Məhkəmə qərarları › İş №2(102)-4292/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4292/2023

21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4292/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment miqdarının artırılması) 21.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3940/2023 nömrəli, 21 iyul 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9420/2017 nömrəli, 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 09 fevral 2017-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

2. Cavabdeh "xxxx" KB ASC-də daxili auditor vəzifəsində işləyir və aylıq əmək haqqı 5400 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, Bakı şəhəri Sabunçu Rayon Rayon Məhkəməsinin 2(008)-9420/2017 nömrəli 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə uşağı Leylanın saxlanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilib. Hazırda əldə edilmiş məlumata əsasən cavabdeh "xxxx" KB ASC-də işləyir. Ona görə də alimenti cavabdehin əmək haqqının 1/4 hissəsi miqdarında tələb edir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirib ki, o, məhkəmə qətnaməsi ilə təyin edilmiş məbləğdən də artıq aliment ödəyir. Haz ırda iddiaçıya sabit pul məbləğində aliment ödəməyə razıdır. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi onun işgüzar nüfuzuna xələl gətirməkdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(003)1469/2023 saylı qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9420/2017 nömrəli, 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 fevral 2017-ci il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentun tutulub İddiaçı ödənilməsi, Cavabdeh 133,2 manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişd ir.

7. Məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, cavabdehdən iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 112.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4, 14.2, 88, 112.1.3, 119.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın qismən təmin edilərək Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 fevral 2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatan adək hər ay 600 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun əmək haqqı vergilər və digər tutulmalar çıxıldıqdan sonra 4739 manat təşkil etsə də, kredit və borc öhdəliklərinin həddindən artıq çox olması iddiaçının tələb etdiyi alimentin ödənilməsini demək olar ki, mümkünsüz edir. Onun atası uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkmiş, xx.xx.2022-ci ildə vəfat etmişdir. O, atasının müalicələrini həyata keçirmiş, buna görə də, böyük məbləğdə borc öhdəliyi yaranmışdır. Hazırda cavabdehin banklara və başqa şəxslərə borcları vardır. Bundan əlavə cavabdeh 2020-ci ildən etibarən “Qeyri-spesifik xoralı kolit” xəstəliyindən əziyyət çəkir. Onun aylıq dərman xərcləri 380 manat təşkil edir. Onun əmək haqqında dəyişiklik olduqca, fərqini 5 gün ərzində iddiaçının kartına köçürmüşdür. O, uşağın saxlanılması üçün 400 manat ödənişdən əlavə ay ərzində iki dəfə olmaqla övladının normal qidalanması üçün 150-200 manat məbləğində bazarlıq da iddiaçıya təhvil verib. İddiaçı onun uşaqla ünsiyyətinə maneələr yaratmışdır. İddiaçı yüksək məbləğdə aliment almaqla, həyatını xaricdə davam etdirmək istəyir. İddiaçı “Fchain” maliyyə şirkətində işləyir və kifayət qədər yüksək əmək haqqı alır. O, qeyd olunanlarla bağlı sübutları təqdim etsə də, öz hüquqlarını bilmədiyindən, məhkəmə qəbul etməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyul 2023-cü il tarixli, 2(103)-3940/2023 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), F.A.bdiyev və F. Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Rayon Məhkəməsinin 2(008)-9420/2017 nömrəli, 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən uşağa görə 150 manat miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə, cavabdeh yüksək məbləğdə əmək haqqı alır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, cavabdehin yüksək əmək haqqı alması, uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

13. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi xəstəliyi ilə bağlı sənədlərə münasibətdə qeyd etmişdir ki, qeyd olunan sənədlər prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Belə ki, cavabdehin müraciəti əsasında birinci instansiya məhkəməsi 27 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasını 06 fevral 2022-ci il tarixə təxirə salmış, 06 fevral 2022-ci il tarixdə cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş, sübutlar “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Buna görə də, ko llegiya hesab edir ki, cavabdeh sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyindən, həmin sənədlərə qiymət verilməsinə zərurət qalmır. Hətta kollegiya cavabdehin atasının xəstəliyi ilə bağlı çəkdiyi xərclərə görə borca düşməsi, özünün xəstəliyi kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar onu öz uşağını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin tam ləğv e dilməsi, iddianın qismən təmin edərək Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 09 fevral 2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 600 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması və ya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə uyğun olaraq işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya işin apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş sübutları əsassız olaraq nəzərə almamış və bununla da işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratm amış, cavabdehin prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. Maddə

76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi.

20. Maddə

78. Uşaqların saxlanılması üçün alimentin sab it pul məbləğində tutulması 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü mad dəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 27. 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9420/2017 nömrəli, 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 09 fevral 2017-ci il təvəllüdlü Leyla adlı uşaq iddiaçının yanında saxlanmış və uşağın saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

32. Cavabdeh "xxxx" KB ASC-də daxili auditor vəzifəsində işləyir və aylıq əmək haqqı 5400 manat təşkil edir.

33. Tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

34. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məc əlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

35. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

36. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habel ə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

37. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

38. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təmin at almaq huququ vardır.

39. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmışdır. Bundan başqa, ötən müddətdə cavabdehin maliyyə vəziyyətində alimentin məbləğinə əhəmiyyətli dərəcədə təsir edən dəyişiklik baş vermişdir. Belə ki, cavabdeh hazırda uşaq üçün təyin olunmuş alımentdən əhəmiyyətli dərəcədə çox məbləğdə aliment ödəməyə imkan verən əmək haqqı alır. Bu hal alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır.

40. Ailə Məcəlləsinin 76. 1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi məbləğdə aliment tutulur.

41. Cavabdehə münasibətdə bu normada müəyyən olunmuş məbləğdən az aliment tutulmasına əsas verən sübutlar təqdim olunmamışdır.

42. Kassatorun birinci instansiya məhkəməsində vəkili ilə iştirak edə bilməməsi barədə dəlili əsassızdır. Çünki birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilmiş, məhkəmə hazırlıq iclasında və məhkəmə baxışı iclasında iştirak etmiş, vəkilinin iştirakının təmin olunması barədə hər hansı vəsatət verməmişdir.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətl əndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

44. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3940/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar