Məhkəmə qərarları › İş №2(102)-4281/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4281/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4281/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 ASC-nə, Cavabdeh2 və Cavabdeh1 na qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli 2(103)-1177/2019 nömrəli qətnaməsindən Cavabdeh1a vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏ N ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 ASC-nə, Cavabdeh2 və Cavabdeh1 na qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun, öhdəliyin vaxtında icra edilməməsi nəticəsində 600 ABŞ dolları maddi ziyanın və 1000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tanışı Cavabdeh1 2017-ci ilin aprel ayının axırlarında ona müraciət edərək, dostu Cavabdeh2 xaricə getməsi ilə əlaqədar bank vasitəsilə sonuncunun adına Portuqaliyanın Lissabon şəhərinə pul köçürülməsi lazım olduğunu bildirərək 24 aprel 2017-ci il tarixdə ondan 1000 ABŞ dolları borc almış və bunun əvəzinə yazılı iltizam verərək Cavabdeh2 xaricdə n qayıdandan sonra həmin borcun qaytarılmasının təmin olunmasını bildirmişdir. Cavabdeh1 25 aprel 2017-ci il tarixdə dostu Cavabdeh2 xahişini yerinə yetirərək Cavabdeh3 “Nizami” filialına müraciət edib Cavabdeh2 adına Portuqaliyanın Lissabon şəhərinə 1000 ABŞ dollarının köçürülməsinin mümkünlüyünü soruşmuş, həmin bank filialının operatoru filial vasitəsilə bir çox ölkələrə pul vəsaitlərinin köçürülmə əməliyyatlarının aparılmasını və göstərilən xidmətə görə müştərilərdən komisyon xərclərinin tutulmasını bildirmiş, Cavabdeh1 oradaca bank vasitəsi ilə Cavabdeh2 adına pul köçürmək istədiyini və bu məqsədlə filialın operatoruna şəxsiyyət vəsiqəsini təqdim etmiş, operator köçürmə ilə bağlı sənədləri tərtib edib bir sənədi ona imzalatdırıb mədaxil qəbzini təqdim edəndən sonra o, 1000 ABŞ dolların ı və komisyon xərclərə görə 51 ABŞ dollarını filialın kassasına ödəmişdir. 28 aprel 2017-ci il tarixdə Cavabdeh2 onunla əlaqə saxlayıb bildirmişdir ki, Bakı şəhərində başqa işləri əmələ gəldiyi üçün Portuqaliyaya səfəri baş tutmayacaq və buna görə də onun adına köçürtdüyü 1000 ABŞ dollarını bankdan geri götürməyi, bank xidmətlərinə görə tutulmuş 51 ABŞ dolları Cavabdeh2 özünün ona verəcəyini bildirmişdir. 01.05.2017-ci ildə Cavabdeh1 Cavabdeh3 “Nizami” filialına gedib Cavabdeh2 Portuqaliyaya gedə bilməməsi ilə bağlı onun adına köçürtdüyü 1000 ABŞ dollarının qaytarılması üçün ərizə ilə rəsmi müraciət etmişdir. Digər Cavabdeh3 “Nizami” filialının 08.06.2017-ci il tarixli 19/855 saylı cavab məktubundan ona məlum olmuşdur ki, 25.04.2017-ci il tarixdə Cavabdeh2 adına köçürtdüyü 1000 ABŞ dolları nı elə həmin gün guya Cavabdeh2 Portuqaliyanın Lissabon şəhərində çıxartmışdır. Bununla bağlı olaraq Cavabdeh2 Azərbaycan Respublikasını tərk etmədiyini bildirərək pasportu ona təqdim etmişdir. Lakin bu günə kimi həmin pul məbləği ona cavabdehlər tərəfindən qaytarılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.O.Talıbova) 2(011)-5763/2018 saylı mülki iş üzrə 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ndan və Cavabdeh2 birgə qaydada 1000 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019 -cu il tarixli 2(103)1177/2019 saylı (X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov, İ.Ə.Kərimli) Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)5763/2018 saylı 30 avqust 2018-ci il tarixli qətnaməsinin qismən, iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi, Cavabdeh1 nun apellyasiya şikayətinin rədd edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5763/2018 saylı 30 avqust 2018-ci il tarixli qətnaməsinin iddianın Cavabdeh1 na qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkiliş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli 2(103)-1177/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermi şlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış,iş üçün əhəmiyyət kəsb edən xüsusatları dəqiqləşdirmək üçün cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin bütün halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli 2(103)-1177/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında İd diaçı, Cavabdeh1, Cavabdeh2 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini y oxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddia tələbi qismən təmin edildiyindən və qətnamədən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən kassasiya icraatının predmetini qətnamənin iddianın təmin edilmiş hissəsinin yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilm iş işin faktiki hallarında görünür ki, İddiaçı və Cavabdeh1 arasında borc münasibətləri yaranmış, yəni Cavabdeh1 ailəvi dostu olan Cavabdeh2 xaricə getməsi ilə əlaqədar İddiaçı 1000 ABŞ dolları qəbul edərək, götürdüyü həmin məbləğin bir ay müddətində qaytarılmasını öhdəsinə götürmüş və bu barədə 24.04.2017-ci il tarixdə iltizam vermişdir. WESTERN UNİON xidməti vasitəsilə pulun göndərilməsi ilə bağlı ərizəyə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 25.04.2017-ci il tarixdə 1000 ABŞ dolları məbləğində pul göndərilmiş və xidmət haqqı olaraq 51 ABŞ dolları məbləğində pul ödənilmişdir. Cavabdeh3 ASC tərəfindən verilmiş 19/855 saylı 08.06.2017-ci il tarixli məktubdan müəyyən olunur ki, 25.04.2017-ci il tarixdə WESTERN UNİON sistemi ilə 027-630-8830 referensli köçürmə əməliyyatı araşdırılmış və WEST ERN UNİON tərəfindən verilmiş məlumata görə köçürülən vəsait həmin tarixdə Portuqaliyanın Lissabon şəhərində, X2 FornoTijolo 62 ünvanda yerləşən məntəqədə Cavabdeh2 tərəfindən çıxarılmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən pul Cavabdeh1 na və Cavabdeh2 verildiyindən iddia qismən təmin olunmalı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 1000 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin mübahisəsiz halı olan Cavabdeh1 iddiaçıdan 1000 ABŞ dolları məbləğində borc almasına istinad edərək həmin pulun 1 ay müddətində ödənilməməsi (bu öhdəlik iltizamda göstərilmişdir) səbəbindən Cavabdeh1 tutul ması barədə düzgün qənaətə gəlmişdir. Lakin İddiaçı tərəfindən Cavabdeh2 1000 ABŞ dolları borc verilməsi və onlar arasında da hər hansı hüquq münasibətinin yaranması faktı iş materialları ilə təsdiq olunmadığından birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilmiş hissəsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayıl ır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçıdan 1000 ABŞ dolları məbləğində 1 ay müddətinə borc alması və borcun bu günədək qaytarılmaması iş materiallartəsdiq edildiyindən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür və kassasiya şikayətinin dəlilləri bu hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətində Cavabdeh3 ilə əlaqədar göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, bu dəlillər onlar arasına olan başqa bir mübahisə çərçivəsində araşdırılmışdır və bu barədə Bakı Apellyasiya Məhkəməsinin 27.02.2018-ci il tarixli 2(103)2690/2018 saylı qətnaməsi mövcuddur. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməs i işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbayca n Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nunvə vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli 2(103)1177/2019 nömrəli qətnaməsi kassatora aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar