Məhkəmə qərarları › İş №2(102)-4300/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4300/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4300/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X2 və iddiaçının vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(043)-135/2018, hakim Y.X.Həşimov) Ləğv p rosesində olan “X5” ASC-nin ləğvedicisi XXX Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ciil tarixli qətnaməsi ilə (iş № 2(104)-536/2020, hakimlər L.S.Süleymanov, F.Ə.Mehtiyev, A.V.Bayramov) Ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi XXX apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən 7.304 manat əsas, 2.903 manat faiz olmaqla, cəmi 10.207 manat pulun tutularaq ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi XXX xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 20 17-ci il tarixdə ləğv prosesində olan.«X5» ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7.304,10 manat əsas borc, 4.608 manat faiz borcu olmaqla, cəmi 11.912 manat kredit borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, kredit və girov müqavilələrindəki imzanın ona aid olmasını təsdiq edən heç bir sübut olmadığı halda, həmin müqavilələrin onunla bağlandığı barədə əsassız nət icəyə gəlinmiş, girov predmeti olan qızıl-zinət əşyalarının onun məlumatı və razılığı olmadan dəyərindən dəfələrlə aşağı qiymətə satılması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehə qarşı kredit borcunun tutulması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbinin əsası kimi xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyinə istinad etmişdir. İddiaçı iddia ərizəsinə “X5” ASC ilə Cavabdeh adından bağlanmış xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsini və həmin kredit müqaviləsinin təminatı kimi bankla X3 arasında bağlanmış həmin tarixli girov müqaviləsini əlavə etmişdir. Həmin kredit müqaviləsinə əsasən, “X5” ASC ilə Cavabdeh 24 ay müddə tinə illik 30% ödəmək şərti ilə 10.000 manat məbləğində kredit vermişdir. Eyni tarixli girov müqaviləsinə əsasən, X3 ümumilikdə dəyəri 12.000 manat təşkil edən qızıl-zinət əşyalarını həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə banka girov qoymuşdur. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, bank tərəfindən cavabdehə verilmiş 9.400 manat məbləğində kreditin təminatı kimi girovqoyan Məcid Həsənov tərəfindən 12.000 manat məbləğində qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Lakin xx xxxxxx 2014-cü il tarixdə həmin girov predmeti olan qızıl-zinət əşyaları 12.000 manat məbləğində qiymətləndirilsə də, xx xxxxx 2015-ci il tarixdə girovqoyanın iştirakı və razılığı olmadan həmin əşyalar real bazar qiymətindən d əfələrlə az qiymətə, 1170 manata satılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, götürülmüş kreditin təminatı kimi girov qoyulmuş qızıl-zinət əşyaları girov saxlayan bankın tələbini faktik təminat məqamında malik olduğu həcmdə təmin etsə də, sonradan həmin əşyalar qanunvericiliyin tələbi pozulmaqla girovqoyanın razılığı və iştirakı olmadan real bazar qiymətindən dəfələrlə aşağı qiymətə satıldığından kredit borcunun ödənilməmiş qalan hissəsinin cavabdehdən tutulması əsaslı sayıla bilməz. İddiaçı həmin qətnamə ilə razılaşmayaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməyən cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, onunla “X5” ASC arasında həqiqətən kredit münasibətləri olmuşdur, lakin o he ç bir rəsmiləşdirilmə aparılmadan ona 6.000 manat kredit verilmış, bunun müqabilində banka 12.000 manat dəyərində qızıl-zinət əşyası girov qoymış, hər ay 300 manat olmaqla cəmi 4 ay ödəniş etmiş, sonradan ona girov kimi qoyulmuş əşyaların satıldığı məlum olmuş, bununla bərabər bankda depozitə qoyduğu 5.000 manat məbləğində pulu da kredit borcuna silinmişdir. Girov qoyulmuş əşyalar şəxsən ona məxsusdur, girov müqaviləsində göstərilmiş Məcid Həsənov adlı şəxsi ümumiyyətlə tanımır, nə kredit müqaviləsini, nə də girov müqaviləsini imzalamamışdır. Cavabdehin vəsatəti əsasında apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsində “borcalan” qrafasında olan imzaların, həmçinin kassa mə xaric orderində “vəsaiti aldım” qrafasında olan imzanın Cavabdeh tərəfindən icra edilibedilmədiyini müəyyən etmək mümkün deyildir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsadır. Ona görə də, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və cavabdehdən 7.304.10 manat əsas, 2.903,57 manat faiz olmaqla, cəmi 10.207 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Əvvəla, cavabdeh müqavilələrdən ümumiyyətlə məlumatı olmadığını bildirməklə, müqavilələrdə və kassa məxaric orderində icra edilmiş imzaların ona məxsus olmadığını mübahisələndirmiş və apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyi ilə imzanın cavabdeh tərəfindən imza edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Bu halda həmin qeyri-müəyyənliyin i ddiaçının xeyrinə təfsir edilməklə, imzaların cavabdeh tərəfindən icra edilməsi, dolayısı ilə müqavilələrin cavabdeh tərəfindən bağlanmasının təsdiq edilməsi barədə gəlinən nəticə mülki-prosessual qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən isə, cavabdeh “X5” ASC-dən kredit götürdüyünü inkar etməməklə, şifahi qaydada, heç bir rəsmiləşdirmə aparılmadan ona 6.000 manat məbləğində kredit verildiyini, bunun müqabilində 12.000 manat dəyərində qızıl-zinət əşyalarını banka girov qoyduğunu, eyni zamanda hər ay 300 manat olmaqla cəmi 4 ay ödəniş etdiyini, sonradan girov qoyulmuş qızıl-zinət əşyalarının satıldığını və hətta bankda depozitə qoyduğu 5.000 manat məbləğində pulunun da kredit borcuna silindiyini bildirmişdir. Apellyasiya məhkəməsi tərəfindən cavabdehin iş üzrə əhəmiyyət kəsb edən dəlillərinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dairAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında göstərildiyi kimi, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əs aslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin həmin qərarda göstərilmişdir ki, məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmamış, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası işin faktiki halları bərədə irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar