Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4298/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1637/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Fikrət Mirzəyev) 2(008)-3161/2015 say lı 12 may 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 17672,72 ABŞ dolları əsas borc, 16408,52 ABŞ dolları faiz borcu, 4418 ABŞ dolları dəbbə pulu, cəmi 38499,24 (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) ABŞ dolları məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdehə məxsus “Hyundai Sonata” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim İmran Burcayev) 2(008)-3161/2015 saylı 05 aprel 2017-ci il tarixli qə rardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-3161/2015 saylı 12 may 2015-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim İmrna Burcayev) 2(008)-5843/2017 saylı 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 17672,72 ABŞ dolları əsas borc, 16408,52 ABŞ dolları faiz borcu, 4418 ABŞ dolları dəbbə pulu, cəmi 38499,24 ABŞ dolları ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 05 fevral 201 9-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmiş, Cavabdeh İddiaçı ASC-nin ləğvedicisi “X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli olan əsas borc 17671,90 ABŞ dolları, faiz borcu 5878,36 ABŞ dolları, dəbbə pulu 100 ABŞ dolları, cəmi 23650,26 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC-nin ləğvedicisi “X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və əsas borca hesablanmış faizlərin tutulması, tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19avqust 2010cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17672,72 ABŞ dolları əsas borcun, 16408,52 ABŞ dolları faiz borcunun, 4418 ABŞ dolları dəbbə pulunun, cəmi 38499,24 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ilk növbədə 21 noyabr 2011-ci il tarixli 2277 saylı ipoteka müqaviləsinə əsasən, girov qoyulmuş və borclu Cavabdeh məxsus “Hyundai Sonata” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə edilən vəsaitlə banka olan borcun ödənilməsinədair qətnamə qəbul edilməsini xahiş etmişdi r. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara, tam, hərtərəfli və obyektiv baxmamışdır. Tərəflərin izahatları: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkə məsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 19 avq ust 2010-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC kredit alana 24 ay müddətinə illik 25% hesablanmaqla 24900 manat məbləğində kredit pul vəsaiti verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan “Hyundai Sonata” markalı qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borclu kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin, kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini yerinə yetirməmişdir. İddiaçı cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişd ir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermişdir. Bunun nəticəsində bankın cavabdehdən kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cav abdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və dəbbə borcu üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi maliyyə arayışında cavabdehin 06.01.2015-ci il tarixə olan borcu 17.672,72 ABŞ dolları əsas borcu, 16.408,52 ABŞ dolları faiz borcu və 4418 ABŞ dolları dəbbə borcu təşkil etmişdir. Məhkəmə kredi t müqaviləsi üzrə borc məbləğinin tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü 17 oktyabr 2017-ci il tarixli qərardad ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28726 saylı 04 yanvar 2019-ci il tarixli ekspert rəyindən görünür ki, 19 avqust 2010-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehin 19.08.2012-ci il tarixə (kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətin sonuna) olan əsas borcu 17.671,90 ABŞ dolları, faiz borcu isə 5.878,36 ABŞ dolları təşkil etmişdir. 19 avqust 2010-cu il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsa s verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borcu 17672,72 ABŞ dolları, faiz borcu isə 16408,52 ABŞ dolları faiz borcu təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən müqavilənin bitdiyi 19.08.2012-cı il tarixə ödənilməsi tələb olunan əsas və faiz məbləğinin az hesablandığı müəyyən olunmuşdur. Ona görə də, iddia tələbinin kredit borcu üzrə əsas və faiz məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi kredit məbləği üzrə hesablanmış əsas və faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanmış və iddiaçının mövqeyini əks etdirmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehin 19.08.2012-cı il tarixədək Banka ödənilməmiş əsas borcu 17671,90 ABŞ dolları, faiz borcu isə 5878,36 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək cavabdehdən tutulmalı olan cərimə borcunun 100 ABŞ dolları məbləğinə azaltmışdır. Həmin maddəyə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Apellyasiya ins tansiyası məhkəməsi apellyasiya şikayətinin mahiyyətcə iddia müddətinin ötürüldüyünə dair dəlili ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərar ı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Sadalanan normalara istinad edərək apellyasiya instansiyası məhkəməsi kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 19 avqust 2010-cu il bağlanılmaqla 24 ay müddətinə bağlanılmışdır. Kredit müqavil əsi üzrə öhdəliklərin icrasının son müddəti 19 avqust 2012-ci il tarixdə birmiş, iddiaçı isə hazırkı iddia tələbi ilə 03.03.2015-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Belə olan halda iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin “işdə iddiaçının iştirakı olmadığından iddia ərizəsinin baxılmamış saxlanılmalı olmasına dair” dəlili ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi tərəfindən 08 iyun 2017-ci tarixə təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, iddiaçıya isə həmin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi isə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Həmçinin cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılmasına dair tələb 08 iyun 2017ci il tarixli protokolda öz əksini tapmış və cavabdeh tərəfindən həmin protokola dair qeydlər verilməmişdir.Belə olan halda iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən baxılmamış saxlanılması üçün hüquqi əsas olmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1637/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4298/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4298/2019
24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver