Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4293/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim N.Paşayev) xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə iddiaçı “xxxx ” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əsas kredit borcunun, onun faizlərinin və cərimənin alınması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi, cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması və evin banka təhvil verilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, xx.xx.2014–cü il tarixli 034R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 69.882,91 ABŞ dolları əsas kredit borcu, 13.570,56 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 84.153,47 ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb “xxxx” QSC-yə v erilməsi, xx.xx.2014–cü il tarixli 034R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 49.926,13 ABŞ dolları əsas kredit borcu, 11.673,43 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 62.099,56 ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb “xxxx” QSC-yə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan E nömrəli fərdi yaşayış evinə və Cavabdeh1 mülkiyyətində B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan E nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 108.000 manat məbləğində, B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına xx.xx.2014–cü il tarixli 034R********** saylı kredit razılaşması üzrə cəmi 84.153,47 ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə, xx.xx.2014–cü il tarixli 034R********** saylı kredit razılaşması üzrə cəmi 62.099,56 ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb “xxxx” QSC-yə verilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb “xxxx” QSC-yə verilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və o satıldıqda 1 ay ərzində E nömrəli fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi, fərdi yaşayış evinin boşaldılması, B nömrəli fərdi yaşayış evinin t ərkib hissəsindən Cavabdeh1 istifadə hüququna xitam verilməsi, fərdi yaşayış evinin boşaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının alınıb “xxxx” QSC-yə verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat pulun alınıb “xxxx” QSC-yə verilməsi, iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” QSC-yə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi, borc öhdəliyinin icra olunmaması, icra edilməmənin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldiyi səbəbindən ləğvi və xitamı” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində məhkəmə xərcinin alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Əliyeva, R.Muradov, Ə.Məmmədov) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şika yəti vermişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əsas kredit borcunun, onun faizlərinin və cərimənin alınması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi, cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması və evin banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 034R********** saylı kredit razılaşması üzrə 70.000 ABŞ dolları əsas kredit borcu, 17.080,88 ABŞ dolları faiz borcu, 31.629 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 118.709,88 ABŞ dollarının, 034R********** sayl ı kredit razılaşması üzrə 50.000 ABŞ dolları əsas kredit borcu, 11.885,41 ABŞ dolları faiz borcu, 22.800 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 84.685,41 ABŞ dollarının, cəmi 203.995,29 ABŞ dollarının, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin E, Cavabdeh2 mülkiyyətindəki 20 nömrəli fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə) və Şəmkir şəhəri, Alı Mustafayev küçəsində yerləşən, Cavabdeh1 mülkiyyətindəki 24 nömrəli fərdi yaşayış evinə (0,05 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 203.995,29 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yö nəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, E, Cavabdeh2 mülkiyyətindəki 20 nömrəli fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi, Şəmkir şəhəri, Alı Mustafayev küçəsində yerləşən, Cavabdeh1 mülkiyyətindəki 24 nömrəli fərdi yaşayış evinə (0,05 ha torpaq sahəsi ilə birl ikdə) tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh “xxxx” QSC-yə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi, borc öhdəliyinin icra olunmaması, icra edilməmənin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldiyi səbəbindən ləğvi və xitamı” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, “xxxx” QSC ilə onun arasında xx.xx.2014-cü il tarixli, 034L**********58 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014–cü il tarixli 034R********** saylı və xx.xx.2014–cü il tarixli 034R********** saylı k redit müqavilələrinin etibarsız hesab edilməsi və borc öhdəliyinin icra olunmaması, icra edilməmənin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldiyi səbəbindən ləğvi və xitam edilməsi, rüsum kimi ödədiyi 30 manat pulun “xxxx” QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili R kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosesual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, Cavabdeh1 "xxxx" QSC-dən krediti manatla istəmişdir və bankdan da, pul ona manatla verilmişdir. L akin həmin vaxt ona pulun ABŞ dolları məzənnəsi ilə götürməsi barədə bank işçiləri tərəfindən məlumat verilməmişdir. Bundan sonra o, aylıq ödənişini hər ay manatla ödəmişdir və ona verilən kreditin dollarla olması barədə onun məlumatı məlum devalvasiyadan sonra olmuşdur. Hazırda həmin vaxtdan bəri ABŞ dolları dəfələrlə artmışdır. Azərbaycan Respublikasında iqtisadi böhranın dayanmadan artdığı bir dövrdə kredit borcunun ödənilməsi cavabdehdən asılı olmadan qeyrimümkün olmuşdur. Əslində götürdüyü kreditdən 2 dəfədən çox ödəmək məcburiyyətində qalmışdır. Müqavilə üzrə öhdəliklərə əməl olunmamasına görə o, təqsirkar deyildir. Cavabdeh1 müqavilə bağlayarkən gələcəkdə belə bir problemlə qarşılaşacağını bilsəydi müqavilə bağlamaz, kredit götürməzdi. Əslində borcun yaranması fors-major hallarına a id olduğundan müqaviləyə xitam verilməlidir. Həmçinin iddiaçının ona qarşı ipoteka əmlakına tutmanın yönəldilməsinin və həmin fərdi yaşayış evini öz mülkiyyətinə keçirməklə gələcəkdə mənzil üzərində onun mülkiyyət hüququna və ailə üzvlərinin isə istifadə hüququna xitam verilməklə boşaldılması barədə iddiasını məhkəmə təmin edən zaman onun və ailə üzvlərinin olmasını nəzərə alaraq tutmanın təxirə salınması məsələsini araşdırmamışdır. Həmçinin onun və ailə üzvlərinin mənzilin ipotekaya qoyan zaman gələcəkdə həmin mənzili qeyri-şərtsiz boşaldılması barədə iradəsinin olmamasını, o, cümlədən ipotekaya qoyduğu mənzilin onun və ailəsinin həmin evdən başqa yaşayış yerinin olmamasını nəzərə almamışdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli aydınlaşdırmamış, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1, vəkili R, iddiaçı “xxxx” QSC-nin səlahiyyətli nümayəndəsi, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə ba xılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən qarşılıqlı iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut nə birinci instansiya, nə də, təklif olunmasına baxmayaraq apelyasiya baxışına təqdim edilməmişdir. Ona görə apelyasiya kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, həqiqətən də Cavabdeh1 qarşılıqlı iddiasının əsaslı olması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də apelyasiya kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələ b etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ü çün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə ü sulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bunu nla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4293/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4293/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver