Məhkəmə qərarları › İş №2(102)-4301/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4301/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4301/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti) cavabdehlər Cavabdeh1 xxxxxx oğluna və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ödənilməsi, restrukturizasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-943/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməs indən Cavabdeh1 XXX oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" İKB ASC-nin ilə 2 saylı filialı (indiki İddiaçı ASC, bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış 22 sentyabr 2015-ci il tarixli 2-Z1-1-0-428-15 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana 48 ay müddətinə, illik 27% hesabı ilə 7500 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Cavabdeh2 XXXoğlu (bundan sonra – zamin) arasında bağlanmış 2-Z1-1-0428-15 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin borcalanın Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götür müşdür. Bank tərəfindən borcalana ünvanlanmış 05.11.2019-cu il tarixli 15/7585 nömrəli məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, kredit müqaviləsi üzrə gecikmə günləri 360 gündən az olduğu üçün fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları tələblərinə cavab vermir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən borcalana ünvanlanmış 20.12.2019-cu il tarixli ********** nömrəli məktubda qeyd olunmuşdur ki, onunla Bank arasında bağlanmış kredit müqaviləsi Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borc unun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına 4329,92 manat məbləğində kompensasiya ayrılmışdır. Həmin Fərmana əsasən fiziki şəxslərə çatacaq kompensasiyaların ilk növbədə onların banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Bu səbəbdən hesablanmış kompensasiya məbləği proporsional qaydada, ilk növbədə 01.03.2019-cu il tarixinə Bankda 10 gündən artıq gecikməsi olan kredit borcunun azaldılmasına yönəldilmişdir. Bundan sonra onun qeyd olunan tarixə banka olan qalıq əsas kredit borcu 4942,52 manat məbləğ təşkil edir. Əlavə ol araq bildirilmişdir ki, onun kredit üzrə qeyd olunan tarixə ümumi qalıq borcu 17000 manatdan artıq olmasa da, gecikmə günlərinin sayı 360 gündən az olduğundan bu hissədə Fərmanın əhatə dairəsinə düşmür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh1 XXX oğluna və Cavabdeh2 (bundan sonra – cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 22 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2907,37 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə 22 sentyabr 2019-cu il tarixdən 27 yanvar 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 49,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2957,02 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumu nun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan müqavilə şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1, öz növbəsində, qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi, tərəflər arasında bağlanmış 22.09.2015-ci il tarixli, 2-Z1-1-0-428-15 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiya edilməsi və onunla güzəştli şərtlərlə (illik faiz dərəcəsi 1 faiz olmaqla) yeni kredit müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, onun da kredit müqaviləsi Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşü r. Bu səbəbdən də, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet saytında həmin Fərmanla bağlı ona 4.329,92 manat kompensasiya hesablanmışdır. Lakin Fərmanın qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, nədənsə Bank göstərilən Fərmanı onunla bağlanmış kredit müqaviləsinə tətbiq etməmişdir. Belə ki, dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, ona Bank tərəfindən yeni güzəştli kredit müqaviləsinin bağlanılması təklif edilməmiş, belə müqavilənin bağlanılmasından əsassız imtina edilmiş, Prezidentin Fərmanının tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında izahat verən Bankın nümayəndəsi bildirmişdir ki, Prezidentin müvafiq Fərmanına əsasən cavabdehin borcu 2547,01 ABŞ dolları azaldılmışdır. Sözügedən kredit müqaviləsi Fərmanın restrukturizasiya hissəs inin təsir dairəsinə düşməmişdir. Cavabdeh2 XXX oğlu izahat verərək iddianı qismən qəbul etdiyini, iddia tələbi kimi irəli sürülmüş əsas borc üzrə 2907,37 ABŞ dolları borcu olduqlarını etiraf etdiyini, digər hissədə isə, yəni faizləri qəbul etmədiyini bildirərək, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Həmçinin cavabdehlər ərizə təqdim edərək iddia tələbi kimi irəli sürülmüş əsas borc üzrə 2907,37 ABŞ dolları borcu qəbul etdiklərini, lakin digər hissədə faizləri qəbul etmədiklərini bildirərək, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Bank tərəfindən təqdim edilmiş 27.01.2020-ci il tarixli maliyyə arayışına əsasən, borcalanın müqavilə üzrə 2907,37 ABŞ dolları, 49,65 ABŞ dolları əsas borca hesablanmış 5%, ümumilikdə 2957,02 ABŞ dolları borcu vardır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2767/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) ilk iddia tələbi təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniş günü qüvvədə olan Azərbaycan manatı məzənnəsi ilə əsas borc məbləği kimi 2907,37 ABŞ dolları, faiz borcu kimi 49,65 ABŞ dolları, cəmi 2957,02 ABŞ dolları məbləğində borcun və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manatın alınaraq Bankın xeyrinə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqavilə bağlamış və həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşımış, lakin öhdəliklərini yerinə yetirməmi şdir. Bu səbəbdən iddia təmin olunmalı və borc həm borcalandan, həm də kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyan zamindən müştərək qaydada tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəfin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması tərəflərin mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə etməsi, həyata keçirməsi, həmçinin öz hüquq və vəzifələrini müəyyənləşdirmək sərbəstliyinə ziddir və mülki qanunvericiliyin müqavilə azadlığı prinsipini pozur. Ona görə də, qarşılıqlı iddia tələbi qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 6.2, 385.1, 442, 448.1, 472.2, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini qarşılıqlı iddia tələbinə uyğun əsaslandırmış cavabdeh qeyd etmişdir ki, Bank tərəfindən ona münasibətdə kredit borcu restrukturizasiya olunaraq onunla yeni müqavilə bağlanmalıdır. Belə ki, cavabdehlə bağlanmış 22.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, 22.10.2015-22.09.2019-cu il tarixlərdə (48 ay) onun tərəfindən Banka aylıq annuitet qaydada 257,12 ABŞ dolları məbləğində pul ödənilməli idi. Bank tərəfindən ona verilmiş 18.10.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, kr edit müqaviləsinə əsasən, onun tərəfindən cəmi 2741,13 ABŞ dolları ödəniş edilmişdir. Bu ödənişlərin sonuncusu 13.12.2016-cı il tarixdə 110,35 ABŞ dolları olmuşdur. Ümumiyyətlə, bu dövr ərzində aparılmış ödənişlərin əksəriyyəti annuitet qaydada ödəməli olduğu 257,12 ABŞ dollarından az olmuşdur. Göründüyü kimi, onun borcu nə 17.000 manatdan artıq deyil, nə də ki, gecikmə günləri 360 gündən az deyil (yəni Bankın bildirdiyinin əksinə olaraq, 360 gündən çoxdur). Hətta Fərman onun axırıncı ödənişindən iki ildən artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Lakin nə Bank, nə də ki Maliyyə Bazarlarına Nəzarət Palatası nəyə görə gecikmə günlərinin 360 gündən az olmasını əsaslandırmamış, hansı sənədlər əsasında belə hesab etdiklərinə dair hər hansı sənəd təqdim etməmişlər. Bunun əksi olaraq, ona təqdim edilmiş hesabdan çıxarışda yuxarıda qeyd olunanlar, yəni gecikmə günlərinin 800 günə yaxın olduğu (əslində ödənişlərin annuitetdən az olduğunu nəzərə alsaq, gecikmə daha çoxdur) açıq-aşkar görünür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-943/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) аpellyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahi sələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayətində qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcu restrukturizasiya edilməli, cavabdehlə güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanmalıdır. b) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhk əməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ doll arına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi...

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə B azarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləs i bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün:...8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);...8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;...8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-943/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar