Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4309/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Üçüncü şəxs "xxxx" X5 vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1919/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2b saylı ev 1/3 hissədə Cavabdeh, 2/3 hissədə İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2c və 2b saylı evlərin arasındakı hasarın və 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan həmin ünvanda yerləşən 2b saylı evin Cav abdeh tərəfindən bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək İddiaçı məxsus və bank qarşısında ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsində yerləşən 2b saylı fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh tərəfindən bərpa edilməsi və ya söküntü nəticəsində dəymiş zərərin Cavabdeh tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərrux Qasımov) 17 yanvar 2019cu il tarixli, 2(001)-392/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməsi, "xxxx" ASC-nin Cavabdeh qarşı sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi və ya vurulmuş maddi zərərin Cavabdeh bankın xeyrinə tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, x1 evlərin arasındakı sökülmüş hasar və 2/3 hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2b saylı sökülmüş evin Cavabdeh tərəfindən bərpa edilməsi, "xxxx" ASC-nin iddiasının qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, yaşayış evi 2/3 hissədə İddiaçı mülkiyyətində olmasına baxmayaraq həmin evin, eləcə də evi həmin ünvanda yerləşən 2c saylı evdən ayıran hasarın Cavabdeh tərəfindən sökülməsi bu barədə p olis sahə inspektoru tərəfindən tərtib olunmuş akt və şahid ifadələri ilə öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Elşən Kazımov sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 05 iyul 2019-cu il tarixli, 2(103)6297/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək hər iki iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mülki prosessual qanunvericiliyin 51.3, 54.1, 54.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarını n həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına istinad edərək iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsinə dair Hüseynov Oktay Umudəli oğlunun cavab verməli olduğu iddiaya görə Cavabdeh həmin iddiaya cavab verə və cavabdeh ola bilməzdi. Birinci instansiya məhkəməsi prosessual fəallıq prinsipindən istifadə edərək iddiaçıya iddiaya cavab verməli olan başqa cavabdehin cəlb edilməsinin zəruri olduğunu təklif etməmiş və bu barədə onun razılığının olub-olmamasını aydınlaşdırmamışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Qü rbət Əsgərov - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Sənan Hacıyev) 02 dekabr 2019-cu il tarixli, 2(102)-7512/19 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsimnin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin özünün iştirakını təmin etmədən iddia tələblərinə və nümayəndəsinin iddia ilə bağlı izahatına münasibətini, öz apellyasiya şikayəti və nümayəndəsinin apellyasiya şikayətinə verdiyi əlavə ilə əlaqədar mövqeyini öyrənməmiş, qardaşı X1 onun evində yaşayıb-yaşamamasını, yaşadığı halda bunun hüquqi əsaslarını, özünün paylı mülkiyyətində nə vaxtdan yaşamamasını, bunun səbəb lərini aydınlaşdırmamış, nümayəndəsi olan vəkil tərəfindən apellyasiya şikayətinə verilən əlavənin mülki prosessual qanunvericiliyə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2c və 2b saylı evlərin arasındakı hasarın və 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan həmin ünvanda yerləşən 2b saylı evin Cavabdeh tərəfindən bərpa edilməsini mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cinayət mühakimə icraatı qaydasına Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə şikayət edərək paylı mülkiyyətçisi olduğu mübahisəli evin üçdə bir hissəsinin mülkiyyətçisi Cavabdeh deyil, onun qardaşı Hüseynov Oktay Umudəli oğlunun 11 aprel 2018-ci il tar ixdə və sonradan müxtəlif vaxtlarda həmin evi və hasarı sökdüyünü bildirməsinə, bununla bağlı araşdırma aparılaraq 13 iyun 2018-ci il tarixdə cinayət işinin başlanması rədd edilməsinə istinad edərək bu tələb üzrə sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi üzrə Cavabdeh qardaşı X3 ola bilməsini qeyd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsinə dair X1 cavab verməli olduğu iddiaya görə Cavabdeh həmin iddiaya cavab verə və cavabdeh ola bilməsi ilə bağlı nəticəsi ilə razılaşmayaraq və hesab etmişdir ki, məhkəmə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2b saylı ev 1/3 hissədə Cavabdeh, 2/3 hissədə İddiaçı mülkiyyətində olmasını qeyd etsə də, işin bu halını nəzərə alm amışdır ki, qardaşı X3 mülkiyyətçi olan iddiaçının icazəsi, xəbəri və razılığı olmadan özbaşına hər hansı hərəkəti, konkret olaraq tərəflərin evlərinin arasında olan hasarı sökməyə səlahiyyətli olmazdı. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya məhkəməsinin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində vətəndaş İddiaçı müraciəti əsasında toplanmış 361/18 saylı rədd materialına əsasən müəyyən edilmişdi ki, hazırki iş üzrə iddiaçı olan İddiaçı cinayət mühakimə icraatı qaydasında Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə şikayət edərək paylı mülkiyyətçisi olduğu mübahisəli evin üçdə bir hissəsinin mülkiyyətçisi Cavabdeh qardaşı X1 11 aprel 2018-ci il tarixdə və sonradan müxtəlif vaxtlarda həmin evi və hasarı sökdüyünü bildirmiş, bununla bağlı araşdırma aparılaraq 13 iyun 2018-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan şikayət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə İcra Nümayəndəliyinə 18.06.2020-ci il tarixli və 16.09.2020-ci il tarixli sorğular verilmişdir. Məhkəməyə təqdim edilmiş 10.07.2020-ci il tarixli, RB/d-103 saylı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsində baxılmasının 14.07.2020-ci il tarixə, saat 15.40-a təyin olunması barədə İddiaçı və Cavabdeh məlumat verilməsi məqsədilə bələdiyyənin əməkdaşı bir neçə dəfə M.Ə.Rəsulzadə qəsəb əsi, C.Xəndan küçəsi 2 В ünvanında olmuş, lakin tərəflərin heç biri evdə olmamışdır. Bu səbəbdən Cavabdeh qardaşı X4 onun evində yaşayıb-yaşamamasını və digər məsələləri müəyyən etmək mümkün olmamışdır. Həmçinin, təkrar apellyasiya zamanı əldə edilmiş Bakı şəhəri Binəqədi RİH Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16.10.2020-ci il tarixli, 1418/149 saylı məktubunda qeyd edilmişdir ki, Cavabdeh və onun qardaşı X4 Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsində yerləşən 2 B saylı evin Cavabdeh məxsus olan 1/3 hissəsində yaşamadıqları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Şərafət Məmmədova) 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, hər iki iddia tələbi rədd edilmişdir. Məhkəmə kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin 2/3 hissəsinin və həmin fərdi yaşayış ev ilə eyni ünvanda yerləşən 2c saylı fərdi yaşayış evindən ayıran hasarın məhz Cavabdeh tərəfindən və ya onun göstərişi ilə sökülməsi iş materialları ilə öz təsdiqini tapmır, iddiaçı bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" ASC (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev torpaq sahəsi ilə birlikdə 01 avqust 2014-cü il tarixli, ********** reyestr nömrəli, RX ******* nömrəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əsasında İddiaçı məxsusdur. İddiaçı mülkiyyətində olan əmlak Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəf indən 07 noyabr 2013-cü il tarixli, S-258 saylı razılaşma məktubu və “Azərmemarlayihə” tərəfindən tərtib olunmuş layihəyə uyğun tikilərək başa çatdırılmışdır. Cavabdeh məxsus olan əmlakın özü qanunsuz olaraq İddiaçı ilə onların arasında olan ortaq hasarın üzərində tikilib. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsində yerləşən ZB saylı ev 1/3 hissədə Cavabdeh, 2/3 hissədə İddiaçı mülkiyyətindədir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi. 3023-cü məhəllədə yerləşən 2C və 2B saylı evlərin arasındakı hasarın və 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan həmin ünvanda yerləşən 28 saylı ev Cavabdeh qardaşı X3 tərəfindən sökülmüşdür. X7 Nüşabənin göstərişi ilə söküntü işlərini həyata keçirmişdir. Belə ki, qeyd olunan ünvanda yerləşən mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur və onun icazəsi olmadan tərəfindən heç bir söküntü işləri aparlla bilməzdi. Cavabdeh məhkəmə prosesində söküntü işlərindən xəbərdar olmadığını və söküntünün kim tərəfindən aparıldığını bilmədiyini qeyd etmişdir. Əgər qeyd olunan ev mülkiyyət hüququ ilə cavabdehə məxsusdursa və cavabdeh söküntü işlərinin kim tərəfindən, hansı səbəbdən aparıldığını bilmirsə bu o deməkdir ki, istənilən şəxs yaşayış yerinə daxil olaraq istədiyi kimi söküntü işləri apara, söküntü nəticəsində digər şəxslərə zərər vura bilər. Üçüncü şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən "xxxx" ASC-nin ipoteka saxlayan kimi hüquqlarını və qanuni mənafelərini nəzərə almamış, “İpoteka haqqında” Azərbaycan Respublikası qa nunun 26.1.4-cü maddəsinin tələblərinə əhəmiyyət verməmişdir. Nəticədə "xxxx" ASC-nin hüquqları mühüm dərəcədə məhdudlaşdırılmış, verilmiş kreditin təminatı kimi ipoteka predmetinin zədələnməsi riski yaranmışdır. Məsələ burasındadır ki, ipoteka predmetinə zərər vurulması faktı var, lakin məhkəmə araşdırmalıdır ki, zərər həqiqətən kim tərəfindən vurulub. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələri nin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı və üçüncü şəxs qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Üçüncü şəxsin kassasiya şikayətinin dəliləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bank zərərin həqiqətən kim tərəfindən vurulmasını məhkəmə tərəfindən araşdırmadığını göstərir. Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması qənaətinə nə iddiaçı və nə də üçüncü şəxs tərəfindən iddia olunan hərəkətlərin məhz iş üzrə cavabdeh tərəfindən edildiyinin sübuta yetirilməməsi əsası ilə g əlmişdir. MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, məhkəmə iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1919/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul
Məhkəmə qərarları › İş №2(102)-4309/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4309/2021
02.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver