Məhkəmə qərarları › İş №2(102)-4297/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4297/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4297/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, onun vəkili SSS qızının, Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs: X1) qarşı öhdəliyi yerinə yetirmədiyinə görə artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(103)-1561/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmi ş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öhdəliyi yerinə yetirmədiyinə görə və ona inşa etdiyi evdə görülən işləri qüsurla yerinə yetirdiyi üçün ona verdiyi 30500 manat nağd pulun müqabilində 25000 manatlıq iş gördüyü üçün 5500 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasmı xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı iddia tələbinin həcmini artırmaqla Cavabdeh əlavə olaraq ona vurduğu maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 20000 manat və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(001) -12328/2017 saylı qətnaməsi ilə (hakim A.Ə.Rzayev) İddiaçı Cavabdeh qarşı öhdəliyi yerinə yetirmədiyinə görə artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh öhdəliyi tam yerinə yetirmədiyinə görə iddiaçı üçün inşa etdiyi evdə görülən işləri qüsurla yerinə yetirdiyi üçün cavabdehə ödənilmiş puldan 4548 (dörd min beş yüz qırx səkkiz) manat vəsait Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə və mənəvi ziyanın tutulması hissəsində rədd edilməsi, iddia qismən təmin edildiyindən, iş üzrə məhkəmə məsrəfi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli) manatın 18%-i, yəni 9 (doqquz) manatı Cavabdeh və qalan 82%-i, yəni 41 (qırx bir) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzini n hesabına ödənilməsi, iddia ərizəsi qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18%-i, yəni 5.40 (beş manat qırx qəpik) manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 82%-i, yəni 24.6 (iyirmi dörd manat altmış qəpik) manatın iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli 2(103)1561/2019 saylı qətnaməsi ilə (X2 (sədrlik edən və məruzəçi) hakimlər X3 və X8) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli 2(103)-1561/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏ LİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, tikintidə fəhlə kimi çalışan şəxslərin dindirilməsinə şərait yaradılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmə müstəqil ekspertin rəyini almaq əvəzinə təkrarən Məhkəmə Ekspertiz Mərkəzinə rəy üçün müraciət etmiş, məhkəmələr tərəfindən evə baxış keçirilməmiş və yalnız ekspert rəyi ilə kifayətlənilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli 2(103)-1561/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabd eh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili SSS qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin araşdırılmış hallarından da göründüyü kimi iddiaçı cavabdehə ev tikib təhvil verməsi üçün 30.500 manat pul verərək aralarında şifahi razılığa gəlmişdirlər. Lakin birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə ekspertiza təyin edilmiş və görülmüş işlərin dəyərinin 25952 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24711 saylı, 06.11.2017-ci il tarixli ekspert rəyinə əsasən məlum olur ki, YYY küçəsində yerləşən fərdi yaşayış evi üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümu mi dəyəri 25.952 manat məbləğində olduğu müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, verilmiş 30500 manat müqabilində evi tam hazır etməmiş, təmir işləri yarımçıq qalmış, 30500 manat iddiaçıdan vəsait almasına baxmayaraq 25952 manat dəyərində iş görmüş, beləliklə də iddiaçının vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Buna görə də, birinci instansiya məhkəməsi Cavabdeh öhdəliyi tam yerinə yetirmədiyinə görə iddiaçı üçün inşa etdiyi evdə görülən işləri qüsurla yerinə yetirdiyi üçün cavabdehə ödənilmiş puldan 4548 (dörd min beş yüz qırx səkkiz) manat vəsaitin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhk əməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilə üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. -752.1-ci maddəsinə əsasən 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podra tçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləş dirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün olaraq müəyyən etmişdir ki, tərəflər arasında şifahi formada podrat müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, verilmiş 30.500 manat müqabilində evi tam hazır etməmiş, təmir işləri yarımçıq qalmış, iddiaçıdan 30.500 manat vəsait almasına baxmayaraq 25952 manat dəyərində iş görmüş, beləliklə də iddiaçının 4548 manat vəsaiti hesabına əsassız olaraq varlanmışdır. İş materiallarından görünür ki, apellyasiya baxışı zama nı iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilməklə ekspertlər qarşısında – “YYY küçəsində yerləşən nömrəsiz evin tikinti və təmir işlərinə çəkilmiş xərc (material və işçi pulu) manatla nə qədər təşkil edir; YYY küçəsində yerləşən nömrəsiz evin tikilməsində hər hansı bir qüsur vardırmı” sualları qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2018-ci il tarixli 21109 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, YYY küçəsində yerləşən nömrəsiz evinin birinci mərtəbənin otaqları, mətbəx, dəhliz və sanitariya qovşağı (hamam-ayaqyolu) üzrə təmir işlərinin tam yerinə yetirildiyi müəyyən edilmişdir. İkinci mərtəbədə xarici və daxili divarları suvanmış, daxili divarlarına şpaklyovka çəkilmişdir. Buna görə də iddiaçıya məxsus yaşayış evində, ilkin ekspertiza baxışından sonra, təmir işlərinin aparıldığı və bununla da, evin əvvəlki, yəni ilkin ekspertiza baxışı keçirilən dövrdə olan vəziyyətinin saxlanılmalıdığı üçün nömrəsiz evin tikinti və təmir işlərinə çəkilmiş xərcin (material və işçi pulu) məbləğini və tikintisində hər hansı bir qüsur olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçıya məxsus yaşayış evində, ilkin ekspertiza baxışından sonra, təmirtamamlanma işləri aparıldığından və bununla da, mənzilin əvvəlki, yəni ilkin ekspertiza baxışı keçirilən dövrdə olan vəziyyəti saxlanılmadığından, mənzil üzrə yerinə yetirilmiş işlərin (iddiaçının mübahisələndirdiyi işlər) ayrı-ayrılıqda növləri, həcmi, miqdarı və digər zəruri göstəriciləri (parametrlər) ilkin ekspertiza baxışı zamanı əldə olunmuş (aşkar edilmiş) məlumatlar və smeta əsasında YYY küçəsində y erləşən nömrəsiz evdə görülmüş tikinti-təmir işlərinin ümumi təqribi dəyəri mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 25952,0 manat (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) məbləğində olduğu müəyyən edilmişdir. Cavabdeh kassasiya şikayətində ekspert rəyi ilə razılaşmayaraq, düzgün rəy verilmədiyini, tikinti materiallarının qiymətinin düzgün göstərilmədiyini, 25.952 manat mal-materiala çəkilmiş xərcdən başqa görülmüş işə görə işçi pulunun nəzərə alınmadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər y üksəkdir. Həmin rəylə razılaşmayan tərəf bunu əsaslandırmalı və rəydə göstərilənlərin düzgün olmamasını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh kassasiya şikayətində görülmüş işlərin dəyərini müəyyən edən ekspert rəyi ilə razılaşmadığını qeyd etsə də, həmin ekspert rəyinin düzgün olmamasını təsdiq edən heç bir sübuta istinad etməmişdir. Eyni zamanda, 06.07.2017-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, ev üzrə aparılmış tikinti və təmir işlərinə görə müəyyən edilmiş 25.952 manata həm tikinti materiallarının dəyəri, həm də həmin işlərin görülməsinin dəyəri daxildir. Həmin rəy üzrə nəticələr təkrara ekspertiza rəyi ilə təsdiq edilmi şdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət e dilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayət i təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(103)-1561/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar