Məhkəmə qərarları › İş №2(102)-430/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-430/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-430/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr, mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5996/2024 nömrəli, 23 okty abr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra – Bank və ya cavabdeh) ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********99 nömrəli “Tam kart çərçivə müqaviləsi”nə əsasən Bank tərəfindən borcalana kredit limiti ayrılmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.2.5-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağını öhdəsinə götürür və buna görə də məsuliyyət da şıyır. Eyni müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağını öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır.

2. İddiaçı +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 22:21-də və 22:26-da OTP-lər göndərilmiş və qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmanız üçün kodunuz: *****08. Tel 937.”

3. İddiaçı məxsus 438750******7211 saylı, 338250******7199 saylı, 338810******7120 saylı hesablardan xx.xx.2023-cü il tarixində yüklü miqdarda pul vəsaiti silinmişdir. 4. “Cinayət işi başlanması və icraa ta qəbul edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır.

5. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli icra qeydi ilə Bankın xeyrinə İddiaçı BPM**********99 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4540.90 manat tutulmuşdur.

6. İddiaçı tərəfindən Banka ünvanlanmış pretenziya məktubuna əsasən İddiaçı Bank tərəfindən icra qeydinin ləğv edilməsi üçün AR Ədliyyə Nazirliyinin Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət edilməsini xahiş etmişdir.

7. İddiaçı məxsus TQS 044 nömrəli fizioterapiya şöbəsində müalicə olunan xəstənin kitabçası, fərqli tarixli resept blankları, “Mediland” H ospitaldan diaqnostika nəticə hesabatı, tibbi kitabçalar əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankın üzərinə ona məxsus olan, bank kartlarından oğurlanmış 4448,26 manat pul vəsaitinin ona ödənilməsi vəzifəsinin qoyulması, Bankın üzərinə onunla bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********9 nömrəli "Tam kart çərçivə müqaviləsi"nə əsasən adına olan bank kartına 4830,27 manat məbləğinin bərpa edilməsi vəzifəsinin Bankın üzərinə qoyulması, Bankdan onun xeyrinə 1000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə ə saslandırmışdır ki, onunla Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Tam kart çərçivə müqaviləsi”nə əsasən Bank onun adına ikitərəfli ödəniş kartını vermişdir. Bundan əlavə Bank tərəfindən ona verilmiş 4127 2081 1623 5523 nömrəli əmək haqqı kartından və 4127 2211 1078 2713 nömrəli pensiya kartından istifadə etmişdir. O, 2023-cü ilin avqust ayına qədər həmin bank kartlarından istifadə etmiş, Bankla arasında heç bir narazılıq və anlaşılmazlıq olmamışdır. Lakin 2023-cü ilin avqust ayının 5-də ona “Tam kart çərçivə müqaviləsi”nə əsasən verilmiş bank kartına xaker hücumu olmuşdur, ona Bank tərəfindən bu barədə məlumat verilməmişdir. 2023-cü ilin avqust ayının 13-də onun bank kartlarından vəsaitlər onun sifarişi olmadan silinmişdir. O, dərhal 937 nömrəsinə (Bankın nömrəsi) və 102 (DİN) n ömrəsinə zəng etmişdir. Bank tərəfindən həmin anda ona bildirilmişdir ki, onun kartlarında heç bir pul vəsaiti yoxdur. Halbuki, pensiya kartında 931,35 manat, əmək haqqı kartında 3209 manat pul var idi. “Tam” kartında isə kredit hissəsində 4830,27 manat vəsait, debet hissəsində 307,91 manat pul var idi, həmin pul vəsaitləri onun məlumatı, razılığı olmadan, onun tərəfindən heç bir hərəkət edilmədən, OTP kodu göndərilmədən, onun tərəfindən OTP kodu təsdiq edilmədən çıxarılmışdır. Qeyd edilən hərəkətlər cavabdehin üzərinə qanunla və müqavilə ilə qoyulmuş öhdəliklərinə əməl etməməsi nəticəsində baş vermişdir. Onun tərəfindən heç bir bank əməliyyatı aparılmadan bank kartlarında olan 9274 manat vəsaitin təhlükəsizliyi qanunvericilik tələblərinə əsasən cavabdeh tərəfindən təmin edilməli idi. Belə ki, o, kart məlumatlarını heç kimə açıqlamamış, bank kartları oğurlanmamış, itirilməmişdir. Ona heç bir SMS, və ya OTP kodu gəlməmiş, və o, həmin kodları təsdiq etməmişdir. Bank birdən birə 9000 manatdan artıq pul vəsaitinin birdəfəyə çıxarılmasına məhdudiyyət qoymamış, bu hərəkət Bankda şübhə doğurmamış, kart bloklanmamışdır. 2023-cü ilin avqust ayından Bankın təqsirindən, Bankda olan pul vəsaitlərinin təhlükəsizliyini təmin etmədiyi üçün keçirdiyi stress nəticəsində 2023-cü ilin dekabr ayına qədər səhhəti ciddi şəkildə pisləşmiş, bir neçə ay intensiv müalicə qəbul etmişdir. Bu səbəbdən keçirdiyi mənəvi iztirabın əvəzində Bankın ona təzminat ödəməyini də zəruri hesab etmişdir.

10. Bank məhkəməyə ərizə ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, iddiaçı ilə Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Tam kart çərçivə müqaviləsi”nin (№ BPM**********99) 8.2.5-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağını öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Həmin Müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. İş materiallarında olan çıxarışdan görünmüşdür ki, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində OTP-lər göndərilmişdir və orada qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq ko dunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır məxfi saxlayın. Mobil tətbiqə daxil olmanız üçün kodunuz *****. Tel 937". Buradan aydın olmuşdur ki, müştəriyə OTP kodlar göndərilsə də, o, bunu inkar etmiş və məsuliyyəti Bankın üzərinə atmışdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1785/2024 nömrəli iş üzrə 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Əfsanə Heydərova).

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də Bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan ona zərərin vurulmasını, Bankın vaxtında öz öhdəliklərini yerinə yetirm ədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə Bankın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, № BPM**********99 nömrəli “Tam kart çərçivə müqaviləsi”nin 8.2.5-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Həmin Müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağını öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclası zamanı izahatlarında Bank tərəfindən ona heç bir OTP kodu göndərilmədiyini bildirilsə də, mülki iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 22:21-də və 22:26-da OTP-lər göndərilmiş və orada qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaz üçün kodunuz: *****08. Tel 937.”

14. Məhkəmə hesab etmişdir ki, əməliyyat zamanı Bankın təqsiri müəyyən edilməmiş, iddiaçı məhkəməyə Bankın təqsiri barədə sübut təqdim etməmişdir.

15. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı üçün, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 1097ci maddələrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsi nin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, 3-cü tələb - Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X1 verdiyi 8i-4444 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə tələbi ümumiyyətlə qətnamədə göstərilməmiş, həmin tələbə ümumiyyətlə qiymət verilməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, onun ***-***-**-** nömrəsinə xx.xx.2023-cü ildə saat 22:21 və 22:26-da OTP-lər göndərilmişdir. Lakin onun tərəfindən həmin OTP kodların təsdiq edilib-edilməməsi araşdırılmamışdır, halbuki dəfələrlə qeyd edilmişdir ki, həmin OTP kodları təsdiq edilməmişdir. Bank da həmin OTP-kodları təsdiq etməyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası m əhkəməsi) 2(103)-5996/2024 nömrəli mülki iş üzrə 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli).

20. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq ilk növbədə diqqətə çatdırmışdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halla rı məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 22:21-də və 22:26-da OTP-lər göndərilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin təqsirli hərəkətləri səbəbindən zərərə məruz qaldığını sübuta yetirə bilməmişdir. MPM-in 77.1-ci maddəsinin mənasına görə isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək iddiaçının vəzifə sidir. Cavabdeh isə iddiaya etirazını əsaslandırdığı faktları, yəni iddiaçıya təhlükəsizlik kodu göndərməsini və iddiaçının həmin kodu qəbul edib təsdiq etməsini sübuta yetirmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin notariusun icra qeydinə məhkəmə tərəfindən münasibət bildirilməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddiaçı tərəfindən irəli sürülmüş tələblər üzrə işə baxır. Notariusun icra qeydinin düzgün verilib-verilməməsi və onun hüquqi nəticələrinin qanuniliyinin yoxlanılması hazırkı məhkəmə baxışının predmetini təşkil etmir və məhkəmə düzgün olaraq onunla bağlı araşdırma aparmamış və münasibət bildirməmişdir.

23. Apellyasiya şikayətinin mənəvi zərərin ödənilməsi tələbinə münasibət bildirilməməsi dəlil inə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin maddi ziyanın ödənilməsində təqsirliliyi sübuta yetmədiyinə görə işə baxan məhkəmə haqlı olaraq mənəvi ziyanın əvəzinin ödənilməsi tələbini də rədd etmişdir və bununla bağlı hər hansı əlavə araşdırma aparılmasına ehtiyac olmamışdır.

24. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışd ır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununun 3, 7, 16, 35 və 37-ci maddələri tətbiq edilərək, iddiaçının apellyasiya şikayəti təmin edilməli idi. Lakin məhkəmə tərəfindən qeyd edilən normalar ümumiyyətlə tətbiq edilməmişdir, halbuki həmin normalar məhz baxılan işdə tərəflərin münasibətini tənzimləyən əsas qanunvericilik normalarıdır.

27. Bank sirrini təşkil edən məlumatlar Bank tərəfindən qorunmadığı üçün iddiaçının hesabında olan vəsaitlər onun icazəsi, razılığı, təsdiqi olmadan çıxarıldığı üçün Bank iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və məhkəmə “Banklar haqqında” AR Qanununun 31.1, 41.1, 41.6-cı maddələrini tətbiq etməli olduğu halda yenə də qeyd edilən normalara ümumiyyətlə müraciət etməmişdir.

28. Məhk əmə Bankdan iddiaçıya vurulan mənəvi zərər kimi tələb etdiyi məbləğdə tutmalı idi, çünki Bankın qanunsuz hərəkətləri – bank kartı məlumatlarının təhlükəsizliyinin təmin edilməməsi nəticəsində iddiaçı güclü stress keçirmişdir, bir neçə ay xəstə yatmışdır, bu barədə sənədləri də məhkəməyə təqdim etmişdir, lakin birinci instansiya məhkəməsi qeyd edilən normaları tətbiq etsə də düzgün tətbiq etməmiş, apellyasiya instansiyası məhkəməsi də həmin normaları tətbiq edərək, iddiaçının iddia tələbini təmin etməli olduğu halda iddianı rədd etmişdir, nəticədə Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinin tələblərini pozmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həcminin artırılması haqqında ərizəyə ümumiyyətlə qiymət verməmiş, həmin ərizədə göstərilən tələblərdən 3-cü tələb Bakı şəhər i 35 saylı notariat ofisinin xüsusi notariusu X1 verdiyi 8i-4444 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə tələbi qətnamədə göstərilməmiş, həmin tələbə qiymət verilməmişdir.

30. Birinci instansiya məhkəməsinə iddiaçının bank kartından pulun cinayət əməlləri nəticəsində çıxarılması barədə cinayət işinin aparılması haqqında Suraxanı Rayon Polis İdarəsinin arayışı təqdim edilmişdir, lakin hər iki məhkəmə tərəfindən həmin hala ümumiyyətlə qiymət verilməmişdir. İddiaçı tərəfindən həmin OTP kodların təsdiq edilib- edilməməsi araşdırılmamışdır. Cavabdeh də iddiaçının həmin OTP-kodları təsdiq etməyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, onun telefonu yoxlanılsın, yoxlanılarsa müəyyən olunar ki, onun tərəfin dən heç bir OTP kodu təsdiq edilməmişdir, mahiyyəti etibarı ilə iddiaçının bu barədə bildirdiyi vəsatət kimi qəbul edilərək, ekspertiza təyin edilməli və ekspertiza qarşısında iddiaçının telefonuna gələn OTP kodların iddiaçı tərəfindən təsdiq edilib-edilmədiyi (1-ci sual), OTP kodlarının hansı İMEİ kodlu telefondan təsdiq edilməsi (2-ci sual) kimi sullar qoyulmaqla, məhkəmə texniki ekspertizası təyin edilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi verilmiş apellyasiya şikayəti əsasında araşdırılma aparmalı olduğu, məhkəmə ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, nəticədə MPM-in 217.1, 165, 167.1.9-cu maddələrini pozmaqla ədalətsiz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.

31. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, “Banklar haqqında” AR Qanununun 31, 41-ci, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununun 3, 7, 16, 35 və 37-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 217, 165, 167-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlak ından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununun 36. 35.1. Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısı aşağıdakı hallarda gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməlidir. 35.1.1. ödəyi ci ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda 35.1.2. ödəyici ödəniş əməliyyatını elektron formada apardıqda; 35.1.3. ödəyici ödəniş hesabına məsafədən giriş yarada bilən kanallar vasitəsilə fırıldaqçılıq və digər sui-istifadə halları ilə bağlı risklərə səbəb ola biləcək istənilən fəaliyyəti həyata keçirdikdə. 37. 35.2. Ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını tətbiq etməlidir. 38. 35.3. Ödəniş xidməti təchizatçısı, o cümlədən vasitəçi və hesab üzrə məlumat xidməti göstərən ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərinin fərdiləşdirilm iş təhlükəsizlik məlumatlarının məxfiliyini və tamlığını qorumalıdır. Ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur. 39. 35.4. Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı vasitəçiyə və hesab üzrə məlumat xidməti təchizatçısına ödəniş xidməti istifadəçiləri üçün təmin etdiyi autentifikasiya proseduruna əsaslanaraq əməliyyatları həyata keçirməyə imkan yaratmalıdır. 40. 37.1. Ödəniş xidməti təchizatçısı və ödəyici ödəniş alətləri vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının maksimum məbləğini qarşılıqlı şəkildə müəyyən edir 41. 37.2. Qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə n əzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir: 37.2.1. ödəniş alətinin təhlükəsizliyinin təmin olunması; 37.2.2. ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması; 37.2.3. ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması. 42. 37.3. Ödəniş xidməti təchizatçısı bu Qanunun 37.2-ci maddəsində nəzərdə tutulduğu hallarda ödəyicini ödəniş alətinin bloklaşdırılması və bunun əsaslandırılmış səbəbi barəsində mümkün olduqda əvvəlcədən və ya ən geci bloklaşdırmadan dərhal sonra məlumatlandırmalıdır, bu şərtlə ki, qanunla belə məlumatın verilməsi qadağan edilməsin. 43. 37.4. Ödəniş xidməti təchizatçısı ödəniş alətinin bloklaşdırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra ödəniş alətini blokdan çıxarmalı və ya yeni ödəniş aləti ilə əvəz etməlidir. 44. 37.5. Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısının və ya vasitəçinin ödəniş xidməti istifadəçisinin ödəniş hesabına çıxış əldə etməsinə və ya əməliyyat aparmasına yalnız bunun icazəsiz və ya fırıldaqçılıq məqsədilə həyata keçirildiyini əsaslandırmaqla imtina edə bilər. Belə hallarda ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı ödəyicini imtinanın səbəbləri barədə yazılı qaydada məlumatlandırır. 45. 37.6. Ödəniş hesabına çıxış əldə edilməsinə imtina etmiş ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısına və ya vasitəçiyə bu Qanunun 37.5-ci maddəsində göstərilən səbə blər aradan qalxdıqdan sonra ödəniş hesabına çıxış əldə etməyə və əməliyyat aparmağa icazə verməlidir. 46. 37.7. Bu Qanunun 37.5-ci maddəsində göstərilən hallar baş verdikdə ödəniş xidməti təchizatçısı hesab üzrə məlumat xidməti təchizatçısı və ya vasitəçi ilə əlaqədar insident barədə dərhal Mərkəzi Banka məlumat verir. Məlumat insidentin təfərrüatlarını və həyata keçirilmiş tədbirin səbəblərini əhatə etməlidir. Mərkəzi Bank məsələni araşdırır və bu Qanuna müvafiq olaraq tədbirlər görür. 47. 42.1. Ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ödəniş əməliyyatları barədə məlumatlara bu Qanunun tələbləri nəzərə alınmaqla bank sirrinin qorunması qaydaları şamil edilir. 48. 42.2. Ödəniş xidməti təchizatçısının ödəniş xidmətini göstərdiyi zaman ödəniş əməliyyatının icrası üçün zəruri olan məlumatla məhdudlaşmaqla ödəniş xidməti istifadəçisi haqqında məlumatları vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə ötürməsi bank sirrinin qorunması qaydalarının pozulması hesab edilmir. 49. 42.3. Ödəniş xidməti təchizatçıları, ödəniş xidmətlərinin göstərilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş xidməti təchizatçılarının idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ya ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır. 50. 42.4. Ödəniş xidməti təchizatçıları ödəniş əməliyyatlarının aparılmasına cəlb etdiyi şəxslərl ə bağladığı müqavilədə bu Qanunun 42.1-ci və 42.2-ci maddələrinin tələblərinin əks olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq norma larına uyğun çıxarılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə çıxardığı qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçının tələbləri irəli sürdüyü dəlillər əsasında yoxlanılmamışdır.

60. İşə baxan məhkəmələr cavabdehə qarşı yönəlmiş iddia üzrə iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmasının sübuta yetirə bilmədiyinə görə rədd etmişlər. Belə ki, məhkəmələrin mövqeyinə görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də Bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan ona zərərin vurulmasını, Bankın vaxtında öz öhdəliklərini yerinə yetirmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

61. İddiaçı iddia ərizəsində göstərir ki, onunla Bank arasında bağlanmış xx.xx.2021ci il tarixli “Tam kart çərçivə müqaviləsi”nə əsasən Bank onun adına ikitərəfli ödəniş kartını vermişdir. Bundan əlavə Bank tərəfindən ona verilmiş 4127 2081 1623 5523 nömrəli əmək ha qqı kartından və 4127 2211 1078 2713 nömrəli pensiya kartından istifadə etmişdir. O, 2023-cü ilin avqust ayına qədər həmin bank kartlarından istifadə etmiş, Bankla arasında heç bir narazılıq və anlaşılmazlıq olmamışdır. Lakin 2023-cü ilin avqust ayının 5-də ona “Tam kart çərçivə müqaviləsi”-nə əsasən verilmiş bank kartına xaker hücumu olmuş, ona Bank tərəfindən bu barədə məlumat verilməmişdir.

62. İddiaçı daha sonra göstərir ki, 2023-cü ilin avqust ayının 13-də onun bank kartlarından vəsaitlər onun sifarişi olmadan silinmişdir. O, dərhal 937 nömrəsinə (Bankın nömrəsi) və 102 (DİN) nömrəsinə zəng etmişdir. Bank tərəfindən həmin anda ona bildirilmişdir ki, onun kartlarında heç bir pul vəsaiti yoxdur. Halbuki, pensiya kartında 931,35 manat, əmək haqqı kartında 3209 manat pul var idi. “Tam” kartında isə kredit hissəsində 4830,27 manat vəsait, debet hissəsində 307,91 manat pul var idi, həmin pul vəsaitləri onun məlumatı, razılığı olmadan, onun tərəfindən heç bir hərəkət edilmədən, OTP kodu göndərilmədən, onun tərəfindən OTP kodu təsdiq edilmədən çıxarılmışdır.

63. Cavabdeh tərəf etirazında göstərir ki, iddiaçı ilə Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Tam kart çərçivə müqaviləsi”nin (№ BPM**********99) 8.2.5-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağını öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Həmin Müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. Bank tərəfindən müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır məxfi saxlayın. Mobil tətbiqə daxil olmanız üçün kodunuz *****. Tel 937" məzmunda OTP-lər göndərilmişdir, lakin iddiaçı bunu inkar etmiş və məsuliyyəti Bankın üzərinə atmışdır.

64. İddiaçı göstərir ki,onun kart hesablarını müdaxilə olunmuş, onun razılığı olmadan hesabında olan məbləğlər çıxarılmış, bank tərəfindən təhlükəsizlik tədbirləri təmin olunmamış, cavabdehin göstərdiyi OTP-lər onun ünvanına daxil olmamış, OTP kodu onun tərəfindən təsdiq olunmamışdır. 65. “Banklar haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən, Azərbay can Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir.

66. Həmin qanunun 41.6-cı maddəsinin tələbindən isə görünür ki, bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. 67. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 35.1-ci maddəsində göstərilir ki, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısı ödəyici ödəniş hesabına məsafədən giriş yarada bilən kanallar vasitəsilə fırıldaqçılıq və digər sui-istifadə halları ilə bağlı risklərə səbəb ola biləcək istənilən fəaliyyəti həyata keçirdikdə gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməlidir.

68. Ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını tətbiq etməlidir. Ödəniş xidməti təchizatçısı, o cümlədən vasitəçi və hesab üzrə məlumat xidməti göstərən ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının məxfiliyini və tamlığını qorumalıdır. Ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiya sı ilə bağlı tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur. Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı vasitəçiyə və hesab üzrə məlumat xidməti təchizatçısına ödəniş xidməti istifadəçiləri üçün təmin etdiyi autentifikasiya proseduruna əsaslanaraq əməliyyatları həyata keçirməyə imkan yaratmalıdır.

69. Bu qərarın 52-ci bəndində göstərilən qanunun 37.2-ci maddəsinin tələbinə görə qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir.

70. Ödəniş xidməti təchizatçısı bu Qanunun 37.2-ci maddəsində nəzərdə tutulduğu hallarda ödəyici ni ödəniş alətinin bloklaşdırılması və bunun əsaslandırılmış səbəbi barəsində mümkün olduqda əvvəlcədən və ya ən geci bloklaşdırmadan dərhal sonra məlumatlandırmalıdır, bu şərtlə ki, qanunla belə məlumatın verilməsi qadağan edilməsin. Ödəniş xidməti təchizatçısı ödəniş alətinin bloklaşdırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra ödəniş alətini blokdan çıxarmalı və ya yeni ödəniş aləti ilə əvəz etməlidir.

71. İşə baxan məhkəmələr cavabdeh tərəfindən iddiaçının telefon nömrəsinə OTP göndərildiyini və məhz həmin OTP nəzərə alınmadan razılıq verilməsi ilə bağlı cavabdeh tərəfin dəlilləri ilə razılaşsa da işdə belə bir məlumatların olmamasını nəzərə almamışdır.

72. Faktiki olaraq OTP-nin göndərilməsi, onun iddiaçı tərəfindən qəbul edilməsi və məhz həmin məlumatlandırmanın edilməsinə baxma yaraq iddiaçı tərəfindən razılığın verilməsi ilə bağlı halların cavabdeh tərəfindən sübut edilməli olmasını nəzərə almamışdır. Çünki iddiaçı ona belə bir məlumatın ona daxil olmamasını və razılıq vermədiyini bəyan edir.

73. Bu baxımdan iddiaçının dəlillərinin aydınlaşdırılması ilə bağlı olaraq məhkəmələr tərəfindən iddiaçıya OTP göndərilib-göndərilməməsi, göndərilmişsə, bunun iddiaçıya çatması, bankın müdaxilənin olmasını bilib-bilməməsi və ya bank müdaxilə ilə məlumata malik olmuşsa (çünki bank müdaxilənin olmasını gördüyü üçün belə OTP-nin göndərildiyini iddia edir) hesabların bloklanmamasının və ya bloklanma barədə hərəkətin edilməsi ilə bağlı iddiaçıya hansı səbəbdən müraciət edilməməsi, məhz hansı kart hesablarından pullların çıxarılması, bu kartların hər birindən pul çıxarılması ilə bağlı bankın təhlükəsizlik baxımından hərəkətlərin nədən ibarət olmalı olması, pul məbləğlərinin cavabdehin göndərilməsini iddia etdiyi OTP-nin daxil olmasında əvvəl və ya sonra çıxarılması, məbləğin birdəfəlik və tam olaraq çıxarılması, hissə-hissə çıxarılmışdırsa bu zaman cavabdeh bankın hərəkətlərinin bu qərarın 52-ci bəndində göstərilən qanunun istinad olunan normalarına uyğun olub-olmaması aydınlaşdırılmalıdır.

74. Nəzərə alınmalıdır ki, ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur. İddiaçı iddia edir ki, lazımi qaydada təhlükəsizlik tədbiriləri təmin olunmadığı üçün cavabdeh tərəfindən ona ziyan vurulmuşdur.

75. İşə baxan məhkəmələr isə gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyən olunmasını nəzərə alaraq sübut etmənin iddiaçıya aid olmasını göstərməklə kifayətlənməməli, müvafiq aydınlığın yaradılması məqsədi ilə belə qaydaları müəyyən edən Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq işə cəlb edərək bu qərarın 58-ci bəndində göstərilən halların aydınlaşdırılmasını təmin etməli olsalar da belə araşdırmanın aparılmasını təmin etməmişlər. Bununla yanaşı qeyd edilməlidir ki, araşdırmaların gedisində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması zərurəti yarandığı təqdirdə müvafiq ekspertizanın təyin olunması tərəflərlə birlikdə müzakirə oluna bilər.

76. Digər tərəfdən işin halları ilə müəyyən edilir ki, iddiaçı məhz hesablarından pulun çıxarılmasından sonra cinayət təqibi orqanına müraciət etmiş, onun ərizəsi əsasında cinayət işi başlanmışdır. Belə olan halda məhkəmələr həmin cinayət işinin nəticələrinə dair məlumat əldə edərək işdə olan digər sübutlarla birlikdə qarşılıqlı olaraq qiymətləndirmə aparmalı olduqlar halda belə aydınlaşdırmanın aparılmasını təmin etməmişlər.

77. İddiaçının digər dəlili iddia tələbinin artılmasına dair ərizəsinin olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən bu dəlilə qiymət verilməməsi ilə bağlı olmuşdur.

78. Məhkəmə kollegiyası qeyd edir ki, yeni apellyasiya baxışında iddiaçının həmin dəlillərinə qiymət verilməli, birinci instansiya məhkəməsində iddia tələbinin artırılmasına dair ərizənin verilməsi, onun icraata qəbul edilib-edilməməsi aydınlaşdırılmalı, müvafiq araşdırmanın nəticəsindən asılı olaraq həmin dəlil prosessual qanunvericiliyin müəyyən etdiyi tələblər baxımından qiymətləndirilməlidir.

79. Beləliklə, müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə vəzifəsini tərəflər arasında düzgün bölüşdürməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

80. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyy ətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.

82. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

83. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

84. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməl idir.

85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 23 oktyabr tarixli, 2(103)-5996/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar