Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4274/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X2, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4274/2022 (Açar sözlər: zərərin ödənilməsi) Bakı şəhəri 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X2, Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-257/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz rayon filialında 01 sentyabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək dövr üçün aparılmış auditin nəticəsinə dair rəylərdən müəyyən olunur ki, filialın işçiləri tərəfindən sığortanın inkişaf etdirilməsilə əlaqədar bəzi tədbirlər görülsə də, filialda sığorta işlərinin təşkil edilib aparılmasında, ciddi uçotda sayılan şəhadətnamə və qəbzlərin saxlanılmasında və istifadəsində, sığorta etdirənlərdən alınmış sığorta haq larının sığorta vasitəçiləri tərəfindən filialın bankda olan hesabına təhvil verilməsində, maliyyə əməliyyatlarının və mühasibata dair işlərin aparılmasında filialın direktoru Cavabdeh4, baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 və müqavilə üzrə fəaliyyət göstərən sığorta vasitəçiləri (sabiq Cavabdeh3), Cavabdeh1 və Cavabdeh2 tərəfindən ciddi nöqsanlara və maliyyə pozuntularına yol verilmişdir. Belə ki, ciddi uçot blanklarının qeydiyyatı və istifadəsinə dair 24 və 25 saylı kitablar (mühasibat uçotuna dair digər kitablar, mədaxil və məxaric cədvəlləri, jurnal orderlər, mühasibat hesabatları və statistik hesabatlara dair formalar) baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 tərəfindən işlənməmiş, şəhadətnamə və qəbzlərdən istifadə edilməsinə nəzarət edilmədiyinə görə daşı nmaz əmlakın icbari sığortası üzrə 20 ədəd, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartı üzrə 16 ədəd, əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 3 ədəd və bütün növ sığortaların mədaxil qəbzi (F.7S) üzrə 17 ədəd olmaqla cəmi 56 ədəd filialın xəzinəsində baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6nm öhdəsində olan şəhadətnamə və qəbzlər təqdim edilməyərək çatışmamışdır. Ümumiyyətlə, audit zamanı cəmi 56 ədəd şəhadətnamə və qəbzlər təqdim edilməyərək çatışmamışdır. Şirkətdən alınan ciddi uçot blanklarına dair məlumatlar İcbari Sığorta Bürosundan çıxarılmış filialın detallı hesabatları ilə üzləşdirilərkən müəyyən edilmişdir ki, sığorta vasitəçiləri tərəfindən sığorta etdirənlərdən alınmış (toplanılmış) sığorta haqlarının filialın bankda olan hesabına təhvil verilməsinə filialın direktoru və baş mühasibi nəzarət etmədiyindən sabiq sığorta vasitəçisi Cavabdeh3 tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 14 ədəd şəhadətnamə üzrə alınmış 2217 manat, [sığorta vasitəçisi Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 19 ədəd şəhadətnamə üzrə alınmış 5620 manat və sığorta vasitəçisi Cavabdeh2 tərəfindən daşınmaz əmlakın icbari sığortasından 69 ədəd şəhadətnamə üzrə alınmış 3044 manat 28 qəpik, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 5 ədəd şəhadətnamə üzrə alınmış 1460 manat və 3-cü şəxs qarşısında məsuliyyət sığortasından alınmış 200 manat, cəmi 3 növ sığorta üzrə alınmış 4704 manat 28 qəpik, ümumiyyətlə 3 sığorta vasitəçisi tərəfindən 108 ədəd sığorta şəhadətnamələri üzrə sığorta etdirənlərdən alınmış 12541 manat 28 qəpik sığorta haqqı filialın bankda olan hesabına təhvil verilməmişdir. Bundan başqa sığorta vasitəçiləri tərəfindən toplanılmış sığorta haqlarına dair tərtib edilmiş hesabatlar (12 cədvəl formalara əsasən) üzrə məlumatlar bank çıxarışları ilə üzləşdirilərkən sabiq sığorta vasitəçisi Cavabdeh3 tərəfindən 120 manat və sığorta vasitəçisi Cavabdeh2 tərəfindən 430 manat olmaqla cəmi 550 manat sığorta haqqı banka az verildiyi aşkar edilmişdir. Ümumiyyətlə 3 nəfər sığorta vasitəçisi tərəfindən audit əhatə etdiyi dövrdə alınmış 13091 manat 28 qəpik sığorta haqqı filialın bankda olan hesabına təhvil verilməmişdir. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respubl ikasının 16 dekabr 2016-cı il tarixli Qanununa əsasən 01 aprel 2017-ci il tarixdən nağd hesablaşmaların dayandırılmasına baxmayaraq, bəzi hallarda sığorta vasitəçiləri tərəfindən qanunun 3.4.2 bəndinin tələblərinə əməl edilməyərək sığorta haqları nağd qaydada alınmış, sığorta vasitəçisi Cavabdeh2 tərəfindən toplanmış sığorta haqları 17 halda 30 gündən 253 günədək gecikdirilməklə banka təhvil verilmişdir. Filialda baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 verilmiş göstərişlərə əməl etməmiş, Şirkətin razılıq məktubu olmadan filiala məxsus avtomaşının təmiri adı ilə 600 manat vəsait filialın direktoru Cavabdeh4 əmək haqqı kartına vurularaq çıxarılmış, 2 halda 2056 manat 50 qəpik vəsait mal-material alınmasına xərclənmişdir. Filialda işçilərə ödənilməli əmək haqqı, yardım və mükaf atlara dair cədvəl formaları tərtib edilməmiş, «Tərlan» istirahət zonasında 2019-cu ildə iyun, iyul, avqust və sentyabr ayları üçün mövsümü işçilərə 1500 manat vəsait ayrılmış, iyul və avqust aylarında 1000 manat işçilərə ödənilmiş və 500 manat qalıq qaldığı halda, 2019-cu ilin oktyabr ayında mövsümü işçilər X5 və X3 iyul və avqust aylarında ödənilmiş 1000 manat nəzərə alınmadan 1500 manat və ya 1000 manat artıq əmək haqqı ödənilmişdir. Tərlan istirahət zonası üzrə 2 nəfər işçiyə 2020-ci ilin avqust, sentyabr, oktyabr və noyabr ayları üçün əmək haqqı ödənilməmiş, filialın ştat işçilərinə də 2020-ci ilin noyabr ayı üçün əmək haqqı köçürülməmişdir. Şirkətin 12 sentyabr 2019-cu il tarixli 05/07-288 saylı məktubuna əsasən hər birinin aylıq vəzifə maaşı 300 manat olmaqla filiala 2 ştat verilmiş, E.Ş.Mahmudov həmin vəzifəyə Şirkətin xx.xx.2019-cu il tarixdə, A.N.Baxışov isə xx.xx.2019-cu il tarixdə 288 və 316 saylı əmrlərinə əsasən təsdiq edildikləri halda, onlara əmək haqqı düzgün olmayaraq ştat verildiyi, yəni 12 sentyabr tarixdən hesablandığına görə E.Mahmudova 297 manat 82 qəpik, A.Baxışova 458 manat 50 qəpik olmaqla cəmi 2 halda 756 manat 32 qəpik əmək haqqı artıq verilmişdir. Filial 01 iyul 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək Şirkətin müvafiq qərarlarına əsasən işlərin aparılması və əməyin ödənilməsi şərtləri işə muzd iş prinsipi üzrə fəaliyyət göstərmişdir. Normativlərə əsasən hesablanmış 72563 manat fonda qarşı 11 ayda 82894 manat və ya 10331 manat artıq xərclənmişdir. Artıq xərcdən 4956 manatı komission muzd kimi sığorta vasitəçilərinə artıq köçürülmüş, 30 50 manat 5 nəfər işçiyə yardım kimi verilmiş və 2325 manatı isə ezamiyyə xərci kimi işçilərin əmək haqqı kartlarına köçürülmüşdür. Şirkətin xx.xx.2020-ci il tarixli 21 saydı Qərarında göstərilmiş müddəalara əməl edilməmiş, qərarda işçilərə filial tərəfindən yardımın verilməsi nəzərdə tutulmadığı halda,yuxarıda qeyd edilən 5 nəfər işçidən (vergilər tutulmaqla) S.lbrahimovaya bir halda 440 manat 50 qəpik, Cavabdeh6 bir halda 440 manat 50 qəpik, Cavabdeh5 2 halda 881 manat, A.Baxışova bir halda 275 manat 50 qəpik və S.Muradova bir halda 234 manat 25 qəpik olmaqla cəmi 6 halda 2271 manat 75 qəpik işçilərin maddi yardıma ehtiyacları olması barədə ərizələri alınmadan işçilərin əmək haqqı kartlarına vurulmuşdur. Filialda ezamiyyə xərcləri ödənilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 0 iyun 2018-ci il tarixli 269 saylı Qərarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «İşçilərin ezamiyyə qaydaları»nın şərtlərinə əməl edilməmiş, işçilərin ezamiyyətə getmələrinə dair əmr verilməmiş, ezamiyyətə getmələrinə dair işçilərin adına ezamiyyə vərəqələri yazılmadığı və ezamiyyətdə olmalarına dair təhtəl şəxslər tərəfindən avans hesabatlar tərtib edilmədiyi halda, filialın 5 nəfər işçisinə, o cümlədən direktor Cavabdeh4 7 halda 2720 manat, Cavabdeh5 4 halda 1800 manat, S.İbrahimovaya 4 halda 1800 manat, Cavabdeh6 4 halda 1800 manat və A.Baxışova 2 halda 900 manat olmaqla cəmi 21 halda 9020 manat vəsait ezamiyyə xərci adı ilə qeyd edilən işçilərin əmək haqqı kartlarına qanunsuz olaraq köçürülmüşdür. Müəyyən edilmiş nöqsan və maliyyə pozuntuları ilə əlaqədar məsul şəxslər Cav abdeh6, A.Baxışov və Cavabdeh2 izahat alınmış, S.İbrahimova isə izahat verməkdən imtina etmişdir. Filialın balansında dəyəri 5603 manat olan bir ədəd avtobus və 22632 manat 97 qəpik məbləğdə müxtəlif xərclərə dair sənədlər audit zamanı təqdim edilməyərək çatışmamışdır. Filialda aparılmış əvvəlki auditin nəticəsinə dair şirkətin 20 dekabr 2019-cu il və 16 iyul 2020-ci il tarixli məktublarına cavab verilməmiş, 2018- ci ildə təsərrüfat xərci üzrə artıq xərclənmiş 111 manat bərpa edilməmişdir. İlin sonunda sığorta vasitəçilərinin kassa əməliyyatları yoxlanılmamışdır. Beləliklə audit yoxlamasının nəticələrinə əsasən adlan yuxarıda qeyd olunan şəxslər tərəfindən ümumilikdə 43065,85 manat olmaqla Dövlət Sığorta Kommersiya Şirkətinə maddi zərər vurulmuşdur.
2. Filialın direktoru Cavabdeh4 və baş m ütəxəssis Cavabdeh5 istintaqa cəlb edildikləri üçün onlar Şirkətin 24 noyabr 2020-ci il tarixli 243 saylı əmrinə əsasən tutduqları vəzifədən kənarlaşdırılmışdır.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)-716/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Xaçmaz rayon filialının baş mütəxəssisi Cavabdeh3 03 fevral 2020-ci il tarixdən ƏM-nin 68-ci maddəsinin «a» bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.
5. C avabdeh6 20 sentyabr 2018-ci il tarixdən Xaçmaz rayon filialına müvəqqəti olaraq 3 ay müddətinə baş mühasib vəziyəsinə təyin edilmişdir.
6. Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş sığorta agenti fəaliyyətinin həyata keçirməyə dair icazə əsasında fəaliyyət göstərmiş və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialı ilə vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar tapşırıq müqavilələri bağlamışdırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ilə məhkəməyə müraciət edərək şirkətə dəymiş 43065,85 manat maddi zərərin müştərək qaydada Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq ş irkətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialında 01 sentyabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövr üçün aparılmış audit yoxlaması ilə müəyyən edilmiş faktlara əsaslanaraq, audit yoxlamasının nəticələrinə əsasən adlan yuxarıda qeyd olunan şəxslər tərəfindən ümumilikdə Dövlət Sığorta Kommersiya Şirkətinə vurulmuş 43065,85 manat olmaqla maddi zərərin müştərək qaydada onlardan tutulmasını tələb edir.
9. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək şirkətə dəymiş 43065,85 manat maddi zərərin müştərək qaydada Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq şirkətin bank hesabına öd ənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-1780/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia təmin edilmişdir.
11. Məhkəmənin iddianı təmin edərkən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə dəymiş 43065,85 manat məbləğində maddi zərərin müştərək qaydada Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq şirkətin bank hesabına ödənilməsi nəticəsinə gəlmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 777.1, 774.4, 779.1, 781, 937.2, 442, 448.1 1097.1, 21.1, 21.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən yəni borcun müştərək qaydada tutulması hissəsində ləğv edilməsi və Cavabdeh1 iddiaçının xeyrinə 88 manat pulun tutulması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı təşkilatın filialında Cavabdeh6 müvəqqəti olaraq mühasib vəzifəsini icra etmişdir. İddiaçı tərəfin irəli sürdüyü 43065,85 manat zərərin ödənilməsi tələbinin Cavabdeh6 üzərinə qoyulması qanunsuz və əsassızdır. Qətnamə də qeyd edilir ki, aparılmış audit yoxlaması zamanı Cavabdeh6 mühasib olaraq ciddi uçot blanklarının qeydiyyat və istifadəsinə dair 24 və 25 saylı kitablar, mədaxil məxaric cədvəli jurnal, orderlər, mühasibat hesabatları işləməmiş, onun öhdəsində olan qəbz və şəhadətnamələr çatışmamışdır. O, filialın məsul əməkdaşları tərəfindən toplanmış sığorta haqlarını filialın mühasibi kimi filialın bankda olan hesabına vermişdir. Cavabdeh6 həvalə edilən müvəqqəti baş mühasib vəzifəsini 3 ay müddətində icra etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin uçota dair arayışında qeyd olunur ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinin vergi reyestrində xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci ilədək sahibkarlıq və ya digə r vergi tutulan əməliyyatları dayandırılmışdır. Vergi dayandırıldığı, vergi ödəyicisi olmadığı halda məhkəmə qətnaməsində görünür ki, bir il müddətində aparılmış audit yoxlaması nəticəsində pozuntulara dair heç bir konkret tarix müəyyən edilməmişdir. Dövlət Sığorta Komersiya Şirkətinin Xaçmaz filialında mənimsəmə olsaydı, bu hal çoxdan özünü biruzə verərdi. Hər il Dövlət Sığorta Komersiya Şirkətinin Xaçmaz filialına audit yoxlaması gəlmiş və heç bir nöqsan tapmamışdır. Ancaq Cavabdeh4 həbs ediləndən sonra bu hallar üzə çıxmışdır.
16. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 17 dekabr 2021-ci il tarixli, 031440 saylı məktubundan görünür ki, daxili audit yoxlamaları nəticəsində Şirkətə Cavabdeh6 tərəfindən 8084,29 manat, Cavabdeh4 tərəfindən 16934,29 manat, Cavabdeh2 tərə findən 10090,28 manat, Cavabdeh1 tərəfindən 5620 manat və Cavabdeh3 tərəfindən 2337 manat zərər dəyməsi müəyyən edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-257/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari) cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 10090,28 (on min doxsan manat 28 qəpik) manat, Cavabdeh1 5620 (beş min altı yüz iyirmi) manat və Cavabdeh3 2337 (iki min üç yüz otuz yeddi) manat tutularaq Azərbaycan Respubl ikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi, iddia tələbinin Cavabdeh6 qarşı olan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı təşkilata dəymiş 43065,85 manat məbləğində maddi zərərin müştərək qaydada cavabdehlərdən tutarkən prosessual hüquq normasının tələblərini pozmuşdur. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialı ilə bağlanmış tapşırıq müqavilələrinə əsasən sığorta agenti kimi fəaliyyət göstərmiş, onların hər biri ilə ayrılıqda tapşırıq müqaviləsi bağlanmış, Cavabdeh6 isə həmin filialda baş mühasib vəzifəsində işləmişdir. Belə olan halda, cavabdehlərdən hər birinin məs uliyyəti müştərək ola bilməzdi.
19. İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin tələb etdiyi 43065,85 manat maddi zərərin 16934,29 manatı Cavabdeh4 aiddir və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı təşkilat həmin məbləği Cavabdeh4 tələb etməmişdir. Belə olan halda, 43065,85 manat maddi zərərin 16934,29 manat hissəsinin də cavabdehlərdən müştərək qaydada tutulması qanunsuz və əsassız olmuşdur.
20. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 tapşırıq müqaviləsi əsasında əldə etdiyi vəsaitləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödəmədiyindən Cavabdeh2 10090,28 manat, Cavabdeh1 5620 manat və Cavabdeh3 2337 manat tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir.
21. Məhk əmə kollegiyası müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh6 8084,29 manat tələb etmişdir. Cavabdeh6 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialında baş mühasib vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə görə bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
22. Məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh6 konkret olaraq hansı qanunazidd hərəkətlər törətməsi, hansı hərəkətləri ilə konkret olaraq hansı miqdarda ziyan vurması, Cavabdeh6 ilə tam maddi məsuliyyət daşıması barəd ə yazılı müqavilə bağlamasına dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi Cavabdeh6 qarşı olan hissədə təmin edilməməlidir.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 777.1, 779.1, 781, 782.1, 385, 442, 443.1, Əmək Məcəlləsinin 198, 199, 200, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin qismən, yəni Cavabdeh6 aid hissəsində ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh6 Şirkətin baş m ühasibi vəzifəsində çalışdığı və rəhbər şəxs hesab olunduğu üçün onunla Şirkət arasında əmək qanunvericiliyinə əsasən, tam maddi məsuliyyət haqqında müqavilənin olmaması şəxsi Şirkətə vurduğu zərərin əvəzinin ödənilməsi öhdəliyindən azad etmir. Buna görə də əmək münasibətlərinin mövcud olduğu dövrdə sığortaçının rəhbər şəxsi kimi baş mühasib Şirkətə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan məsələni araşdırmamış, yalnız əmək qanunvericiliyinin müvafiq maddələrinə əsasən, öz mövqeyini əsaslandırmışdır.
26. Apellyasiya Məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasdır. b)Kassasiya şikayətinə qarşı etirazın d əlilləri
27. Cavabdeh4 kassasiya şikayətinə qarşı etiraz verərərk göstərmişdir ki, mühasibatlığa aid sənədlər mövcud olmuş, lakin audit yoxlamasından əvvəl istintaq orqanı tərəfindən möhürlənib araşdırma üşüm götürülmüşdür.İşə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
28. Cavabdeh2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki məhkəmə qətnaməsinin qət etdi hissəsində texniki səhv üzündən onun üzərinə 10.090,28 manat pul öhdəliyi qoyulmuşdur. Həmin məbləğ 1090,28 mnaat müəyyən edilməklə, qətnamə qüvvədə saxlanılmalıdır. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə
198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
30. Maddə 199. 1-ci hissə. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya dig ər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gət irmiş mənəvi ziyan vurulduqda.
31. Maddə 200, 5-ci hissə. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, yəni iddianın Cavabdeh6 aid hissədə rədd edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin yoxlanılan hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. BU hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
45. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə va sitələrinin köməyi ilə müəyyənləşdirir.
46. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
47. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” və “b” bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənl ə yazılı müqavilə bağlandıqda və ya əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyən edici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
48. Lakin tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmasına dai r iş materiallarında heç bir sübut yoxdur. Həmçinin Cavabdeh6 konkret olaraq hansı qanunazidd hərəkətlər törətməsi, hansı hərəkətləri ilə konkret olaraq hansı miqdarda ziyan vurması, bu hərəkətlərin məhz onun müvəqqəti mühasib işlədiyi dövrə təsadüf etməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir.
49. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, hazırki işdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsi olmuşdur.
50. Kassasiya şikayətinin dəlilləri əsassızdır, iddiaçının istnad etdiyi “Sığorta faəliyyəti haqqında” Qanunun 37.1-ci maddəsində rəhbər şəxslərin istisnasız tam maddi məsuliyyət daşıması müəyyən edilməmişdir.
51. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-257/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.