Məhkəmə qərarları › İş №2(102)-4285/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4285/2024

06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4285/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan, əldən çıxmış fayda, əmək qabiliyyəti bərpa olunanadək vaxtaşırı ödəmələr və mənəvi zərər” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: dövlət rüsumunun az ödənilməsi əsası ilə kassasiya şikayətinin qeyrimümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan, əldə çıxmış fayda, əmək qabiliyyəti bərpa olunanadək vaxtaşırı ödəmələr və mənəvi zərər” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3422/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) və Cavabdeh1 MMC (Vəkil3) tərəfindən ayrı-ayrılıqda vermiş kassasiya şikayətlərinin mümkünlüyünü 6 dekabr 2024-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində baş vermiş hadisə ilə əlaqədar aldığı xəsarətlərə görə vurmuş olduqları 11.100 manat məbləğində maddi ziyanın, bu günə kimi əldən çıxmış fayda olan 7.000 manat əmək haqqının, əmək qabiliyyə ti bərpa olunan müddətədək aylıq 1.000 manat əmək haqqı və 50.000 manat mənəvi zərərin ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-203/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilmiş, cavabdeh MMC-dən 1.550 manat maddi ziyan və mənəvi zərərə görə 1.000 manat olmaqla, ümumilikdə 2.550 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ni, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-3422/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Sadıqov (sədrik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (iddia tələbinin rədd edilmiş - bu günə qədər olan müalicə və digər xərclər (nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyri-rəsmi ödənişlər, iş üzrə icraat zamanı çəkdiyi xərclər və sair) təqribi hesablamaları əsasən ağlabatan məbləğ – 2.000 manat; bu günə qədər MMC-dən alacağı 7 aylıq ortalama əmək haqqı 1.000 manat hesabı i lə (əmək haqqı razılaşmasına görə birinci ay 700 manat olacaqdır, sonrakı aylarda isə 1.500 manata kimi artacaqdır, xx.xx.2022xx.xx.2022-ci il birinci ayın əmək haqqının ödənildiyi nəzərə alındıqda, xx.xx.2022-ci il tarixdən bugünkü günə kimi əhatə edən dövr üçün) – 7.000 manat əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhkəmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla hissələrində) ləğv edilmiş, həmin hissələrdə iddia tələbi qismən təmin olunaraq, müalicə və digər xərclər kimi ağlabatan məbləğ olaraq 300 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, əldən çıxmış fayda (itirilmiş qazanc (gəlir)) kimi xx.xx.2022-ci il tarixdən hazırki qətnamənin qəbul edildiyi xx.xx.2024-ci il tarixə qədər hər ay 350 manat hes ablanmaqla, cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

5. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və ekspert rəyi də nəzərə alınmaqla, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və Ali Məhkəmənin 2(102)-3810/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsindən 23 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş müraciətdən mü əyyən edilir ki, iş üzrə Cavabdeh1 MMC tərəfindən də apellyasiya instansiya məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Cavabdeh tərəfindən verilmiş həmin kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün, mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunur.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3810/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə, iddiaçının apellyasiya instansiya məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin 18 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş, mülki iş məhkəmə baxışından çıxarılaraq apellyasiya məhkəməsinə göndərilmişdir.

8. Apellyasiya instansiya məhkəməsinin 11 iy un 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

9. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublika sı Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

10. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

11. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

12. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

14. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh1 MMC (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüq uquna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

17. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 MMC-yə münasibətdə bu tələblərə əməl etməmişdir.

18. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 MMC tərəfindən ka ssasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni nəzərdə tutulan məbləğdən az ödənilmişdir.

19. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir.

20. İş materiallarından müəyyən edilir k i, iddiaçı tərəfindən verilmiş “maddi ziyan, əldə çıxmış fayda, əmək qabiliyyəti bərpa olunanadək vaxtaşırı ödəmələr və mənəvi zərər” tələbi ilə bağlı iddianın ümumi qiyməti 69.100 manat təşkil edir. İddiaçının əlillik dərəcəsi olduğu üçün iddia ərizəsinin verilməsinə, həmçinin apellyasiya və kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azaddır. Cavabdeh1 MMC isə kassasiya şikayəti vermək üçün 148,65 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 56 manat məbləğində dövlət rüsumu ödəmişdir.

21. Bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti Cavabdeh1 MMC-yə münasibətdə geri qaytarılmalı idi. Çünki Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəlləni n 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

22. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə) apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

24. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

26. Həmçinin apellyasiya instansiyası məhkəməs i Cavabdeh1 MMC-nin kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.

27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3422/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar