Məhkəmə qərarları › İş №2(102)-4275/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4275/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4275/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3321/2023 nö mrəli, 24 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra – iddiaçı və ya kredit təşkilatı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00194-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən, kredit təşkilatı xx.xx.2020-ci il tarixli 2020/00135-01 saylı kreditin restrukturizasiyası məqsədilə cavabdehə 12 ay müddətinə illik 30 % ödəmək şərtilə 90.000 manat məbləğində kredit vermişdir.

2. Müqavilə üzrə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdək an qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi və üzərindəki 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evi (bundan sonra – ipoteka predmeti və ya bağ evi) xx.xx.2019-cu il tarixində likvid dəyəri 255.000 manat məbləğində qiymətləndirilməklə, cavabdeh tərəfindən iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunmuş istehlak krediti müqaviləsi üzrə 90.000 manat məbləğində əsas borcun, ona hesablanmış 27.000 manat məbləğində faiz borcunun, 34.920 manat məbləğində dəbbə pulunun, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcunun, cəmi 152.966,25 manat borcun t utulması, tələbin cavabdehin mülkiyyətində olan bağ evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 255.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 408,92 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin kredit təşkilatına tələb olunan məbləğdə borcu yaranmışdır. 5. xx.xx.2022-ci il tarix li 307-022022 saylı borc haqqında arayışa əsasən, cavabdehin xx.xx.2021-ci il tarixli 2021/00194-01 saylı istehlak kredit müqaviləsi üzrə həmin tarixə 90.000 manat kredit borcu, 14.250 manat faiz borcu, 14.670 manat dəbbə pulu olmaqla, cəmi 118.920 manat məbləğində borcu yaranmışdır.

6. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/4003 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, cavabdehin xx.xx.2021-ci il tarixli 2021/00194-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 90.000 manat məbləğində əsas borcu, 14.250 manat məbləğində faiz borcu olmaqla, cəmi 104.250 manat məbləğində borcu vardır.

7. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilm iş xx.xx.2022-ci il tarixli, LP-116/2022 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, bağ evinin hazırkı bazar qiyməti 330.000 manat, likvid dəyəri 300.000 manat təşkil edir.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1939/22 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abidova) iddia qismən təmin edilərək, cavabdehdən 90.000 manat məbləğində əsas, 27.000 manat məbləğində faiz borcu, 4.500 manat dəbbə pulu olmaqla, cəmi 121.500 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan bağ evinə yönəldilməsi, bağ evinin ilkin satış qiyməti 300.000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən borcun iddiaçıya ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdehə qaytarılması, ev açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evinin cavabdeh tərəfindən 1 ay ərzində boşaldılması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğin 160 manat hissəsinin cavabdehdən, 40 manat hissəsinin isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 400 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat hissəsinin isə iddiaçıya aid edilməsi, ödənilmiş 408,92 manat məbləğində dövlət rüsumunun 327 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qala n 81,92 manat hissəsinin isə iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli istehlak krediti müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək 90.000 manat məbləğində pulu cavabdehin hesabına köçürsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müqavilə üzrə olan borcundan ümumilikdə heç bir ödəniş etməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdeh xəbərdarlığa baxmayaraq, heç bir ödəniş etməmişdir.

10. Hesabdan çıxarış və borc haqqında arayış, həmçinin, xx.xx.2022-ci il tarixli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 90.000 manat təşkil edir.

11. Birinci instansiya məhkəməsi əsas borca hesablanmış faiz borcuna münasibətdə qeyd etmişdir ki, ekspert rəyində cavabdehin müqavilə üzrə olan faiz borcu xx.xx.2022-ci il tarixə 14.250 manat məbləğində hesablanmışdır. Nəzərə alınmalıdır ki, müqavilə həmin tarixdə hələ də qüvvədə olmuş, belə ki, faizlərin hesablanması müqavilə müddətinin sonuna, yəni xx.xx.2022-ci il tarixədək davam etmişdir. Məhkəmə tərəfindən sadə riyazi hesablama əsasında müəyyən olunmuşdur ki, müqavilə bitən tarixə cavabdehin iddiaçıya 90.000 manat əsas borc üzrə 27.000 manat məbləğində faiz borcu olmuşdur: 90.000 x 30 % = 27000 (1 ay = 30 gün, 1 il = 360 gün götürülməklə, müqavilə üzrə 1 günə 75 manat, 1 ilə görə isə 75 x 360 = 27.000) manat məbləğində faiz borcu hesablanmışdır.

12. Ödənişlərin gec ikdirilməsinə görə hesablanmış 34.920 manat məbləğində dəbbə pulunun məbləği məhkəmə tərəfindən tənasübsüz surətdə yüksək kimi qiymətləndirmiş və məhkəmə dəbbə pulunun 4500 manat məbləğinədək azaldılmalı olması qənaətinə gəlmişdir.

13. Məhkəmə Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcuna münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehin özündə saxladığı pul vəsaitindən faydalanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi bu hissədə əsassızdır.

14. Tutmanın ipoteka predmeti olan bağ evinə yönəldilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır, məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında ipoteka predmetinin likvid dəyərinin 300.000 manat məb ləğində müəyyən edilməsi nəzərə alınaraq, əmlakın ilkin satış qiyməti 300.000 manat müəyyən olunmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317.1, 319.1, 385.1, 386.1, 389.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 445.2, 448.1, 449.1, 449.2, 462.1, 467, 739, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 34, 39.3.3, 41.1, 59.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və y eni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən faiz və dəbbə borcu düzgün hesablanmamış, işə aidiyyəti məhkəmədə baxılmamış, işdə iştirakı təmin edilməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3321/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə tələb olunan və məhkəmənin qət etdiyi əsas və faiz borcunun məbləği ekspert rəyinin verildiyi tarixlə üst-üstə düşür. Mə hkəmə qətnamə ilə əsas və faiz borcunu müəyyən edərkən hər hansı ödəniş edilmədiyini nəzərə almışdır.

20. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, o, əsas və faiz borcunun düzgün hesablanmamasından narazıdır. Şikayətdə qətnamənin digər hissələri ilə bağlı cavabdehin narazılığının nədən ibarət olması göstərilməmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız saymış və qeyd etmişdir ki, cavabdeh ekspert rəyinin mötəbərliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində Banka daha az məbləğdə borcunun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə şikayətin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan ünvan üzrə cavabdehə yaşadığı və iş materiallarında mövcud ünvan üzrə məhkəmə bildirişi göndərilmiş, həmçinin cavabdehin mobil nömrəsinə elektron məhkəmə sistemi vasitəsilə sms-bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsi baxımından prosessual pozuntuya yol verilməmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, işə aidiyyət qaydalarına əməl olunmaqla baxmış, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətinin məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyniyyət təşkil edir.

26. Şikayətdə əlavə olaraq qeyd olunmuşdur ki, münasibətlər yaranarkən əmlakın dəyəri kredit təşkilatı tərəfindən əhəmiyyətli dərəcədə azaldılmış, cavabdeh məhkəmədə iştirak etməməklə iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertizanın təyin edilməsi və əmlakın yenidən qiymətləndirilməsi məsələsini qaldırmaq imkanından məhrum olmuşdur. Məhkəmə işə tələsik baxmış, araşdırma etmədən, onu dinləmədən, onda olan sübutları araşdırmadan, vəsatəti qəbul etmədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya ş ikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiya)

28. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

29. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

30. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

31. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanun

34. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

35. Maddə 1.0.9. İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

36. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

37. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxl ayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıd ır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

52. Cavabdeh kassasiya şikayətində məhkəmə tərəfindən dinlənilmədiyini, sübutlarını və vəsatətlərini təqdim etmək imkanından məhrum olduğunu bildirsə də, özü şikayətində məhkəmə iclasına gecikdiyini etiraf etmişdir. Bununla yanaşı, Məhkəmə kollegiyası nəzərə alır ki, MPM-in 372.2-ci maddəsinə müvafiq olaraq yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsini n onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin kassator qeyd olunan əsaslara istinad etməmiş, apellyasiya şikayətinə də hər hansı sübutlar və vəsatətlər əlavə etməmişdir.

53. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3321/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar