Məhkəmə qərarları › İş №2(102)-4288/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4288/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4288/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3337/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavab deh1 və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontoruna qarşı xx xxxxxx 2017-ci il tarixdə Sumqayıt «ASAN xidmət» mərkəzinin notariat kontorunda 4/Ə-185 reyestrlə qeydə alınmış, xüsusi notarius X2 tərəfindən təsdiq edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 217,6 kv.metr olan fərdi yaşayış evinin, 0,0307 ha olan tam mülkiyyət hüququ ilə torpaq sahəsinin alqı-satqı müqaviləsinin və onun əsasında DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* №-li çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx xxxxxx 2017-ci il tarixdə qeydiyyata alınmış reyestr qeydinin və digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim E.T.Məmm ədov). Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən, məruzəçi), A.Abbasov və G.Tağızadə, 2(104)738/2020 saylı mülki iş) hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3337/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırmışdır: 2016-cı ilin iyun ayında Xırdalan şəhərində ev almaq fikrinə düşmüşdür. Həyat yoldaşı, X1 və oğlu Əli ilə birlikdə Xırdalan şəhərinə getmiş, ev alqı-satqı ofislərini g əzmiş və nəhayət ki, indiki yaşadığıı ünvan 1 ünvanında olan hazırki mübahisə predmeti olan evi bəyənmişlər. Ev tam hazır deyildi, yəni təmirli deyildi. Evin birinci mərtəbəsi obyekt kimi nəzərdə tutulmuşdu. Əlavə bir mərtəbədə 2 otaq tikilmişdi ki, onlar da ticarıət məqsədi üçün tikilmişdir. Onlar ailəvi düşündükdən sonra bu evi almaq qərarına gəldilər. Evin sahibi, mülkiyyətçisi Cavabdeh1 adlı şəxslə görüşmüş və 170.000 manata satdığını demişdir. Onlar da düşünmək üçün ondan bir neçə gün vaxt istəmişlər. O, yenidən evin sahibi X müəllimlə zəngləşmiş və görüşərək fikrini ona demişdir. Ona bildirmişdir ki, evi 150.000 manata versə, həmin evi alar. Daha sonra ona demişdir ki, ev yarımçıq olduğu üçün onun tam təmir olunması üçün, evdə yaşamaq və obyekti işə salıb işlətmək üçün aşağısı 7000 0-80000 manat xərci var. Xlə razılaşdılar ki, onların Sulutəpədə evi var, onu satdıqdan sonra, onlar bu evi alacaqlar. Ev satışa çıxan kimi onlar Xə 5000 (beş min) manat pul beh verdilər.Bir qədər keçdikdən sonra evi 95000 (doxsan beş min) manata satmılar. Satdıqları evin pulundan əvvəl 20000 (iyirmi min) ilkin ödəniş olaraq almışlar və həmin məbləği də Xə verdikdə onunla şərt kəsmiş və razılaşmışlar ki, pulun bir hissəsini də Xə verəcək, qalan pul ilə yeni evi tam düzəldəcək ki, sonra, əgər pul düzəldə bilməsə, pulun çatmayan hissəsini banka evi girov qoyaraq ipoteka etməklə, kredit götürüb verəcəkdir. Xlə aralarında tam razılaşıb məsələni həll etdikdən sonra o, evin qalan təmir işlərini də yavaş-yavaş gördürməyə başlamışdır. Oğlu Əlinin adına işıq, su, telefon çəkdirmişdir. Evin və obyek tlərin təmirini tam bitirmişdir. Obyektlərin birini kafe etmiş, adını «Dost qapısı» qoymuşdur, yanındakı iki otaq olan ticarət obyektinin bir otağına iki təndir tikdirmiş, o biri otağına isə türk peçi qoyaraq şirniyyat sexi etmək istəmiş, lakin, Xin yerdə qalan pulu tam verilməli idi ki, o, evi mülkiyyətinə keçirərək fəaliyyətə başlasın. O, həmin vaxta kimi, ona, yəni, Xə ümumilikdə 30000 (otuz mir manat) pul vermişdir. Satdığı evin pulundan 65000 (altmış beş min) manatını həmin evin təmirn-tikinti işlərinə xərcləmişdir. Artıq Xə verməyə pulu qalmadı, ancaq, Xin də razılığı ilə evə köçüb yaşamağa başladılar. Xlə də son söhbətləri belə oldu ki, pulun qalanı da verildikdən sonra, alqı-satqı etsinlər, ondan sonra qeyri-yaşayış sahəsində inşa etdikləri obyektlərdə işə başlasınlar. 2016-cı ilin qış aylarında artıq ölkədə devalvasiya başladı və valyuta (ABŞ dolları) qalxaraq vəziyyət çətinləşdi. Onlara ipoteka krediti verən olmadı, kredit götürmək alınsaydı onlar Xin pulunu verib onunla qurtarıb, obyektləri işlədib bankın pulunu ödəyəcəkdilər. Çox çalışmaqlarına baxmayaraq bu məsələ alınmadı. O, həyat yoldaşı və oğlu ilə məsləhətləşdilər və bu qərara gəldilər ki, evi satışa çıxarsınlar, satdıqdan sonra X müəllimin pulunu versinlər və öz pullarını da götürərək, həmin qiymətə münasib bir ev alsınlar. Tam razılığa gəldilər və Xə də öz fikrini bildirdilər. 2017-ci ilin may ayında evi elanlara yerləşdirərək 250.000 (iki yüz əlli min) manata satışa çıxardılar. Bir neçə gündən sonra zənglər gəlməyə başladı, bir neçə nəfər gəlib evə baxdı. Daha sonra 2017-ci ilin iyun ayında XXX və XX ad ında iki nəfər onlara gəldi və əslən Göyçaydan olduqlarını bildirdilər. XX Rusiya vətəndaşı idi və orada yaşayırdı, XXX isə onun baçısının yoldaşı idi. X də söhbətdə iştirak edirdi. Onlar evi, kafeni, təndiri, şirniyyat sexini bəyəndilər və evi almaq fikirləri ciddi olduğundan qiyməti endirmək istədilər. O və X sonunda 230.000 (iki yüz otuz min) manata razılaşdılar. Onlar 10.000 (on min) manat beh verdilər. XX Rusiyaya getdi, onun tapşırığına görə söhbətlərini XXXlə davam etdirdilər. Onlar (XXX) yenə iki dəfəyə 7.000 (yeddimin) manat pul verdi, Bununla da onlar evin pulundan 17000 (on yeddi min) manat verdilər və onlara 213.000 (iki yüz on üç min) manat borcları qaldı və dedilər ki, qısa vaxtda verəcəklər. Sonradan XXX gəlib dedi ki, Rusiyada iqtisadi böhranla bağlı vəziyyət pisləşib, XX ç ətinliyə düşüb. O, da dedi ki, evin yiyəsi X müəllim onları artıq gözləmir, həm də buranı təmir edərkən baldızı Musayeva Səbirədən də 25.000 (iyirmi beş min) manat pul borc almışdır, onu da tez qaytarmalıdır. XXX bir-iki gün sonra yaxınlaşıb Xənə qədərborcuolduğunu soruşdu. XXX dedi ki, pulun müəyyən hissəsini düzəldib verəcəklər, lakin, qalanını düzəldə bilmirlər. XXın vəziyyəti də orada pisdir, özü də gələ bilmir bura, evi XXın anası Cavabdeh2 adına sənədləşdirəcəklər. O bildirmişdir ki, 100.000 (bir yüz min) manat pul da versin, Xlə alqısatqını etsinlər, pulun qalanını da, yəni 113.000 (bir yüz on üç min) manatını da qısa müddətdə bütöv şəkildə onlara ödəyəcək. X onlara inanmadığını və belə bir şərtə razı olmadığını bildirmişdir. Sonradan razılaşdıqları kimi pulun yerdə qalanı, yəni 113.000 (bir yüz on üç min) manat pulunu götürər, 5000 (beç min) manat Səbirəyə borcu qaldığı pulu verərlər və onlara qalan 73.000 (yetmiş üç min) manat pulu da aldıqda özlərinə buna münasib bir ev alarlar. Beləliklə, bir neçə gün sonra XXX gəlmiş, X həyat yoldaşının razılıq ərizəsini və evin sənədlərini götürüb Sumqayıta Asan Xidmətə gəldi. Onlar orada Xlə birlikdə evi XXın anası Cavabdeh2 yəni, XXXin qayınanasının adına alqı-satqı etdilər. Cavabdeh2 onlara 100.000 (bir yüz min) manat pul verdi. xx xxxxxx 2017-ci il tarixli sözü gedən alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra, danışdıqları kimi, evin sənədlərini alan kimi, evin yeni sahibəsi adı gedən Cavabdeh2 ilə onun arasında, xx xxxxx 2017-ci il tarixdə icarə müqaviləsi bağladılar. Həmin müqaviləni Xırdalanda yerləşən Abşeron rayon 1 saylı notariat kontorunda rəsmiləşdirdilər. İcarə müqaviləsinin müddəti 1 (bir) il müəyyən edildi. Bu müddəti də XXXin və X0 Çoban qızının təkidi ilə qoydular ki, hər ehtimala qarşı, ola bilər ki, onlar tərəfindən kreditin götürülərək, onlara çatası yerdə qalan 113.000 (bir yüz on üç min) manat pul məbləğinin verilməsində gecikmə ola bilərdi. Qısa bir müddət sonra, yəni icarə müqaviləsi bağlanıldıqdan heç 3 ay keçməmiş Cavabdeh2 XXX vasitəsilə ona müraciət edərək, icarə müqaviləsinin kreditin götürülməsinə maneçilik törətdiyini bildirdi, dedi ki, fərdi yaşayış evi və obyektlər icarədə olduğu sürətdə banklar tərəfindən həmin daşınmaz əmlakın ipoteka ilə yüklü edilməklə kredit verilməsində çətinlik yaranır. Bir sözlə icarədə olduğu üçün həmin daşınmaz əmlakı ipoteka edib kredit götürmək olmu r, odur ki, icarə müqaviləsinə xitam verilməlidir. O, da sadəlövcəsinə buna inanaraq notariat orqanına gedərək icarə müqaviləsinə vaxtından öncə xitam vermişlər. Onlarevi əlacsız qaldıqları üçün onun real bazar qiymətindən qat-qat aşağı qiymətə satmışlar. Cavabdeh onu aldadaraq evi dəyərindən qat-qat aşağı qiymətə alqı-satqı etmiş və pulunu verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. AN-İ № ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında alqısatqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 217,6 kv.metr olan fərdi yaşayış evinin, 0,0307 ha torpaq sahəsini 100000 manat qiymətinə alıcıya satmağa razılaşmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 217.6 kv.m ölçülü fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh2 ilə icarəçi İddiaçı arasında icarə müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 217,6 kv.metr olan 5 otaqlı fərdi yaşayış evini icarəçiyə vermiş, icarə müqaviləsinin müddəti xx.xx.2027-ci ilədək müəyyən edilmiş, icarəçi hər ay 400 manat icarə haqqını ödəməyə öhdəsinə götürmüşdür. Məhkəmə iş üzrə sübutların məcmus una istinadən hesab etmişdir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır. Belə ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Sumqayıt «ASAN Xidmət» mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4/Ə-185 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair seriya RX ******* saylı çıxarışı DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən alaraq mülkiyyət hüququnu qeydiyyatdan keçirmişdir. Mübahisələndirilən alqısatqı müqaviləsi və həmin müqavilədən yaranan mülkiyyət hüququnun qeydiyyatına dair çıxarış, iddiaçının qanunla qorunan hüquq və azadlıqlarını pozmur, həmçinin iddiaçının maraqlarına toxunmur. İddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəf i olmamış, həmin müqavilə ilə onun xeyrinə və ya ziyanına hər hansı öhdəlik götürülməmişdir. Alqıtaqsı müqaviləsinin predmeti olan ev Cavabdeh1 məxsus olmuş və sonuncu həmin əqdi mübahisələndirmir. Belə olan təqdirdə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin əqdin mübahisələndirilməsi ilə bağlı subyektiv hüququ mövcud deyildir. Hər-hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. B irinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araş dırılmalıdır. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxx 2015-ci il tarixli Qərarında deyilir ki,...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etm ək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə xx xxxxxx 2012-ci il tarixli Qərarları)...” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi m övqe ondan ibarət olmuşdur ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəməkollegiyasıhesabedirki, apellyasiya məhkəməsi haqlı olaraq qeyd olunan normaların tələblərindən çıxış edərək iddianın təmin olunmaması ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. HəminMəcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 məxsus olan evin iddiaçının deməsinə görə onun tərəfindən satılması, bununla bağlı aldadılması, ona görə əqdin etibarsız hesab olunması tələbinin qanuni əsası olmadığbından iddia təmin olunan deyil. Əqd mülkiyyətçi ilə alıcı arasında bağlanmış, evin dəyəri müəyyən edilmiş, mülkiyyətçi evin satılmasına etiraz etmir, onu mübahisələndirmir və həmin evə heç bir hüquqi bağlılığı olmayan şəxs əqdi mübahisələndirir. İşin qe yd olunan halları iddianın təmin olunmasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar