Məhkəmə qərarları › İş №2(102)-4287/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4287/2020

05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4287/2020 05.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, X nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4314,20 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumun un, ümumilikdə 4344,20 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4602/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 545,60 manat (beş yüz qırx beş manat, altmış qəpik)və 3,80 (üç manat səksən qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 549,40 (beş yüz qırx doqquz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı hesabına tutulması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Məmmədova (sərlik edən və məruzəçi), A.Abbasov və G.Tağızadə) xx xxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsini n xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təşkilat tərəfindən tərtib edilmiş aktlar və cavabdehin qaz xəttinə qanunsuz qoşulma faktı özlüyündə iddianının tam təmin olunması üçün əsasdır. Məhkəmə hesab etmişdir ki, qaz təhcizatının dayandırılması haqqında aktın olmaması iddianın qismən təmin olunması üçün yetərlidir. Dayandırma aktının işdə olmaması istehlakçının müxtəlif vaxtlarda təbii qazdan m üxtəlif vaxtlarda qeyri-qanuni istifadə etmədiyini sübut edən hal kimi qəbul edilə bilməz. Çünki qazdan qanunsuz istifadəni sübut edən aktlar və müxtəlif rakursdan çəkilmiş fotoşəkillər mövcuddur. Qeyd olunan fotoşəkillərdə rezin boru vasitəsilə qanunsuz qoşulma açıq-aşkar görünür. Məhkəmə bu sübutları araşdırmalı olduğu halda bunları etməmiş, dövlət əmlakının süni surətdə əsassız olaraq özgəninkiləşdirilməsinə yol vermişdir.Cavabdeh tərəfindən 2018-ci il tarixdən bu günə kimi bir manat da olsun təbii qazdan istifadəyə görə pul ödəməmişdir.Hətta Birlik tərəfindən quraşdırılmış qaz sayğacını özbaşına açaraq götürmüşdür. Birliyin nümayəndələri tərəfindən qanunsuz qoşulma faktı dəfələrlə qaynaq vasitəsilə dayandırılmasına baxmayaraq abonent tərəfindən yenidən yenidən qaz xəttinə özbaşına qanu nsuz qoşulma aparılmışdır. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinn dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii X2nın pozulması haqqında” aktlarından görünür ki, istehlakçı Cavabdeh məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə olunması aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii X2nın pozulması haqqında” akt əsasında Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 545,60 manat borcunun olması məhkəmə iclasında sübuta yetirilmişdir. Belə ki, Cavabdeh izahatında sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsini qəbul etmişdir. Lakin digər aktlar əsasında cərimə borclarının həqiqətən Cavabdeh tərəfindən kənar xətdən istifadə nəticəsində olması sübuta yetirilmədiyindən iddia tələbi həmin aktlara əsasən hesablanmış cərimə borcları hissəsində rədd edilməlidir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan sonra qazpaylayıcı tərəfindən Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırması və bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş «X2»nın tələbinə görə qazpaylayıcı hər bir akta görə tələb olunan qaydalara əməl etməli vəzifəsi daşıdığı halda bunu etməmişdir. Odur ki, ilkin qanunzuz qoşulma halı xx.xx.2018ci il tarixli, ******* saylı «Təbii X2nın pozulması haqqında» aktla təsiqini tapdığından, həmin aktın mötəbərliyini təkzib edən sübutlar müəyyən edilmədiyindən, Cavabdeh sayğacdan kənar qazdan qeyriqanuni istifadə etməsi nəticəsində sözügedən akt əsasında 545,60 manat borcunun olması əsaslı hesab edilməli, lakin xx.xx.2018-ci il tarixli, ilkin aktdan sonra sayğacdan kənar təbii qazdan istifadə olunması ilə bağlı tərtib olunmuş aktlar əsasında hesablanmış cərimələr əsassız hesab edilməlidir. Beləliklə, apelyasiya məhkəməsi iddiaçının şikayətini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təbii qazdan kənar qoşulma ilə qanunsuz istifadə etməsinə dair xx.xx.2018ci il tarixli, ******* saylı aktdan başqa digər aktl arı etiraf etməmiş, habelə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırma tədbirlərini görməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual normaları düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli qazın alqı-satqısı müqaviləsinin 2.3. 4-cü bəndinə görə, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu müqavilənin və «X2»nın tələblərinə əməl etməlidir. Tərəflər arasındakı münasibətləri tənzimləyən bu normalardan görünür ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da «X2»nın və müqavilə şərtlərinin pozulmasına görə Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşı sının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlahçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Odur ki, Paylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının bir daha qaz xəttinə qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması sonuncunun əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Başqa sözlə, yalnız dayandırma tədbirinin tətbiq edilməməsinə və cavabdehin izahatına əsaslanmaqla iş üzrə nəticəyə gəlinməsi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən belə qoşulmanın təsdiq edilməsinə dair iddia çının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır. Belə ki, Paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktaların həqiqəti əks etdirməsi baxımından mötəbərliliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisəni fiksə etməsi baxımından aidedilənliyi yoxlanılmalıdır. Bununla yanaşı işdəki digər dəlillər (foto, video, izahat, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilməklə kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir. Mülki Prosessual Məcəllənin 80-ci və 81-ci maddələrinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tər əflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qətnamə bu qaydalara əməl edilmədən çıxarılmışdır. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın q əbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-899/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar