Məhkəmə qərarları › İş №2(102)-4303/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4303/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4303/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Saday qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsində n Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.A.Rəsulov) iddia qismən təmin edilmiş, “xxxx”ASC-nin Ağstafa filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 020-AGS/14 saylı, xx.xx.2015-ci il tarixli 015SKMF/15 saylı və xx.xx.2016-cı il tarixli 036-SKMF/16 saylı kredit müqavilələrinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx xxx 2014-cii il tarixli 020-AGS/14 saylı kredit müqaviləsinə 1.560,80 manat əsas, 372,82 manat faiz borcu olmaqla cəmi 1.933,62 manat məbləğində borc, xx xxxxx 2015-ci il tarixli 018-SKMF/15 saylı kredit kredit müqaviləsinəəsasən, 4.406,21 manat əsas, 292,04 manat faiz borc u olmaqla cəmi 4.698,25 manat məbləğində borc və xx xxxxxxxx 2016-cı il tarixli 036-SKMF/16 saylı kredit müqaviləsinə əsasən 13.434,83 manat əsas, 850,20 manat faiz borcu olmaqla, cəmi 14.285,03 manat məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı olaraq 31 manat, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx”ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh3 xüsusi mülkiyyətdə olan Ağstafa rayonu Vurğun qəsəbəsində 0.0293 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 1 mərtəbəli, 92.7 kv.m ümumi sahədən ibarət qeyri- yaşayış binasıaçıq hərrac yolu ilə satılmaqla əldə edilən vəsait hesabına kredit borcunun və rüsumların ödənilməsi təmin edilməsi, artıq qalan məbləğin Cavabdeh3 qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 41700 manat müəyyən edilməsi, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Ağstafa rayonu Yenigün kəndində 0.0664 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 1 mərtəbəli 148 kv.m ümumi sahədən, 36,4 kv.m yaşayış sahəsi, 111.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılmaqla əldə edilən vəsait hesabına kredit borcunun və rüsumların ödənilməsi təmin edilməsi, artıq qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 30.300 manat müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə xx xxx 2014-cti il tarixli 020-AGS/14 sayl ı və xx xxxxx 2015-ci il tarixli 018-SKMF/15 saylı kredit müqavilələri üzrə qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tulularaq “xxxx” ASC-yə ödənilməsi, tərəflərdən müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqatın dəyəri olan 150 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Mehtiyev, hakimlər R.Muradov və L.Süleymanov) apelyasiya şikayəti qismən təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, “xxxx” ASC-nin Ağstafa filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 020-AGS/14 saylı, xx.xx.2015-ci il tarixli 015-SKMF/15 saylı və xx.xx.2016-cı il tarixli 036-SKMF/16 saylı kredit müqavilələrinə xitam verilməsi, Cavabdeh1 xx xxx 2014-cü il tarixli 020-AGS/14 saylı kredit müqaviləsinə əsasən 1.560,80 manat əsas, 372,82 manat faiz borcu olmaqla cəmi 1.933,62 manat məbləğində borcun, xx xxxxx 2015-ci il tarixli 018SKMF/15 saylı kredit kredit müqaviləsinə əsasən, 4.406,21 manat əsas, 292,04 manat faiz borcu olmaqla cəmi 4.698,25 manat məbləğində borcun və xx xxxxxxxx 2016-cı il tarixli 036-SKMF/16 saylı kredit müqaviləsinə əsasən 13.434,83 manat əsas, 850,20 manat faiz borcu olmaqla, cəmi 14.285,03 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yön əldilməsi barədə bildirişin qeydiyyatı üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqı olaraq 31 manat pulun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh3 xüsusi mülkiyyətdə olan Ağstafa rayonu Vurğun qəsəbəsində 0.0293 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 1 mərtəbəli, 92.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi və açıq hərrac yolu ilə satılmaqla əldə edilən vəsaitin hesabına kredit borcunun və rüsumların ödənilməsinin təmin edilməsi, artıq qalan məbləğin Cavabdeh3 qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 41.700 manat müəyyən edilməsi, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Ağstafa ray onu Yenigün kəndində 0.0664 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 1 mərtəbəli 148 kv.m ümumi sahədən, 36.4 kv.m yaşayış sahəsi, 111.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və açıq hərrac yolu ilə satılmaqla əldə edilən vəsaitin hesabına kredit borcunun və rüsumların ödənilməsinin təmin edilməsi, artıq qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 30.300 manat müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə xx xxx 2014-cü il tarixli 020-AGS/14 saylı və xx xxxxx 2015-ci il tarixli 018-SKMF/15 saylı kredit müqavilələri üzrə qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tulularaq “xxxx” ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqatın dəyəri olan 150 manat pulun tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, cavabdehlər X1 və Cavabdeh4 müştərək qaydada 150 manat pulun alınaraq “X6” MMC-nin hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış dır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edib Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcmini azaldaraq mülki işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və iddianı ekspert rəyinə uyğun olaraq təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh3 ərizəsi əsasında Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20 faiz olmaqla 36 ay müddətinə 32.000 manat məbləğində, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 6 faiz olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən illik 6 faiz olmaqla 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla Cavabdeh3 arasında bağlanmış xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan Ağstafa rayonu, Vurğun qəsəbəsində 0.0293 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 1 mərtəbəli, 92.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası 0.0293 ha torpaq sahəsi ilə birlikdə və Bankla Cavabdeh2 arasında bağlanmış xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Ağstafa rayonu, Yenigün kəndində 0.0664 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 1 mərtəbəli, 148 kv.m ümumi sahəsi, 36.4 kv.m yaşayış sahəsi, 111.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi yerləşdiyi 0.0664 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə xx xxx 2014-cii il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh4 arasında xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi isə Bankla Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan Ağstafa rayonu Vurğun qəsəbəsində 0.0293 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 1 mərtəbəli 92.7 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası 0.0293 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmiş və eyni zamanda sözügedən kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh4 arasında xx xxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi isə Bankla Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 201 6-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan Ağstafa rayonu Vurğun qəsəbəsində 0.0293 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 1 mərtəbəli 92.7 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası 0.0293 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh1 xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixinədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcdan 30.417,47 manat faiz borcundan isə 10.858,82 manat ödəniş etmişdir. Hal-hazırda Cavabdeh1 Banka 1.582,53 manat əsas, 372,82 manat faiz, 2.534,88 manat cərimə faizi olmaqla cəmi 4.490,23 manat borcu ödənilməmiş qalmışdır. Həmçinin Cavabdeh1 xx xxxxx 20 15-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixinədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcdan 5.593,79 manat, faiz borcundan isə 966,04 manat ödəniş etmişdir. Hal-hazırda Cavabdeh1 Banka 4.406,21 manat əsas, 292,04 manat faiz, 982,26 manat cərimə faizi olmaqla cəmi 5.680,51 manat ödənilməmiş qalmışdır. Eyni zamanda Cavabdeh1 xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixinədək əsas borcdan 8.333,40 manat və faiz borcundan 3.839,55 manat ödəməli olduğu halda, əsas borcdan 1.565,17 manat, faiz borcundan isə 499 manat ödəniş etmişdir. Hal-hazırda Cavabdeh1 Banka 13.434,83 manat əsas, 900,24 manat faiz, 2.440,31 manat cərimə faizi olmaqla, cəmi 16.775,38 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə də fələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası MM-in 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası MM-in 385.1 -ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş gör məli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 203.3.1 -ci maddəsinə əsasən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zagıanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Azərbaycan Respublikası MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası MM-in 317.1 -ci maddəsinə əsasən, borclu təminat vasitəsi ilə ipoteka o lan, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasım tələb edə bilər. Azərbaycan Respublikası MM-in 319.1 -ci maddəsinə əsasən əgər borclu icrasım təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.2-ci maddəsinə əsasən isə zərər həmin Məcəllənin 21 -ci maddəsində nəzə rdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-in 739.1 -ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan başqa apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən kredit borcu ödənilmədiyindən tutma ipoteka predmetlərinə yönəldilməklə onlar açıq hərracda satılmalıdır. İpoteka predmetlərinin ilkin satış qiyməti müəxəssis rəyinə əsasən müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbayca n Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1 -ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Bundan başqa «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 59.1 -ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şə xslərin çıxarılması üçün əsas deyildir. Həmin qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırla r. Qanunun yuxanda göstərilən müddəalarına görə borclu öz öhdəliklərini vaxtında və lazımınca icra etməli olduğu halda, cavabdeh axıra qədər və vaxtında üzərinə kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərini icra etməmişdir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh4lə Bank arasında xx xxx 2014-cü il və xx xxxxx 2015-ci il tarixli kredit müqavilələrinin təmini kimi eyni tarixi zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar