Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4286/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Ləğv Prosesində Olan QSC “XXXXX” KB-nın Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv Prosesində Olan QSC “XXXXX” KB Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qət namənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Kreditor QSC “XXXXX” KB ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh kreditorun xeyrinə 1765 manat əsas borc, 1713,01 manat faiz borc, 3703,85 manat cərimə olmaqla, cəmi 7181,86 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və kreditorun ərizəsi əsasında məhkəmə əmri verilmişdir. Daha sonra borclunun həmin əmrdən verilmiş etirazına əsasən məhkəmə əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılması qərara almışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Əliyev, iş 2(005)-4552/2018) iddiaçı Ləğv prosesində ola n QSC “XXXXX” KB-nin Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev(sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-674/2018) iddiaçı Ləğv Prosesində Olan QSC “XXXXX” KB-nın apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Ləğv Prosesində Olan QSC “XXXXX” KB kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 06 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməkl ə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bank ilə Cavabdeh ilə arasında 28 fevral 2012-ci il tarixli 130/01/4465/12 saylı kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərtilə 24 ay müddətinə 1765 manat məbləğində kredit verilmişdir. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin müddəti 28 fevral 2014-cü il tarixdə bitmişdir. Borclu Cavabdeh tərəfindən 28.02.2012-ci il tarixdən sonra ödəniş edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 376, 377.2, 375.2, 378-ci maddələrinin t ətbiqi ilə razılaşmışdır. Ləğv Prosesində Olan QSC “XXXXX” KB kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 28 fevral 2012-ci il tarixli 130/01/4465/2012 kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də 28 fevral 2012-ci il tarixli 130/01/4465/2012 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olun anlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Azərbaycan Respublikası Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir kı, Cavabdeh ilə QSC "Bank Standart” KB arasında 28 fevral 2012-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 28 fevral 2014-cü il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır....həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 28 fevral 2017-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 11.09.2018-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4286/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4286/2019
16.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver