Məhkəmə qərarları › İş №2(102)-4292/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4292/2019

28.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4292/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin MK-ın 19 sentyabr 2018-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbin dair iddiası qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 17913.28 ABŞ dolları məbləğində əsas borcun, 737.38 ABŞ dolları məbləğində faiz borcunun, 80 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 18730.96 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manat pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqının Cavabdeh3 alınaraq iddiaçıya ödənilməsi, tələbin Abşeron rayonu, Xırdalan şəhırində Cavabdeh3 mülkiyyətində olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Xırdalan şəhərində Cavabdeh3 mülkiyyətində olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 100000 manat məbləğində olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasında əldə edilən vəsaitdən ödəniş günü qüvvədə olan məzənnə ilə 18730.96 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manat pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqının iddiaçıya ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhərində Cavabdeh3 mülkiyyətində olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 qızının mənzildən çıxarılmaları, iddia tələbinin qalan hiossədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-ın 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər A.Hüseynov və İ.Xəlilov) Xətai rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh3 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətn amə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasının xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araş dıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh3la iddiaçı arasında 14.02.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə 19% ödəmək şərtilə 80000 ABŞ dolları məbləğində kredit verilmişdir. 18.02.2014-cü il tarixli kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 19.05.2015-ci il tarixli sazişə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək, 17.5%, müddət isə 18.07.2016-cı il tarixədək müəyyən edilmişdir. Eyni zamanda “xxxx” KB ASC ilə Cavabdeh3 arasında 14.02.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanaraq, Abşeron rayonu, Xırdalan şəhərində Cavabdeh3 nülkiyyətində olan 0.0368 ha torpaq sa həsi ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərk ibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtlə ri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh3 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh3 özünə məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxla yana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 sentyabr 2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar