Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4276/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2(103)-1734/2019 saylı qətnaməsindən cаvаbdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.S.Kərimov, iş № 2(001)-6393/2018) iddia tələbi təmin edilərək, Cavabdeh 5622.42 manat əsas borc, 764.25 manat faiz borcu, 138.80 manat cərimə olmaqla cəmi 6525.47 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh əlavə olaraq 10 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev, iş № 2(103)1734/2019) cаvаbdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.05.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik 18 faiz olmaqla 17.219 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən təqdim olunmuş 22 may 2018-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə 5622.42 manat məbləğində əsas borcu, 764.25 manat məbləğində faiz borcu və 138.8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6525.47 manat kredit borcu vardır. 2018-ci ilin iyun ayında İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən Banka cəmi 6525.47 manat məbləğində borcun yaranmasını əsas göstərməklə həmin borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin 29 iyun 2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Binəqədi rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli qəra rdadı ilə 29 iyun 2018-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cаvаbdeh Cavabdeh qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlm əmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 may 2013-cü il tarixli 112760-1-6514 saylı avtomobil krediti müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 18 faiz hesablanmaqla 17.219 ABŞ dolları məbləğində kre dit verilmiş, eyni tərəflər arasında bağlanmış 08 may 2013-cü il tarixli 112760-16- 8641 saylı ipoteka müqaviləsinə əsasən isə cavabdeh tərəfindən KİA markalı, 2012-ci il buraxılışlı ağ rəngli avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, yenidən eyni tərəflər arasında 22 iyun 2016-cı il tarixdə bağlanmış 08.05.2013-cü il tarixli 1127601-6514 saylı kredit müqaviləsinə 1 saylı Razılaşma ilə cavabdehin həmin tarixə mövcud 5051.63 ABŞ dolları məbləğində borcu həmin günün məzənnəsinə müvafiq olaraq konvertasiya edilərək 7713.84 manat məbləğində müəyyən edilmiş və qaytarılması 22 iyun 2021-ci il tarixədək illik 18% dərəcəsi ilə Razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyə n hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normalarının müddəalarına əsaslanaraq birinci instansiya məhkəməsi tərəfindən bankın iddia tələbinin təmin olunmasını əsaslı hesab etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4276/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4276/2019
23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver