Məhkəmə qərarları › İş №2(102)-4307/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4307/2023

04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4307/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar Nümayəndə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi, cavabdehlərin əməllərində cinayət tərkibi olması ilə əlaqədar onların barəsində xüsusi qərar çıxarılması tələbinə dair mü lki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3199/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-918/2015 nömrəli, 19 fevral 2015-ci il tarixli qətnaməsi iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbi, Cavabdeh3 maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdiri lmədən saxlanmışdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 noyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilkin iddia tələbinə münasibətdə ləğv olunmuş və həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qətnaməsi ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-918/2015 nömrəli, 19 fevral 2015-ci il tarixli qətnaməsi qismən, yəni Nümayəndə Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılmasının təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçıya verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5017/17 nömrəli, 20 iyun 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Nümayəndə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin olunmuş, Nümayəndə vurulmuş maddi ziyana görə 4940 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh1 xeyrinə tutulması qət edilmiş, həmin iş üzrə Nümayəndə verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 may 2018-ci il tarixli qərarı ilə təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Nümayəndə və İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat, mənəvi ziyanın əvəzi olaraq 20.000 manatın Cavabdeh1 tərəfindən Nümayəndə ödənilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 3.370 manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıların xeyrinə tutulması barədə qətnamə, cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 188.4.1 və 294.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri olduğundan onların barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların müraciəti əsasında Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 07 aprel 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçılara Maştağa-Вuzovna yolunun Xanlar yaşayış massivinin 550 metr məsafəsində hərəsinə 1000 kv.m olmaqla, cəmi 2.000 kv.m torpaq sahəsi ayrılması və mülkiyyətlərinə verilməsi qərara alınmışdır. Torpaq sahələri iddiaçıların adına rəsmiləşdirilərək, torpaqlara dair mülkiyyət hüquqları yaranmışdır. Lakin Cavabdeh2 3 dəfə saxta cizgi sxemləri düzəldərək dələduzluq yolu ilə iddiaçıya aid olan torpağı ayrı-ayrı vaxtda müxtəlif şəxslərə satmışdır. Cavabdeh1 torpaq sahəsinə görə iddiaçıya qarşı iddia ərizələri ilə məhkəmələrə müraciət etmiş, iddiaçılara 5.000 manat maddi ziyan vurmuşdur. Cavabdeh1 iddiaç ılara qarşı ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddiası əsasında qəbul edilmiş yekun məhkəmə qərarı ilə onun torpağında özbaşına tikmiş olduğu hasarını sökdüyünə görə iddiaçıdan 4.940 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq Cavabdeh1 verilməsi qərara alınmışdır. Həmin qərar iddiaçılar tərəfindən icra olunmuş və cəmi 4.970 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir. Həmin iş üzrə iddiaçılar tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar cəmi 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilib ki, bunun da səbəbi Cavabdeh1 haqsız iddiası olmuşdur. Beləliklə, həmin iş üzrə iddiaçılara cəmi 5.000 manat miqdarında maddi ziyan dəymişdir. Cavabdeh1 iddiaçılara məxsus torpaqda özbaşına hasar tikdiyi üçün həmin hasar onun öz vəsaiti hesabına sö külməli idi. Yəni iddiaçılar Cavabdeh1 özbaşına tikdiyi hasarı sökməsəydi torpağın iddiaçıya məxsus olduğu müəyyən edildikdən sonra Cavabdeh1 qanunsuz inşa etdiyi hasarın onun öz vəsaiti hesabına sökülməsini tələb edəcəkdilər ki, hazırkı vəziyyətdə buna ehtiyac qalmayıb. Belə olan halda, Cavabdeh1 iddiaçının hesabına əsassız varlanan şəxs hesab edilməlidir. Bundan başqa, Cavabdeh1 tərəfindən iddiaçıya qarşı əsassız olaraq irəli sürülən iddialar, verilən şikayətlər nəticəsində iddiaçı dəfələrlə məhkəmə, istintaq və icra orqanlarında məcburi iştirak etməli olmuşdur. Ona görə də, iş vaxtının itirilməsinə görə, nəqliyyat və digər xərcləri də ümumi nəzərə alaraq, Cavabdeh1 tərəfindən iddiaçılara vurulmuş ziyanın əvəzi olaraq 5.000 manat məbləğində pul tutulması ağlabatandır. Beləliklə, iddiaçıy a vurduğu maddi ziyana görə Cavabdeh1 iddiaçının xeyrinə ümumilikdə 10.000 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, iddiaçıların adına olan torpaq sahəsinin sərhədləri müəyyən edildikdən sonra, sahələr bitişik olduğu üçün iddiaçılar orada uzunluğu 65 metr, hündürlüyü 12 daş olan mişar daşından ümumi hasar çəkmiş, buna ümumilikdə 2.299 manat vəsait xərclənmişdir. Torpaq sahəsinin iddiaçıların istifadəsində olmasına baxmayaraq, cavabdehlər tərəfindən torpaq sahəsi özbaşına zəbt olunaraq həmin torpaq sahəsinin üzərində inşa olunan daş hasar sökülmüşdür. İddiaçılar yenidən torpaq sahəsi üzərində daş hasar çəkdirmişlər. Bu məqsədlə ümumilikdə 1.471 manat vəsait xərclənmişdir. Cavabdehlər belə əməlləri ilə iddiaçının bütün əsəblərini pozaraq, xəstəlik tapmasına səbəb olmuşlar. İkinci dəf ə hasarı çəkdirib bərpa etməsinə baxmayaraq yenə həmin hasar qeyri-qanuni sökülmüşdür. Cavabdehlər tərəfindən hasarın qanunsuz olaraq iki dəfə sökülməsi səbəbindən və torpaq sahəsindən öz iradələrinə uyğun istədikləri kimi istifadə etmək hüquqları məhdudlaşdırıldığından, onlara maddi və mənəvi ziyan vurulmuşdur. Beləliklə, cavabdehlər tərəfindən iddiaçılara 3.770 manat maddi ziyan və 10.000 manat mənəvi ziyan vurulub. Eyni zamanda, cavabdehlərin qanunsuz əməlləri və irəli sürdüyü vicdansızcasına iddiaları nəticəsində iddiaçı Nümayəndə fiziki və mənəvi sarsıntılar keçirmiş, beyin qan damarlarının partlaması və təzyiqlə bağlı yaranan xəstəlik nəticəsində özünü güclə idarə edir, hazırda da səhhəti qeyri-sabitdir, bunlar cavabdehin qəsdən yol verdiyi qanunsuz hərəkətlər nəticəsində baş vermişd ir. Cavabdehlərin qanunsuz hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxslərin təqsiri aşkardır. Mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 20.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

8. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, artıq iki ilə yaxındır ki, bu proses davam edir. Lakin iddiaçılar iddia ərizəsində göstərdikləri ilə bağlı hər hansı sübut təqdim etməmişlər. Nümayəndə iddianın rədd olunmasını xahiş etmişdir.

9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-33/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticə ilə bağ lı qeyd etmişdir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Onun məhkəmə iclasında verdiyi və digər sübutlarla təsdiqini tapmayan izahatları iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Bundan başqa, iddiaçıların cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi üzrə, eləcə də Cavabdeh1 Nümayəndə qarşı maddi ziyanın ödənilməsi barədə tələbinin qismən təmin olunması barədə məhkəmə qərarları mövcuddur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 88, 106.1. və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilmə sini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi( 2(103)-3199/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva, (sədrlik edən və məruzəçi) F.Babayev və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3199/2023 nömrəli, eyni tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın Cavabdeh1 iddiaçı Nümayəndə xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 5000 manat pulun tutulm ası hissəsində ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir.

16. Məhkəmə xitamla bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi digər hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların irəli sürdükləri faktiki halların onların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçılar tərəfindən baş verməsi ehtimal edilən zərərin məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də onlar MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə və zifəsini yerinə yetirə bilməmişlər.

18. Hazırkı işdə cavabdehlər tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsini və beləliklə də onların məsuliyyət daşımaları faktını iddiaçıların məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.

19. Məhkəmə, həmçinin hesab etmişdir ki, maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır.

20. Məhkəmə xüsusi qərardad çıxarılması tələbi ilə əlaqədar qeyd etmişdir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırkı mülki iş üzrə xüsusi qərardad qəbul olunması üçün əsas yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Mə cəllə) 21.1, 21.2, 1096, 1097.1,1097.3.-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçılar (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

23. Kassasiya şikayətində işin faktiki hallarına istinadla qeyd olunmuşdur ki, Cavabdeh1 əməllərində cinayətin əlamətləri mövcud olduğundan məhkəmə tərəfindən onun barəsində xüsusi qərardad çıxarılmalı və bu əməllərinə hüquq qiymət verilməsi üçün prokurorluq orqanına məlumat verilməlidir. Apellyasi ya instansiyası məhkəməsi, əsassız olaraq iddianın sübuta yetməməsi qənaətinə gəlmiş, Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbini pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən iddia tələbi tam sübuta yetirilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə iddiaçıların dəlillərini nəzərə almamış və qiymət verməmiş, işi birtərəfli araşdırmış, bərabərlik prinsipini pozmaqla qeyri-obyektiv və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Qətnamə yalnız cavabdehin xeyrinə birtərəfli əsaslandırılmışdır. Bu hal da bərabərlik prinsipinin pozulması deməkdir. Nəticədə qeyri-obyektiv və qanunsuz qətnamə qəbul edilmişdir. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ( zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırılmamışdır.

39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçılar Nümayəndə və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(103)3199/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar