Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4286/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İKB (xxxx) ASC-nin vəkili Vnun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən İddiaçı İKB (xxxx) ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim V.Ruvinov) xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İ ddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13861.51 ABŞ dolları əsas, 4162.11 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 687.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 18810.67 ABŞ dolları borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov, Ş.Abaso v, S.Qafari) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsinin qismən, əsas və illik 5% borclarına aid hissədə dəyişiklik edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” ASC-nin (İddiaçı İKB) xeyrinə 12.760,87 ABŞ dolları əsas borcun, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə (illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) 627,41 ABŞ dolları faiz borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, qətnamənin qalan hissələrdə Cavabdeh1 şikayəti üzrə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizala rının dəyəri olan 300 manatın 150 manatının iddiaçı “xxxx” ASC-dən (İddiaçı İKB ASC-dən), 150 manatının Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı İKB (xxxx) ASC iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13861.51 ABŞ dolları əsas, 5674.59 ABŞ dolları faiz borcu və 2762.32 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22256.42 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə q ətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı İKB ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13861.51 ABŞ dolları əsas, 4162.11 ABŞ dolları faiz borcu və 2720.32 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 687.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 21430.99 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı İKB (xxxx) ASC-nin vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə hesablanmış faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Məhkəmə cavabdehin borcunu müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamışdır. Ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Hesab edirlər ki, təkrar ekspertiza təyin edilməli və eks pert rəyi təqdim etdikləri sübutlarla yanaşı qiymətləndirilməlidir. Ona görə də o, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB (xxxx) ASC-nin vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 31978 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxx 2014-cü il tarixli, 4-M-1-0-1300-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx xxxxxxx 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 12.760,87 ABŞ dolları, faiz borcu 4.912,94 ABŞ dolları, xx.xx.2017-ci il tarixdən xx.xx.2 018-ci il tarixə (illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) faiz borcu 627,41 ABŞ dolları müəyyən olunur. Apelyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apelyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehdən 4162,11 ABŞ dolları məbləğində faiz və 100 ABŞ dolları cərimə borcunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması nəticəsinə gəlmişdir. Cavabdeh apellya siya şikayətində mübahisənin Azərbaycan Respublikası MM-nin 422-ci maddəsi tətbiq edilməklə həll edilməli olmasını göstərmişdir. Bununla bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxxxx 2018ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Apelyasiya kollegiyası əlavə təyin etdiyi ekspertiza üzrə ekspert rəyinə uyğun olaraq birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəy işdirilməsi qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışılmışdır. Belə ki, iddiaçı ekspert rəyi ilə borcun düzgün hesablanmadığını göstərsə də, borcun ekspert rəyi ilə düzgün hesablanmamasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Hazırda da iddiaçı məhkəməyə təkrar ekspertizanın keçirilməsini zəruri edə biləcək hər hansı sübutu təqdim etməmişdir. Kasasiya yoxlaması zamanı isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəb ul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vard ır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət da şıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB (xxxx) ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4286/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4286/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver