Məhkəmə qərarları › İş №2(102)-4288/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4288/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4288/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdehin vəkili Abdalov Şahmar Xanlar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli, 2(103)975/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ona məxsus olan 61.600 avronun, sənədlərin tərcümə və təsdiqi üçün sərf etdiyi 90 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun Cavabdeh tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1233/2018 saylı 07.09.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 60.000 (altmış min) avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumu və 90 (doxsan) manat tərcümə xərcinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, N.Ş.Cəfərov) 29.01.2019-cu il tarixli, 2(103)-975/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsin in 2(009)-1233/2018 saylı 07 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi işə laqeyd yanaşaraq, iş üzrə hərtərəfli araşdırma aparmadan qərar qəb ul etmişdir. Məhkəmə işin düzgün həllinə nail olmaq üçün iddiaçı ilə cavabdeh arasında olan razılaşmanı aydınlaşdırmalı olduğu halda aydınlaşdırmamışdır. Məhkəmə işin hallarına obyektiv qiymət verməmişdir, cavabdeh fikirlərini əhəmiyyətsiz hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehin vəkili Abdalov Şahmar Xanlar oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məh kəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçıya mükafat olaraq 60.000 avro məbləğində maliyyə vəsaitinin ayrılması və həmin vəsaitin cavabdehin bank hesabına köçürülməsi işdə olan sənədlərlə təsdiqlənir. Cavabdeh, iddiaçıya məxsus və əldə etdiyi mükafat məbləğini qaytaracağını 20 iyun 2016-cı il tarixdə imzaladığı öhdəlik sənədi ilə təsdiqləmişdir. A pellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, cavabdeh, iddiaçıya məxsus 60.000 avro vəsaiti əldə etməklə həmin məbləğdə varlanmışdır. Həmin varlanmanın hüquqi əsası müəyyən edilmədiyindən cavabdeh həmin həcmdə əsassız varlanmış sayılır. Ona görə də məhkəmə iddiaçının cavabdehə qarşı 60.000 avronun qaytarılması tələbinin təmin edilməli olması nəticəsinə gəlmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Hazırkı işdə həmin şərtlər mövcuddur. Belə ki, iddiaçıya aldığı mükafat üzrə 60.000 avro məbləğində maliyyə vəsaitinin ayrılması və həmin vəsaitin cavabdehin bank hesabına köçürülməsi işdə olan sənədlərlə təsdiqlənir. Cavabdeh mükafat məbləğini 20 iyun 2016-cı il tarixdək qaytaracağına söz vermiş olsa da, üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir, iddiaçı isə haqlı olaraq məhk əməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb etdiyi pul məbləğini onun razılığı ilə birja əməliyyatına yatırdığını və həmin əməliyyatlarda iflasa uğradığını və bu səbəbdən zərərin hər iki tərəfə aid olmaqla qaytarılmasının mümkünsüz olduğunu göstərir. Cavabdeh həqiqətən pul vəsaitinin birja əməliyyatına qoyması, buna iddiaçının razılığının olması və zərərə düşməsi və bu səbəbdən ödəmənin mümkün olmamasını dair hər hansı sübuta istinad etməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim olunmuş öhdəlik sənədi ilə cavabdeh pul məbləğinin onda olduğum qəbul edərək və qısa müddətdə qaytarılması öhdəlik olaraq öz üzərinə götürmüşdür. Bundan sonra isə apellyasiya şikayətində digər dəlillərə istinad etməsi faktiki olaraq onun izahatında və apellyasiya şikayətində göstəril ənlərin inandırıcılığını azaldır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlillərinə gəldikdə isə kassasiya koll egiyası qeyd edir ki, bu dəlillər onlara qiymətin verilməsinin kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmaması səbəbindən əhəmiyyətsizdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli, 2(103)-975/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar