Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4299/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4299/21 (Açar sözlər: bağışlama müqavilənin etibarsız hesab edilməsi, yaşayış sahəsinə köçürülmə, tələbin hüquqi əsasının olmaması) Bakı şəhəri, 27 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə Cavabdeh vəkili Ağayeva Nüşabə Fərman qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh, X5, 1 saylı Bakı “A san xidmət” mərkəzinin Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə, vəkil xidmətinə görə ödənilmiş pulun və dövlət rüsumunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2975/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, pasport qeydiyyatında olduğu Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinə köçürülməsi və istifadə h üququnun tanınması, habelə vəkil xidmətinə görə ödənilmiş 150 manat pulun və 20 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı sonradan tələbinin həcmini artıraraq, Quliyeva Peykər Həmid qızını, habelə 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisini də cavabdeh qismində işə cəlb edərək, digər tələbləri qalmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinə dair cavabdehlər Cavabdeh ilə X6 arasında 18.12.2019-cu il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsini də xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 24 avqust 1979-cu il tarix də nikaha daxil olublar, birgə nikahdan iki övladları var, həmin uşaqlar yetkinlik yaşına çatıblar.
4. İddiaçının cavabdehlə ailə münasibətləri pozulub. Cavabdeh müxtəlif bəhanələrlə ailə daxili münaqişələr yaratmağa başlayaraq, iddiaçını mütəmadi olaraq təhqir edib, döyüb.
5. Buna görə odə iddiaçı məcburiyyət qarşısında qalaraq, qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Goradil qəsəbəsi, 1060 nömrəli evi 14 yanvar 2019-cu il tarixdə tərk edərək, 90 yaşlı atasının himayəsinə sığınmışdır.
6. Onlar əvvəllər Bakı şəhəri, Azadlıq prospekti 142, 33 saylı mənzildə yaşayıblar. Lakin sonradan cavabdeh iddiaçının sadəlöhvlüyündən sui-istifadə edərək, həmin mənzili satmışdr. Buna görə də, iddiaçı 2014-cü ildən 14 yanvar 2019-cu il tarixədək həmin bağ evində yaşamış və hazırda bu evdə pasport qeydi yyatında olsa da, cavabdeh onu yaşamaq üçün həmin evə buraxmır.
7. Hazırda yaşadığı və atasına məxsus olan mənzil də mübahisəli olduğundan iddiaçı həmin evdən də çıxmaq məcburiyyətindədir. İddiaçı dəfələrlə qeydiyyatda olduğu və yaşadığı evə qayıtmaq istəsə də, cavabdehin zorakı hərəkətləri nəticəsində qayıda bilməmişdir. Halbuki iddiaçı uzun müddət cavabdehlə birlikdə həmin bağ evində yaşamış və onunla birgə təsərrufat aparmış, kommunal xərclərin ödənilməsində iştirak etmişdir.
8. Sonradan iddiaçıya məlum olub ki, cavabdeh mübahisədə adı keçən bağ evini anası – digər cavabdeh X5 bağışlayıb. Həmin bağışlama müqaviləsi bağlanarkən bağ evində qeydiyyatda olan şəxslərin razılığı alınmayıb. Bu da müqavilənin etibarsız olmasına dəlalət edir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllən in 228.1, 228.2, 337.1, 666.1, 668.1-ci, Mənzil Məcəlləsinin (1982) 53, 54 və 123-cü maddələrinə istinad edib.
10. Cavabdehlər Cavabdeh və X3 nümayəndəsi və vəkili iddiaya etiraz edib. Etirazın dəlilləri: - mübahisəli bağ evi əvvəllər Cavabdeh atası X4 mülkiyyətində olmuş və sonuncu 26.09.2008-ci il tarixdə evi Cavabdeh, Cavabdeh isə 18.12.2019-cu il tarixdə öz anası, yəni digər cavabdeh X5 bağışlamışdır. Bu baxımdan iddiaçının həmin əmlaka dair mülkiyyət hüququ yaranmamışdır; - iddiaçı əvəllər Cavabdeh mülkiyyətində olan başqa mənzildə yaşamışdır. Sonradan cavabdeh mənzili satmış və onun razılığı ilə iddiaçı 2017-ci ildə bağ evinə köçərək, bir müddət orada yaşamışdır. 2019-cu ilin yanvar ayında isə iddiaçı bağ evini könüllü olaraq tərk edib öz valideyninin mənzilinə köçmüşdür; - bundan sonra isə onların arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
11. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2381/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Abdiyev Fuad)
12. Məhkəmə toplanmış sübutlara, o cümlədən iddiaçının 2017-ci ildən bağ evində yaşaması barədə şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 24.08.1979-cu il tarixdə nikah bağlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Cavabdeh X1 Kamal Yunis oğlunun anası, İddiaçı isə qaynanasıdır. Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evi Cavabdeh atası X4 mülkiyyətində olmuş və o, 26.09.2 008-ci il tarixdə bağ evini Cavabdeh bağışlamışdır. Bundan sonra sonuncu bağ evini 18.12.2019-cu il tarixdə cavabdeh (anası) İddiaçı bağışlamış və hazırda ev sonuncunun mülkiyyətindədir. İddiaçı 19.10.2018-ci il tarixdən bağ evində pasport qeydiyyatındadır.
13. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və ər-arvadın ümumi birgə mülkiyyətinin yaranması və bağışlama müqaviləsi ilə bağlı maddi hüquq normalarına istinadən qeyd edib ki, mübahisəli bağ evi ilk olaraq X4 mülkiyyətində olmuş, sonradan onun tərəfindən notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən 26.09.2008-ci il tarixdə Cavabdeh bağışlanmışdır. Cavabdeh isə aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş 18.12.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən həmin evi cavabdeh (anası) X5 b ağışlanmışdır. Müddət etibarı ilə həmin əmlak cavabdehin mülkiyyətinə onunla iddiaçının nikahda olduğu vaxt daxil olmuş, lakin bu əmlak ümumi gəlirlər hesabına əldə edilməmiş və cavabdehə atası tərəfindən bağışlanmışdır. Bu səbəbdən qeyd edilən əmlak tərəflərin ümumi birgə mülkiyyəti hesab edilə bilməz və cavabdehin ayrıca mülkiyyətini təşkil edir. Bu baxımdan hüquq etibarı ilə qeyd edilən əmlaka hər hansı formada sərəncam vermək üçün İddiaçı razılığı tələb edilmir. Onun həmin bağ evindən istifadə hüququnun olması da hüquqi baxımdan belə bir bağışlama müqaviləsinin bağlanmasına maneə yaratmır və onun istifadə hüququnun xitamına səbəb olmur. Bununla belə, bu müqavilə bağlanan zaman iddiaçıya münasibətdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Bu da öz növbəsində iddia tələ bini bu hissədə rədd edilməsini şərtləndirir. Bu səbəbdən də iddia tələbi “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində əsassızdır və rədd edilməlidir.
14. Birinci instansiya məhkəməsi iddianın “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh ilk olaraq mübahisəli bağ evində deyil, Bakı şəhəri, Azadlıq prospektində yerləşən mənzildə yaşamışlar. Bu mənzil satıldıqdan sonra isə mübahisəli bağ evinə köçmüşlər və iddiaçı 14.01.2019-cu il tarixədək orada yaşamışdır.
15. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli bağ evinə köçmə tarixi və tərk etmə əsasları ilə bağlı iddiaçı və cavabdehlərin izahatları, habelə şahid ifadələri arasında ziddiyyətlər olduğun qeyd edərək göstərib ki, iddiaçı 2014-cü ildən bağ evində ya şadığını, 14.01.2019-cu il tarixdə isə həmin evdən məcburi şəkildə çıxarıldığını, cavabdehlər isə onun 2017-ci ildə bağ evinə köçdüyünü və orada bir müddət yaşadıqdan sonra könüllü şəkildə getdiyini bildirirlər. İddiaçı tərəfində təmin edilmiş və vaxtı ilə həmin evdə yaşamış şahidlər isə iddiaçının bağ evində daimi əsaslarla 2017-ci ildən yaşaması barədə ifadə veriblər.
16. Birinci instansiya məhkəməsi tərəflərin izahatı və şahid ifadələrinə əsasən hesab edib ki, hər bir halda, iddiaçı bağ evində 01 oktyabr 2009-cu il tarixdən sonra daimi əsaslarla yaşamağa başladığından iddiaçının həmin bağ evindən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cü maddəsinin tələbləri tətbiq edilməklə hüquqi qiymət verilməlidir.
17. Birinci instansiya məhkəməsi vurğulayıb ki, iddiaçı ilə cavabdeh nikahda olsalar da, iddiaçının cavabdehin ayrıca mülkiyyətində olan (ümumi birgə mülkiyyət olmayan) bütün yaşayış sahələrindən istifadə etmək hüququ yaranmış olmur. Bunun üçün Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iki halın mövcud olması vacibdir. Birincisi – iddiaçı Cavabdeh ailə üzvü olmalı, ikincisi – yaşayış sahəsində köçürülməli və onunla birlikdə yaşamalıdır. Göründüyü kimi, hər iki hal mövcud olmuş və iddiaçı ailə üzvü olaraq cavabdeh (əri) Cavabdeh ayrıca mülkiyyətində olan bağ evinə köçmüş və orada 14.01.2019-cu il tarixədək yaşamışdır. Bu baxımdan onun mübahisəli bağ evindən istifadə etmək hüququ yaranmışdır. Lakin tərəflər arasında bağlanmış nikah 03.06.2020-ci il tarixdə məhkəmə qaydasında p ozulmuş və onların ailə münasibətlərinə xitam verilmişdir. Bundan sonra iddiaçı cavabdehə münasibətdə “keçmiş ailə üzvü statusu əldə etmiş və buna uyğun olaraq, bağ evindən istifadə etmək hüququnu itirmişdir. Həmin bağ evi hazırda cavabdeh X3 mülkiyyətindədir. İddiaçı yeni mülkiyyətçi olan X3 ailə üzvü deyil, onun oğlu (cavabdeh) Cavabdeh isə keçmiş ailə üzvüdür.
18. İddiaçı evin hazırki mülkiyyətçisi olan cavabdeh X2 özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid edilmədiyindən ona münasibədə “digər qohum” statusu da daşımır. İddiaçı hazırda müliyyətçiyə münasibətdə “digər şəxs” statusu ilə çıxış edir. Bu baxımdan da onun həmin əmlakdan istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində təsbit edilmiş prosedura riayət edilməli id i. Lakin iddiaçının mübahisəli evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla cavabdeh arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır (bu maddə hazırda qüvvədədir və iddiaçının istifadə hüququnun əmələ gəlməsi üçün tərəflərin bu maddələrdə təsbit edilmiş prosedurdan istifadə edilməsinə hər hansı qadağa mövcud deyil. Xüsusilə də iddiaçının istifadə hüququnun yaranması üçün tələb olunan statusa malik olmadığı bir halda).
19. İddiaçının mübahisəli bağ evindən istifadə etmək hüququ yaransa da, sonradan ailə münasibətlərinə xitam verildiyindən o, bu hüququnu itirmişdir. Hazırda da onun belə bir hüququnun tanınması üçün hər hansı əsas mövcud deyi l. Bu səbəbdən iddia tələbi “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsində əsassızdır və rədd edilməlidir.
20. Həmçinin birinci instansiya məhkəməsi “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “yaşayış sahəsinə köçürülmə” hissəsinin bu tələbə münasibətdə törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlib ki, iddia tələbi “yaşayış sahəsinə köçürülmə” hissəsində də əsassızdır və rədd edilməlidir
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 225.1, 228.1, 228.2, 228.4, 337.1, 666.1-ci, Ailə Məcəlləsinin 32.1, 34.1, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı İddiaçı apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
23. İddiaçının apellyasiya şikayətinin iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb.
24. Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(103)-2975/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2381/2020 saylı, 21 oktyabr 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən, məruzəçi), Tofiq Səmədov və İkram Şirinov)
25. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsasız saymış, tətbiq edilən maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh 1 saylı “Asan Xidmət” Mərkəzinin Notariat ofisi nümayəndəs inin (vəkilinin) məhkəmə iclasında içtriakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmlş ş ərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşay ış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin m ülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddə lərinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cü mləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
36. Baxılan iş üzrə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
37. Belə ki, iddia tələbi əsasən iki hissədən ibarət olub, daşınmaz əmlakın (bağ evinin) bağışlama müqaviləsinin etibarsızlığı və iddiaçının həmin bağ evinə is tifadə hüququnun tanınmaqla oraya köçürülməsi barədədir. İddiaçı tələblərinin əsası kimi bağışlama müqaviləsinə onun razılığının alınmamasına və həmin evdə qeydiyyatda olmaqla yaşamasına istinad etmişdir.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə bağ evi Cavabdeh atası tərəfindən bağışlandığı üçün qeyd edilən əmlak tərəflərin ümumi birgə mülkiyyəti hesab edilə bilməz, həmin bağ evi Cavabdeh ayrıca mülkiyyətidir. Hüquq etibarı ilə qeyd edilən əmlaka hər hansı formada sərəncam vermək üçün İddiaçı razılığı tələb edilməyib. Eləcə də, həmin bağ evindən istifadə hüququnun olması da hüquqi baxımdan belə bir bağışlama müqaviləsinin bağlanmasına maneə yaratmır.
39. İddiaçının bağ evindən istifadə hüququnun tanınması barədə tələbə gəldikdə isə müəyyən edilib ki, iddiaçı bağ ev ində 01 oktyabr 2009-cu il tarixdən sonra daimi əsaslarla yaşamağa başladığından iddiaçının həmin bağ evindən istifadə hüququ ilə bağlı tələbə 01 oktyabr 2009-cu il tarixdən sonra tətbiq edilən Mənzil Məcəlləsinin 30-cü maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Mənzil Məcəlləsinin 30-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin normanın tətbiqi ilə bağlı Qərarlarına görə isə iddiaçının həmin tələbi və bu tələbdən doğan evə köçürülmə tələbi təmin edilə bilməz.
40. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı hazırki qərarın 12-20-ci bəndlərində qeyd edilən mövqe və dəyərləndirməni, həmin mövqe ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyini əsaslı və qanuni hesab edir. Çünki həmin bəndlərdə əks edilənlərdən görünür ki, məhkəmələr mübahisəli hüquq münas ibətlərinin yaranma tarixi, bağışlanan əmlakın hüquqi statusu, iddiaçının mübahisədə adı keçən bağ evinə aidiyyatı və s. məsələləri araşdırmış və bütün bunlardan çıxış edərək tələbə tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət vermişlər.
40. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
41. Bu baxımdan, kassasiya şikayətinin dəlilləri əsassızdır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2975/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.