Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4293/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB ASC-nin (hazırda "xxxx" ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, apellyasiya baxışının hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(104)455/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 05 yanvar 2015-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı X1 ASC tərəfindən Cavabdeh1 illik 25% dərəcəsi ilə 36 ay müddətinə 12800 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kreditin təminatı olaraq 05 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Şirvanlı kəndində 0,09 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilə ilə ipoteka predmetinin qiyməti 26000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 10545,30 ABŞ dolları əsas, 2404,15 ABŞ dolları faiz, 517,98 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi 13467,43 məbləğində borcun ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində ödənilməsi, həmçinin bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat xidmət haqqının və rüsumunun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki ipoteka predmeti olan Bərdə rayonu, Şirvanlı kəndində 0,09 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcu n hərracdan əldə olunan vəsait hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 26000 manat müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi hərracda satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarına xitam verilərək evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıya tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, həmin borc tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir.
5. İş üzə birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin 27 sentyabr 2017-ci il tarixli rəyinə əsasən Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinin 21 sentyabr 2017-ci il tarixinə bazar dəyəri 36400 manat təşkil edir.
6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 20 iyul 2018-ci il tarixli rəyinə əsasən kredit müqaviləsinin şərtləri nəzərə alınaraq, Cavabdeh1 15 sentyabr 2017-ci il tarixə 10689,18 ABŞ dolları əsas borc, 4810,13 ABŞ dolları faiz borcu, 330,48 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15829,79 ABŞ dolları məbləğində borcunun olması müəyyən edilmişdir.
7. Bərdə Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(021)-25/2019 nömrəli qətnaməsi ilə (hakim S.İ.Seyfullayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 05 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10545,30 ABŞ dolları əsas, 2404,15 ABŞ dolları məbləğində faiz borcu, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəm i 12957,45 ABŞ dolları məbləğində kredit borcunun ödəniş günü manata olan məzənnəsi ilə Azərbaycan manatı ekvivalentində, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın 05 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə 0,09 ha torpaq sahəsi ilə yönəldilməklə həmin evin açıq hərracda satılması, həmin evin ilkin satış qiymətinin 36400 manat qiymətləndirilməsi, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 05 yanvar 201-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı İKB ASC-yə olan borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə təsdiq olunduğu kimi borcalan Bankdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddianın dəbbə puluna dair hissəsində isə məhkəmə belə qənaətə gəlmişdir ki, borcalanın bankdan götürdüyü kredit borcuna görə yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin onun əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq tutulmalı dəbbə pulunun məbləği azaldılmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni n hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 385.1, 427.3, 442, 443.1, 448.1, 467, 739.1-ci, “İpoteka haqqında” Qanunun 34.1, 39.3 və 59.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(021)-25/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
11. Apellyasiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin 23 aprel 2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, ipoteka predmeti olan Bərdə rayonu, Şirvanlı kəndində mülkiyyətdə olan 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 36000 manat, likvid dəyəri 32000 manat məbləğində müəyyən edilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(104)-455/2021 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Mehtiyevdən və R.Z.Mamedovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(021)25/2019 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bərdə rayonu, Şirvanlı kəndində 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 36400 manat məbləğində müəyyənləşdirilməsi hissəsində dəyişdirilmiş, ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş həmin evin ilkin satış qiyməti kimi likvid qiymətinin 32000 manat məbləğində müəyyən edilmə si, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdi.
13. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində “İpoteka haqqında” Qanunun 39-cu maddəsinə istinad etməklə, keçirilmiş qiymətləndirmə rəyinə əsasən onun likvid qiymətinin 32000 manat məbləğində müəyyənləşdirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(104)-455/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tə rəfindən Mülki Məcəllənin 425.1-ci, “İpoteka haqqında” Qanunun 39.3.3, 59.3-cü, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci, Mülki Prosessual Məcəllənin 88, 106, 218.3-cü maddələri pozulmuşdur. Belə ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığı üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə onun götürdüyü kreditin “Problemli kreditlərlə bağlı” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsini nəzərə almamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətini 36400 manat məbləğində müəyyən etsə də, apellyasiya məhkəməsi evi daha aşağı həddə 32000 manat dəyərində qiymətləndirmişdir. Həmçinin, qətnamə cavabdehlərin ipoteka predmetində çıxarılması hissəsində qanunsuz olmuşdur.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarıl an ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məc əllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və mi qdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetini n ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayi nə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandır ılmış qərardad qəbul etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda işt irak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 23. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icra ata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yal nız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya hədlərindən kənara çıxıldığından, kassasiya şikayəti qismən təmin edilməlidir.
25. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçı bank qarşısında kredit müqaviləsi üzrə borcun olması mübahisələndirilmir. Hazırda cavabdeh həmin borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikas ı Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsini qeyd etsə də, bu dəlili apellyasiya şikayətində irəli sürməmiş və bununla bağlı apellyasiya məhkəməsinə hər hansı sübutu təqdim etməmişdir. Halbuki, qeyd olunan Fərmanının 7.1-ci bəndi ilə banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Azərbaycan Respublikasının Ma liyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır. Bu səbəbdən kassasiya şikayətinin qeyd olunan dəlili əsaslı hesab oluna bilməz.
26. Eyni zamanda qətnamənin cavabdehlərin ipoteka predmetindən çıxarılması hissəsində qanunsuz olmasına dair kassasiya şikayətinin dəlili formal xarakter daşıyır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı belə tələb irəli sürsə də, birinci instansiya məhkəməsi tərəfindən iddia həmin hissədə təmin olunmamış və iddiaçı apellyasiya şikayəti verməmişdir. Təmin olunmayan və mübahisələndirilməyən tələbin apellyasiya məhkəməsi tərəfindən müzakirə olunmaması qətnamənin ləğvi üçün əsas ola bilməz.
27. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiyməti olsa və iş üzrə keçirilmiş ekspert hesabatı ilə Cavabdeh1 mülkiyyətində olan mənzilin likvid dəyəri 32000 manat məbləğində müəyyən edilsə də, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi həmin əmlakın ilkin satış qiymətini 36400 manat məbləğində müəyyən etmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, apellyasiya şikayətini verən cavabdeh isə qeyd olunan qiymətin aşağı olmasından şikayət etmişdir.
28. İddiaçı ipoteka predmetinin daha yüksək qiymətlə açıq hərracdan satılmasına razı olduğu halda, apellyasiya məhkəməsi apellyatorun mənafeyinə zidd olaraq, həmin qiyməti birinci instansiya məhkəməsinin müəyyən etdiyi qiymətdən daha da aşağı məbləğlə müəyyən etməklə apellyasiya bax ışının hədlərindən kənara çıxmışdır.
29. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin qətnaməsi göstərilən hissədə ləğv edilməli və ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin müqavilədə razılaşdıqları dəyərlə yenidən müəyyən edilməlidir.
30. Bu zaman məhkəmə kollegiyası cavabdehin ipoteka predmetinin ilkin satış qiymətinin daha yüksək olması ilə bağlı sübutları məhkəmələrə təqdim etməməsi səbəbindən apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş qiymətləndirməni mötəbər sübut qismində qiymətləndirir, lakin hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi qiymətdən iddiaçının şikayəti olmadığı üçün həmin qiymətləndirmə hesabatı nəzərə alınmadan əmlakın qiyməti müəyyən olunmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(104)-455/2021 nömrəli qətnaməsi qismən, yəni ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Şirvanlı kəndində 0,09 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Şirvanlı kəndində 0,09 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 36400 (otuz altı min dörd yüz) manat məbləğində müəyyən edilsin. Gə ncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(104)-455/2021 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.