli əsasən, 26 aprel 2013-cü il tarixli, 06R000010735 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 banka 30 yanvar 2017-ci il tarixə əsas borc üzrə 13689,26 ABŞ dolları, faiz borcu üzrə 142,50 ABŞ dolları və 16 may 2019-cu il tarixə əsas borc üzrə 13689,26 ABŞ dolları, faiz borcu üzrə 1243,50 ABŞ dolları müəyyən edilmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin 04 may 2020ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı 96.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 04 may 2020-ci il tarixə real bazar dəyəri 15000 manat təşkil edir.

10. Naftalan Şəhər Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(052)-06/2020 nömrəli qətnaməsi ilə (hakim G.Ə.Şirinov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 026R********** nömrəli kredit razılaşması üzrə əsas borc üzrə 11765,25 ABŞ dolları, faiz borcu üzrə 1243,38 ABŞ dolları və cərimə 20 ABŞ dolları, cəmi 13028,63 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumunun, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın öhdəliyin təmini kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması, ilkin satış qiymətinin 15000 manat dəyərində qiym ətləndirilmiş Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinin satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni iş materiallarına əlavə olunmuş sübutlara istinadən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 470.1, 467-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin 25 iyun 2020-ci i l tarixli, 2(052)-06/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın yalnız əsas borc hissəsində təmin edilərək, borcun qalan hissəsinin qrafik üzrə aylıq 100 manat ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(105)-386/22 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Məmmədovdan və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Naftalan Şəhər Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(052)-06/2020 nömrəli qətnaməsi “1243,38 ABŞ dolları faiz və cəmi 13028,63 ABŞ dolları borcun tutulması” hissədə dəyişdirilmiş, həmin hissədə faiz borcu 142,50 ABŞ dolları, cəmi borc 11927,75 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas borca münasibətdə iddianı 11765,25 ABŞ dolları, cərimə borca münasibətdə isə iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə faiz borcu müqavilənin qüvvədə olduğu müddətə, yəni 30 yanvar 2017-ci il tarixə 142,50 ABŞ dolları hesablansa da, birinci instansiya məhkəməsi 16 may 2019-cu il tarixə olan müddətə hesablanmış 1243,38 ABŞ dollarını təmin etmişdir.

15. Kredit borcunun hissə-hissə hər ay 100 manat ödənilməsi barədə apellyasiya şikayətinin dəlilini apellyasiya məhkəməsi əsassız hesab etmişdır. Belə ki, borcun hissəhissə ödənilməsi işin hazırkı mərhələsində təmin oluna bilməz. Hazırkı işin predme ti kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc tələbidir. Borcun hissə-hissə ödənilməsi, yalnız qətnamənin icrası qaydasında mümkündür.

16. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 425.1, 442, 443, 445.2.1, 448.1, 449, 462.1, 464.1, 465.2, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 11, 34.1, 36, 37, 41-ci Mülki Prosessual Məcəllənin 231.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(105)-386/22 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəril məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 427, 442, 467, 470, 472 və s., Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrini pozmuş, dolların məzənnəsinin bahalaşması nəticəsində cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmək imkanında olmamasını nəzərə almamışdır.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. İddiaçı QSC kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Etiraz onunla əsas landırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq borcu iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən etmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunver iciliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya instansiyası məhkəməsi iddiaçı və digər cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən, hazırki kassasiya baxışının predmetini kassatorun şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hər əkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərk ən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əh əmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə borcu keçirilmiş ekspertiza rəyinə əsasən müəyyən etmişdir.

28. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ekspert tərəfind ən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir.

29. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

30. Odur ki, apellyasiya instansiyası məhkəməsi borcalanın iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcun məbləğini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

31. Həmçinin qeyd olunmalıdır ki, tərəflər işgüzar münasibətlərə girərək müqavilə bağlamış və hər iki tərəf üzərinə öhdəliklər götürmüşlə r. Müqavilə üzrə verilən borcun valyutasının dəyişməsi hər iki tərəfin riskinə aid olduğundan, iddiaçının ziyanına şərh olunmamalıdır. Nəzərə alınmalıdır ki, cavabdehlə sonrakı sazişlər artıq ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin dəyişməsindən sonra bağlanmış və cavabdeh həmin sazişlərlə yeni qrafik üzrə borcunu ödəmək öhdəliyini üzərinə götürsə də, bu öhdəliklərini də icra etməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şik ayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(104)-147/2022 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar