Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4292/2020 02.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-407/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC və Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx xxxx 2018-cu il tarixli qətnaməsi ilə (hakim E.A.Bayramov, iş № 2(13)-1132/2018) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabd eh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası qismən təmin edilərək “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kredit borcuna görə “xxxx” ASC-nin xeyrinə cəmi 30.540,83 manat tutulması, tutmanın ünvan 1-də, 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, evin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməsi, ev satıldıqdan sonra Cavabdeh1 oradan çıxarılmaqla evin boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Şəfiyev, Ə.İ.Məmmədov və A.H.Hüs eynzadə) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx xxxx 2018-cu il tarixli qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməsinə dair hissədə dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiymətinin 45.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Əsgərov Məmiş Aydın oğlu arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 276 ay müddətinə illik 4 faiz olmaqla 34.000 manat məbləğində kredit verilmiş və kredit müqav iləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi cavabdehin etibarnamə üzrə nümayəndəsi Əsgərov Məmiş Aydın oğlu xx xxxxxx 2011-ci il tarixdə “xxxx” ASC-nin Gənclik filialı ilə və satıcı X4 ilə alqı - satqı və ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyi üçün 30.719.87 manat məbləğində borcu yaranmışdır. xx xxxx 2016-cı il tarixdə X2 Palatasının qərarına əsasən “xxxx” ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmiş, Azərbaycan İpoteka Fondu xətti ilə verilmiş bütün ipoteka kreditləri “xxxx” ASC-yə təhkim edilməklə bu barədə cavabdehə məlumat verilmişdir. 2018-ci ilin mart ayında “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini i cra etməməklə müqavilə öhdəliyini pozmasını əsas göstərməklə “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə xx xxxx 2018-ci il tarixə yaranmış cəmi 30.719,87 manat məbləğində kredit borcunun Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1-də yerləşən cavabdehə məxsus 1 №-li fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitinin hesabına borcun ödənilməsi və evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “xxxx” ASC kasasiya şikayəti verərək ipoteka müqa viləsində ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən olunduğu halda apelyasiya instansiyası məhkəməsi tərəfindən 45.000 manat məbləğində, yəni real bazar qiymətinə uyğun olmayan məbləğdə qiymətləndirilməsini əsas göstərməklə qətnamənin qismən ləğv edilməklə həmin halların araşdırılması üçün işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən eyni zamanda Cavabdeh1 kasasiya şikayəti verərək kredit müqaviləsi üzrə borcunu səhhətinin və ailə münasibətlərinin pozulması ilə əlaqədar ödəyə bilməməsini, ödədiyi 25.700 manatın nəzərə alınmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kasasiya k ollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməməli, iddiaçının kasasiya şikayəti isə qismən təmin edilərək qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilib ilkin satış qiymətinin 40.500 manat məbləğində müəyyən edilməsinə, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsini bağlamaqla aldığı krediti müəyyən olunmuş müddətdə və qaydada banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüq uqu vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müəyyən olunduğu kimi cavabdeh kreditin qaytarılmasını lazımınca təmin etməmiş və bununla da müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin xəstələnməsi və ailə münasibətlərinin pozulması onu kredit m üqaviləsi üzrə öhdəliyindən azad etmədiyindən, kollegiya onun kasasiya şikayətinin bu barədə olan dəlillərini əsassız sayır və hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas sayıla bilməz. Müəyyən olunmuşdur ki, kreditin qaytarılmasının lazımınca təmin edilməməsi səbəbindən onun məhkəmə tərəfindən qət olunmuş məbləğdə banka borcu yaranmışdır. Cavabdeh tərəfindən ödənilmiş məbləğin nəzərə alınmadan kredit borcunun müəyyən olunması işdən görünmədiyindən kollegiya kasasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni onun kasasiya şikayətinə münasibətdə əsaslı sayır və hesab edir ki, şikayət təmin edilmədən saxlanılmalıdır. İddiaçının kasasiya şikayətində qətnamənin qanuniliyi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə mübahisələndirildiyindən, kollegiya bankın şikayətinə uyğun olaraq qətnamənin qanuniliyini həmin hissədə yoxlayır. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 45.000 manat məbləğində müəyyən edərkən “xxxx” MMCnin işin 2-ci cildinin 1-13-cü səhifələrində olan qiymətləndirmə rəyinə əsaslanmışdır. Həmin rəyə görə əmlakın bazar dəyəri 45.000 manat, likvid dəyəri isə 40.500 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi ekspertin müəyyən etdiyi bazar dəyəri əsasında əmlakın ilkin satış qiymətinin 45.000 manat olması barədə nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdiril məsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin normanın mənasına görə ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında müəyyən olunmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi qanunun tələbinin ziddinə olaraq əmlakın likvid dəyərini deyil, onun bazar dəyərini əsas göstərməklə ilkin satış qiymətini müəyyən etmişdir. İpoteka predmeti olan əmlakın likvid dəyəri 40.500 manat təşkil etdiyindən, kollegiya hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməklə ilkin satış qiyməti 40.500 manat məbləğində müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. Bank “xxxx” A SC-nin kasasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan evin və torpaq sahəsinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin və əmlakın ilkin satış qiyməti 40.500 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4292/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4292/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver