Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4285/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsitələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3538/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə d air işə 21 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları:
1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 3M-2750 nömrə ilə qeydə alınmış kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Əliyev X1 Vaqif Ənvər oğluna 400.000 (dörd yüz min) manat məbləğində faizsiz borc vermiş, Cavabdeh2 isə xx.xx.2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 3M-2751 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Şəhriyar küçəsi 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 321 m² fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsi) ünvanında yerləşən fərdi yaşayış evini 3M/2750 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə yüklü etməyi öhdəsinə götürmüşdür.
3. İpoteka müqaviləsində ipoteka predmetinin dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 430.000 manat məbləğində müəyyən edilmişdir.
4. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərmiş, bildirişdə xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş öhdəliyin icrasını tələb edərək borc ödənilməyəcəyi təqdirdə notarius tərəfindən icra qeydinin aparılacağını göstərmişdir.
5. İcraçı direktoru X2 olan "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə "xxxx" 03/20 saylı müqavilə bağlanmış, müqaviləyə görə MMC, özünə məxsus quşçuluq (broyler, serebrist) yemini Cavabdeh2 mülkiyyətinə verməyi, Cavabdeh2 isə həmin malları qəbul edib əvəzində müqavilə şərtləri əsasında ödənişlər aparmağı öhdələrinə götürmüşlər.
6. Həmin müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, Cavabdeh2 23 dekabr 2020-ci il tarixli, 3M/2751 nömrəli ipoteka müqaviləsi əsasında götürülmüş borc vəsaiti hesabına "xxxx" MMC-dən alacağı yemin dayanıqlı şəkildə olması üçün mütəmadi olaraq pulu əvvəlcədən ödənilmək şərti ilə (istehsalatın lazımi xammal və materiallarla mütəmadi təchizatı üçün) 300.000 manat məbləğində yem alınmasının zəmanətini verir. 7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixl i mədaxil orderlərinə əsasən Cavabdeh2 satılmış yemin dəyəri qismində həmin MMC-nə 78.775 manat ödəniş həyata keçirmişdir.
8. İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər üçü fərdi sahibkar kimi vergi uçotuna alınmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400.000 manat borc, habelə 690 manat dövlət rüsumu olmaqla, ümumilikdə 400.690 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması və tutmanın Abşeron rayonu, Saray qəsəbəsi, Şəhriyar küşəsi 1 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 321 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsi) ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək evin açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə arasında 400.000 manat məbləğində borcun verilməsinə dair Bakı şəhəri 6 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixdə 3M-2750 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti 23.06.22-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrasının təmin olunması məqsədilə onunla cavabdehlər arasında eyni tarixli üçtərəfli ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Şəhriyar küçəsi ev 1 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 321 m² fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsi) ünvanında yerləşən mülkiyyətçi Cavabdeh1 tərəfindən onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehlərə öhdəliyin icra olunmasına dair bildiriş göndərilmiş və xx.xx.2022-ci il tarixədək öhdəliyin tam şəkildə icra edilməsi tələb edilmiş, əks halda aidiyyəti orqana müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də cavabdehlərə xx.xx.2022-ci il tarixdə yenidən bildiriş göndərilmiş, lakin borclu hal-hazıradək öhdəliyini yerinə yetirməmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, quşçuluq təsərrüfatı ilə məşğul olan fərdi sahibkardır. İddiaçının rəhbərlik etdiyi "xxxx" MMC ilə arasında xx.xx.2020-ci il tari xli yem məhsulunun alqı-satqısı ilə bağlı müqavilə bağlanmış, iddiaçıdan kredit müqaviləsində qeyd olunduğu kimi pulu real olaraq götürməmiş, yalnız nisyə aldığı 300.000 manat dəyərində olan quş yeminin təminatı olaraq kredit müqaviləsini bağlamışlar. Həqiqətdə 400.000 manat dəyərində yem verilməli olmuş, lakin 300.000 manatlıq yem verilmişdir. Digər Cavabdeh1 atası və hazırda onun nümayəndəsi olan Nümayəndə isə onun xahişi ilə oğlunun mülkiyyəti kimi rəsmiləşdirilmiş, lakin özünün faktiki istifadəsində olan evini notariusda kredit müqaviləsinin təminatı olaraq ipoteka qoymuşdur. Evini ipoteka qoyması müqabilində hər ay Nümayəndə 10.000 manat verməyi öhdəsinə götürmüşdür. O, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq cücələri və yemləri kiçik sahibkarlara satmış, lakin sonradan həmin quş yeminin bir hissəsi keyfiyyətsiz olduğundan qazanc əldə edə bilməmişdir. Bu faktı isə şahidlər təsdiq edə bilər. Borcu olduğunu etiraf edir, lakin borc iddia ərizəsində göstərilən qədər deyildir. Borc yemin alqı-satqı müqaviləsi ilə bağlıdır. Həmin müqavilə üzrə 80.000 manat ödəniş etmişdir. Odur ki, iddianın əsassız hesab edilərək rədd olunmasını xahiş edir. Kredit müqaviləsinin alqı-satqı müqaviləsi ilə bağlılığını onunla izah edir ki, iddiaçı yem satışı ilə məşğul olan şirkətin direktorudur.
12. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) də izahatında bildirmişdir ki, tərəflər arasında kredit müqaviləsi formal olaraq bağlanmış, onlar öz aralarında 300.000 manatlıq quş yemi almışlar. Sonradan həmin quş yeminin keyfiyyətsiz olması üzə çıxmış, bununla bağlı akt da tərti b olunmuşdur. Təmsil etdiyi şəxs müqavilə əsasında pulu götürməmiş, pulun əvəzinə quş yemi almışdır. "xxxx" MMC ilə Cavabdeh2 arasında yemin alqı-satqısı barədə müqavilə bağlanmışdır. "xxxx" MMC-nin direktoru isə İddiaçıdir. Həmin müqavilədə də nəzərdə tutulmuşdur ki, yem keyfiyyətsiz olduğu təqdirdə satıcı məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsinə əsasən quş yemi məhsulunun keyfiyyətsiz olması ilə bağlı pretenziya verməmişlər.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, evini ipoteka ilə yüklü etməsi müqabilində ona vəd verilmişdir ki, aylıq 10.000 manat ödənişlər ediləcək, borclu isə kredit müqaviləsi üzrə borcunu tam şəkildə ödəyəcəkdir. Lakin 3-4 ay ödəniş olunduqdan sonra ona heç bir ödəniş edilməmişdir. Hazıradək on a 80.000 manat ödəniş edilib. Onun borcla və tərəflərlə hər hansı bağlılığı yoxdur. Arvadının xəstəliyinə görə pula ehtiyacı olduğundan evi ipoteka qoyub gəlir əldə etmişdir. Bundan başqa ipoteka qoyulan evin dəyəri daha böyük məbləğdə olmasına baxmayaraq müqavilədə az göstərilmişdir. İddianın rədd olunmasını xahiş edir. Müqavilə bağlanarkən ona hədə-qorxu gəlməyiblər.
14. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahid3 ifadəsində bildirmişdir ki, şifahi razılaşmaya əsasən Cavabdeh2 yem verilməli idi. Həmin danışıqlarda o, şəxsən iştirak etmişdir. Notariat ofisində pulu göstərmiş, lakin cavabdehə həmin pul verilməmiş və hər hansı bank hesabına köçürülməmişdir. İddiaçı orada bildirmişdir ki, həmin pulun əvəzində Cavabdeh2 yem məhsulu veriləcəkdir. Birbaşa olaraq danışıqlard a iştirak etməmiş, notariat ofisinə mülkiyyətçi Cavabdeh1 atasını aparmaq üçün getmişdir.
15. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahid1 ifadəsində bildirmişdir ki, cavabdehlərdən Cavabdeh2 tanıyır, digər cavabdehi isə tanımır. Onlar quşçuluq təsərrüfatı ilə, Cavabdeh2 isə kəsimi ilə məşğuldur. Cavabdeh2 onlara 80.000 quş və onların yemini vermiş, lakin sonradan yemin keyfiyyətsiz olduğunu görmüşlər. Kredit borcu barədə məlumatı yoxdur və yemin haradan götürüldüyünü bilmir.
16. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahid2 ifadəsində bildirmişdir ki, onlar quşçuluqla məşğul olmuş, buna görə də cavabdeh Vaqifdən quş yemi almışlar. Yemin haradan və hansı pul hesabına alındığını bilmir, kredit müqaviləsi barədə məlumatı yoxdur.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4530/2022 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 22.12.22-ci il tarixli, ME12/109 nömrəli qiymətləndirmə hesabatına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 211 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı adına qeydə alınmış Abşeron rayonu, Saray qəsəbəsi, M.Şəhriyar küçəsi, ev 1 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən 0,0545 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 321 kv.m. olan fərdi yaşayış evinin hazırki dövrdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan real bazar dəyəri 552000 (beş yüz əlli iki min) manat və likvid dəyəri 45300 0 (dörd yüz əlli üç) müəyyən edilmişdir.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissədə baxılmamış saxlanılmışdır.
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(004)-142/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (G.Əkbərli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400.000 (dörd yüz min) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 690 (altı yüz doxsan) manatın İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia borcun Cavabdeh2 tutulması hissəsində əsas lıdır. Çünki iddiaçı ilə Cavabdeh2 arasında notarial qaydada yazılı borc müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış və öhdəliyini pozmuşdur.
21. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd edib ki, nə qədər ki, Cavabdeh2 iddiaçıdan 400.000 manat məbləğində borc alınması barədə müqaviləni imzaladığını və iddiaçıya borcu olduğunu qəbul etmişdir, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz Cavabdeh2 üzərinə düşür. Cavabdehin vəsatətinə əsasən bu xüsusatla bağlı şahidlər dindirilmiş, lakin həmin şahidlər izahatlarında cavabdehdən aldıqları quş yeminin qismən keyfiyyətsiz olmasını bildirmələrinə baxmayaraq, lakin həmin yemin kredit borcu ilə bağlılığı barədə məlumatları olmamışdır.
22. Bund an başqa cavabdeh məhkəmə baxışı zamanı 01 dekabr 2020-ci il tarixli "xxxx" müqavilə təqdim etmişdir. Həmin müqavilənin mətininin 2.3-cü bəndində göstərilmişdir ki, alıcı Cavabdeh2 23 dekabr 2020-ci il tarixli 3M/2751 nömrəli “İpoteka” müqaviləsi əsasında götürülmüş borc vəsaiti hesabına "xxxx" MMC-dən alacağı yemin dayanıqlı şəkildə olması üçün mütəmadi olaraq pulu əvvəlcədən ödəmək şərti ilə 300.000 (üç yüz min) manat məbləğində yemin alınmasının zəmanətini verir. Məhkəmə bununla bağlı qeyd edir ki, 01 dekabr tarixdə sonrakı tarixdə, yəni 23 dekabrda bağlanmış kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin təminat altına alınması mümkün deyildir. Müqavilənin hər səhifəsi imzalanmamış və möhürlənməmişdir. Odur ki, reallığa uyğun olmayan müqavilə məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bi lməz. Cavabdeh tərəfindən məhkəməyə digər sübut təqdim edilməmişdir.İddiaçı borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsə də, iddia tələbi bu hissədə ipoteka qoyan Cavabdeh1 münasibətdə əsassızdır. Cavabdeh1 xx.xx.2020ci il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyan qismində öz mülkiyyətində olan əmlakı kreditor qarşısında ipoteka ilə yüklü etmişdir. O, kredit müqaviləsi üzrə tərəf deyildir. Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ondan tutulması ilə bağlı hər hansı öhdəliyi müəyyən edilmir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 740.2 maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. İd diaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməsini iddia ərizəsinə qarşı birinci instansiya məhkəməsində verilən etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozmuş sübutlara düzgün hüququ qiymət vermədən qəbul etmişdir
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3538/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Mə hkəməsinin 2(004)-142/2023 saylı iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400.000 (dörd yüz min) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 690 (altı yüz doxsan) manatın İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh2 iddiaçıdan 400.000 manat borc pul alması və həmin borcu qaytarmaq öhdəliyini götürməsi, onların arasında bununla bağlı borc müqaviləsinin bağlandığı, Cavabdeh2 həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
28. Məhkəmə kollegiyası hesa b etmişdir ki, tərəflər arasındakı borc müqaviləsinin bağlanmasına səbəb olan şərait, tərəflərin münasibətinin mahiyyəti və borcun quş yeminin cavabdehə satışına görə yaranması hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır. 23 dekabr 2020-ci il tarixli müqavilə üzrə borcundan 80.000 manat ödəmiş olması ilə bağlı isə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
29. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəlləsinin 14.2.1, 324, 337, 340, 351, 385, 386.1, 390, 406.1, 425, 442, 739,740-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88-ci maddələrinə istinadla əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Babayev X3 Rayon Məhkəməsində iştirak edərək, iddia ərizəsinə etirazını bildirmiş və xx.xx.2020-ci il tarixli, 3M-2750 saylı kredit müqaviləsinin formal xarakter daşıdığını bildirmişdir. Tərəflər arasında real kredit münasibətləri olmamış, özü fərdi sahibkar kimi quşçuluqla məşğul olmuş, iddiaçıdan 300.000 AZN dəyərində quş yemi almışdır. Buna da ir tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh2 hər ay 20.000 AZN olmaqla, iddiaçıya 4 ay pul ödəmişdir. Sonradan quş yeminin keyfiyyətsiz olmasına dair tərəflər arasında mübahisə yaranmış və yem iddiaçıya geri qaytarılmışdır. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdə tərəflər arasında alqı-satqı müqaviləsini pərdələmək məqsədi ilə kredit müqaviləsi bağlanmışdır. Halbuki, məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilədə nəzərdə tutulan aylıq ödəniş ilə xx.xx.2020ci il tarixli 3M-2750 saylı kredit müqaviləsində ödəmə qrafiki eyni məzmunludur. xx.xx.2020-ci il tarixli 3M-2750 saylı kredit müqaviləsinin formal xarakter daşıdığını təsdiq edən bütün sübutlar təqdim edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin sübutlara əhəmiyyət verməmişdir. Belə ki, videokonfransla keçirilən məhkəmə iclasında əvvəlcə sübutların birinci instansiya məhkəməsində təqdim edilmədiyi bildirilmiş, daha sonra iş materiallarında Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair sübutların təqdim edilməsi aşkar edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının xeyrinə qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzi fələr doğuran hərəkətlərindən əmələ gəlir.
34. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilə r.
36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
39. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydu rma əqd əhəmiyyətsizdir.
40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
41. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
42. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
43. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
44. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
45. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
46. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
48. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqa vilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
49. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
50. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
51. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda i sə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
52. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
53. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
54. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduq da, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
55. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
56. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasi ya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
69. Cavabdeh kassasiya şikayətində göstərir ki, tərəflər arasında real kredit münasibətləri olmamış, formal müqavilə bağlanmış, özü fərdi sahibkar kimi quşçuluqla məşğul olmuş, iddiaçıdan 300.000 AZN dəyərində quş yemi almış, buna dair tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış, hər ay 20.000 AZN olmaqla, iddiaçıya 4 ay pul ödəmiş, sonradan quş yeminin keyfiyyətsiz olmasına dair tərəflər arasında mübahisə yaranmış, yem iddiaçıya geri qaytarılmış, buna baxmayaraq xx.xx.2020-ci il tarixdə tərəflər arasında alqı-satqı müqaviləsini formal, pərdələmək məqsədi ilə kredit müqaviləsi bağlanmışdır.
70. Cavabdeh daha sonra qeyd edir ki, göstərilənlərl ə bağlı kifayət qədər sübutların olmasına baxmayaraq məhkəmə tərəfindən onun etirazında olan dəlillər araşdırılmamış və formal əsaslara istinad edilməklə apellyasiya şikayəti təmin olunmamışdır.
71. İddiaçı isə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması və həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına istinad edərək müqavilədə göstərilən həddə pul məbləğinin ona qaytarılmasını tələb edir.
72. Göründüyü kimi, cavabdeh tərəf borc müqaviləsini etibarlı müqavilə hesab etmir və ona münasibətdə icra edilməli olan öhdəliyinin olmamasında israrlıdır. Mövqeyində kredit müqaviləsinin formal, görünüş üçün bağlanması və alqı-satqı müqaviləsini pərdələmək məqsədi ilə bağlandığını qeyd edir.
73. Baxılan iş üzrə iddiaçı tələbinin, cavabdeh etirazının əsaslarını müx təlif əqdlərə istinadla əsaslandırırlar. Ona görə də, hər iki tərəfin dəlillərinin və ümumiyyətlə iddia tələbinin düzgün həlli üçün iddiaçının istinad etdiyi əqdin etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasını n olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
75. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
76. Tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiqlənmiş 23 dekabr 2020-ci il tarixli kredit müqaviləsi (3M-2750 reyestrlə qeyd edilən) ilə müəyyən olunur ki, borc verən (İddiaçı) borc alan (Vaqif Babaeyvə ) 400000 manat məbləğində borc verir və borc alan həmin məbləği xx.xx.2022-ci ildə qaytarmalıdır. Borc məbləğinin notariatın depozit hesabına ödənilməsi müəyyən olumur.
77. Eyni tərəflər arasında həmin tarixdə həmin borcun təminatı (Abşeron rayonu, Saray qəsəbəsi, M.Şəhriyar küçəsi, ev 1 - yeni qaydalarla ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 321,2 kv.m. olan fərdi yaşayış evi) olaraq ipoteka müqaviləsi ((3M2751 reyestrlə qeyd edilmiş) bağlanır. 78. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, satıcı özünə məxsus quşçuluq yemini alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib, əvəzində bu müqavilənin şərtləri əsasında vaxtında alınmış mala dair müvafiq ödənişləri aparmağı öz öhdəsinə gö türür.
79. Həmin müqavilənin 2.3-cü bəndindən görünür ki, alıcı Cavabdeh2 23 dekabr 2020-ci il tarixli 3M/2751 nömrəli ipoteka müqaviləsi əsasında götürülmüş borc vəsaiti hesabına "xxxx" MMC-dən alacağı yemin dayanıqlı şəkildə olması üçün mütəmadi olaraq pulu əvvəlcədən ödənilmək şərti ilə (istehsalın lazımi xammal və materiallarla mütamadi təchizatı üçün) 300.000 manat məbləğində yem alınmasının zəmanətini verir.
80. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökümü ilə müəyyən olunur ki, Cavabdeh2 ona görə ittiham verilmişdir ki, «X5» MMC-nin Siyəzən və Şabran rayonları üzrə sex rəisi vəzifəsində işləyərkən maddi məsul şəxs kimi öhdəsində qalan şirkətə ödəməli olduğu puldan 67.386,5 manat məbləğində pulu cəmiyyətin xəzinəsinə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına s ərf etməklə, ona etibar olunmuş külli miqdarda özgə, yəni «X5» MMC-nin əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır.
81. Həmin hökmlə müəyyən olunur ki, MMC-nin direktoru İddiaçı Hacıməmmməd oğludur (baxılan iş üzrə iddiaçı).
82. Həmin hökmlə daha sonra müəyyən edilir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 iyul 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 direktoru olduğu "xxxx" MMCdən «X5»-nin xeyrinə 202581 manat 85 qəpik məbləğində əsas borc, 136741 manat 50 qəpik məbləğində dəbbə pulu, cəmi 339.323 manat 35 qəpik məbləğində pul vəsaiti tutulmuşdur.
83. Məhkəmələr tərəfindən qəbul edilərək işin icraatına əlavə edilmiş sübutlarla müəyyən olunur ki, cavabdehlə iddiaçının direktoru olduğu MMC arasında yem məhsullarının satışı və eyni zamanda həmin müəssisənin işçisi olaraq yem alınması və ya ona etibar edilmiş yemin talanması ilə bağlı müxtəlif icraatlarda mübahisələri olmuş və həmin mübahisələrin nəticəsi olaraq cavabdehdən iddiaçının xeyrinə müəyyən məbləğlərdə pul tutulmuşdur.
84. Digər tərəfdən qeyd edilməlidir ki, alğı-satqı müqaviləsinin tarixinin borc müqaviləsinin tarixindən sonra olmasına baxmayaraq MMC ilə cavabdeh arasında bağlanmış həmin müqavilədə məhz borc müqaviləsinin təminatı olan ipoteka müqaviləsinə istinad edilməsi və onun təminat olaraq qəbul edilməsi iş üçün əhəmiyyətli olan hal kimi araşdırılmalı olmuşdur.
85. Məhz həmin sübutlara istinad edən cavabdehin nümayəndəsi apellyasiya instansiya məhkəməsində verdiyi izahatda bildirir ki, «höküm ona görə təqdim edirəm ki, 400000 manat borc münasibətinin yaranması üçün bir-birləri nə qarşı real inam yoxdur. İddiaçı cinayət və mülki icraat qaydasında ondan şikayətçi olub, dəfələrlə arasında mübahisə olub».
86. Göstərilən sübutların mövcudluğunu nəzərə almadan və onları digər sübutlarla birlikdə qiymətləndirmədən apellyasiya instansiya məhkəməsi cavabdehin etirazında olan dəlillərinə münasibətdə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətləri müəyyən olunmamış, müqavilənin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmləşdirildiyini nəzərə almaqla müqavilənin yalan əqd hesab edilməsi mümkün deyildir.
87. Apellyasiya instansiya məhkəməsi daha sonra qeyd edir ki, tərəflər arasındakı kredit müqaviləsinin bağlanmasına səbəb olan şərait, tərəflərin münasibətlərinin mahiyyəti və borcun quş yeminin cavabdehə satışına görə yaranması hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır. Həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır.
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il tarixli qərarında vurğulanmışdır ki, “məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir....mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasın da təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır....Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilibedilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər”.
89. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır və qey d edir ki, əqdə əsaslanan tələbə baxarkən məhkəmənin ilk vəzifəsi müqavilənin etibarlığına qiymət verilməsi ilə bağlıdır. Məhz cavabdeh etirazında istinad edilənlər müqavilənin etibarlılığına qiymət verilməsi ilə bağlıdır. Bu istiqamətdə təqdim olunmuş sübutların qiymətləndirilməsindən sonra əqdin etibarlı olması müəyyən olunduğu təqdirdə bununla bağlı yaranacaq öhdəliklərin mövcudluğuna qiymət verilə bilər.
90. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, notariat qaydasında təsdiq olunmuş müqavilənin etibarsız (əhəmiyyətsiz) olması istisna edilməsə də, buna əsas verən bilavasitə və mötəbər sübutlar mövcud olmalıdır. O cümlədən, müqavilənin yalan, uydurma və digər hər hansı bir əsasla etibarsızlıq halını yaradan əqd hesab olunması üçün onun tərəflərlə formal hüquqi görünüş yaradılması, pədələnməsi və digər hər hansı bir məqsədlə bağlanması təsdiq olunmalıdır. Bu halın sübutetmə yükü isə müqavilənin etibarsız olmasını iddia edən tərəfin – hazırki işdə cavabdehin üzərinə düşür.
91. Göstərildiyi kimi hazırki iş üzrə iddiaçı müqavilənin formal bağlanmasını etiraf etmir. Cavabdeh tərəf isə iddia edir ki, müqavilənin imzalanması zamanı tərəflərin məqsədini, ona hər hansı məbləğdə pul verilmədiyini, onlar arasında uzun illər ərzində formalaşmış işgüzar münasibətlərin mövcudluğuna və digər sübutlara istinad etməsinə baxmayaraq apellyasiya məhkəməsi isə bununla bağlı araşdırma aparmamışdır.
92. Apellyasiya instansiya məhkəməsi faktiki olaraq tərəflər arasında və ya tərəflərin aid olduğu hüquqi şəxslər arasında uzun müddət fomalaşmış işgüzar münasibətlərə, həmin münasibətlər zama nı yaranmış mübahisələrə, mübahisələrin həlli ilə bağlı aparılmış məhkəmə icraatlarına, məhz həmin icraatların iddiaçının və onun aid olduğu hüquqi şəxslərin iddiası əsasında başlanmasına və baxılan iş üzrə iddianın verilmə əsası olan borc müqaviləsinin bağlaması ərəfəsində cavabdehlə iddiaçıya aid olan MMC arasında məhsulların alqı-satqı müqaviləsinin bağlanması və həmin müqavilədə xx.xx.2020-ci il tarixli borc müqaviləsinin təminatı olan ipoteka müqaviləsinin təminat olaraq göstərilməsi, onların arasında qarşılıqlı etimadın mövcudluğunun mübahisələndirilməsi, cavabdehin etirazında istinad etdiyi dəlillərin dəstəklənməsinə yönələn hallar olmasına baxmayaraq bu sübutları işdə olan digər sübutlarla qarşılıqlı olaraq qiymətləndirməyərək, cavabdehin etirazında olan dəlillərinin təsdiq olunmad ığını göstərmişdir.
93. Bununla yanaşı nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməmişdir. Nəzərə alınmamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir.
94. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və y a üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (MülkiMəcəllənin 324.1 və 324.4-cü maddələri).
95. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
96. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
97. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
98. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
99. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
100. Odur ki, qətnamə maddi və prosessual hü quq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
101. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
102. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(103)3 538/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.