Məhkəmə qərarları › İş №2(102)-4301/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4301/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4301/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(13)-1213/2018 saylı qətnaməsi ilə (hakim M.Ş.Niftəliyev) iddiaçı «xx xx» İKB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 «xxxx» İKB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 15280,47 ABŞ dolları əsas, 9039,85 ABŞ dolları faiz, 1293,01 ABŞ dolları cərimə, cəmi 25613,33 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki X ÜNVANIndə yerləşən 3 otaqlı, 163,5 kv.m. ümumi. 99,7 kv.m. yaşayış, 63,8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinə və 0,08 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun X ÜNVANIndə yerləşən, 3 otaqlı, 163,5 kv.m. ümumi, 99,7 kv.m. yaşayış, 63, 8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına «xxxx» İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan X ÜNVANIndə yerləşən, 3 otaqlı, 163,5 kv.m. ümumi, 99,7 kv.m. sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinə və 0,08 ha torpaq sahəsinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 X ÜNVANIndə yerləşən, 3 otaqlı, 163.5 kv.m. ümumi. 99.7 kv.m.-yaşayış, 63.8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmal arı, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsinə dair iddiası qismən təmin edilmiş, qətnaməyə əsasən Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 15280,47 ABŞ dolları əsas, 8886,41 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə - cəmi 24176 (iyirmi dörd min yüz yetnıiş altı) ABŞ dolları 88 (səksən səkkiz) sent, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq «xxxx» İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məx sus X ÜNVANIndə yerləşən, 3 otaqlı, 163,5 kv.m. ümumi, 99,7 kv.m. yaşayış, 63,8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 «xxxx» İKB ASC-yə olan borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 28000 (iyirmi səkkiz min ) manat müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi hərracda satıldıqdan bir ay sonra Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilərək evdən çıxarılmaları, X ÜNVANIndə yerləşən, 3 otaqlı, 163,5 kv.m. ümumi, 99,7 kv.m. yaşayış, 63,8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh1 və Cavabdeh2 145 (yüz qırx beş) manat tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianm faiz borcu tələbinin qalan 153,44 ABŞ dolları hissəsi, cərimə borcu tələbinin qalan 1283,01 ABŞ dolları hissəsinin, həmçinin tələbin X ÜNVANI 21B ünvanmda yerləşən 0,08 ha torpaq sahəsinə yönəldilməsi və cavabdehlərin oradan çıxarılmasına dair hissəsinin rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Əliyeva (sədrlik edən, məruzəçi), R.Muradov və Ə.Məmmədov, 2(104)901/2019 saylı mülki iş) hazırkı iş üzrə Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilmiş ipoteka əmlakı və onun ilkin sa tış qiymətinin 28000 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tam təmin edilmiş, tutma Cavabdeh1 məxsus X ÜNVANIndə 0,06 8 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 163,5 kv.m. ümumi, 99,7 kv.m. yaşayış, 63,8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinə yönəldilmiş və ipoteka predmeti olan mənzilin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 44000 (qırx dörd min) manat müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh1 faiz borcu üzrə 8886,41 ABŞ dolları tutulması hissəsində azaldılaraq ondan faiz borcu üzrə 8830 (səkkiz min səkkiz yüz otuz) ABŞ dolları 17 (on yeddi) sent (bu məbləğə müvafiq olaraq cəmi borc məbləğ i 24110 ( iyirmi dörd min bir yüz on bir) ABŞ dolları 64 (altmış dörd) sent icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə tutulması, Cavabdeh1 əsas borc üzrə 15280,47 ABŞ dolları və cərimə üzrə 10 ABŞ dolları məbləğində borc icra olunan gün Azərbaycan manatı məzənnəsi ilə tutulması, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini və ipoteka predmeti olan fərdi yaşayış evi hərracda satıldıqdan bir ay sonra Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilərək evdən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq «xxxx» İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus X ÜNVANIndə yerləşən, 3 otaqlı, 163,5 kv.m. ümumi, 99,7 kv.m. yaşayış, 63,8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 «xxxx» İKB ASC-yə olan borcunun ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh1 və Cavabdeh2 145 (yüz qırx beş) manat tutularaq döv lət büdcəsinə köçürülməsi, iddianın qalan faiz borcu və cərimənin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» İKB ASC Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 «xxxx» İKB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 15280,47 ABŞ dolları əsas. 9039,85 ABŞ dolları faiz, 1293,01 ABŞ dolları cərimə, cəmi 25613,33 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki X ÜNVANIndə yerləşən 3 otaqlı, 163,5 kv.m. ümumi. 99,7 kv.m. yaşayış, 63,8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinə və 0,08 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun X ÜNVANIndə yerləşən, 3 otaqlı, 163,5 kv.m. ümumi, 99,7 kv.m. yaşayış, 63,8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına «xxxx» İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan X ÜNVANIndə yerləşən, 3 otaqlı, 163,5 kv.m. ümumi, 99,7 kv.m. sahədən ibarət 21B nömrəli fərdi yaşayış evinə və 0,08 ha torpaq sahəsinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 X ÜNVANIndə yerləşən, 3 otaqlı, 163.5 kv.m. ümumi. 99.7 kv.m.-yaşayış, 63.8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi ya şayış evinə və həyətyanı torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. İddiaçı “xxxx” ASC-nin kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qətnaməsi qəbul olunarkən Bank tərəfindən təqdim olunmuş mötəbər sübutlar nəzərə alınmadan, heç bir normaya istinad edilmədən, əsassız olaraq hakim tərəfindən yalnız məhkəmə ekspertizasının rəy ini əsas götürərək faiz borcu azaldılmışdır. Kredit müqaviləsinin 3.2-ci maddəsinin 3-cü bəndinə əsasən Cavabdeh1 "Kredit və hesablanmış faizlərin müqavilənin 4.1-ci bəndində göstərilmiş qaydada və müddətdə ödəmək və həmçinin vaxtı keçmiş ssuda borcuna görə cərimə faizlərini, qrafik üzrə ödəmələrin vaxtında ödənilməməsinə görə hesablanmış cərimə faizlərini, dəbbə pulunu və yaranmış mübahisənin məhkəmə yolu ilə həlli zamanı Bank tərəfindən çəkilən bütün xərcləri ödəmək" öhdəliyini öz üzərinə götürmüşdür. Ona görə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 28.000 manat müəyyən edilməsi barədə yeni qərar qəbul edilməlidir. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi maddi və prosessual hüq uq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 illik 26 faizlə 36 ay müddətinə 19080 ABŞ dolları kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, borc üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 mülkiyyətindəki X ÜNVANI 21B ünvanında yerləşən 0,08 ha torpaq sahəsində mülkiyyətində olan, 163,5 kv.m. ümuıııi, 99,7 kv.m. yaşayış, 63,8 kv.m. yardımçı sahədən ibarət olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 52500 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli 0707/18/NB saylı fərdi yaşayış evinin qiymə tləndirilməsinə dair ekspertiza rəyindən görünür ki, Cavabdeh1 fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) hazırki bazar qiyməti 44000 manat, 0,08 ha torpaq sahəsinin hazırki bazar qiyməti 16000 manat təşkil edir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və borc məbləğinin hissə-hissə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçının vəkili X2 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya inst ansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq o lunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası İlk növbədə cavabdehin kassasiya şikayəti ilə bağlı qeyd edir ki, nə qədər ki, cavabdeh şikayətində qətnamənin (borcun) hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir, belə bir şikayət təmin oluna bilməz. Çünki borcun hissəhissə icra edilməsi icra icraatı qaydasında həl edilən məsələdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra borclu Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə istinad etməklə ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmin normaya görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını də yişdirməyə haqlıdır. Göründüyü kimi belə bir müraciət məhkəmə qətnaməsinin icrası mərhəlsində və başqa icraatda həll edilməlidir. İddiaçının kassasiya şikayəti ilə bağlı: İddiaçı qətnaməyə iki məsələ ilə bağlı etiraz edir. 1-ci məsəə borcun məbləği, 2-ci məsələ ipoteka ilə yükl edilmiş əmlakın dəyəri. 1-ci məsələ ilə bağlı qeyd olunur ki, borcun məbləğini məhkəmə iş üzrə keçirilmiş ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir. Beləki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 21301 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəfər arasında bağlanılmış 12-MG-1-0-190-15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" İKB ASCyə xx.xx.2018-ci il tarixə (maliyyə arayıında borc hesablanan tarixə ) olan boru 24439,63 ABŞ dolları məbləğində, xx.xx.2018-ci il tarixə (rəyin verildiyi tarixə) olan borcu isə 26922,09 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2018-ci il tarixə olan borc üzrə -əsas borc üzrə 15553,22 ABŞ dolları, faiz borcu üzrə 8886,41 ABŞ dolları, xx.xx.2018-ci il tarixə olan borc üzrə-əsas borc üzrə 15553,22 ABŞ dolları, faiz borcu üzrə-11368,87 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 13171 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəfər arasında bağlanılmış 12-MG-1-0-190-15 saylı xx.xx.2015-ci il tarixli kredit m üqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" İKB ASC-yə xx.xx.2018-ci il tarixə (sualda soruşulan tarixə) olan boru 24383,39 ABŞ dolları, o cümlədən əsas borc üzrə 15553,22 ABŞ dolları, faiz borcu üzrə-8830,17 ABŞ dolları məbləğində müəyyən olunur. İddiaçı tərəf məhkəmənin istinad etdiyi ekspert rəylərinin həqiqiliyini şübhə altına alan hər-hansı mövtəbər sübutlar təqdim edə bilməmiş, ümumi sözlərlə borcun məbləğinin düzgün hesablanmadığını, ekspert rəyinin obyektiv tərtib olunmadığını bildirmişdir. Nəzərə almaq lazımdır ki, xüsusi biliyə malik olan mütəxəssis tərəfindən verilmiş yazılı ekspert rəyini onun əsassız olması barədə şifahi rəylə qüvvədən salmaq olmaz. Ekspert rəyinin həqiqiliyinə şübhə doğuran hallar müəyyən edildiyi təqdirdə təkrar ekspertiza ke çirilə bilər. İddiaçı tərəf isə belə şübhələrə əsas verən sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüqu qunun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. İddiaçı borcun məbləğinin düzgün hesablanmamasına dair mötəbər sübutlar təqdim edə bilmədiyi üçün həmin məsələ ilə bağlı etiraz əsaslı hesab oluna bilməz. Bundan başqa, iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 28.000 manat müyyən edilməsini tələb edir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 aldığı 19080 ABŞ dolları məbləğində kreditin təminatı kimi mülkiyyətində olan X ÜNVANIndə yerləşən, 3 otaqlı, 163,5 kv.m. ümumi, 99,7 kv.m. yaşayış, 63,8 kv.m. yardımçı sahədən ibarət 21B nömrəli fərdi yaşayış evini 0,08 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü etmişdir. İş materiallarının 16-cı səhifəsində olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndində ipoteka ilə yüklü edilmiş əmlakın yerləşdiyi ünvan və təsviri kimi X ÜNVANIndə 0,08 ha torpaq sahəsində yerləşən, 163,5 kv.m. ümumi, 99,7 kv.m. yaşayış, 63,8 kv.m. yardımçı sahədən ibarət olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin olması göstərilmişdir. Belə ki, işdə olan HEBA CONSULTİNG” MMC-nin xx.xx.2019-cu il tarixli Ç-937 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan X ÜNVANIndə yerləşən, 21B nömrəli fərdi yaşayış evi 0,08 ha torpaq sa həsi ilə birlikdə hazırkı bazar qiyməti 44000 manat təşkil edir. Ekspert rəyinə əsasmən evin yerləşdiyi torpaq sahəsinin dəyəri 16.000 manat, evin torpaqla dəyəri isə 44.000 manat təşkil edir. İddiaçı ancaq evin dəyəri olan 28.000 manatın ilkin satış qiyməti kimi göstərilməsini xahiş edir. Hansıki, həmin ev torpaqla birlikdə ipoteka ilə yüklü edilmiş və gələcəkdə tutma bütöv mülkə (evə və torpağa) yönəldiləcəkdir. Nə qədər ki, ipoteka həm torpaq sahəsinə və həm də evə aiddir hər iki əmlakın birlikdə dəyərləndirilməsi əsaslıdır. Həmin əmlakların birlikdə dəyərinin aşağı olmasına dair iddiaçı tərəf mötəbər sübutlar təqdim edə bilməmiş, ümumi sözlərlə son vaxtlar daşınmaz əmlakların dəyərinin qiymətdən düşməsini bildirməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “M əhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr 4 saylı qərarının 2.2-ci bəndinin tələblərinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(013)1213/2018 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının qismən pozulması ilə çıxarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar