Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4279/2020 12.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 İddia tələbi: borcun qaytarılması və zərərin ödənilməsi Açar sözlər: borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və cavabdehlərin vəkili Şahid3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-325/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 (bundan sonra – birinci cavabdeh) və Cavabdeh1 (bundan sonra – ikinci cavabdeh) müştərək qaydada borc qismində verdiyi 950 manat və 3600 ABŞ dolları, həmçinin mənəvi zərərin əvəzi olaraq 2000 manat olmaqla, cəmi 2950 manat və 3600 ABŞ dollarının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ikinci cavabdehin atası onun mərhum anası XXXX nın xalası oğludur. Anasının sağlığında və o öldükdən sonra onların həmişə gediş-gəlişləri olmuş, qohumluq əlaqələri davam etmişdir. İkinci cavabdeh ona müraciət edərək 2000 ABŞ dolları pula ehtiyacı oldu ğunu bildirərək ondan qaytarmaq şərtilə borc pul istəmiş, o da qohum olduqlarından sonuncunun istəyini geri çevirməmiş və ona 2000 ABŞ dolları borc vermişdir. Bundan başqa, ikinci cavabdeh ona yenidən zəng edərək ondan borc pul istəmiş, özü gələ bilməyəcəyini bildirmiş, ona görə də pulu almaq üçün xalası, hazırkı iş üzrə birinci cavabdeh xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində yaşadığı evə gələrək 1000 ABŞ dolları və 500 manat pulu qəbz yazaraq videoçəkilişlə almışdır. Daha sonra birinci cavabdeh ikinci cavabdehə çatdırmaq üçün yenidən borc pul istəmiş, xx xxx 2016-cı il tarixdə 900 ABŞ dolları və 450 manat pulu qəbz yazaraq videoçəkilişlə almışdır. Lakin cavabdehlər hazırkı vaxtadək həmin borc puldan cəmi 300 ABŞ dollarını 2019-cu ildə qaytarmış, qalan borcu ödəməkdən müxtəlif bəhanəl ərlə yayınmışlar. Məhkəmə iclasında ikinci cavabdehin etibarnamə üzrə nümayəndəsi olan anası Nümayəndə iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə onların qohumluq əlaqələri mövcuddur. Bacısı, hazırkı iş üzrə birinci cavabdehin övladı xəstə olduğundan onun müalicəsi üçün pul tələb olunmuş, sonuncu bunun üçün iddiaçıya müraciət etmişdir. Lakin iddiaçı onu tanımadığını bildirmiş, əgər ikinci cavabdeh razılıq verərsə, borc verə biləcəyini demişdir. Bundan sonra, ikinci cavabdeh iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlayaraq xalasının borcunu vaxtında qaytacağını bildirmiş və ona borc verməsini xahiş etmişdir. İddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun olmayan ifadələrdir. İddiaçının iddia etdiyi müddətdə onlar Şəki şəhərində deyil, Rusiya Federasiyasında olmuşlar. İkinci cavabdeh iddiaçıdan heç vaxt borc almamış və hazırda da ona heç bir borcu yoxdur. İkinci cavabdehə qarşı irəli sürülən iddia tamamilə əsassız və qanunsuzdur. Birinci cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, övladı xəstə olduğundan onun müayinə və müalicəsi üçün pul tələb olunmuş, bu məqsədlə iddiaçıya müraciət etmiş, ikinci cavabdehin də xahişindən sonra iddiaçı ona məxsus şəxsiyyət vəsiqəsini girov götürməklə xx xxxxxx 2015-ci il tarixdə 1000 ABŞ dolları və 500 manat borc vermişdir. O, həmin pulun 15%-ni hər ay iddiaçıya ödəmişdir. Oğlunun xəstəliyi üçün çoxlu vəsait tələb olunduğundan borcunu tam şəkildə qaytara bilməmiş, iddiaçı isə ona dəfələrlə zəng edərək pulunu tələb etmişdir. Bundan sonra, xx xxx 2016-cı il tarixdə iddiaçıya məxsus evə gedərək qəbz yazmış, iddiaçıya olan 1 000 ABŞ dolları və 500 manat borcu olduğunu, həmçinin həmin pulun 15%-i miqdarında 6 ay üçün, yəni 900 ABŞ dolları və 450 manat pulu borc şəklində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin vaxt iddiaçıdan heç bir miqdarda borc pul almamışdır. O, 1000 ABŞ dolları və 500 manat borcundan 500 manatını 2017-ci ildə mərhum əri ilə, 700 ABŞ dollarını 2018-ci ilin iyun ayının axırında tanışları Şahid1 və Şahid2la, 300 ABŞ dollarını isə 2019-cu ilin yanvarfevral aylarında tanışı Şahid3 ilə birlikdə iddiaçıya qaytarmışdır. Həmin məbləğlərin 15%-ni isə hər ay ödəmişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Ona qarşı irəli sürülən iddia tamamilə əsassız və qanunsuzdur. Cavabdeh tərəfin vəsatəti əsasında ifadə vermiş Şahid3 göstərmişdir ki, özü ali hüquq təhsilli hüquqşünasdır. Birinci cavabdeh b ir neçə ildir ki, tanıyır. Sonuncuya dəfələrlə hüquqi yardım göstərmiş, ona hüuqi məsləhətlər vermişdir. Birinci cavabdeh ona «Cəmilə» adlı şəxsdən 1000 ABŞ dolları və 500 manat borc aldığını, borcunun bir hissəsini, yəni 700 ABŞ dolları və 500 manatını qaytardığını, hazırda 300 ABŞ dolları borcu qaldığını, sonuncunun ona tez-tez zəng edərək borcunu tələb etdiyini bildirmişdir. O öz növbəsində birinci cavabdehlə razılaşaraq ona həmin pulu borc verəcəyini bildirmiş, «Cəmilə» adlı şəxsə zəng edərək qalıq 300 ABŞ dolları borcu qaytarmaq üçün görüşmüşlər. Pulu verərkən sonuncu cavabdehin hər hansı məbləğdə borcunun qaldığı ilə bağlı fikir ifadə etməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi Şahid1 göstərmişdir ki, birinci cavabdeh ilə 20 ildən çoxdur ki, ailəvi yaxındırlar. Birinci cavabdeh ona «Cəmilə» adlı şəxsdən faizə 1000 ABŞ dolları və 500 manat borc pul aldığını, həmin puldan 500 manatını mərhum əri ilə birlikdə sonuncuya qaytardığını bildirmişdir. 2018-ci ilin iyun ayında birinci cavabdehin əri vəfat etmiş, onun yas mərasimindən toplanmış pulları ABŞ dollarına çevirərək «Cəmilə» adlı şəxsə vermək üçün ayırmışdır. Bundan sonra, iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlamış, sonuncu pulu aparıb evlərinə vermələrini bildirmişdir. O, birinci cavabdeh və Şahid2 birlikdə iddiaçının yaşadığı evə getmişlər. Həmin vaxt iddiaçı evdə olmamış, pulu onun bacısına vermişlər. Pulu verərkən qəbz yazmasalar da iddiaçıya verilmiş ABŞ dollarlarının nömrələrini yazmışlar. Cavabdeh tərəfin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 digər Şahid1 ifadəsi ilə məzmunca eyni olan oxşar ifadə vermişdir. İddiaçının təqdim etdiyi və birinci cavabdeh tərəfindən iddiaçıya verilmiş qəbzdə birinci cavabdehin iddiaçıdan xx xxxxxx 2015-ci il tarixdə 1000 ABŞ dolları və 500 manat borc götürdüyü, həmçinin xx xxx 2016-cı il tarixdə 900 ABŞ dolları və 450 manat borc götürdüyü, həmin pulu 2016-cı ilin oktyabrı əvvəlinədək qaytarmağı öhdəsinə götürdüyü qeyd olunmuşdur. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)1697/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia qismən təmin edilmiş, birinci cavabdehdən 950 manatın və 1600 ABŞ dollarının (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) alınaraq iddiaçıya ödənilməsi, iddianın ikinci cavabdehə aid və qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci ins tansiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə iddiaçı ilə birinci cavabdeh arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı birinci cavabdehə 1000 ABŞ dolları və 500 manat borc vermişdir. Bundan sonra xx xxx 2016-cı il tarixdə birinci cavabdeh tərəfindən qəbz yazılaraq xx xxxxxx 2015-ci il tarixdə 1000 ABŞ dolları və 500 manat, xx xxx 2016-cı il tarixdə 900 ABŞ dolları və 450 manat borc götürdüyü etiraf edilmişdir. Lakin birinci cavabdeh iddiaçıya olan borcunu tam şəkildə icra etməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 739-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbində qeyd edilən borc məbləğlərinin ikinci cavabdehə verilməsini təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi həmin cavabdehə aid hissədə təmin edilməməlidir. Məhkəmə birinci cavabdehin məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşmış və hesab etmişdir ki, birinci cavabdehdən iddiaçının xeyrinə ilkin olaraq borc verilmiş məbləğdən qalıq 700 ABŞ dolları (1000-300=700 ABŞ dolları), ikinci dəfə borc verilmiş 900 ABŞ dolları olmaqla, cəmi 1600 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə), bundan başqa, 500 manat ilkin olaraq verilmiş borc, 450 manat ikinci dəfə verilmiş borc olmaqla, cəmi 950 manat pulun tutulmasına dair hissədə iddia əsaslıdır. Lakin iddiaçı tərəfindən birinci cavabdehə qalan 2000 ABŞ dolları pulun verilməsi barədə hər hansı sübut təqd im edilmədiyindən iddia tələbi həmin hissədə rədd olunmalıdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-325/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Mübariz Hüseynov) iddiaçının аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş,qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbi q edilməli qanunu düzgün tədbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qanunların tələblərinə əməl olunmamış, işin həqiqi halları araşdırılmamış, ona obyektiv hüquqi qiymət verilməmiş, beləliklə maddi və prosessual hüquq normalarının tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İş üzrə iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əsasən izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən birinci cavabdeh və cavabdehlərin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən iddianın təmin olunmayan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası iddianın rədd edilməsi hissədə maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişd irilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-325/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndiilən hissədə - iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4279/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4279/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver