Məhkəmə qərarları › İş №2(102)-4276/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4276/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4276/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC 10.01.2018-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipotekaya tutma yönəldilməsi, dəbbə pulunun azaldılması, ipotekanın satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(107)-109/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ləğv prosesində olan "xxxx" ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 07.05.2014-cü il tarixli 564/14-USD saylı kredit müqaviləsinə əsasən sonuncuya 30 ay müddətinə, illik faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19.000 ABŞ dolları məbləğində kredit vermişdir. 07.05.2014-cü il tarixli İP1-564/14-USD saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, digər Cavabdeh2 m ülkiyyətində olan Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi sahəsi 111,8 kv.m, yaşayış sahəsi 56 kv.m, yardımçı sahəsi 55,8 kv.m olan 1 mərtəbəli 3 otaqdan ibarət 0,12 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08.05.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. LPO "xxxx" ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yön əldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC 10.01.2018-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 07.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə 14455.34 ABŞ dolları əsas borc, 9686.82 ABŞ dolları faiz, 4800.57 ABŞ dolları cərimə olmaqla, cəmi 28942.73 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; tutmanın Cavabdeh2 məxsus olan Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi sahəsi 111,8 m2, yaşayış sahəsi 56 m2, yardımçı sahəsi 55,8 m2 olan 1 mərtəbəli 3 ota qdan ibarət 0,12 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun satışdan əldə olunmuş vəsait hesabına ödənilməsi; satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus olan Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi sahəsi 111,8 m2, yaşayış sahəsi 56 m2, yardımçı sahəsi 55,8 m2 olan 1 mərtəbəli 3 otaqdan ibarət 0,12 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin evdən çıxarılması, evin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədli yyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020ci il tarixli 5278 saylı rəyi ilə 07 may 2014-cü il tarixli 564/14-USD saylı kredit müqaviləsi üzrə Cavabdeh1 15 noyabr 2017-ci il tarixə "xxxx" ASC-yə olan əsas borcu 14455.34 ABŞ dolları və faiz borcu 9686.82 ABŞ dolları cəmi 24142.16 ABŞ dolları məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin 25.12.2019-cu il tarixli rəyindən (fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi sahəsi 111,8 m2, yaşayış sahəsi 56 m2, yardımçı sahəsi 55,8 m2 olan 1 mərtəbəli 3 otaqdan ibarət 0,12 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 23.10.2019-cu il tarixə yekun bazar dəyəri 50.000 manat təşkil edir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 01 iyul 2020-ci il tarixli, 2(046)15/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 14455.34 ABŞ dolları əsas borc, 9686.82 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 24192.16 ABŞ dollarının ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus olan Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi sahəsi 111,8 m2, yaşayış sahəsi 56 m2, yardımçı sahəsi 55,8 m2 olan 1 mərtəbəli 3 otaqdan ibarət 0,12 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən ca vabdehlərin banka olan kredit borcu ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, iş üzrə ekspertiza xərci olan 145 manatın Cavabdeh1 aid edilməsi iddianın qalan hissəsinin təmin edilməməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 LPO "xxxx" ASC-nin Göyçay filialından kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehdən 4800.57 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək olan həmin dəbbə pulunun 50 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab etmişdir. Həmçinin iddiaçının Cavabdeh2 mülkiyyətində olan Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi sahəsi 111,8 m2, yaşayış sahəsi 56 m2, yardımçı sahəsi 55,8 m2 olan 1 mərtəbəli 3 otaqdan ibarət 0,12 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən çıxarılması, cavabdehin həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi təmin edilməməlidir. Çünki cavabdehin fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 462, 467, 269, 319.1, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X2 apelyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 1 iyul 2020-ci il tarixli, 2(046)-15/2020 nömrəli qətnaməsini ləğv edərək, şikayət verilən hissələrdə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandı rılmışdır ki, tərəflər arasında bağlanan ipoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi 40.000 manat dəyərində qiymətləndirilmişdir. Ekspert, "xxxx" MMC tərəflər arasında bağlanan ipoteka müqaviləsinin 3.2-ci bəndində qeyd olunan məbləği və hazırkı bazar iqtisadiyyatı şəraitini nəzərə almadan əmlakın dəyərini çox müəyyən etmişdir. İpoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin satış qiymətindən dəfələrlə çoxdur və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. İş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Məhkəmə qətnaməsini cərimə hissəsində azaldarkən Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsaslanmışdır. Həmin maddənin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 50 ABŞ dolları müəyyən edilməsi 4800.57 ABŞ dolları məbləğində dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(107)1836/2020 nömrəli qərardadına əsasən “X1” MMC tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli, 002/LBC nömrəli rəydə göstərilmişdir ki, Göyçay rayonu, çayarxı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq ilə birlikdə hazırki dövrə olan orta bazar qiyməti 50000 (əlli min) AZN, likvid qiyməti isə 45000 (qırx beş min) manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və Ayaz Mahmudov) 10 mart 2021-ci il tarixli, 2(107)-109/2021 nömrəli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 1 iyul 2020-ci il tarixli, 2(046)-15/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, 07.05.2014-cü il tarixli İP1-564/14-USD saylı ipoteka müqaviləsinə əsasən ipo teka qoyulmuş, Cavabdeh2 məxsus olan Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi sahəsi 111,8 m2, yaşayış sahəsi 56 m2, yardımçı sahəsi 55,8 m2 olan 1 mərtəbəli 3 otaqdan ibarət 0,12 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 45000 (qırx beş min) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən azaldılmış cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılmış, həmçinin məhkəmə xərcləri məsələsidə həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmiş olsa da, tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiymətini 50000 manat müəyyən etməkdə haqlı olmamışdır. Belə ki, apellyasiya instansiyası mə hkəməsi “X1” MMC tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli, 002/LBC nömrəli rəyi sübut kimi qəbul edərək hesab etmişdir ki, 07.05.2014-cü il tarixli İP1-564/14-USD saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş, Cavabdeh2 məxsus olan Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi sahəsi 111,8 m2, yaşayış sahəsi 56 m2, yardımçı sahəsi 55,8 m2 olan 1 mərtəbəli 3 otaqdan ibarət 0,12 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 45000 (qırx beş min) manat müəyyən edilməli, apellyasiya şikayəti azaldılmış cərimə borcuna aid olan hissədə əsaslandırılmadığından təmin edilməməlidir. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)-109/2021 s aylı qətnaməsi ilə cərimə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı et iraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İşlə əlaqədar şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya di gər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. Məhkəmə ipote ka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 40 7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki iş üzrə iddiaçı qətnaməni ipoteka predmetinin satış qiyməti hissəsində və cərimə borcunun müəyyən edilməsi ilə bağlı hissəsində mübahisələndirdiyindən kassasiya şikayətinin dəlilləri üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edi lərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində cavabdehdən tutulmalı olan cərimə borcunun məbləğinin düzgün hesablanmadığını və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmələr göstərilən normada əks olunmuş imkandan istifadə edərək, dəbbə pulunu azaltmış və bu zaman hər hansı maddi hüquq normasının tələbini pozmamışdır. Kassasiya şikayətinin “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını tətbiq etməməsi dəbbə pulunun 50 ABŞ dolları müəyyən edilməsinin 4800.57 ABŞ dolları məbləğində dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə az olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bank tərəfindən kredit müqaviləsinin müddəti 07.11.2016-cı il tarixdə bitməsinə baxmayaraq, kredit müqaviləsi üzrə 4800.57 ABŞ dolları məbləğində dəbbə pulu 15.11.2017-ci il tarixədək hesablanmış, hə mçinin kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə baxmayaraq kreditor məhkəməyə gec müraciət etmiş, yəni dəbbə pulunun məbləğinin artmasına bankın öz hərəkətsizliyi də təsir etmişdir. Buna görə də, dəbbə pulunun azaldılması zamanı bütün əsaslı mənafelər nəzərə alınmışdır. Həmçinin kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəm ə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş üzrə ipotekanın satış qiymətinin daha az olması barədə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-109/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar