Məhkəmə qərarları › İş №2(102)-4274/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4274/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4274/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)405/2021 nömrəli qətnaməsindən İddiaçı QSC, habelə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 15 avqust 2014-cü il tarixli, 38L000001511 saylı kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh4 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 16 mart 2015-ci il tarixli, **********058 saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh4 aylıq 2,6667 faiz olmaqla, 24 ay müddətinə 2700 ABŞ dolları məbləğində kredit verilmişdir. 16 dekabr 2015-ci il, 27 aprel 2016-cı il və 16 may 2016-cı il tarixli Sazişlərlə kredit razılaşmasında dəyişikliklər edilərək, kreditin son ödənilmə tarixi 16 oktyabr 2018-ci il müəyyən olunmuşdur. İddiaçı Q SC və Cavabdeh1 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli, Cavabdeh2 arasında bağlanmış 16 mart 2015-ci il tarixli, Cavabdeh3 arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli və Cavabdeh6 arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli zaminlik müqavilələri ilə sonuncular borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İddiaçı QSC-nin təqdim etdiyi maliyyə arayışına əsasən 16 mart 2015-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh4 30 noyabr 2017-ci il tarixə banka olan borc 1773,57 ABŞ dollar əsas, 412,01 ABŞ dolları faiz, 1097,87 ABŞ dolları cərimə olmaqla, cəmi 3283,45 ABŞ dolları təşkil edir. Cavabdeh4 və Cavabdeh5 24 mart 1981-ci il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh4 27 fevral 2016-cı ildə, Cavabdeh5 09 iyu l 2017-ci ildə ölmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 038R********** saylı kredit razılaşması üzrə 1773,57 ABŞ dolları məbləğində kredit boru, 412,01 ABŞ dolları məbləğində faiz borcu, 1097,87 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3283,45 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Zərdab Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərardad ı ilə iş üzrə cavabdeh olan Cavabdeh5 onun hüquqi varisi – oğlu Cavabdeh2 ilə əvəz edilmişdir. Zərdab Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(035)-89/2020 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) iddiа qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6 müştərək qaydada 038R********** saylı kredit razılaşması üzrə əsas borca görə 1773,57 ABŞ dolları, faiz borcuna görə 412,01 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) və dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh6 apellyasiya şikayəti verərək, Zərdab Rayon Məhkə məsinin 06 avqust 2020-ci il tarixli, 2(035)-89/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-405/2021 nömrəli qətnaməsi ilə (hakim A.Vəkil2 sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və V.İ.Məlikovdan ibarət tərkibdə) Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(035)-89/2020 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin cavabdeh (zamin) Cavabdeh6 münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, yeni qətnamə ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiasının cavabdeh (zamin) Cavabdeh6 münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445.1, 445.2.1, 739.1, 739.2-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, zaminlərdən Cavabdeh6 münasibətdə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, ona münasibətdə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, zamin Cavabdeh6 həmin kredit razılaşmas ı, eyni zamanda ödəniş qrafiki ilə tanış edilməmişdir. Mülki Məcəllənin 477.0.1, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarına istinad edən apellyasiya məhkəməsi kredit xətt müqaviləsi üzrə zamin olan Cavabdeh6 kredit razılaşmasından və razılaşma üzrə ödəniş planından məlumatı olmadığını və razılığının alınmadığını, verilən kreditin faiz dərəcəsinin və müddətinin onunla razılaşdırılmadığı, bütün bu halların onun üçün əlverişsiz nəticələrə səbəb olmasını nəzərə alaraq hesab etmi şdir ki, cavabdeh (zamin) Cavabdeh6 münasibətdə zaminliyə xitam verilməli olduğundan iddia tələbi ona aid hissədə təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) İddiaçının İddiaçı QSC-nin kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı QSC kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-405/2021 nömrəli qətnaməsinin bankın iddia tələbinin cavabdeh (zamin) Cavabdeh6 münasibətdə təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normaları pozulmuşdur. Belə ki, zaminlik müqaviləsində 15 avqust 2014-cü il tarixli 38L000001511 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Göründüyü kimi, kredit xətti müqaviləsi ilə müddət və məbləğ dəqiq müəyyən edilmiş və zaminlik müqaviləsində bu hallar öz əksini tapmışdır. Zamin Cavabdeh6 zaminlik müqaviləsi əsasında 120000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni 2024-cü ilin avqust ayınadək öhdəlik götürmüşdür. Kredit xətt müqaviləsində kreditin faiz dərəcəsi göstərilməsə də, nəzərə alınmalıdır ki, Cavabdeh4 verilmiş kredit məbləği 2700 ABŞ dolları olmuş və həmin kreditə görə hesablanan faiz məbləği ümumilikdə gö türəndə xətt müqaviləsində göstərilən məbləği keçmir. Belə olan halda zaminin məsuliyyəti ağırlaşdıran vəziyyətdən söhbət gedə bilməz. b) Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayətlərinin dəlilləri Qətnamədən həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-405/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məzmunları eyni olan hər iki cavabdehin kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, zamin bağlanan müqavilədən tam məlumatlı olmamışdır. Həmçinin zaminlik müqaviləsi üzrə öhdəlik lər fərdi xarakter daşıyır, zamin olan şəxs öhdəliklərinin icrası üçün məsuliyyətini müəyyən edən öhdəliyi götürərkən zamin olduğu şəxsin şəxsiyyətini əsas tutur və risk daşıyır. Həmin öhdəliklər vərəsələrə aid edilə bilməz. Ancaq hazırki işdə kassatorlar nəinki öhdəlikləri üçün zamin durduqları şəxsə görə, onun vərəsəsinin vərəsəsinə görə mülki cavabdehliyə cəlb edilmiş, nəticədə mülkiyyət hüquqlarımı pozan qətnamə qəbul edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflərin vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərba ycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliy in tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən yalnız iddianın Cavabdeh6 münasibətdə rədd olunmuş hissəsində, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən isə birinci instansiya məhkəməsi qətnaməsinin onlara münasibətdə dəyişdirilmədən saxlanılmış hissədə mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız həmin hissələrdə qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etm əlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər t ələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkün süzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia i rəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbay can Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarın da irəli sürülmüş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı zamin Cavabdeh6 münasibətdə rədd et məklə əsaslı və qanuni nəticəyə gəlsə da, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayəti verməyən şəxslərə münasibətdə dəyişdirilmədən saxlamaqla apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normaları pozmuşdur. İlk olaraq iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarına istinad edərək əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, zamin (apellyator) Cavabdeh6 münasibətdə iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, həmin şəxslə iddiaçı arasında zaminlik müqaviləsi 16 dekabr 2015-ci il tarixdə imzalanmış və həmin müqavilədə kreditin verilməsinin mühüm şərtlərindən olan faiz dərəcəsi göstərilməmişdir. Eyni zamanda Cavabdeh6 ilə zaminlik müqaviləsi imzalanarkən onun kredit razılaşmasının bütün mühüm şərtləri barədə məlumatlandırılmasını qəbul etsək də belə, işdən müəyyən olunur ki, sonradan kredit razılaşmasının şərtlərində dəyişikliklər edilmiş, kreditin son ödənilmə tarixi uzadılmışdır. Zamin Cavabdeh6 27 aprel 2016-cı il və 16 may 2016-cı il tarixli Sazişlərin şərtləri, tərtib olunmuş ödəniş planları ilə tanış edilməsinə dair sübutlar məhkəmələrə təqdim olunmamışdır. Kredit razılaşması və saziş üzrə ümumi məbləğin və kreditin qaytarılmasının son tarixinin kredit xətti müqaviləsi ilə müəyyən edilmiş hədlərdə olması isə kredit xətti müqavi ləsində faiz dərəcəsinin göstərilməməsi səbəbindən əhəmiyyət kəsb etmir. Bu səbəbdən, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh6 münasibətdə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayətlərini isə məhkəmə kollegiyası qismən əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh6 tərəfindən mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında irəli sürülmüş mövqeyə zidd olaraq apellyas iya baxışının hədlərini tam müəyyən etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini apelyatora münasibətdə ləğv edib, iddianı ona münasibətdə rədd etməklə yanaşı qətnaməni qalan, yəni mübahisələndirilməyən hissələrdə dəyişdirilmədən saxlamışdır. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəflərə aid hissədə də hüquqi qiymət verilmiş və nəticə olaraq digər tərəflərin apellyasiya şikayəti vermək hüquqları məhdudlaşdırılmışdır. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadının 56-cı bəndində qeyd olunmuşdur ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının baxış hədlərindən kənara çıxmaqla yoxlanıldığını müəyyən etdiyi halda, işi həmin hissədə yeni apellyasiya baxışına göndərmədən sadəcə qətnamənin həmin hissədə ləğv edilməsi haqqında qərar qəbul etməli və şikayət vermiş tərəfə prosessual qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti vermək hüququnu izah etməlidir. Bu səbəbdən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilməyən hissədə dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməlidir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mülki prosessual qanunvericiliyinə uyğun olaraq b irinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermək hüquqları izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-405/2021 nömrəli qətnaməsi qismən, yəni Zərdab Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(035)-89/2020 nömrəli qətnaməsinin apellyasiya şikayəti verməyən şəxslərə aid hissədə dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 20 21-ci il tarixli, 2(107)-405/2021 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə, yəni iddianın cavabdeh (zamin) Cavabdeh6 münasibətdə rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar