Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4284/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Rnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(103)-713/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) 10.09.2015-ci il tarixli, 2(006)-194/2015 nömrə li qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, 26.12.2013-cü il tarixli 614/H-13 saylı kredit müqaviləsinə əsasən 110659,31 ABŞ dolları əsas borc, 4574,75 ABŞ dolları fazi borcu, 1500 ABŞ dolları dəbbə pulu borcu, cəmi 116734,06 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesab ilə cavabdeh “xxxx” MMC-dən alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus olan E saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 180.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən c əmi 116734,06 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesab ilə iddiaçı “xxxx” ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh2 verilməsi, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın 10 manatının iddiaçıya aid edilməsi, 20 manatının isə cavabdehlər “xxxx” MMC və Cavabdeh2 alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, məhkəmə tikinti-texnki ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 40 manatının iddiaçı “xxxx” ASC-dən, 110 manatının isə cavabdehlər “xxxx” MMC və Cavabdeh2 alınaraq “xxxx” MMC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 40 manatın 10 manatının iddiaçı “xxxx” ASC-dən, 30 manatının isə cavabdehlər “xxxx” MMC və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Əliyev, T.Səmədov, İ.Şirinov) 04.03.2016-cı il tarixli, 2(103)-164/2016 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.09.2015-ci il tarixli, 2(006)-194/2015 nömrəli qətnaməsinin iddiaçı “xxxx” ASC-nə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Q.Allahverdiyev, İ.Xələfov, Ə.Şadıyev) 30.05.2018-ci il tarixli, 2(102)-3484/18 saylı qərarı ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, A.Hüseynov, V.Sadıqov) 23.01.2019-cu il tarixli, 2(103)-713/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.09.2015-ci il tarixli, 2(006)-194/2015 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair ərizəsi ilə 05.09.2014-cü il tarixdə məhkəməyə müraciət edərək, 26.12.2013-cü il tarixli 614/H-13 saylı kredit müqaviləsinə əsasən cavabdeh “xxxx” MMC-nin “xxxx” ASC-yə olan 110659,31 manat əsas, 4574,75 manat faiz borcu, 1500 manat dəbbə pulu borcu olmaqla, cəmi 116734,06 manatın, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizənin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğnidə dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan E saylı mənzilə yönəldilərək həmin əmlaklar hesabına “xxxx” ASC-yə ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” ASC-nin nümayəndəsi C.Mahmudov iddia t ələbinə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində səhvən borcun manat kimi göstərildiyini bildirib, qətnamə qəbul edilərkən borcun ABŞ dolları kimi nəzərə alınmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində ipoteka predmeti olan mənzilin nömrəsi göstərilsə də, onun yerləşmiş olduğu evin nömrəsinin göstərilmədiyini bildirib, ipoteka predmetinin Bakı şəhəri, C.Slimov küçəsi, 7 saylı evin 140 saylı mənzili olduğunun nəzərə alınmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” ASC-nin nümayəndəsi C.Mahmudov iddia tələbinin həcminin rtırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən “xxxx” ASC-yə olan 110659,31 ABŞ dolları əsas, 40861,08 ABŞ dolları faiz borcunun, 5 000 ABŞ dolları dəbbə pulunun, 31 manat ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı rüsumun və 30 manat məhkəməyə ödənilən dövlət rüsumunun tutulması və borcun ipotekaya yönəldilərək, həmin əmlak hesabına “xxxx” ASC-yə ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili Salmanlı Mirkəbir Əliheydər oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Əvvəla, qəbul edilmiş qətnamə bu işə aid olmamışdır. Bundan əlavə, məhkəmə prosessual qanunvericiliyin tələblərini pozaraq ipotekaya qoyulmuş evin qiyməti ilə razı olmayan cavabdehlərin bu mənzilin real bazar qiymətini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilməsinə dair vəsatətlərə əhəmiyyət verməmiş, mənzilin qiymətini ekspertiza şöbəsi tərəfindən verilmiş ekspert rəyi ilə deyil, adi bir MMC tərəfindən verilmiş qeyri-mötəbər arayışa əsaslanaraq müəyyən etmiş, “Dövlət məhkəmə ekspertizası” Haqqında qanunun tələblərini pozaraq mənzilin qiymətinə dair MMC tərəfindən verilmiş əsassız arayışı “ekspert rəyi” adlandırmış, mümkün olmayan sübutdan qətnamənin əsası kimi istifadə etmiş və bununla da çəkişmə, obyektivlik və qərəzsizlik prinsipini pozmuşdur. Cavabdehlər tərəfindən əldə edilmiş 22.01.2019-cu il tarixli “ LEXFORİ” hüququ və qiymətləndirmə şirkətinin mütəxəssi rəyindən məlum olur ki, bu mənzilin real bazar dəyəri qətnamədə göstərilmiş qiymətdən artıqdır. Həmin rəydən görünür ki, mənzilin bazar dəyəri 255000 manat dəyərindədir. Məhkəmə mənzilin bazar dəyərini müəyyən etmək məqsədilə dövlət məhkəmə ekspertizası təyin etməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1, 9.3, 97.1 və 372.1-ci maddələrinin tələblərini pozmuşdur. Həmçinin apelyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı qərarının tələblərini də pozmuşdur. Belə ki, bu qərara əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozul muş və mübahisə edilən hüquqların və qanunla qorunan maneələrin real bərpası təmin olunmalıdır. Lakin işə baxan apelyasiya məhkəməsi mübahisəli hüquq münasibətlərində müəyyənlik yarada bilməmişdir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılması iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Lakin apelyasiya instansiyası məhkəməsi qətnamədə göstərilən halların iş materiallarına uyğun olmasını təmin edə bilməmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 8, 9, 77, 78, 217 və 385-ci maddələrinin tələblərini də pozmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(103)-713/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh2, vəkili Salmanlı Mirkəbir Əliheydər oğlu və digər cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili R kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, məhkəmədən şika yətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdi rilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi mübahisələndirilən qətnamənin ləğvi üçün əsas deyildir. Lakin kassasiya kollegiyası mübahisələndirilən qətnamə üzrə tətbiq edilmiş maddi və prosessual hüquq normalarının düzgünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, qeyd olunan mübahisə üzrə qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.05.2018-ci il tarixli, 2(102)-3484/18 saylı qərarı mövcud olmuş və həmin qərar üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2016-cı il tarixli qətnaməsinin t am olaraq dəyişdirilmədən saxlanması qərara alınmışdır. Belə olan halda həmin qətnamənin mübahisənin digər tərəfi tərəfindən yenidən olaraq mübahisələndirilməsi yolverilməzdir. Odur ki kassasiya kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnsin və ya nəticələnə bilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4284/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4284/2019
24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver